»»

12 xəlifə hədisi Sünni mənbələrində

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əhli-sünnənin ən etibarlı, ən məşhur mənbələrindən səhih sənədlərlə həqiqətləri çatdırmağa davam edirik. İnşallah, bu yazımızda nasibilərin öz mənbələrindən sənədli şəkildə və səhih sənədlərlə səhabələrin Rəsulullahdan (s.a.a) rəvayət etdiyi “12 xəlifə” hədisini qeyd edəcəyik.

 

1. Cabir b. Səmurə hədisi: Səhabə Cabir b. Səmurənin Rəsulallahdan (s.a.a) bu mövzuda rəvayət etdiyi hədisi Buxari və Müslim başda olmaqla bir çox nasibi hədis alimi rəvayət etmişdir. Hədis belədir (ifadə Müslimindir):

 

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ عَنْ دَاوُدَ عَنْ الشَّعْبِيِّ عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ قَالَالنَّبِيُّصَلَّىاللَّهُعَلَيْهِوَسَلَّمَلَايَزَالُهَذَاالْأَمْرُعَزِيزًاإِلَىاثْنَيْعَشَرَخَلِيفَةً قَالَ ثُمَّ تَكَلَّمَ بِشَيْءٍ لَمْ أَفْهَمْهُ فَقُلْتُ لِأَبِي مَا قَالَ فَقَالَكُلُّهُمْمِنْقُرَيْشٍ

…Cabir b. Səmura belə rəvayət etdi: Mən Rəsulallahın (s.a.a): “İslam on iki xəlifəyə qədər əziz olmaqla davam edəcəkdir!” dediyini eşitdim. Sonra da bir söz dedi ki, onu başa düşmədim və atamdan: “Nə dedi?” deyə soruşdum. “Hamısı Qureyşdəndir (buyurdu)” dedi.

Müslim, “əs-Səhih”, Əmirlik kitabı, hədis 1821

 

Bu hədis aşağıdakı mənbələrdə ddə müxtəlif sənədlərlə səhabə Cabir b. Səmurədən rəvayət edilib:

Buxari, “əs-Səhih”, Hökmlər kitabı, Vərasət babı, hədis 6711
Tirmizi, “Sünən”, Fitnələr kitabı, hədis 2223
Əbu Davud, “Sünən”, Mehdi kitabı, hədis 4279

 

 2. Abdullah b. Məsud (r.ə) hədisi: Bu hədisi isə sünni və nasibilərin böyük hədis alimi və Hənbəli məzhəbinin imamı Əhməd b. Hənbəl “Müsnəd” adlı kitabında rəvayət etmişdir:

حَدَّثَنَا حَسَنُ بْنُ مُوسَى ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنِ الْمُجَالِدِ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ مَسْرُوقٍ ، قَالَ : كُنَّا جُلُوسًا عِنْدَ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ ، وَهُوَ يُقْرِئُنَا الْقُرْآنَ ، فَقَالَ لَهُ رَجُلٌ : يَا أَبَا عَبْدِ الرَّحْمَنِ ، هَلْ سَأَلْتُمْ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : كَمْ تَمْلِكُ هَذِهِ الْأُمَّةُ مِنْ خَلِيفَةٍ ؟ فَقَالَعَبْدُاللَّهِبْنُمَسْعُودٍ : مَاسَأَلَنِيعَنْهَاأَحَدٌمُنْذُقَدِمْتُالْعِرَاقَقَبْلَكَ،ثُمَّقَالَ : نَعَمْ،وَلَقَدْسَأَلْنَارَسُولَاللَّهِصَلَّىاللَّهُعَلَيْهِوَسَلَّمَ،فَقَالَ : ” اثْنَاعَشَرَ،كَعِدَّةِنُقَبَاءِبَنِيإِسْرَائِيلَ

Məsruq dedi: Abdullah b. Məsudun yanında oturmuşduq və o bizə Quran oxuyurdu. Bir nəfər ona belə dedi: “Ey Əbu Əbdürrəhman! Rəsulullahdan soruşmusunuz ki, özündən sonra ümmətindən neçə nəfər xəlifə gələcək?” Abdullah b.Məsud dedi: “Mən İraqa gələndən bəri bu sualı mənə sadecə sən verdin. Bəli, Rəsulullahdan soruşduq, buyurdu ki: “On iki nəfər, İsrail Oğullarının naibləri kimi.”

Əhməd b. Hənbəl, “Müsnəd”,6/321, hədis 3781 

 

Abdullah b. Məsuddan rəvayət edilən bu hədisi nasibilərin hədis alimlərindən ibni Həcər və Suyuti təsdiqləmişdirlər. İbni Həcər “Səhih Buxari”yə yazdığı şərhdə bu hədisi rəvayət etdikdən sonra deyir:

بسندحسن

İsnad həsən

İbni Həcər, “Fəthul Bari”, 13/212

 

 

 

(c) saqaleyn.wordpress.com

Рейтинг

В этом разделе