»»

İmam Zamana (ə.f) kömək üçün bir araya gəlmək

İmama kömək etmək hər bir şəxsin (fərdi) vəzifəsi olsa da, toplu şəkildə kömək etməkdə tək şəkildə kömək etməkdə olmayan bir təsir vardır. Allah-taala buyurur: “Hamılıqla Allahın ipindən yapışın və ayrılmayın”. (Ali-İmran, 103). İmam bütün dövrlərdə Allahın Öz bəndələri arasındakı möhkəm ipidir. Ondan yapışmaq isə yalnız ona dostluq bəsləmək və ona yardım etməklə baş tutar.

Əmirəlmöminin (əleyhissəlam) xütbələrinin birində belə buyurur:

“Camaat! Əgər bir-birinizi haqqa  kömək etməkdən saxlamasaydınız (kömək etsəydiniz) və batil və nahaqqı alçatmaqda süstlük etməsəydiniz, (qüdrət və düzlük baxımından) sizin kimi olmayan kəs sizə (şəhərlərinizə) tamah salmazdı və sizə ağalıq edən kimsə güclənməzdi. Lakin siz (öz İmam və başçınızın əmrlərinə tabe olmadığınız üçün) Bəni-İsrailin sərgərdanlığı kimi avara-sərgərdan qaldınız (azğınlığa düşdünüz). Canıma and içirəm ki, məndən sonra sizin sərgərdanlığınız (Bəni-İsrailin sərgərdanlığından) bir neçə qat artırılacaqdır. Ona görə ki, siz haqqı arxaya atdınız, (Həzrət Peyğəmbərə) daha yaxın olanı (özünüzdən) ayırdınız və (o Həzrətə) uzaq olanla birləşdiniz.” (Nəhcül-bəlağə: 165-ci xütbə.)

İmam Zaman (əleyhissəlam)-ın Şeyx Müfidə (Allah ona rəhmət etsin) göndərdiyi mübarək məktubda belə deyilir:

“Əgər şiələrimizin – Allah onları Öz itaətinə müvəffəq etsin – qəlbləri boyunlarında olan əhd-peymana əməl etməkdə bir olsaydı (yəni, əgər şiələr hamılıqla öz boyunlarındakı əhdlərinə vəfa etsəydilər), bizimlə görüş səadətləri təxirə düşməzdi.” (Əl-İhticac: 2/324.)

 

Mənbə: Mirzə Muhəmmədtəqi əl-İsfahani, “Mikyalul-məkarim”, 2-ci cild

Рейтинг

В этом разделе