İlahi, bu anda və hər bir zamanda Öz vəlin Höccət bin Həsən üçün – ona və atalarına salam və salavatın olsun – vəli, hifz edən, rəhbər, yardımçı, yol göstərən və nəzarətçi ol! Ta ki, Sənin yerin onu könül xoşluğu ilə öz üzərində daşısın və uzun müddət onu faydalandırsın!
Sual: İmam Zamanın (ə.c) salamatlığı üçün oxunan bu duanın sənədi mötəbərdirmi? Bu duanı ilk qeyd edən mənbələr hansılardır? Bu duada Allah-təalanın ona vəli olmasının mənası nədir?
Müxtəsər cavab: Bu duanın sənədinə gəlincə, Şeyx Kuleynin əl-Kafi kimi hədis kitablarında qeyd edilmişdir. Duanın məzmunu fitrət və ağıla tamamilə uyğundur. Bu dua mömin insanın baş verməsini arzuladığı duaların ən bariz nümunələrindəndir. Buna əsasən də Seyid Əli bin Musa bin Tavus gizlində möminlər üçün edilən dua barədə nəql olunan bəzi hədisləri qeyd edtdikdən sonra belə deyir: “Əgər din qardaşların üçün etdiyin duanın fəziləti bu qədərdirsə, sənin varlığının səbəbi olan sulltanın üçün etdiyin duanın fəziləti nə qədər olar? Sən etiqad edirsən ki, o, olmasayda Allah-təala nə səni, nə də onun zamanında olanları xəlq etməzdi. Onun – Allahın ona salam və salavatı olsun – varlığı sayəsində olan ilahi lütf sən və səndən başqalarının varlığının, eləcə də əldə etdiyiniz bütün xeyirlərin səbəbidir...” Bundan başqa bu dua şiələrlə onların qeybdə olan imamları arasındakı əlaqəyə, ona bağlılığın və onun ideyalarına sadiqliyin nə dərəcədə olmasına işarə edir. Həmçinin onun parlaq zuhuru ilə qəlblərini özünə qərq edən böyük şövqü əks etdirir. Duanın sözləri olduqca aydındır. Həmin sözlərinin mənasını araşdırmağa, təfsir və şərh etməyə ehtiyac yoxdur. Duada qeyd olunan “vəli” sözünə gəlincə, Allah-təalanın möminlərin vəlisi (ixtiyar sahibi) olması etiqadına əsasən İmamın yerinə yetirəcəyi bütün işlərdə Allahın ona rəhbərlik və himayə etməsini diləmək anlamındadır. Allaıhm onun üçün vəli ol dedikdə, onun hamisi ol, işlərini tamamlamaqda ona kömək ol mənasındadır. Daha sonra duada İmammın hərakatını yönləndirmək üçün Allahın ona rəhbər, yol göstərən və nəzəarətçi olması rica olunur.
Ətraflı cavab:
Qeyb dövründə intizarda olanların öhdəsində olan əsas vəzifələrdən biri də İmamın – Allahın salamı ona olsun – fərəci və zuhuru, həmçinin, baş verəcək hadisələrdə salamat qalması üçün dua etməkdir. Qeyd etmək lazımdır ki, bu məzmunda hər hansı sözlərlə dua etmək olar. Bunun üçün müəyyən edilmiş bir forma yoxdur. Burada əhəmiyyətli olan duanın ruhu, məzmunu və məsumların dua barəsində bəyan etdikləri şərtlər və ədəb qaydalarıdır. Lakin əhli-beytdən (ə) nəql olunan dualar xüsusi önəm daşımalıdır. Həmin dualardan biri də İmam Məhdinin (ə.c) salamatlığı üçün çox az fərqlərlərlə mənbələrdə nəql olunan duadır. Məsələn, mənbələrdə belə nəql olunur:
1. Kuleyni Muhəmməd bin İsadan, o da salhelərdən (ə) belə nəql edir: “Ramazan ayının iyirmi üçüncü gecəsi səcdə edərkən, ayaq üstə, oturulu və hər bir halda bu dunaı təkrar elə. Hər bir ayda imkan olduqca, zaman tapdıqca Alalh-təalaya həmd və səna etdikdən, Peyğəmbərə (s) salam və salavat verdikdən sonra de: “Allahummə kun li vəliyyikə...”. 1
Aydındır ki, hədisin sənədində Kuleyni ilə Muhəmməd bin İsa arasındakı şəxslər qeyd edilməmişdir. 2 Həmin şəxslər bunlardır. Əhməd bin Muhəmməd Asimi, Əli bin Həsən bin Fəzzal. Küleyni bu duanı ramazan ayının iyirmi üçüncü gecəsi oxunan dualar mövzusunda nəql etmişdir. Eyni zamanda bu duanı başqa aylarda və insanın həyatı boyu oxumasının icazəli olmasına işarə etmişdir. 3
2. Bu duanı Seyid ibn Tavus “İqbalul-əmal” kitabında bəzi səhabələrindən nəql etmişdir. Onlardan İbn Əbu Qurrə Əli bin Həsən bin Əli bin Fəzzaldan, o da Muhəmməd bin İsa bin Ubeyddən, o da məsumlardan nəql etmişdir. 4 Bu duanın başqa aylarda da oxunmasının müstəhəb olmasına işarə olunması ilə yanaşı, xüsusilə də, ramazan ayının iyirmi üçüncü gecəsi oxunması tövsiyə olunur.
3. Kəfəmi “əl-Misbah” 5 və “əl-Bələdul-əmin” 6 kitablarında bu duanı mürsəl olaraq (sənədini qeyd etmədən) nəql etmişir.
4. Kəfəmi “əl-Bələdul-əmin” kitabında bu duanı mürsəl olaraq Kənzul-ərş ünvanı altında Peyğəmbərdən (s) nəql etmişdir. 7
Hədisin sənədi barədə müəyyən müzakirələr aparılmasının mümkünlüyünə baxmayaraq onun məzmunu fitrət və ağıla tamamilə uyğundur. Bu dua mömin insanın baş verməsini arzuladığı duaların ən bariz nümunələrindəndir. Buna əsasən də Seyid Əli bin Musa bin Tavus (vəfat tarixi 664 h.) gizlində möminlər üçün edilən dua barədə nəql olunan bəzi hədisləri qeyd edtdikdən sonra belə deyir: “Əgər din qardaşların üçün etdiyin duanın fəziləti bu qədərdirsə, sənin varlığının səbəbi olan sulltanın üçün etdiyin duanın fəziləti nə qədər olar? Sən etiqad edirsən ki, əgər o, olmasaydı Allah-təala nə səni, nə də onun zamanında olanları xəlq etməzdi. Onun – Allahın ona salam və salavatı olsun – varlığı sayəsində olan ilahi lütf sən və səndən başqalarının varlığının, eləcə də əldə etdiyiniz bütün xeyirlərin səbəbidir. Mə badə, yenə mə badə özünü və insanlardan başqa birini dua və vilayətdə ondan öndə tutasan! Şəni böyük olan bu mövla üçün qəlbini və dilini dua ilə hazır tut. Mə badə belə fikirləşəsən ki, bu sözləri onun sənə ehtiyacı olduğu üçün deyirəm. Heyhat! Heyhat! Əgər belə düşünsən sən etiqadında və vilayət bağlılığında xəstə birisən. Mən bu sözləri onun sənin üzərində haqqının və sənə qarşı olan lütfünün böyük olduğunu bildiyim üçün deyirəm. Əgər sən özündən və sənə əziz olan birindən öncə ona dua etsən Allah-təalanın icabət (duaları qəbul olunması) qapıları üzünə açıq olması daha yaxındır. Əgər dirilərin və ölülərin sahib Allah yanında bu mövla üçün dua etsən ona xatir duaların qəbul qapsı üzünə açılar. Bundan sonra sənin özün və başqaları üçün etdiyin dualar da Allahın lütf və kərəminin şamil olduğu dualardan olar. “Sənin filankəs və filankəs şeyxlərinin dediklərinə əməl etdiklərini görməmişəm. Onlar, barəsində danışdığım mövlamızdan – Allahın ona salam və salavatı olsun – qəflətdə olublar. Ona bu qədər əhəmiyyət verməyiblər” demə. Sənə cavabım budur: Sənə dediklərimi et. Bu, aşkar haqdır. Kim mövlamıza biganə qalarsa, onun barəsində dediklərimdən qəflətdə olarsa, Allaha and olsun ki, rüsay olacaqdır. Dediklərimizə nəql etdiklərimiz və cəddim Əbu Cəfər Tusinin – Allah ondan razı olsun – “əl-Misbah” kitabında nəql etdiyi dəlalət edir. Muhəmməd bin Əbu Qurrənin nəql etdiyi daha uzun duadır. Mən yalnız cəddim Əbu Cəfər Tusinin rəvayətinə əsasən nəql edirəm. O, belə nəql edir: “Muhəmməd bin İsadan, o da salhelərdən (ə) belə nəql edir: “Ramazan ayının iyirmi üçüncü gecəsi səcdə edərkən, ayaq üstə, oturulu və hər bir halda bu dunaı təkrar elə. Hər bir ayda imkan olduqca, zaman tapdıqca Alalh-təalaya həmd və səna etdikdən, Peyğəmbərə (s) salam və salavat verdikdən sonra de: “Allahummə kun li vəliyyikə fulan bin fulan (Huccət bin Həsən) fi həzihis-saəti və fi kullis-saəti vəliyyən və hafuzən və qaidən və nasirən və dəlilən və eynən hətta tuskinəhu ərzəkə tauan və tuməttiəhu fiha tavila”. (İlahi, bu anda və hər bir zamanda Öz vəlin Höccət bin Həsən üçün –ona və atalarına salam və salavatın olsun – vəli, hifz edən, rəhbər, yardımçı, yol göstərən və nəzarətçi ol! Ta ki, Sənin yerin onu könül xoşluğu ilə öz üzərində daşısın və uzun müddət onu faydalandırsın!).
Mən deyirəm: Bu məsələ barədə məsumların – Allahın salamı onlara olsun – rəftarı barədə necə düşünürsən? Məgər onlar da sənin kimi bu şərəfli məqama kiçik baxmışlar? O – Allahın salam və salavatı ona olsun – və dua edilməsi icazəli olan hər kəs üçün vacib namazlarında çox dua etməkdən usanma”. 8
Qeyd etmək lazımdır ki, möminlərin oxuduğu və hədisdə qeyd olunan duanın mətni arasında bəzi sözləri barədə ixtilaf yaranmışdır. Bəzi mənbələrdə və Kafidə qeyd olunan duada “Allahummə kun li fulan bin fulan” 9 deyilmiş və İmamın – Allah onun zühurunu tezləşdirsin – adı qeyd edilməmişdir. Lakin burada heç bir nöqsan yoxdur. Duanın mətni və sənədi bu ifadənin imama işarə edilməsini bildirir. Bu gün həmin ifadə Huccəti-binil-Həsən sözləri ilə əvəz edilmişdir. Buna əsasən də Kəfəmi və Seyid bin Tavusun aşağıdakı mətni qeyd etdiklərini görürük: “İlahi, əmrini icra edən Höccət Muhəmməd bin Həsən əl-Məhdi üçün...” 10 “İlahi, Öz vəlin Muhəmməd bin Həsən əl-Məhdi...” 11
Digər bir fərq budur ki, əl-Kafi kitabında “eynən” sözündən əvvəl “əunən” sözü qeyd edilir. Həmçinin “qaidən” sözünün yeri də fərqlidir. Ola bilər ki, mənanın dəyişilməsinə təsir etməyən bu cüzi fərqlər nüsxələrin ixtilafından irəli gəlmişdir.
Duanın şərhi.
Şübhəsiz ki, duanın sözləri o qədər aydındır ki, həmin sözlərin izah edilməsinə və araşdırılmasına ehtiyac yoxdur. Duada qeyd edilən “huccət” sözü dini ədəbiyyatda və Qurani-kərimdə 12 qeyd edilmişdir. Bu sözün xüsusi mənası belədir: Allah-təalanın nümunə olaraq dəlil gətirəcəyi, ona görə savab və ya cəza verəcəyi şəxs. 13 Duada Huccət bin Həsən deyilməsi, şübhəsiz ki, barəsində dua edilən şəxs Peyğəmbərin (s) əhli-beytindən olan höccətlərin sonuncusu İmam Həsən Əskərinin (ə) oğlu İmam Məhdidir (ə.c). Duada qeyd olunan “vəli” sözünə gəlincə, Allah-təalanın möminlərin vəlisi (ixtiyar sahibi) olması 14 etiqadına əsasən İmamın yerinə yetirəcəyi bütün işlərdə Allahın ona rəhbərlik və himayə etməsini diləmək anlamındadır. 15 Daha sonra duada İmammın hərakatını yönləndirmək üçün Allahın ona rəhbər, yol göstərən və nəzəarətçi olması rica olunur.
Qeyd olunan mənbələr:
1. Məhəmməd bin Yəqub Kuleyni, əl-Kafi, c. 4, səh. 162. Tehran 1407 h.
2. Bu hədisin sənədi “Ramazan ayının sonuncu on gününün duaları” fəslində nəql olunan ikinci hədisin sənədinə bağlıdır.
3. əl-Kafi, c. 4, səh. 162.
4. Əli bin Musa bin Tavus, «İqbalul-əmal”, c. 1, səh. 85. Tehran 1367 h.ş.
5. İbrahim bin Əli Kəfəmi. “əl-Misbah”, səh. 586, Qum. 1405 h.q
6. İbrahim bin Əli Kəfəmi. “əl-Bələdul-əmin vəd-dirul-həsin”, səh. 203. Beyrut. 1418 h.q.
7. Həmin mənbə.
8. İbn Tavus, “Fəlahus-sail”, səh. 44, 45.
9. “əl-Kafi”, c. 4, səh. 162; “əl-Bələdul-əmin vəd-dirul-həsin”, səh. 203.
10. İqbalul-əmal, c. 1, səh. 149.
11. əl-Misbah, səh. 586.
12. Nisa surəsi, ayə 165; Ənam surəsi, ayə 149.
13. Cəmil Həmmud Muhəmməd. əl-Fəvaidul-bəhiyyə fi şərhi əqaidil-imamiyyə, c. 1, səh. 277, 279. Beyrut. 1421 h.q.
14. Ali İmran surəsi, ayə 68.
15. əl-Vilayə fil-Quran vəs-sünnə kitabı, vilayət sözünün mənası.