Həzrəti İsa əleyhissalamın Qiyamətdən öncə Yer üzünə gələcəyi İslami mənbələrdə də öz əksini tapmışdır.
Rəsulullah (sallallahu aleyhi və alih) buyurub: Məryəmin oğlu (İsa) aranızda olanda və imamınız sizdən olanda necə olacaq?
"Səhih", Buxari, Kitabul-Ənbiya, İsa əleyhissalamın nazil olması babı.
"Səhih", Muslim, Kitabul-İman, İsa ibni Məryəmin nazil olması babı
İsa əleyhissalam nazil olar və onların imamı deyər: Gəl, bizə namaz qıldır. İsa əleyhssalam deyər: Xeyr.
"Səhih", Muslim, Kitabul-İman, İsa ibni Məryəmin nazil olması babı
Bu hədisləri şərh edənlər də qeyd ediblər ki, həmin imam Həzrəti Məhdi əleyhissalamdır.
"Mütəvatir hədislər var ki, Məhdi İslam ümmətindəndir və İsa ibni Məryəm onun arxasında namaz qılacaqdır."
"Təhzib ət-təhzib" , İbni Həcər, cild 9, səh. 126
İmamları saleh şəxsdir. Onlara qıldırmaq üçün sübh namazına dayandığı halda Həzrəti İsa əleyhissalam gələr. Geri çəkilər ki İsa əleyhissalam qabağa keçsin. İsa əleyhissalam əlini onun kürəyinə qoyub deyər: Keç qabağa namaz qıldır. İqamə (namaza başlama) sizin üçün gətirilmişdir.
"Sünən", İbni Macə, cild 2, səh. 1359
"Sünən", Əbu Davud, cild 4, səh. 117
"Səhih", İbni Xuzeymə
"Fəthul-Bari", İbni Həcər Əsqəlani, cild 6, səh. 358
"Təfsir", İbni Kəsir, cild 1, səh. 581
"...Nəhayət Məryəm oğlu İsa nazil olar. Müsəlmanların əmiri ona: Gəl bizə namaz qıldır deyər. İsa (ə): Xeyr, Allahın bu ümmətə ikramı olaraq biriniz digərinizin üzərinə əmirsiniz deyər.
"Səhih", Muslim, Kitabul-İman, İsa ibni Məryəmin nazil olması babı
"Musnəd", Əhməd ibni Hənbəl, cild 3, səh. 345
Məhdi bu ümmətdəndir və İsa ibni İmrana imamlıq edəcəkdir.
"Musənnəf", İbni Əbi Şeybə, cild 15, səh. 198
Məhdi görər ki, Həzrəti İsa əleyhissalam nazil olmuşdur və sanki saçlarından su damır, ona deyər ki, önə keç və insanlara namaz qıldır. Həzrəti İsa (ə): Namaz ancaq sənin üçün iqamə olundu. Mənim övladlarımdan olan kəsin arxasında namaz qılar. Namazı qıldıqdan sonra İsa əleyhissalam qalxar və məqamda oturar, ona beyət edər.
"Əqdud-durər", Yusif ibni Yəhya Şafei, 11-ci bab
Şiə mənbələrində də bu barədə hədislər gəlmişdir:
Ümmətin Məhdisi (əf) bizdəndir, İsa (ə) onun arxasında namaz qılacaq.
"Biharul-Ənvar", Əllamə Məclisi, cild 51, səh. 91
Məhdi əleyhissalam İsanın Qüdsdə Ağ minarə-nin yanında nazil olduğunu biləcək... İsa əleyhissalama deyəcək: İrəli keç və camaatla namaz qıl. İsa deyəcək: Namaz sənə görə bərpa olunub. O zaman İsa onun arxasında namaz qılacaq, onunla beyət edəcək və deyəcəkd: Mən əmir yox, vəzir göndərilmişəm.
"Hilyətül-əbrar", Seyyid Haşim Bəhrani, 2-ci cild, səh.620.
Nəticə olaraq, Həzrəti İsa əleyhissalamın yer üzünə nazil olub Həzrəti Məhdinin (əf) arxasında namaz qılacağı, beyət edəcəyi mütəvatirdir. İsa əleyhissalam Allahın seçdiyi Ulul-Əzm peyğəmbərlərdəndir. Bəs necə olar bilər ki, Məhdini insanlar özü seçsin və Allahın seçdiyi peyğəmbər camaatın seçdiyi imama tabe olsun? Bu, Allahın sünnəsinə ziddir. Bu həmçinin, Həzrəti Məhdinin əfzəl olmasını da göstərir. Əgər desək ki, Allah seçib, deməki, Rəsulullahdan (sallallahu aleyhi və alih) sonra imamın Allah tərəfindən təyini mümkündür. Bəs necə olur ki, axırıncı xəlifəni Allah seçir, birinci xəlifəni camaat? Bu mümkün deyil. Buradan da da aydın olur ki, Rəsulullah (s.a.a) özündən sonra camaatı özbaşına buraxmayıb və Qiyamətə qədər yol göstərib.
(c) Mahdi.az