»»

Şeytan Hz.Peyğəmbərə musallat oldu və onun təsirinə düşən peyğəmbər Nəcm surəsində bütləri şəfaətçi adlandırdı

Kitabın adı: Təbəqatul Kübra
Müəllif: Mühəmməd ibn Səd
Nəşriyyat: "Darul kitabil ilmiyyə" Beyrut, Livan

1-ci cild, səh. 160


Peyğəmbərin həyatı

Peyğəmbərin Əshabının Həbəşistandan qayıtma səbəbinin zikr olunması

Mühəmməd ibn Ömər - Yunus ibn Mühəmməd ibn Fuzaləz Zifri - atasından – o da Kəsir ibn Zeyd ibn Mütəllib ibn Hantəbdən rəvayət etmişdir ki:

Rəsulullahı (s) gördük, öz-özlüyündə təmənna edirdi: "Ey kaş Allah onları məndən uzaqlaşdıracaq bir şey nazil etməyəydi." O qövmünə yaxınlaşdı, qövmü də ona. Günlərin bir günündə Kəbə ətrafında qövmü ilə birlikdə oturduğu zaman səmimi qəlblə bu ayəni oxumağa başladı: "And olsun batmaqda olan ulduza! (Nəcm 1) "İbadət etdiyiniz Lat və Uzzanın nəyə qadir olduqlarını gördünüzmü?! Üçüncü büt olan Mənata da həmçinin?!" (Nəcm 19-20-ci ayələr) ayəsinə yetişəndə Şeytan Rəsulullahın dilinə bu cümləni gətirdi: "Bu həmin ali ğəraniqdir (durnalar-bütlərdir) ki, onların şəfaət etmələrinə ümüd var". O da bu cümləni oxudu, səcdəyə getdi və ümmət də səcdə etdi..

 

Kitabın adı: "Məcmə` əz-zəvaid və mənbə` əl-fəvaid"
Müəllif: Hafiz Nurəddin Əli ibn Bəkr əl-Heysəmi
Nəşriyyat: "Məarif müəssisəsi", Beyrut
7-ci cild, səhifə 115

Allahın buyurduğu; "Lat və Üzzanı gördünüzmü?" ayəsi. Səid ibn Cəbir İbn Abbasdan belə nəql edir:

Peyğəmbər (s) Məkkədə ən-Nəcm surəsini oxudu. Elə ki, bu ayəyə çatdı, "19. (Ey müşriklər!) Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdilər?! 20. Digər üçüncü (büt) olan Mənat da həmçinin?!" Peyğəmbərin (s) dilinə bu gəldi: "Əl-əliyyuş-şəfaəti minhum turtəca" (ən uca şəfaət onlardan gözlənilir). Məkkə müşrikləri bunu Peyğəmbərdən (s) eşitdikdən sonra, çox sevindilər. Bu hadisə Peyğəmbərə (s) ağır gəldi və Allah bu ayəni nazil etdi; "(Ya Rəsulum!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah Şeytanın vəsvəsini batil (yox) edər." (Həcc, 52.)
Əl-Bəzzar və Təbərani də bunu nəql edib. Bunun raviləri səhihdir.

 

Əgər bunu şiə desəydi, onun qanını mubah edərdilər, onu kafir sayardılar, dara çəkərdilər, asardılar, onun dərisini soyardılar, doğrayardılar və yer üzünə səpərdilər!
Bu söz şirk deyilmi!!! Bu sözü Peyğəmbərmi (s) deyir?
İlahi, onlardan Sənə pənah gətiririk...

Рейтинг

В этом разделе