»»

Əhli-xilaf mənbələrində Hz. Süleymana (ə) atılan iftiralar

 1-Nəsainin “əs-Sünənül-kubra” kitabında (10/12, rəvayət: 10926) belə nəql olunur:


أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلَاءِ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ، حَدَّثَنَا الْأَعْمَشُ، عَنِ الْمِنْهَالِ بْنِ عَمْرٍو، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ، عَنِ ابْنِ عَبَّاسٍ، قَالَ: كَانَ الَّذِي أَصَابَ سُلَيْمَانَ بْنَ دَاوُدَ عَلَيْهِ السَّلَامُ فِي سَبَبِ امْرَأَةٍ مِنْ أَهْلِهِ يُقَالُ لَهَا جَرَادَةُ، وَكَانَتْ أَحَبَّ نِسَائِهِ إِلَيْهِ، وَكَانَ إِذَا أَرَادَ أَنْ يَأْتِيَ نِسَاءَهُ أَوْ يَدْخُلَ الْخَلَاءَ أَعْطَاهَا الْخَاتَمَ، فَجَاءَ أُنَاسٌ مِنْ أَهْلِ الْجَرَادَةِ يُخَاصِمُونَ قَوْمًا إِلَى سُلَيْمَانَ بْنِ دَاوُدَ عَلَيْهِ السَّلَامُ، فَكَانَ هَوَى سُلَيْمَانَ أَنْ يَكُونَ الْحَقُّ لِأَهْلِ الْجَرَادَةِ فَيَقْضِيَ لَهُمْ، فَعُوقِبَ حِينَ لَمْ يَكُنْ هَوَاهُ فِيهِمْ وَاحِدًا، فَجَاءَ حِينَ أَرَادَ اللهُ أَنْ يَبْتَلِيَهُ فَأَعْطَاهَا الْخَاتَمَ وَدَخَلَ الْخَلَاءَ، وَمَثَّلَ الشَّيْطَانُ فِي صُورَةِ سُلَيْمَانَ، قَالَ: هَاتِي خَاتَمِي، فَأَعْطَتْهُ خَاتَمَهُ فَلَبِسَهُ، فَلَمَّا لَبِسَهُ دَانَتْ لَهُ الشَّيَاطِينُ وَالْإِنْسُ وَالْجِنُّ وَكُلُّ شَيْءٍ، قَالَ: فَجَاءَهَا سُلَيْمَانُ، قَالَ: هَاتِي خَاتَمِي، قَالَتْ: اخْرُجْ لَسْتَ بِسُلَيْمَانَ، قَالَ سُلَيْمَانُ عَلَيْهِ السَّلَامُ: إِنَّ ذَاكَ مِنْ أَمْرِ اللهِ، أُبْتَلَى بِهِ، فَخَرَجَ فَجَعَلَ إِذَا قَالَ: أَنَا سُلَيْمَانُ رَجَمُوهُ حَتَّى يُدْمُونَ عَقِبَهُ، فَخَرَجَ يَحْمِلُ عَلَى شَاطِئِ الْبَحْرِ، وَمَكَثَ هَذَا الشَّيْطَانُ فِيهِمْ مُقِيمًا يَنْكِحُ نِسَاءَهُ، وَيَقْضِي بَيْنَهُمْ، فَلَمَّا أَرَادَ اللهُ عَزَّ وَجَلَّ أَنْ يَرُدَّ عَلَى سُلَيْمَانَ مُلْكَهُ انْطَلَقَتِ الشَّيَاطِينُ وَكَتَبُوا كُتُبًا فِيهَا سِحْرٌ، وَفِيهَا كُفْرٌ، فَدَفَنُوهَا تَحْتَ كُرْسِيِّ سُلَيْمَانَ عَلَيْهِ السَّلَامُ، ثُمَّ أَثَارُوهَا وَقَالُوا: هَذَا كَانَ يَفْتِنُ الْجِنَّ وَالْإِنْسَ، قَالَ: فَأَكْفَرَ النَّاسُ سُلَيْمَانَ حَتَّى بَعَثَ اللهُ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَأَنْزَلَ اللهُ عَزَّ وَجَلَّ عَلَى مُحَمَّدٍ عَلَيْهِ السَّلَامُ {وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَكِنَّ الشَّيَاطِينَ كَفَرُوا} [البقرة: 102] يَقُولُ الَّذِي صَنَعُوا [ص: 13] ، فَخَرَجَ سُلَيْمَانُ يَحْمِلُ عَلَى شَاطِئِ الْبَحْرِ، قَالَ: وَلَمَّا أَنْكَرَ النَّاسُ لَمَّا أَرَادَ اللهُ أَنْ يَرُدَّ عَلَى سُلَيْمَانَ مُلْكَهُ أَنْكَرُوا، انْطَلَقَتِ الشَّيَاطِينُ جَاءُوا إِلَى نِسَائِهِ فَسَأَلُوهُنَّ فَقُلْنَ: إِنَّهُ لَيَأْتِينَا وَنَحْنُ حُيَّضٌ، وَمَا كَانَ يَأْتِينَا قَبْلَ ذَلِكَ، فَلَمَّا رَأَى الشَّيْطَانُ أَنَّهُ حَضَرَ هَلَاكُهُ هَرَبَ وَأَرْسَلَ بِهِ فَأَلْقَاهُ فِي الْبَحْرِ، وَفِي الْحَدِيثِ: فَتَلَقَّاهُ سَمَكَةٌ فَأَخَذَهُ، وَخَرَجَ الشَّيْطَانُ حَتَّى لَحِقَ بِجَزِيرَةٍ فِي الْبَحْرِ، وَخَرَجَ سُلَيْمَانُ عَلَيْهِ السَّلَامُ يَحْمِلُ لِرَجُلٍ سَمَكًا، قَالَ: بِكَمْ تَحْمِلُ؟ قَالَ: بِسَمَكَةٍ مِنْ هَذَا السَّمَكِ، فَحَمَلَ مَعَهُ حَتَّى بَلَغَ بِهِ أَعْطَاهُ السَّمَكَةَ الَّتِي فِي بَطْنِهَا الْخَاتَمُ، فَلَمَّا أَعْطَاهُ السَّمَكَةَ شَقَّ بَطْنَهَا يُرِيدُ يَشْوِيهَا، فَإِذَا الْخَاتَمُ فَلَبِسَهُ، فَأَقْبَلَ إِلَيْهِ الْإِنْسُ وَالشَّيَاطِينُ...".

“Bizə Muhəmməd ibn əl-Əla xəbər verib dedi: bizə Əbu Müaviyə nəql edib dedi: bizə Əməş Minhal ibn Əmrdən, o, Səid ibn Cübeyrdən, o da İbn Abbasdan nəql edib dedi:

Süleyman ibn Davudun (Allahın salamı olsun ona) başına gələnlər həyat yoldaşlarından olan Cəradə adlı bir qadına görə idi. Cəradə Süleymanın ən sevimli xanımı idi. Süleyman digər xanımlarının yanına daxil olmaq istədikdə və ya təharətə çıxmaq istədikdə üzüyünü ona verərdi. Bir dəfə Cəradənin qohum-əqrəbasından olan bir qrup şəxs başqa bir qrup şəxslə mübahisə edərək Süleyman ibn Davudun (Allahın salamı olsun ona) yanına gəldilər. Süleyman Cəradənin tayfasının haqlı olmasını istəyirdi deyə onların xeyrinə hökm verdi. Bundan sonra bu hərəkətinə görə cəzalandırıldı. Belə ki, bir gün təharətə çıxmaq istədikdə üzüyünü Cəradəyə verdi, bu zaman şeytan Süleymanın cildinə girib qadının yanına gələrək ona dedi: “Üzüyümü ver”. Qadın da üzüyü ona verdi. Şeytan üzüyü əlinə taxdı. Üzüyü əlinə taxınca, şeytanlar, cinlər, insanlar və hər bir şey onun itaəti altına keçdi. (Bir qədər sonra) Süleyman Cəradənin yanına gəlib, “üzüyümü ver”, - dedikdə, Cəradə: “Çıx get! Sən Süleyman deyilsən!”, - dedi. Bu zaman Süleyman dedi: “Həqiqətən də bu, Allahın işidir; Allah bununla (məni) imtahan edir”.

Süleyman evindən çıxdı. Kimin yanına gəlib “mən Süleymanam” dedisə, onu daşlamağa və üst-başını qan etməyə başladılar. Süleyman (şəhərdən) çıxıb dəniz kənarına gəldi. Həmin şeytan isə camaatına arasında qalıb Süleymanın arvadları ilə yaxınlıq etməyə və camaat arasında hökm verməyə başladı.

Allah Süleymanın səltənətini ona qaytarmaq istədikdə şeytanlar gedib içində sehr və küfr olan kitablar yazıb onu Süleymanın taxtının altına yerləşdirdilər. Sonra onları ortaya çıxarıb dedilər: “Cinləri və insanları fitnəyə salan bunlar idi”. Bundan sonra camaat Süleymanı kafir hesab etdi. Nəhayət Allah Muhəmmədi (sallallahu əleyhi və alihi və səlləm) göndərib ona belə vəhy etdi: “Süleyman kafir olmadı, lakin şeytanlar kafir oldular”.

Allah Süleymanın mülkünü ona qaytarmaq istədikdə, camaat (saxta) Süleymanı inkar etdi. Şeytanlar bunu görüncə qaçıb getdilər. Camaat Süleymanın arvadlarının yanına gəlib onlardan (hal-hazırda yanlarında olan Süleymanda qəribə bir hal görüb-görmədiyini) soruşdular, qadınlar dedilər: “O, biz heyzli olanda bizimlə yaxınlıq edir, halbuki daha öncə belə bir şey etməzdi”. Şeytan həlak olacağını başa düşüncə, qaçıb aradan çıxdı. Üzüyü isə dənizə atdı.
Bir hədisdə deyilir ki, bir balıq üzüyü uddu. Şeytan isə qaçıb dənizdə bir adada gizləndi. Bir gün Süleyman bir kişi üçün balıqlarını daşıyırdı. Balıqçı kişi, “neçəyə daşıyarsan?”, - dedikdə, Süleyman, “bu balıqlardan birinə”, - demişdi. Süleyman balıqları daşıyıb kişinin evinə gətirdi. Kişi ona bir balıq verdi. Bu həmin qarnında üzük olan balıq idi. Süleyman balığı bişirmək üçün qarnını yaranda balığın qarnında üzüyü gördü. Üzüyü götürüb əlinə taxdı. Bu zaman insanlar və şeytanlar yenidən onun itaətinə keçdilər...”.



2-İbn Əbu Hatimin “Təfsir” kitabında (10/3241-3242, rəvayət: 18356) belə nəql olunur:

وَبِسَنَدٍ قَوَيٍ، عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ: أَرَادَ سُلَيْمَانُ عَلَيْهِ السَّلامُ أَنْ يَدْخُلَ الْخَلاءَ فَأَعْطَى الْجَرَادَةَ خَاتَمَهُ وَكَانَتِ امْرَأَتُهُ، وَكَانَتْ أَحَبَّ نِسَائِهِ إِلَيْهِ فَجَاءَ الشَّيْطَانُ فِي صُورَةِ سُلَيْمَانَ فَقَالَ لَهَا: هَاتِي خَاتَمِي فَأَعْطَتْهُ فَلَمَّا لَبِسَهُ دَانَتْ لَهُ الْجِنُّ وَالْإِنْسُ وَالشَّيَاطِينُ، فَلَمَّا خَرَجَ سُلَيْمَانُ عَلَيْهِ السَّلَامُ مِنَ الْخَلَاءِ قال لها: هَاتِي خَاتَمِي فَقَالَتْ: قَدْ أَعْطَيْتُهُ سُلَيْمَانَ قَالَ: أَنَا سُلَيْمَانُ قَالَتْ: كَذَبْتَ لَسْتَ سُلَيْمَانَ فَجَعَلَ لَا يَأْتِي أَحَدًا يَقُولُ: أَنَا سُلَيْمَانُ إِلا كَذَّبَهُ حَتَّى جَعَلَ الصِّبْيَانُ يَرْمُونَهُ بِالْحِجَارَةِ، فَلَمَّا رَأَى ذَلِكَ عَرَفَ أَنَّهُ مِنْ أَمْرِ اللَّهِ عَزَّ وَجَلَّ وَقَامَ الشَّيْطَانُ يَحْكُمُ بَيْنَ النَّاسِ. فَلَمَّا أَرَادَ اللَّهُ تَعَالَى أَنْ يَرُدَّ عَلَى سليمان عليه السلام سلطانه ألْقَى فِي قُلُوبِ النَّاسِ إِنْكَارَ ذَلِكَ الشَّيْطَانِ فَأَرْسَلُوا إِلَى نِسَاءِ سُلَيْمَانَ عَلَيْهِ السَّلامُ فَقَالُوا لهن أيكون من سليمان شيء؟ قلنا: نَعَمْ إِنَّهُ يَأْتِينَا وَنَحْنُ حُيَّضٌ، وَمَا كَانَ يَأْتِينَا قَبْلَ ذَلِكَ فَلَمَّا رَأَى الشَّيْطَانُ أَنَّهُ قَدْ فُطِنَ لَهُ ظَنَّ أَنَّ أَمْرَهُ قَدِ انْقَطَعَ، فَكَتَبُوا كُتُبًا فِيهَا سِحْرٌ وَمَكْرٌ فَدَفَنُوهَا تَحْتَ كُرْسِيِّ سُلَيْمَانَ ثُمَّ أَثَارُوهَا وَقَرَءُوهَا عَلَى النَّاسِ قَالُوا: بِهَذَا كَانَ يَظْهَرُ سُلَيْمَانُ عَلَى النَّاسِ وَيَغْلِبُهُمْ فَأَكَفَرَ النَّاسُ سُلَيْمَانَ فَلَمْ يَزَالُوا يكفرونه وبعث ذلك الشيطان بالخاتم فَدَعَا سُلَيْمَانَ عَلَيْهِ السَّلامُ فَقَالَ: تَحْمِلُ لِي هذه السمك؟ ثُمَّ انْطَلَقَ إِلَى مَنْزِلِهِ فَلَمَّا انْتَهَى الرَّجُلُ إِلَى بَابِ دَارِهِ، أَعْطَاهُ تِلْكَ السَّمَكَةَ الَّتِي فِي بَطْنِهَا الْخَاتَمُ فَأَخَذَهَا سُلَيْمَانُ عَلَيْهِ السَّلامُ فَشَقَّ بَطْنَهَا فَإِذَا الْخَاتَمُ فِي جَوْفِهَا فَأَخَذَهُ فَلَبِسَهُ فَلَمَّا لَبِسَهُ دَانَتْ لَهُ الْإِنْسُ وَالْجِنُّ وَالشَّيَاطِينُ، وَعَادَ إِلَى حَالِهِ، وَهَرَبَ الشَّيْطَانُ حَتَّى لحق بجزيرة مِنْ جَزَائِرِ الْبَحْرِ...

“Qəvi 1 sənədlə  İbn Abbasdan (Allah ondan və atasından razı olsun) belə nəql olunur:

Bir dəfə Süleyman (Allahın salamı olsun ona) təharətə çıxmaq istədikdə üzüyünü həyat yodaşı Cəradəyə verdi. Cəradə Süleymanın ən sevimli xanımı idi. Şeytan Süleymanın cildində Cəradənin yanına gəlib dedi: “Üzüyümü ver”. Cəradə üzüyü ona verdi. Şeytan üzüyü əlinə taxınca cinlər, insanlar və şeytanlar ona tabe oldular. Süleyman təharətdən çıxdığı zaman Cəradəyə dedi:
– Üzüyümü ver.
Cəradə dedi:
– Mən onu Süleymana vermişəm.
Süleyman dedi:
–Süleyman mənəm.
Cəradə dedi:
– Yalan deyirsən, sən Süleyman deyilsən.

Süleyman kimin yanına gedib “mən Süleymanam”, - dedisə, hamı onu təkzib etdi. Hətta, uşaqlar onu daş-qalaq etməyə başladılar. Süleyman bunu görüncə başa düşdü ki, bu iş Allahdandır. Beləcə şeytan camaat arasında hakimiyyət etməyə başladı.

Allah-taala Süleymanın hakimiyyətini ona qaytarmaq istədikdə insanların qəlbinə o şeytana qarşı inkar hissi saldı. Camaat Süleymanın arvadlarının yanına adam göndərib onlara dedilər: “Süleymanda nəsə (qəribə) bir şey var?”. Qadınlar dedilər: “Bəli, var. Biz heyzli olduğumuz zaman bizimlə yaxınlıq edir, halbuki daha öncə belə bir şey etməzdi”.

Şeytan məsələnin anlaşıldığını görüncə, işinin bitdiyini başa düşdü. Bu vaxt şeytanlar içində sehr və küfr olan bir sıra kitablar yazıb onları Süleymanın taxtının altında gizlətdilər. Sonra onları ortaya çıxarıb camaata dedilər: “Süleyman bunlarla camaat üzərində nüfuz sahibi olub onlara hakimiyyət edirdi”. Beləcə camaat Süleymanı kafir hesab etməyə başladı.

Sonra şeytan üzüyü göndərdi. (red: Rəvayətin bu hissəsində qarışıqlıq vardır. Digər rəvayətlə tutuşdurulduqda, çox güman ki, belə demək istənmişdir: Şeytan üzüyü göndərib dənizə atdırdı. Sonra bir balıq üzüyü uddu. Sonra bir şəxs o üzüyü udan balığı tutdu. Sonra həmin şəxs) Süleymanı çağırıb dedi: “Bu balıqları mənim üçün daşıyarsan?” (Süleyman “bəli”, - cavabı verdi). Sonra həmin şəxsin evinə gəldi. Kişi evinin qapısına çatdıqda, qarnında üzük olan balığı Süleymana verdi. Süleyman balığı götürdü. Onun qarnını yardıqda üzüyün onun qarnında olduğunu gördü. Bundan sonra üzüyü götürüb əlinə saldı, beləcə insanlar, cinlər və şeytanlar onun itaəti altına keçdilər. Bununla Süleyman əvvəlki vəziyyətinə qayıtdı. Şeytan isə qaçıb dənizin bir adasında gizləndi...”.

1 - Səhihdən daha aşağı, həsəndən daha yuxarı olan hədisdir. Sənədində barəsində müəyyən mənfi sözlər deyilən, lakin “Səhihül-Buxari” və ya “Səhihü-Müslim”in ravilərindən olan bir şəxs olan hədisə “qəviyy hədis” (güclü hədis) deyilər. Bax: “Mucəmul-mustalahatul-hədisiyyə”: səh.562.

Rəvayətin digər mənbələri:
1-“Təfsir” (Təbəri): 2/324.
2-“Əd-Dürrül-mənsur” (Suyuti): 12/571.
3-“Ruhul-məani” (Alusi): 23/198.
4-“Təfsirul-Quranil-azim” (İbn Kəsir): 7/68-69


Rəvayətin sənədi:
Rəvayətin sənədi mötəbərdir. Belə ki, İbn Əbu Hatim, Alusi, İbn Kəsir və Süyuti onun sənədini “qəvi” hesab etmişlər. (Bax: “Təfsiru-İbn Əbi Hatim”: 10/3241; “Əd-Dürrül-mənsur”: 12/571; “Ruhul-məani”: 23/198; “Təfsirül-Quranil-azim”: 7/69).


Rəvayətlə bağlı mülahizələr:

1-Allahın əzəmətli peyğəmbərlərindən olan Süleyman peyğəmbər kimi bir şəxs qəzavət zamanı nəfsi istəkləri əsasında necə hökm verə bilər? Sevimli arvadının qohumları olduğu üçün Allahın təyin etdiyi hökmləri bir kənara atıb, haqsız tərəfin xeyrinə necə hökm verə bilər?

2-Şeytan və ya cinin Süleyman peyğəmbərin cildinə girib insanları aldatması və Allahın da buna göz yumması necə ola bilər?

3-Şeytan və ya cinin Süleyman peyğəmbərin cildinə girib onun adından insanlar arasında qəzavət etməsi necə ola bilər?

4-Görəsən həzrət Süleymanın peyğəmbərliyi elə onun üzüyündə idimi?! Üzüyü kim taxırdısa, hakimiyyət və qüdrət onunmu olurdu? Sizcə bu, “Ələddinin sehirli çırağı” nağılındakı üzüyü xatırlatmır?  

5-Şeytan Süleyman peyğəmbərin arvadları ilə necə yaxınlıq edə bilər? “Peyğəmbər xanımlarını təhqir edirlər” bəhanəsi ilə şiələri az qala dindən çıxaranlar Süleyman peyğəmbərin xanımlarına atılan bu ifitranı nə cür qəbul edirlər?

Hökm hörmətli oxucunundur.


313news.net

Рейтинг

В этом разделе