»»

Bəhailiyin həqiqətləri: firqələr, siyasi baxışları

Bəhailkdə ixtilaf, parçalanma, firqəçilik varmı?

Bəhailər, Bəhailikdə parçalanmanın və firqəçilyin, uca səslə, olmadığını desələr də, tarixə nəzər etdikdə bunun tam əksini görürük. Bəhailik elə beşikdən, həm babilik zamanında, həm də Bəhailiyin yaranması ərəfəsində çox sayda ixtilaf və parçalanmalara şahid olmuşdur. Babilik zamanında, Bab olmaq uğrunda Mirzə Əli Məhəmməd Şirazi ilə digər babilər arasında çəkişmələr olmuşdur. Bunlardan Kərimxan Kermani, Mirzə Şəfi Təbrizini göstərmək olar. Bəhaullahın zamanında isə Mirzə Əsədullah Dəyyaninin tərəfdarları özlərini Dəyyanilər, Molla Məhəmməd Əli Barfruşun tərəfdarları özlərini Quddusilər, Bəyan kitabını özlərinə rəhbər götürənlər Bəyanilər, Bəhaullahın tərəfdarları isə özlərini Bəhai adlandıraraq firqələrə parçalandılar.

Bəhaullahın ən böyük rəqibi isə qardaşı Mirzə Yəhya Nuri (Sübhi Əzəli) Əzəliyyə firqəsini yaradaraq Bəhaullaha qarşı çıxdı. Bu ixtilaflar o qədər böyüdü ki, bir-birlərini təhqir etməkdən belə çəkinmədilər.  (Mənbə: Rəhiqe Məxtum səh.1149). Mirzə Yəhya Nurinin (Sübhi Əzəli) ölümündən sonra Mirzə Hadi Dövlət Abadi onun yerinə Əzəliyyənin rəhbəri oldu. Əzəlilər bu gündə az sayda olmaqla İranda yaşamaqdadırlar.

Əbdül Bəha da, zamanında Mirzə Məhəmməd Əli Əfəndi ilə rəislik uğrunda mübarizə aparmışdır. Daha sonra Əbdül Bəha öz tərəfdarlarını “Sabitin”, Əli Əfəndinin tərəfdarlarını isə “Naqisin” adlandıraraq yeni parçalanma yaratmışdır.

Bütün bu parçalanmalar və firqəçilik sona çatmamış, Əbdül Bəhadan sonra Bəhailiyin rəhbərliyinə keçən Şövqü Əfəndinin dövründə də davam etmişdir. Bəzi bəhailər Şövqü Əfəndinin rəisliyinə etiraz edərək və Bəhaullahın katibi olan Molla Əhməd Sohrabini bəhailərin rəhbəri seçdilər. Sohrabilərin iddiasına görə Əbdül Bəhanın rəhbərlik haqqında olan vəsiyyətnaməsi saxtadır.

Bu parçalanmalar yenə səngimədi. Şövqü Əfəndinin ölümündən sonra bəhailərin idarəçiliyi, həyat yoldaşı Ruhiyyə Maksvelin təşkilatçılığı ilə “Ədalət Evi” yaradılaraq davam etdirildi. Bu zaman yenə bir sıra bəhailər bu sistemə etiraz edərək ayrı firqə yaratdılar. Bunlar, amerikalı bəhailərdən olan Çarles Mission Rimi idi. Bunlara “Rimi” bəhailər deyilirdi. Eyni zamanda iranlı bəhailərədn olan bir gənc, İndoneziyada özü üçün yeni bir din gətirdiyini iddia etdi. Çəmşid Məanı adındakı bu iranlı gənc, özünə “Səmullah” adını verərək “İnsan” adında bir kitab yazdı. Bu gün Cəmşid Məaninin İndoneziyada, Pakistanda və ABŞ-da bəzi tərəfdarları vardır.

Göründüyü kimi, Bəhailikdə qısa zəmin ərzində həm rəhbərlik uğrunda, həm də kəskin fikir ayrılığı ucbatından ciddi parçalanmlar və çoxlu firqələr olmuşdur.

Bəhailər siyasətə qarışırlarmı?

Bəhailər hər nə qədər siyasətə qarışmadıqlarını inkar etsələr də, Bəhailik özü, qərb ölkələrin əsas siyasətinin bir parçasıdır. Bəhai böyüklərinin tarix ərzində daima siyasətin içərisində, siyasi şəxslərlə isti münasibəti, siyasətə müdaxilə etmələri görünmüşdür. Əbdül Bəhanın qərb səfərlərini buna misal göstərmək olar. Bu səfərlərdən xüsusilə ABŞ səfərini və orada olan siyasi liderlərlə görüşünü qeyd etmək olar.

Əbdül Bəha 12 Noyabr 1912-ci ildə J.P. Morganın görüşünə getmişdir. New York Times qəzetinin 12 Noyabr buraxılışında “Peyğəmbər Morgana dua etdi” başlığı ilə belə yazır: “Ey səxavətli cənab! Şübhəsiz bu məşhur şəxsiyyət böyük xeyriyyəçilik işləri görmüşdür.” Daha sonra əlavə edərək, “ ona xitabən, onun hər iki aləmdə xoşbəxt və sevincli olmasını dua etmişdir.”

Qeyd: John Pierpont Morgan (17 Aprel 1837-31 Mart 1913) 1-ci Dünya Müharibəsi əvvəli ABŞ-ın ən böyük bankir və maliyəçisidir. 1871-ci ildə New York şəhərindəki Drexel, Morgan və Companyinin şəriki oldu. Qısa vaxt ərzində ABŞ hökümətinin ən önəmli maliyyə dəstəkçisi vəziyyətinə gələn şirkət, 1895-ci ildə J.P. Morgan and Company adını aldı və dünyanın ən güclü bankirlik sektorlarına daxil oldu. 1913-cü ildə 1-ci Dünya Müharibəsi ərəfəsində müttəfiqlərinin maliyyə ehtiyaclarının ödənilməsində önəmli rol oynadı. Müharibədən sonra da Avropanın yenidən inşası üçün 1.7 milyon dollar həcmində kredit verdi.

Bu cür onlarla faktlar göstərmək olar ki, Bəhailik siyasətin nə qədər dərinlikərinə kimi getmişlər.

Eyni zamanda Bəhai təmsilçiləri İsrailin baş naziri Ben-Gurion (eləcə də İsrailin 2-ci Prezidenti Yitzhak Ben-Zvi ilə) dəfələrcə gorüşmüşlər. Bu görüşlərdə Bəhai təmsilçiləri İsrail hökümətinin göstərmiş olduqları kömək və əlaqədən ötrü dərin təşəkkürlərini bildirmiş, İsrailin inkişafının “bütün bəhailərin arzusu” olduğunu elan etmişlər. (Əmr jurnalı N5, səh. 14-15)

Əlavə olaraq onu qeyd edək ki, Bəhai liderlərindən olan Ruhiyə Maksvel, İsraildə mətbuat konfransında belə demişdir: “Mən istəyirəm ki, dünyanın ən gənc dini olan Bəhailik, dünyanın ən gənc ölkəsində, yəni İsraildən yayılma hərəkətinə başladılsın!!! Biz bura bağlıyıq. Bizim gələcəyimiz və İsrailin gələcəyi bir birinə “bir zəncir halqaları” kimi bağlıdır. (Əmr jurnalı N1, 1961)

Bu faktlar bir daha onu göstərir ki, Bəhailik siyasətlə iç-içədir və onun ayrılmaz hissəsidir. Bununla da Bəhailiyi siyasətsiz təsəvvür etmək mümkün deyildir.

Şahin Abbas

313news.net

Рейтинг

В этом разделе