»»

Əhli-sünnə alimlərinin rəcm ayəsi barədə şiəyə atdıqları iftira

Rəhman və Rəhim olan Allahın adı ilə.

Əziz oxucular, bu sətirləri oxuyub təəccüblənməmək mümkün deyil. Məzhəblər arasında öz iddiaları üçün dəlil gətirmək, sağlam şəkildə mübahisə etmək normal haldır. Ancaq bəzi hallarda iddialar iftiraya çevriləndə biz də çox məyus oluruq.

Sirr deyil ki, rəcm ayəsinin bir kağızda yazılı olması və bu kağızın keçi tərəfindən yeyilməsi barədə rəvayət əhli-sünnə mənbələrində qeyd edilmişdir. Bundan əlavə, sələfi hədis ustadı Nasiruddin əl-Albani bu rəvayətin sənədinin «həsən» dərəcəsində olduğunu bildirmişdir. (Daha ətraflı)

Ancaq əhli-sünnə təfsir elmində çox məşhur olan əl-Qurtubi, ən-Nəsəfi, əş-Şirbini və s. kimi alimlər bu rəvayətin bir rafizi (bununla on iki imam şiələri qəsd olunur) və ateist yalanı olduğunu qeyd etmişdirlər. Bir rəvayətin yalan olduğunu iddia etmək olar, ancaq bununla yanaşı əsilsiz iftira atmaq alimə yaraşan hərəkət deyil. Hələ o rəvayətin öz mötəbər mənbələrində olduğunu bilmədən, və ya bilib qəsdən gizlədərək qarşı tərəfə böhtan atılırsa, bunu hansı dəyərlər əsasında qiymətləndirəcəyimizi bilmirik. Buyurun özünüz qiymət verin.

əl-Qurtubi «Əhzab» surəsinin təfsirinə girişdə yazır:

وروى زر قال : قال لي أبي بن كعب : كم تعدون سورة الأحزاب ؟ قلت ثلاثا وسبعين آية ; قال : فوالذي يحلف به أبي بن كعب إن كانت لتعدل سورة البقرة أو أطول ، ولقد قرأنا منها آية الرجم : الشيخ والشيخة إذا زنيا فارجموهما البتة نكالا من الله والله عزيز حكيم . أراد أبي أن ذلك من جملة ما نسخ من القرآن . وأما ما يحكى من أن تلك الزيادة كانت في صحيفة في بيت : عائشة فأكلتها الداجن فمن تأليف الملاحدة والروافض .

Zirr dedi: Ubəy b. Kəb mənə belə dedi: Sizin saydığınıza əsasən Əhzab surəsi neçə ayədir? Mən dedim: 73 ayə. O belə dedi: Ubəy b. Kəbin adına and içdiyi zat haqqına and olsun, o, Bəqərə surəsi qədər, və ya daha uzundur və biz bu surədən olmaqla: "evli kişi ilə evli qadın zina etdikləri təqdirdə o iki nəfəri rəcm edin.... " ayəsi də bu surədən idi. Bununla Ubəyy bu ayənin Qurani-Kərimdən olub nəsx edilən əmrlərdən biri olduğunu qəsd etməkdədir. Bu ziyadənin (əlavənin) Aişənin otağında olan bir səhifədə yazılı olub, onu bir keçinin yeməsi şəklindəki nəql isə ateistlərin və rafizilərin uydurmalarıdır.

Muhəmməd b. Əhməd əl-Qurtubi, əl-Cami əl-əhkam əl-Quran, c.14, s.106-107; Dar əl-Fikr, Beyrut

Onlayn link1: islamweb, c.14, s.106-107

Onlayn link2: islamport, 14/113

 

Fotoşəkil: Muhəmməd b. Əhməd əl-Qurtubi, əl-Cami əl-əhkam əl-Quran, c.17, s.48-49; Müəssisə ər-Risalə, Beyrut, 1427/2006; təhqiq: Abdullah b. Əbdül-Muhsin ət-Turki

Kitabı yükləmək üçün: ÜNVAN

Eyni sözləri ən-Nəsəfi də təkrar etmişdir.

وأما ما حكي أن تلك الزيادة كانت في صحيفة في بيت عائشة فأكلتها الداجن فمن تأليفات الملاحدة والروافض

Onlayn link 1: islamport, 3/294

 

Fotoşəkil: Abdullah b. Əhməd ən-Nəsəfi, Mədarik ət-tənzil və əl-həqaiq ət-təvil, c.3, s.14; təhqiq: Yusuf Əli Budəyvi və Muhyiddin Dib Mistu

Kitabı yükləmək üçün: ÜNVAN

Həmçinin də əş-Şirbini:

وأما ما حكي أن تلك الزيادة كانت في صحيفة في بيت عائشة فأكلتها الداجن فمن تأليفات الملاحدة والروافض

Onlayn link 1: islamport, 1/3313

 

Fotoşəkil: Muhəmməd b. Əhməd əl-Xətib əş-Şirbini, əs-Sirac əl-Munir, c.3, s.217; Mətbəə əl-Kubra əl-Amiriyyə, 1285/1868

Kitabı yükləmək üçün: ÜNVAN

Рейтинг

В этом разделе