»»

Hidayət olanlar 36 - İsmayıl Muhəmmədi

Adı: İsmayıl Muhəmmədi

Ölkə: Qvineya

Keçmiş dini (Məzhəbi): Əhli-sünnə

Əhli Beytin yolu Allahın lütfüdür. Bu yolu qəbul etmək göstərir ki, bu adam uğurludur inşallah. Əvvəllər çoxları məndən Əhli Beyt haqqında suallar soruşurdular. Mən əlimdən gələni edirdim ki, onlara göstərim ki, onların bildikləri düzgün deyil. Mən onlara müqəddəs Qurandan sübutlar gətirirdim. Çünki Əhli Beyt məsələsi insanlardan gizlədilmir. Bu, sadəcə olaraq daha çox diqqət tələb edir. Quran ayələrini və hədisləri düzgün anlamağı tələb edir. Məsələn, mən əvvəl ola bilərdi ki, hədis və ya Quran ayəsi oxuyum və onların həqiqi mənasına o qədər də diqqət yetirməyim. Lakin onlarla əlaqədar ayələri öyrənəndə onları daha düzgün tanıyırsan.

İnsanları cəlb etmək üçün sən yaxşı davranışa və Əhli Beyt rəftarına malik olmalısan. Buna malik olsan insanlar sənə böyük hörmət göstərəcək. Budur İslam, İslam bizdən bunu istəyir. İnsanlar görəndə ki, eşitdikləri mənfi şeylər səndə var, onlar sənin ardınca getməzlər. Onlar əgər görsələr ki, sənin davranışın deyilənin əksinədir sonda onların fikirləri dəyişiləcək. Onlar qəbul edəcəklər ki, əvvəl eşitdikləri düz olmayıb. Bu, məsuliyyətdir və inşallah biz yaxşı nümunə olarıq. Bu vaxtdan sonra biz İmam Əli (ə) - ın birinci xəlifə olmaq haqqına sahib olması faktının doğruluğunu araşdırmağa başladıq.

Buna görə də biz Şeyxin məsləhət gördüyü kimi, öz araşdırmamızı bu mövzu üzərində qurduq və bələdçi kimi Quranı götürdük, xüsusilə də İmam Əli (ə) haqqında olan bir çox ayələri və kitablarda mövcud olan İmam Əli (ə)-ın birinci xəlifə olmaq haqqında bəhs edən çoxlu hədisləri oxuduq. Biz gördük ki, bu hədislər həqiqətən də mövcuddur və doğrudan da səhihdir. Bizə maraqlı gəldi ki, niyə insanlar bunu bilərəkdən görməzdən gəlirlər və başqasının ardınca gedirlər?! Bilirsinizmi, biz maraqda qaldıq ki, insanlar bunu niyə qəbul etməyiblər və başqasının ardınca gediblər. Biz hiss etməyə başladıq ki, İmam Əli (ə), Muhəmməd peyğəmbər (s) vəfat etdikdən sonra İslam ümmətini idarə etməli şəxs olub. Buna görə də biz əmin olduqdan sonra ki, o, birinci xəlifə olmağı haqq edən şəxs olub, biz gərək onun ardınca gedək. Bizə Əhli Beyt təliminin doğru olduğunu göstərən və yəqinlik verən əsas şey Quran ayələri olub, hansı ki, insanlar çalışırlar ki, ayələri yanlış tərzdə izah etsinlər. Amma geri qayıdıb köhnə kitablara nəzər salanda görürsən ki, o, İmam Əli (ə)-dan bəhs edir. Əmin olduqdan sonra ki, İmam Əli (ə) birinci xəlifə olmağa layiqdir, bildik ki, Əhli Beyt təlimi ardınca gedilməli olan doğru yoldur.

Mən insanlara bizim yolun səhv olduğu və mif olduğu haqqında onların eşitdikləri və başa düşdükləri şeylərin səhv olduğunu izah etməyə çalışırdım. Əvvəl mənə qarşı olan insanlara onların eşitdiklərinin yanlış və böhtan olduğunu göstərməyə çalışırdım. İndi mənim onların çoxuyla yaxşı münasibətim var, çünki onlar başa düşdülər. Bizim məktəbdə çoxlu kitablar var. Və onların bəzilərinə mən fransızcaya çevirmişəm.

Əlhəmdulillah indi şiə məzhəbinin gələcəyi parlaq görsənir. Əminliklə deyirəm ki, biz istərdik ki, kaş ki, dünyaya şiə kimi gələrdik. Buna görə də biz istəyirik ki, şiə doğulan nəsillər olsun, bizim uşaqlarımız kimi inşallah. Biz fikirləşmirik ki, biz gecikmişik, çünki burdakı İranda, Suriyada və Livanda təhsil almış qabaqcıl şeyxlər bizi birbaşa bu yola gətiriblər. O zaman mənə Əhli Beyti (ə) təqdim etdilər və mədrəsənin proqramında Əhli Beyt və onların həyatı haqqında kitablar yer alırdı. Bu həyat tarixçələrini dərindən oxuduqdan və öyrəndikdən sonra insan anlayır ki, Əhli Beyt ardınca gedilməyə layiqdir. Çünki onlar peyğəmbərin (ə) əxlaqına malikdirlər. Onların həyatını öyrəndikcə biz onların əxlaqına daha yaxından bələd olduq. Çünki kiminsə ardınca getməzdən əvvəl sən onun davranışını və münasibətini bilməlisən. Və bu, diqqət, anlayış və başqa bu kimi şeylər tələb edir. Biz Əhli Beyt məktəbinə gedəndən sonra Aşura haqqında öyrəndik.

Öyrəndik ki, Aşura sevinc günü deyil, kədər və hüzn günüdür. Çünki peyğəmbər salavatullahın əziz nəvəsi qətlə yetirilmişdi. Onun istədiyi yalnız ədaləti bərqərar etməkdi. Və o, çox qəddar bir yolla öldürüldü. Buna görə də həmin gün şadlanmaq mümkün deyil. Biz indi təəssüf hissi keçiririk, xüsusilə də bu tarixi öyrənəndə. İndi biz hədsiz dərəcədə kədərlənirik. Burda çox şeyi əhatə edən bir hədəfimiz var. Bu hədəf bu çağrını insanlara çatdırmaq hədəfidir ki, onlar həqiqətən Əhli-Beytin kimlər olduğunu və bu yolun necə yol olduğunu bilsinlər. Biz bu yolu insanlara düzgün şəkildə təqdim edəcəyik. Və insanların beyinlərində yerləşdirilən bütün qarmaqarışıq fikirləri ordan siləcəyik. Bu, əsas hədəfdir. Və bir çox yollarla edilə bilər.

Bundan əlavə mən Allahdan mənə bu dəvəti səhv anlayışlı insanlara çatdırmaq gücünü verməsini dilədim. Ola bilsin ki, onlar yoldan çıxarılıblar. Və heç kəs onlara ideyanı düzgün çatdırmayıb. Mən də onlardan biri olmuşam. Lakin düzgün yol göstərən biri qarşıma çıxıb və məni bu yola yönəldib. İndi mən bu yoldayam və doğru yoldayam. Demək istəyirəm ki, bu yanlış anlaşılmanı dəyişə bilmək və dəvət ideyasını düzgün yolla çatdıra bilmək üçün Allahdan mənə güc verməsini istədim. Və bu, mənim ölkəmdə əsas fikir ayrılığıdır. Və nə vaxtsa insanlar cəsarət edib ideyanı daha doğru və aydın qəbul edəcək, əlbəttə ki, onlar bunu qəbul edəcəklər. Və biz hədəfə doğru gedirik.  
 

Рейтинг

В этом разделе