Bismillah!
Növbəti saxtakar vəhhabi (sələfi) şübhəsinə cavab verək. Hədisi kəsib özlərinə sərf edən hissəsini paylaşmaqla hamını aldada biləcəklərini zənn ediblər. İndi, Allahın izni ilə həmin hədisin ardını təqdim edəcəyik və baxın bunlar necə saxtakar, yalançı qövmdür...
وأنا أفضي إليك سرا فان أنت أخبرت به فعليك لعنة الله والملائكة والناس أجمعين فقالت نعم ما هو؟ فقال إن أبا بكر يلي الخلافة بعدي ثم من بعده أبوك فقالت من أخبرك بهذا قال الله أخبرني فأخبرت حفصة عائشة من يومها ذلك وأخبرت عائشة أبا بكر، فجاء أبو بكر إلى عمر فقال له ان عائشة أخبرتني عن حفصة بشئ ولا أثق بقولها فاسأل أنت حفصة، فجاء عمر إلى حفصة، فقال لها ما هذا الذي أخبرت عنك عائشة، فأنكرت ذلك قالت ما قلت لها من ذلك شيئا، فقال لها عمر إن كان هذا حقا فأخبرينا حتى نتقدم فيه، فقالت نعم قد قال رسول الله
...Peyğəmbər (s) Həfsəyə dedi: “Mən sənə bir sirr verəcəyəm. Gərək onu heç kəsə deməyəsən. Əgər bir kəsə desən Allahın, mələklərin və bütün insanların lənətinə məruz qalarsan”. Həfsə dedi: "Bəli (razıyam). Nədir o (xəbər)?" Peyğəmbər (s) buyurdu: “Məndən sonra Əbu Bəkr, sonra sənin atan (Ömər) xilafətdə olacaq”. Həfsə dedi: “Sənə bu xəbəri kim verdi?” Peyğəmbər (s) buyurdu: “Bunu mənə Allah xəbər verdi”. Həfsə dərhal bu xəbəri Aişəyə çatdırdı. O da atası Əbu Bəkrə bu xəbəri verdi. Əbu Bəkr də Ömərin yanına gəlib dedi: “Aişə mənə Həfsədən bir xəbər verdi ki, onun sözünə güvənmirəm. Sən Həfsədən (bu məsələni) soruş”. Ömər Həfsənin yanına gəlib və ona dedi: “Sənin Aişəyə xəbər verdiyin nədir?” Həfsə bunu inkar etdi və dedi: “Mən ona bu haqda heç bir şey deməmişəm”. Ömər ona dedi: “Əgər bu doğrudursa, sən bunu bizə xəbər ver, o haqda önə keçək (qabaqlayaq). O dedi: “Bəli, Allah Rəsulu (s) belə buyurub”.
Şeyx Əli ibn İbrahim Qummi, "Təfsirul-Qummi", cild 3, səhifə 1082, hədis 1.
Cavab:
1. Bu hədis mürsəldir, çünki mərhum Qummi (r.a) hədisin səhih olub olmamasının araşdırılması üçün öz sözünə heç bir sənəd qeyd etməmişdir.
2. Hədis məsuma nisbət verilmir. Sadəcə olaraq mərhum Qummi (r.a) bu hədisi ayənin şəni-nüzulu kimi qeyd edir.
3. Lap hədisin səhihliyini fərz etsək də, bu müjdə və bəşarət hesab olunmur, sadəcə olaraq Peyğəmbərin (s) gələcəkdə baş verəcək bir hadisədən xəbər verməsinin nişanəsidir. Bu xəbər, Hz Peyğəmbərin (s) gələcəyə aid digər qeybi xəbərləri kimidir.
4. Əgər Əbu Bəkr və Ömərin xilafəti haqq olsaydı, onda Peyğəmbər (s) bu məsələni açıq-aydın bəyan etməli idi və bunu bir sirr kimi bəyan etməsinə ehtiyacı da olmazdı.
5. Hədisin məzmunu vəhhabilərin bütün əqidələrini batil edir. Çünki Allah Rəsulu (s) bu hədisdə Həfsəyə buyurur:
فإن أنت أخبرت به فعليك لعنة الله والملائكة والناس أجمعين.
“Əgər bir kəsə desən Allahın, mələklərin və bütün insanların lənətinə məruz qalarsan”.
Görəsən vəhhabilər Həfsəyə verilən belə bir nisbəti qəbul etməyə hazırdırlarmı?
6. Bu xəbər Əbu Bəkrin qulağına çatan kimi Ömərin yanına gəlib dedi:
إنّ عائشة أخبرتني عن حفصة بشئ ولا أثق بقولها، فاسأل أنت حفصة.
“Aişə mənə Həfsədən bir xəbər verdi ki, onun sözünə güvənmirəm. Sən Həfsədən (bu məsələni) soruş”.
Bu ibarə Əbu Bəkrin öz qızına etimad etməməsinin və onu yalançılıqda ittiham etməsinin nişanəsidir. Beləliklə Əbu Bəkr öz qızını başqalarından yaxşı tanıyıb ona etimad etmirsə, siz necə onun nəql etdiyi hədisləri qeydsiz-şərtsiz qəbul edirsiniz?
7. Maraqlı burasıdır ki, yalnız Ömər bu məsələni Həfsədən soruşur, lakin o, əvvəlcə bunu inkar edir və deyir:
ما قلت لها من ذلك شيئاً
“Mən ona (Aişəyə) bu haqda heç bir şey deməmişəm”. (Yəni, Aişə yalan deyir)
8. Ömərin israr etməsindən sonra isə Həfsə deyir:
نعم قد قال رسول اللّه
“Bəli, Allah Rəsulu (s) belə buyurub”.
Deməli, Həfsə əvvəlcə Aişəyə yalan danışmaq nisbəti verir, sonra isə özünün yalan danışdığını etiraf edir.
(c) https://t.me/imamrza_xadimi