Adı: İmad Hüseyn Həmmaş
Ölkə: Suriya
Keçmiş dini (Məzhəbi): Əhli-Sünnə
Mənim adım İmad Hüseyn Həmməşdir. Özüm Hələb şəhərindənəm. Mən Hüquq fakultəsində təhsil almışam və əslən Bələğəmun adlı kənddənəm. Hələbdə Hərdiyyədə yaşamışam. Mən Peyğəmbərin (s) sünnəsi və hikmətli hədisləri barədə olan biliklərim və təhsilim çərçivəsində bəzi Quran ayələrinin təfsiri haqqında daha çox öyrəndim. Və bu barədə dəqiq və detallı araşdırma etdim.
Mənim bir çox məsələlərlə bağlı araşdırmalarım zamanı Muhəmməd peyğəmbərin (s), peyğəmbərliyin və doğru yolun normal davamını təmsil edən pak İmamların həqiqi əsl dini göstərən çoxlu ayələr və hədislər tapdım. O zaman mən oxuduqlarımdan dərk etdim ki, o insanlar həqiqi, əsl dində ardınca gediləsi nümunələrdilər. 1992-ci ildə Seyyid Abbas Musəvinin şəhidliyinin ildönümü ərəfəsində mən cəfəri təlimi haqqında daha çox öyrənməyə başladım. Onlar haqqında oxudum və məlum kəlamlar və Quran ayələri ilə bağlı araşdırmalar və tədqiqatlar təxminən mənə bir il müddətə başa gəldi.
Bu yolu seçdikdən sonra qarşılaşdığım çətinliklər kifayət qədər çox idi. Mən onu deyə bilərəm ki, mən Haqq yolunu, Muhəmməd (s) peyğəmbərin doğru yolunu başqa təriqətlərdən heç bir kəslə heç bir müzakirə etmədən və heç kəsə qarşı olmadan öz əqidəmlə seçdim. Mən Əhli-beytin (ə) ardınca gedilmək hüququnun və Əhli-Beyt imamlarının (ə) İslam ümmətini idarə etmək hüququnun sübutu hesab edilən müəyyən hədisləri öyrənməyə başladım.
Başlanğıcda deyə bilərəm ki, birinci il heç kim bilmədi ki, mən bu yolu seçmişəm. Amma mənim başqaları ilə dialoqum zamanı və Əhli-Beytin (ə) ardınca Muhəmməd (s) peyğəmbərin doğru yolunda getmək öhdəliyi qoyan müəyyən deyimlərin üzərində fokuslanmağımla xəbər yayıldı ki, mən əqidəmi dəyişmişəm. Onlar mənə uyğun olmayan adlar dedilər. Dedilər ki, mən satqın olmuşam. Kafir və bu kimi adlar dedilər. Hətta mənim ailəm də ilk vaxtlar bu ideyanı qəbul etmirdilər. Lap başlanğıcdan mənim kitablar və mənbələri öyrənməyə və araşdırmağa başlamağım bütünlükdə məlumatlılıqdan və axtarmağa başladığım həqiqətə bağlılıqdan irəli gəlirdi. Buna görə də Muhəmməd (s) peyğəmbərin həqiqi dinini, onun ailəsini və ondan sonra 12 İmamı qəbul etməyim tamamilə imandan irəli gəlirdi, hansı ki heç vaxt heç nədən təsirlənmir və heç vaxt dəyişilməyəcək.
Muhəmməd (s) peyğəmbərin həqiqi dininə keçmək istəyən insanda olması gərəkən ən vacib xüsusiyyətlər xurafatdan, mövhumatdan, dözümsüzlükdən, başqalarının dini baxışını ittiham etməkdən və boş müzakirələrdən çəkinməkdir. Hansı ki o müzakirələrdə bir insan öz fikrini bildirmək üçün hər şey qoşa bilər. Çoxlu təhsilli və mədəni insanlarla müzakirələr aparırdıq. Və bir müddət sonra onlar Əhli-Beyt təliminin ardıcılları oldular. Digər tərəfdən başqa özlərini savadlı və məlumatlı, yaxşı mədəni təməlli olduğunu hesab edən insanlar da var idi ki, onlarla aparılan müzakirələr zamanı onların fikirlərindən hər hansı bir fərqli fikir deyilməyi onlarda əsəbiliyə və dözümsüzlüyə səbəb olurdu. Lakin biz həyatda hər zaman Allahın doğru yolu kimi Əhli-Beyti (ə) göstəririk və əlbəttə ki, bunu sadəcə kimlərinsə şəxsi fikirlərindən deyil, sübutlardan istifadə edərək edirik. Əhli-Beyt (ə) bu dünyadakı bütün müsəlmanlar üçün yeganə hərtərəfli və əhatəli istinad mənbəyidir. Quran İslamın birinci qanadıdırsa, Əhli-Beyt də ikinci qanaddır. Bu iki qanaddan istifadə edərək İslam ümməti Cənnətə uçur. Muhəmməd peyğəmbər (s) deyirdi ki, mən sizə elə bir şey qoyub gedirəm ki, ondan bərk tutsanız heç vaxt düz yoldan azmazsınız. Allahın müqəddəs Quranı və Əhli-Beyt, onlar heç vaxt ayrılmayacaq.
Mənəvi baxımdan nəzərə alaq ki, biz öz yaşadığımız ərazidə az sayda insanlardan idik ki, Əhli Beyt və Cəfəri təlimi ardıcılları kimi tanınırdıq. Və biz çalışırdıq ki, onlara bu yola gəlməyimizin müsbət tərəflərini göstərək. Bizim bu doğru yola necə bağlandığımızı və necə dindar olmağımızı, çünki İmam Cəfər Sadiq (ə) deyib ki, bizim üçün zinət olun.