»»

Görəsən “Əgər möminsinizsə “Bəqiyyətullah” sizin üçün xeyirlidir” ayəsi İmam Zaman (ə.f) haqqında nazil olmuşdur?

Quranda bir çox ayələrin birinci mövzusu keçmiş peyğəmbərlərin zamanına uyğun mövzudur, lakin onların bəzi göstəriciləri Peyğəmbərin (s) zamanında da olmuşdur. Peyğəmbərlərin macəraları bu səbəbdən bizim Peyğəmbərimizə nazil olmuşdur ki, həmin macəraların Peyğəmbərimizn (s) zamanında baş verən hadisələrlə rabitəsi var. Bunlardan ən aşkar olanı bu ayə

رَحمَةُ اللهِ وَبَرَکَاتُهُ عَلَيکُم أهلَ البَيتِ

Allahın rəhmət və bərəkəti olsun siz Əhli beytə. (Hud surəsi, 73)

İbrahim (ə) və onun ailəsinin şənində nazil olmuşdur, lakin Allahın Rəsulu (s) Allahdan İbrahimin (ə) zürriyyəsi olmasını istəmişdir:

قوله : كما صليت على آل إبراهيم هم إسماعيل وإسحاق وأولادهما ، وقد جمع الله لهم الرحمة والبركة بقوله : رحمة الله وبركاته عليكم أهل البيت إنه حميد مجيد ولم يجمعا لغيرهم ، فسأل النبي صلى الله عليه وآله وسلم إعطاء ما تضمنته الآية

Həzrət Peyğəmbər (s) buyurub ki, İbrahim və ailəsinə salam göndərmək İsmail, İshaq və onların övladlarına salam göndərməkdir. Allah İbrahimin ailəsinə rəhmət və bərəkəti cəm etmişdir. Necə ki, Quranda buyurulur: Allahın rəhmət və bərəkəti siz əhli beytə olsun, O, Həmid və Məciddir. Bu iki şey heç kəs üçün cəm olmamışdır. Peyğəmbər (s) ayədə deyilən o iki şeyi Allahdan ona əta etməsini istədi.

Muhəmməd b. Əli əş-Şəvkani, Nəyl əl-Əvtar, c.2, s.325

قال تعالى : ( رحمة الله وبركاته عليكم أهل البيت إنه حميد مجيد ) فسأل ( ص ) إعطاء ما تضمنته هذه الآية مما سبق إعطاؤه لإبراهيم

Allah buyurur: (Allahın rəhmət və bərəkəti siz əhli-beytə olsun, O, Həmid və Məciddir.) İbrahimə əta olunmuş ayədə nəzərdə tutulan şeyi Peyğəmbər (s) Allahdan ona da əta etməsini istədi.

Muhəmməd b. Əhməd əş-Şirbini, Muğni əl-Muhtac, c.1, s.176

Elə buna görə də Peyğəmbərin (s) əhli beytinə salam verərkən bu ayəni oxuyurlar.

ثم نهض اليماني وهو يقول رحمة الله وبركاته عليكم أهل البيت

Yəmənli şəxs ayağa qalxıb dedi: Allahın rəhmət və bərəkəti siz əhli beytə olsun!

Şeyx əl-Kuleyni, Üsul min əl-Kafi, c.1, s.347

Bəhs etdiyimiz ayə də həmçinin bu cürdür.

“Bəqiyyətullah” - Allahın insanlar üçün qoruyub saxladığı bir kəs və ya bir şey mənasındadır.

بقية الله خير لكم أي ما يبقيه الله لكم بعد إيفاء الحقوق

“Bəqiyyətullah” sizin üçün xeyirlidir, yəni digərlərinin haqqını ödəyəndən sonra Allahın sizin üçün qoruyub saxladığı hər bir şey xeyirlidir.

Əbu Abdullah əl-Qurtubi, əl-Cami li-Əhkam əl-Quran, c.9, s.86

Deməli, “Bəqiyyətullah”ın mənası ümumi xarakter daşıyır və Allahın insanlar üçün qoruyub saxladığı hər bir şeyə şamildir. Allahın qoruyub saxladığı şeylərdən ən mühümü o kəsdir ki, gəlib yer üzünü ədalətlə dolduracaq. Elə bu səbəb ğörə, hətta əhli-sünnənin kitablarının bəzisində gəlmişdir ki, Həzrət (ə.f) özü- özünü “Bəqiyyətullah” adlandırıb və başqaları da Ona “Bəqiyyətullah” deyirlər.

وعن أبي جعفر أيضا قال : المهدي منا منصور بالرعب ...وصاح صايح من السماء بأن الحق معه ومع أتباعه فعند ذلك خروج قائمنا ، فإذا خرج أسند ظهره إلى الكعبة واجتمع إليه ثلاث مائة وثلاثة عشر رجلا من أتباعه ، فأول ما ينطق هذه الآية : (بقية الله خير لكم إن كنتم مؤمنين) ثم يقول : أنا بقية الله وخليفته وحجته عليكم ، فلا يسلم مسلم عليه إلا قال : السلام عليك يا بقية الله في الأرض

İmam Əbu Cəfər (əl-Baqir) əleyhissəlamdan belə buyurduğu nəql olunur:

Mehdi bizdəndir və Allah-Təala düşmənlərin qəlbinə qorxu salmaq üçün ona kömək edəcəkdir. Səmadan bir carçı car çəkəcək ki, haqq onunla və onun tərəfdarlarıyladır. Bu zaman qaimimiz qiyam edəcək. O, qiyam edən zaman Kəbəyə arxalanacaq və üç yüz on üç nəfər onun ətrafına toplaşacaq. Birinci dediyi söz bu ayə olacaq: “Əgər möminsinizsə “Bəqiyyətullah” sizin üçün xeyirlidir.” Sonra belə buyuracaq: Ay camaat, mən yer üzündə olan Bəqiyyətullah, Allahın xəlifəsi və sizin üzərinizə olan Allahın hüccətiyəm. İnsanlar yalnız ona “salam olsun sənə ey yer üzündə olan Bəqiyyətullah” deyə salam verəcəklər.

İbn Sabbağ əl-Maliki, əl-Füsul əl-mühimmə fi mərifət əl-əimmə, c.2, s.1133-1135

Mərhum Ayətullah Mərəşi “Şərh İhqaq əl-həqq” kitabında bu mətləb barədə əhli-sünnə kitablarından mədrəklər qeyd edərək buyurur:

منهم العلامة الشيخ عبد الهادي الأبياري في "العرائس الواضحة" (ص 209 ط القاهرة) قال : وعن أبي جعفر من خبر طويل : أنه إذا خرج أسند ظهره إلى الكعبة واجتمع إليه ثلاثمائة وثلاثة عشر رجلا من أتباعه ، فأول ما ينطق بهذه الآية : (بقية الله خير لكم إن كنتم مؤمنين) ثم يقول : أنا بقية الله وخليفته وحجته عليكم فلا يسلم عليه أحد إلا قال : السلام عليك يا بقية الله في الأرض
"ومنهم العلامة المذكور في "جالية الكدر" (ص 209 ط مصر) . روى الحديث عن أبي جعفر بعين ما تقدم عن "العرائس الواضحة.

Onlardan (bu rəvayəti öz kitablarında nəql edən əhli-sünnə alimlərindən) biri Şeyx Əbdül-Hadi İbyaridir. O, "əl-Ərais əl-vazihə" kitabında (səh.209 Qahirə çapı) demişdir: İmam Baqirdən (ə) uzun bir hədisdə buyurulur: İmam Mehdi (ə.f) zühur edən zaman Kəbəyə söykənəcək, 313 nəfər tərəfdarı onun ətrafında toplanacaq və birinci deyəcəyi söz bu ayə olacaq: "Əgər möminsinizsə "Bəqiyyətullah" sizin üçün xeyirlidir." Sonra buyuracaq: Mən Bəqiyyətullah, Onun xəlifəsi və sizin üzərinizə olan hüccətiyəm. İnsanlar yalnız ona “salam olsun sənə ey yer üzündə olan Bəqiyyətullah” deyə salam verəcəklər.

Onlardan biri də "Caliyə əl-kədər" kitabında adı çəkilən Əllamədir, belə ki, "əl-Ərais əl-vazihə"də olan rəvayəti eynilə İmam Baqirdən (ə) nəql etmişdir.

Seyyid Mərəşi, Şərh İhqaq əl-həqq, c.13, s.332

 

Həzrət Vəliyyi-Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə

Redaktə: 313news.net

Рейтинг

В этом разделе