»»

Ölülərin eşitməsi barədə əhli-sünnə alimlərinin nəzəri

Bu məqalədə bir sıra əhli-sünnə alimlərinin ölülərin eşitməsinə dair sözlərini qeyd edirik:

1. Məhəmməd İsmail əl-Buxari

Əhli-sünnəyə görə Qurandan sonra kitabların ən səhihi olan “Səhihul-Buxari” kitabında Buxari ölülərin cənazəni yola salan kəslərin ayaq səslərini eşitməsinə dair xüsusi bir bab açmışdır:

66 بَاب الْمَيِّتُ يَسْمَعُ خَفْقَ النِّعَالِ.

“66. Meyit başmaq (ayaqqabıların) səslərini eşidir”.

Muhəmməd ibn İsmail əl-Buxari (vəfatı: h. 256), “əs-Səhih”, c.1, s.448.

Rəvayətlərini bundan qabaq qeyd etmişik.

2. Müslim ibn əl-Həccac ən-Nisaburi

O da öz “Səhih”ində yazır ki, ölülər, hətta qəbir kənarından ayrılanların addım səslərini eşidirlər:

إِنَّ الْمَيِّتَ إذا وُضِعَ في قَبْرِهِ إنه لَيَسْمَعُ خَفْقَ نِعَالِهِمْ إذا انْصَرَفُوا.

“Həqiqətən, ölü qəbrinə qoyulduqda (onu təşyi-cənazə edən kəslərin oradan) ayrıldıqları zaman başmaqlarının səsini eşidir”.

Müslim ibn əl-Həccac ən-Nisaburi (vəfatı: h. 261), “əs-Səhih”, c.4, s.2201, h. 2870.

Bu məsələ ilə bağlı hədisləri də yuxarıda qeyd etdik.

3. İbn Teymiyyə

Vəhhabilərin şeyxül-islamı İbn Teymiyyə bir sıra ayə və hədislərə əsasən ölülərin eşitdiyini demişdir:

سئل هل يتكلم الميت في قبره؟
فقال وأما سؤال السائل هل يتكلم الميت في قبره فجوابه أنه يتكلم وقد يسمع أيضا من كلمه كما ثبت في الصحيح عن النبي أنه قال إنهم يسمعون قرع نعالهم وثبت عنه في الصحيح أن الميت يسأل في قبره فيقال له من ربك وما دينك ومن نبيك فيثبت الله الذين آمنوا بالقول الثابت فيقول الله ربي والإسلام ديني ومحمد نبي ويقال له ما تقول في هذا الرجل الذي بعث فيكم فيقول المؤمن هو عبد الله ورسوله جاءنا بالبينات والهدى فآمنا به واتبعناه وهذا تأويل قوله تعالى (يثبت الله الذين آمنوا بالقول الثابت في الحياة الدنيا وفي الآخرة). (ابراهٍيم/27).

“Sual verildi: meyit qəbrinin içində danışırmı?

Deyib: Sual verənin "meyit qəbrinin içində danışırmı?" deyə verdiyi sualına gəlincə, cavabı budur ki, o, danışır, həmçinin onunla danışanı da eşidir. Necə ki "əs-Səhih"də Peyğəmbərin belə dediyi sübuta yetmişdir: "Onlar (qəbirlərinin kənarında olanların) başmaqlarının taqqıltısını eşidirlər". Həmçinin "əs-Səhih"də ondan (belə buyurduğu da) sübuta yetmişdir ki, ölü qəbrində sorğu-sual olunar. Ona deyilər ki, Rəbbin kimdir? Peyğəmbərin kimdir? Allah iman gətirənləri möhkəm söz vasitəsilə sabitqədəm edər. Belə ki mömin deyər: Allah Rəbbim, İslam dinim, Məhəmməd peyğəmbərimdir. Ona deyilər ki, sizin aranıza göndərilən bu adam haqqında nə deyirsən? Mömin deyər ki, o, Allahın bəndəsi və elçisidir. Bizə açıq-aydın dəlillər və hidayət gətirmişdi, biz də ona inanmış və ona tabe olmuşduq. Bu, Allah-taalanın bu kəlamının təvilidir: "Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar”.

İbn Teymiyyə əl-Hərrani əl-Hənbəli, “Kutubu və rəsailu və fətava Şeyxil-islam İbn Teymiyyə”, c.4, s.273.

Həmçinin başqa bir yerdə deyir:

وسئل عن الأحياء إذا زاروا الأموات هل يعلمون بزيارتهم وهل يعلمون بالميت إذا مات من قرابتهم أو غيره؟
فأجاب الحمد لله نعم قد جاءت الآثار بتلاقيهم وتساؤلهم وعرض أعمال الأحياء على الأموات كما روى إبن المبارك عن أبى أيوب الأنصارى قال (إذا قبضت نفس المؤمن تلقاها أهل الرحمة من عباد الله كما يتلقون البشير فى الدنيا فيقبلون عليه ويسألونه فيقول بعضهم لبعض أنظروا أخاكم يستريح فإنه كان فى كرب شديد قال فيقبلون عليه ويسألونه ما فعل فلان وما فعلت فلانة هل تزوجت) الحديث
وأما علم الميت بالحي إذا زاره وسلم عليه ففي حديث إبن عباس قال قال رسول الله (ما من أحد يمر بقبر أخيه المؤمن كان يعرفه فى الدنيا فيسلم عليه إلا عرفه ورد عليه السلام) قال إبن المبارك ثبت ذلك عن النبى صلى الله عليه وسلم وصححه عبد الحق صاحب الأحكام.

“Belə bir sual verildi: Dirilər ölüləri ziyarət etdikdə ölülər dirilərin onları ziyarət etdiyindən xəbərdar olurlarmı? Həmçinin, ölülər öz yaxınlarından və ya başqalarından birisi öldükdə bundan xəbərləri olur?

Şeyx belə cavab verdi: Allaha həmd olsun, bəli, onların (bir-birilərilə) görüşü, aralarında sorğu-sual etmələri, dirilərin əməllərinin onlara göstərilməsi ilə bağlı rəvayətlər nəql olunmuşdur. Necə ki, İbn əl-Mübarək Əbu Əyyub əl-Ənsaridən belə nəql etmişdir: “Möminin canı alındıqda, eyniylə sizin dünyada xoş xəbər gətirən bir şəxsi qarşıladığınız kimi, Allahın rəhmətə layiq görülmüş bəndələri də onu qarşılayarlar. Onun yanına gəlib ona suallar verərlər. Onlar bir-birlərinə deyərlər: “Bir baxın qardaşınız dincəlir. Halbuki o, (dünya həyatında) çətin sıxıntı içində idi”. Sonra onun yanına gəlib belə soruşarlar: “Filankəs nə etdi, bəs filan qadın nə etdi, evləndimi?”.

Ölünün onu ziyarət etdiyi və ona salam verdiyi zaman dirini tanımasına gəldikdə isə, İbn Abbasdan nəql olunan bir hədisdə Allah Rəsulunun belə buyurduğu deyilir: “Kim dünyada tanıdığı mömin qardaşının məzarının kənarından keçərək ona salam verərsə, (ölü) onu (qəbrin içindən) tanıyar və salamının cavabını qaytarar”. İbn əl-Mübarək hədisin sübuta yetdiyini demişdir. "Əl-Əhkam" kitabının sahibi Əbdülhaqq isə onu səhih hesab etmişdir”.

İbn Teymiyyə əl-Hərrani, “Kutubu və rəsailu və fətava Şeyxil-İslam İbn Teymiyyə”, c.24, s.331.

4. İbn Qəyyim əl-Cövziyyə

O da meyitin öz qəbrinə baş çəkələri tanımasına dair rəvayətlərin mütəvatir olmasını bildirmişdir:

وقد تواترت الآثار عنهم بأن الميت يعرف زيارة الحي له ويستبشر به

“Sələflərdən mütəvatir şəklində nəql olunmuşdur ki, ölü onu ziyarətə gələn dirini tanıyır və buna görə sevinir”.

İbn Qəyyim əl-Cövziyyə, “ər-Ruhu fil-kəlam əla ərvahil-əmvati vəl-əhyai bid-dəlaili minəl-kitabi vəs-sünnə”, c.1, s.5.

5. İbn Kəsir Dəməşqi Sələfi

O, öz təfsirində bildirmişdir ki, ölülərin öz məzarlarına baş çəkənləri tanıması və onları görməklə sevinmələrinə dair rəvayətlər mütəvatir həddədir:

وقد تواترت الاثار عنهم بأن الميت يعرف بزيارة الحي له ويستبشر فروى ابن أبي الدنيا في كتاب القبول عن عائشة رضي الله عنها قالت قال رسول الله صلى الله عليه وسلم ما من رجل يزور قبر أخيه ويجلس عنده إلا استأنس به ورد عليه حتى يقوم وروي عن أبي هريرة رضي الله عنه قال إذا مر الرجل بقبر يعرفه فسلم عليه رد عليه السلام

“Meyitin onu ziyarət edən dirini tanıması və (bundan) xoşhal olması ilə əlaqədar onlardan (sələflərdən) gəlib çatan xəbərlər təvatür həddindədir. Belə ki, İbn Əbüddünya "əl-Qəbul" kitabında Aişədən - Allah ondan razı olsun - belə nəql etmişdir: "Allah Rəsulu(sallallahu əleyhi və səlləm) buyurmuşdur: "Hər kəs qardaşının qəbrini ziyarət edər və onun yanında oturarsa, (oradan) qalxanadək ölü onunla ünsiyət qurar və (dediyi sözün və ya verdiyi salamın) cavabını verər". Həmçinin Əbu Hüreyrədən - Allah ondan razı olsun - belə nəql olunmuşdur: "İnsan qəbir kənarından keçdikdə (qəbirdəki) onu tanıyar; salam verdikdə isə salamın cavabını verər”.

İbn Kəsir əd-Diməşqi, “Təfsiru əl-Quranil-əzim”, c.3, s.439.

6. İbn Cərir Təbəri

Məhəmməd ibn Cərir Təbərialimlərin əksəriyyətinin ölülərin eşitməsinə inandığını yazmışdır:

فقال جماعة يكثر عددها بتصحيحها وتصحيح القول بظاهرها وعمومها وقالوا الميت بعد موته يسمع كلام الأحياء ولذلك قال النبي صلى الله عليه وسلم لأهل القليب بعدما ألقوا فيه ما قال قالوا وفي قوله لأصحابه إذ قالوا أتكلم أقواما قد ماتوا وصاروا أجسادا لا أرواح فيها فقال (ما أنتم بأسمع لما أقول منهم).

“Çoxlu saya malik bir dəstə alim bu xəbərləri səhih saymış, onların zahiri və ümumi mənada olduqlarına inanmağı doğru hesab etmiş və belə demişlər: "Ölü vəfatından sonra dirilərin danışıqlarını duyur". Bu səbəbdəndir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –Bədrə quyuya atılan şəxslərə məlum sözləri demişdir. Onun sözü barədə səhabələri "Sən ölmüş və ruhsuz cəsədlərə çevrilmiş bir qövmlə danışırsan" deyəndə, o buyurdu: " Siz dediklərimi onlardan daha yaxşı duymursunuz!", - deyə cavab vermişdir”.

Muhəmməd ibn Cərir ət-Təbəri, “Təhzibul-asar”, c.2, s.491.

7. Əbu Abdullah əl-Qurtubi

Əhli-sünnə imamı Qurtubi yazır ki, əgər ölü eşitməsəydi, ona salam verilməzdi:

وبأن الميت يسمع قرع النعال إذا انصرفوا عنه إلى غير ذلك فلو لم يسمع الميت لم يسلم عليه وهذا واضح وقد بيناه في كتاب التذكرة.

“Ölü (onu dəfn edənlər) onun yanından ayrıldığı zaman onların başmaqlarının taqqıltısını eşidir. Əgər ölü eşitməsəydi, onda ona salam verilməzdi. Bu, açıq-aydındır. Biz bu məsələni "ət-Təzkirə" kitabında bəyan etmişik”.

Əbu Abdullah əl-Qurtubi, “əl-Cami li-əhkamil-Quran”, c.13, s.233.

8. Alusi Bağdadi

Əllamə Alusi yazır ki, haqq söz budur ki, ölülər eşidir:

والحق أن الموتى يسمعون في الجملة.

“Həqiqət odur ki, ölülər, ümumiyyətlə eşidirlər”.

Şihabuddin əl-Alusi əl-Bağdadi əl-Hənəfi, “Ruhul-məani fi təfsiril-Quranil-əzim vəs-səbil-məsani”, c.21, s.57.

9. Mühyiddin ən-Nəvəvi

“Səhihu Muslim”in şərhçisi Nəvəvi “Səhihu Müslim”də gələn bir hədisi şərh edərkən ölünün qəbrinin kənarında olan kəslərin səsini eşitdiyini bildirmişdir:

اثبات فتنة القبر وسؤال الملكين وهو مذهب أهل الحق ومنها استحباب المكث عند القبر بعد الدفن لحظة نحو ما ذكر لما ذكر وفيه أن الميت يسمع حينئذ من حول القبر.

“...Bu hədisdən qəbir imtahanının, iki mələyin sorğu-sual etməsinin haqq olduğu aydın olur. Haqq əhlinin nəzəri də məhz budur. Həmçinin, bu hədisdən qəbrin başında bir qədər dayanmağın müstəhəb olduğu başa düşülür. Həmçinin, bu hədisdən ölünün qəbrin kənarındakıların səslərini eşitdiyi anlaşılır”.

Muhyiddin ən-Nəvəvi əş-Şafei, “Şərhun-Nəvəvi əla Səhihi Muslim”, c.2, s.139.

10. İbn Həcər əl-Heysəmi

O, ölünün camaatın danışığını eşidib-eşitməməsi ilə bağlı ona ünvanlanan sualın cavabında ölünün camaatın sözünü eşitdiyini bildirmişdir:

هل يَسْمَعُ الْمَيِّتُ كَلَامَ الناس فَأَجَابَ بِقَوْلِهِ نعم لِحَدِيثِ أَحْمَدَ وَجَمَاعَةٍ إنَّ الْمَيِّتَ يَعْرِفُ من يُغَسِّلُهُ وَيَحْمِلُهُ وَيُدْلِيهِ في قَبْرِهِ.

“Sual verildir: Ölü camaatın sözünü eşidirmi?

Cavab verdi: Bəli. Əhmədin və bir qrup başqa alimin nəql etdiyi "həqiqətən də, ölü ona qüsl verəni, daşıyanı və qəbrinə qoyanı tanıyır" hədisinə əsasən bu belədir”.

İbn Həcər əl-Heysəmi, “əl-Fətava əl-kübra əl-fiqhiyyə”, c.2, s.29.

11. Əbül-Həsənat əl-Ləknəvi əş-Şeybani

واجماع اكثر الصحابة عليه.

“Səhabələrin əksəriyyəti ölünün camaatın danışığını eşitdiyi üzərində icma etmişdir”.

Əbül-Həsənat əl-Ləknəvi, “əl-Camius-Səğir və şərhuhu ən-nafiul-kəbir”, c.1, s.273.

12. İbn Bəttal Bəkri

Onun da Buxarinin şərhində bu cür sözləri vardır.

İbn Bəttal əl-Bəkri əl-Qurtubi, “Şərhu Səhihil-Buxari”, c.3, s.320.

13. Cəlaləddin Süyuti

Süyutinin ölmüş peyğəmbərlərin hamısı və başqalarının eşitməsinə dair açıqlaması vardır:

وأما الإدراكات كالعلم والسماع فلا شك أن ذلك ثابت لهم ولسائر الموتى.

“Xəbərdar olma və eşitmə kimi duymalar heç şübhəsiz ki, həm peyğəmbərlər, həm də sair ölülər üçün sabitdir”.

Cəlaləddin əs-Süyuti, “Şərhus-sudur bi-şərhi halil-məvta vəl-qubur”, c.1, s.202.

O, ona ünvanlanan “meyit camaatın sözünü və özü barəsində deyilən tərifi eşidirmi?” sualına verdiyi cavabda demişdir ki, ölülər eşidir. Sual-cavabın mətni belədir:

وأما المسألة الثالثة : وهي هل يسمع الميت كلام الناس وثناءهم عليه وقولهم فيه ؟ فنعم أيضاً ، أخرج الإمام أحمد في مسنده ، والمروزي في الجنائز ، وابن أبي الدنيا ، وغيرهم من طريق أبي عامر العقدي عن عبد الملك بن الحسن المدني عن سعد بن عمرو بن سليم عن معاوية أو ابن معاوية وعن أبي سعيد الخدري قال : قال رسول الله صلى الله عليه وسلّم : ( إن الميت يعرف من يغسله ويحمله ويدليه في قبره ) وأخرجه الطبراني في الأوسط من طريق آخر عن أبي سعيد

“Üçüncü məsələ: Ölü camaatın danışığını, camaatın onun barəsində dedikləri tərifləri və onun haqqında danışdıqları sözləri eşidirmi?

Cavab: Yenə də bəli. İmam Həməd öz "Müsnəd"ində, əl-Mərvəzi "əl-Cənaiz"də, İbn Əbüddünya və başqaları da (öz kitablarında) Əbu Amir əl-Əqədi yolu Əbdülməlik ibn əl-Həsən əl-Mədənidən, o, Səd ibn Əmr ibn Səlimdən, o, Müaviyə və ya Müaviyənin oğlundan və Əbu Səid əl-Xudridən belə nəql etmişlər: "Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Həqiqətən, ölü ona qüsl verəni, onu daşıyanı və qəbrinə qoyanı tanıyır". Habelə ət-Təbərani bu hədisi "əl-Əvsət"də başqa bir yolla Əbu Səiddən nəql etmişdir”.

Cəlaləddin əs-Süyuti, “əl-Havi lil-fətava”, c.2, s.162.

14. Əhməd ibn İdris əs-Sinhaci (Şihabuddin əl-Qərafi)

O da yazır ki, ölülər qəbirlərində moizə, Quran, zikr, təsbih və təhlili (“la ilahə illəllah” zikrini demək) eşidir:

وكذلك الموتى يسمعون في قبورهم المواعظ والقرآن والذكر والتسبيح والتهليل ولا ثواب لهم فيه على الصحيح لأنهم غير مأمورين بعد الموت ولا منهيين فلا إثم ولا ثواب لعدم الأمر والنهي

“Ölülər qəbirlərində moizələri, Quranı, zikri, təsbihi, təhlili (“la ilahə illəllah”ı) eşidirlər; doğru fikirə əsasən, bunda onlar üçün bir savab yoxdur. Çünki onlar üçün ölümdən sonra əmr və ya qadağa yoxdur. Əmr və qadağa olmadığına görə də nə savab vardır, nə də günah”.

Əhməd ibn İdris əs-Sinhaci, “əl-Fərq əu ənvarul-buruq fi ənvail-furuq” (məəl-həvamiş), c.4, s.392.

15. İbn Muəmmar əl-Hənbəli

O da “əl-Fəvakih” kitabında Bədrdə öldürülənlərlə əlaqəli rəvayətlərin nəqlindən sonra belə yazır:

وهو نص صحيح صريح في سماع الموتى ، ولم يذكر صلى الله عليه وسلم في ذلك تخصيصاً

“Bu, ölülərin eşitməsi barədə səhih və aydın bir nəssdir. Peyğəmbər (sallallahu əleyhi və səlləm), dediklərinin xüsusi bir dəstəyə aid olduğunu bildirməmişdir”.

İbn Muəmmar ət-Təmimi əl-Hənbəli, “əl-Fəvakihul-izab fir-rəddi əla mən ləm yəhkum əs-sünnətə vəl-kitab”, c.6, s.195.

16. Muhəmməd əl-Əmin əş-Şənqiti

O da bu rəvayətin altında belə yazmışdır:

وهو نص صحيح صريح في سماع الموتى ، ولم يذكر صلى الله عليه وسلم فيه تخصيصًا .

“Bu, ölülərin eşitməsi barədə səhih və aydın bir nəsdir. Peyğəmbər (sallallahu əleyhi və səlləm), dediklərinin xüsusi bir dəstəyə aid olduğunu bildirməmişdir”.

Muhəmməd əl-Əmin əş-Şənqiti, “Əzvaul-bəyan fi izahil-Quran bil-Quran”, c.6, s.130.

17. Məhəmməd ibn Əbdülvəhhab

İbn Əbdülvəhhab da ölülərin eşitməsini etiraf etmişdir:

أخرج أحمد وغيره عن أبي سعيد أن النبي صلى الله عليه وسلم قال : ' إن الميت يعرف من يغسله ويحمله ومن يكفنه ومن يدليه في حفرته ' .
وأخرج أبو نعيم وغيره عن عمرو بن دينار قال : ما مِن ميّت يموت إلا روحه في يد ملك الموت ينظر إلى جسده ، كيف يغسل ، وكيف يكفن ، وكيف يمشى به ، ويقال له وهو على سريره : اسمع ثناء الناس عليك .
وأخرج ابن أبي الدنيا معناه عن جماعة من التابعين بلفظ : بيد ملك . بلا إضافة .
وللشيخين عن أنس : أن النبي صلى الله عليه وسلم وقف على قتلى بدر فقال : ' يا فلان بن فلان يا فلان بن فلان هل وجدتم ما وعد ربكم حقاً ؟ فإني وجدت ما وعدني ربي حقاً ' فقال عمر : يا رسول الله ، كيف تكلم أجساداً لا أرواح فيها ؟ فقال : ' ما أنتم بأسمع لما أقول منهم ، غير أنهم لا يستطيعون أن يردوا علي شيئاً '

Əhməd və başqaları Əbu Səiddən Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql etmişlər: “Həqiqətən, ölü ona qüsl verəni, götürəni, kəfənləyəni və qəbrə qoyanı tanıyır”.

Əbu Nüeym və başqaları Əmr ibn Dinarın belə dediyini nəql etmişlər: “Hər bir ölü öləndə onun ruhu ölüm mələyinin əlində ikən cəsədinə nəzər salar, özünə necə qüsl verildiyini, necə kəfənləndiyini və necə aparıldığını görər. O, yatağında ikənona “camaatın sənə dediyi təriflərə qulaq as”, - deyilər”.

İbn Əbüddünya bir dəstə tabeindən bu hədisi məna əsasında, “mələyin əlində ikən” ləfzilə əlavəsiz olaraq nəql etmişdir.

İki şeyx də Ənəsdən nəql etmilər ki,Peyğəmbər (sallallahu əleyhi və səlləm) Bədrdə qətlə yetirilənlərin başı üstündə durub dedi: “Ey filankəsin oğlu filankəs, ay filankəsin oğlu filankəs! Rəbbinizin vəd etdiyinin haqq olduğunu gördünüzmü? Mən Rəbbimin mənə vəd etdiyinin haqq olduğunu gördüm”. Ömər dedi: “Ya Rəsuləllah, ruhu olmayan cəsədlərlə necə danışırsan?”. Buyurdu: “Mən dediyimi onlardan daha yaxşı eşidən deyilsiniz. Sadəcə, onlar mənə cavab verə bilmirlərƏhməd və başqaları Əbu Səiddən Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu gətirmişlər: "Həqiqətən, ölü onu qüsl edəni, onu daşıyanı, kəfənləyəni və qəbrinə sallayanı tanıyır".

Muhəmməd ibn Əbdülvəhhab, “Əhkamu təmənna əl-məvt”, c.1, s.458.

Həmçinin, bir çox başqa əhli-sünnə alimi ölülərin eşitməsi və diri olmasını etiraf etmiş, bu barədə nəql olunan hədisləri səhih və mötəbər hesab etmişlər. Biz isə bu qədərini qeyd etməklə kifayətlənirik.

 

313NEWS.NET

Рейтинг

В этом разделе