»»

Evə hücum zamanı xanım Fatimənin (s.ə) qapıya çıxması

Əhli-xilafın bu hadisə barəsində ən mühüm şüphələrindən biri də, xanım Fatimənin (s.ə) həyat yoldaşı (ə.s) evdə olduğu halda, qapıya çıxmasıdır. Bəzi tarixi mənbələrə nəzər saldıqda, görürük ki, xanım Fatimə (s.ə) qapını açmağa gəlməmişdir. Tam əksinə, Xanım (s.ə) həmin zaman qapının yanında durmuşdu.

 

Şeyx Mufid (r.a) yazır:

ixtisas c1 üz1mufid 186

Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik

فقال عمر: قم إلى الرجل، فقام أبو بكر وعمر وعثمان وخالد ابن الوليد والمغيرة بن شعبة وأبو عبيدة بن الجراح وسالم مولى أبي حذيفة وقمت معهم و ظنت فاطمة عليها السلام أنه لا تدخل بيتها إلا بإذنها، فأجافت الباب وأغلقته

“Ömər (Qunfuza) dedi: “Dur ora gedək!” Əbu Bəkr, Ömər, Osman, Xalid b. Vəlid, Muğirə b. Şöbə, Ubeydə b. əl-Cərrah və Əbu Huzeyfənin (ə.s) qulu Salim ayağa qalxdı və ora getdilər. Xanım Fatimə (s.ə) güman edirdi ki, onlar onun icazəsi olmadan evinə daxil olmazlar. Xanım (s.ə) qapını bağladı”.
 
Əbu Əbdullah əl-Mufid Məhəmməd b. Məhəmməd b. Numan b. Əbdüs-Səlam b. Cabir əl-Bağdadi, “Əl-İxtisas” kitabı, 1-ci cild, 186-cı səhifə, Səqifə hədisi, Təhqiq: Əli Əkbər əl-Ğəffari və Seyid Mahmud əz-Zərnədi, Nəşr: “Darul-Mufid”, Beyrut, Lübnan, 1414/1993, 2-ci çap (kitabı yükləmək üçün ünvan)
Online mənbə
 
Hədisin səhhəti barədə “Xanım Fatimənin (s.ə) evinə hücum” bölməsində məlumat verilmişdir.

 

Süleym b. Qeys (r.a) yazır:

süleym c1 üz1süleym c1 üz2süleym c1 üz3süleym 386

Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik

فانطلق قنفذ فأخبر أبا بكر. فوثب عمر غضبان، فنادى خالد بن الوليد وقنفذا فأمرهما أن يحملا حطبا ونارا. ثم أقبل حتى انتهى إلى باب علي عليه السلام، وفاطمة عليها السلام قاعدة خلف الباب، قد عصبت رأسها ونحل جسمها في وفاة رسول الله صلى الله عليه وآله

“Qunfuz qayıdıb məsələni Əbu Bəkrə xəbər verdi. Bu zaman Ömər qəzəblənib yerindən sıçradı. Xalid b. Vəlidi və Qunfuzu çağırdı və onlara odun və od götürmələrini əmr etdi. Sonra, gəlib Əlinin (ə.s) qapısına çatdı. Bu zaman, xanım Fatimə (s.ə) qapının arxasında durmuşdu. Həmin vaxt, o atasının (s) vəfatına görə başına sarğı bağlamışdı və bədəni zəifləmişdi”.
 
Əbu Sadiq Süleym b. Qeys əl-Hilali əl-Əmiri, “Kitəbu Süleym ibn Qeys əl-Hilali” kitabı, 1-ci cild, 386-cı səhifə, Təhqiq: Məhəmməd Baqir əl-Ənsari, əz-Zəncani, əl-Xuini, Nəşr: “Əl-Hadi”, İran, Qum, hicri 1420-ci il, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan

Online mənbə
 
Göründüyü kimi, Ömər b. Xəttab və adamları evə gəldiyi zaman, xanım Fatimə (s.ə) qapının yanında dayanmışdı. Bunu da qeyd etmək lazımdır ki, hər hansı bir xanımın naməhrəmə qapını açmasının heç bir müşkülü yoxdur. Nə İslamda nə də adət-ənənədə. Əhli-xilaf isə, bu hadisəni şiddətli dərəcədə şişirdərək danışması, insanlar da şübhəyə gətirib çıxarmışdır. Tarixi mənbələrə nəzər saldıqda isə, görərik ki, hətta, Peyğəmbərin (s) zövcələri belə naməhrəmə qapı açmışdır. Bu hədislərin bir neçəsini qeyd edirik.

 

Şiə mənbəli hədislər:
Şeyx Təbərsi (r.a) yazır:

ihticac c1 üz1ihticac c1 üz2ihticac 292

Rəvayət uzun olduğundan əsas hissəni qeyd edirik:

وعن جعفر بن محمد الصادق عليه السلام عن أبيه عن آبائه عن علي عليه السلام قال: كنت أنا ورسول الله صلى الله عليه وآله في المسجد بعد أن صلى الفجر، ثم نهض ونهضت معه، وكان رسول الله صلى الله عليه وآله إذا أراد أن يتجه إلى موضع أعلمني بذلك، وكان إذا أبطأ في ذلك الموضع صرت إليه لأعرف خبره، لأنه لا يتصابر قلبي على فراقه ساعة واحدة فقال لي: أنا متجه إلى بيت عائشة، فمضى صلى الله عليه وآله ومضيت إلى بيت فاطمة الزهراء عليها السلام فلم أزل مع الحسن والحسين فأنا وهي مسروران بهما، ثم إني نهضت وسرت إلى باب عائشة، فطرقت الباب فقالت: من هذا؟ فقلت لها: أنا علي فقالت: إن النبي راقد، فانصرفت، ثم قلت: النبي راقد وعائشة في الدار، فرجعت وطرقت الباب فقالت لي عائشة: من هذا؟ فقلت لها: أنا علي فقالت: إن النبي صلى الله عليه وآله على حاجة فانثنيتمستحييا من دق الباب، ووجدت في صدري ما لا أستطيع عليه صبرا، فرجعت مسرعا فدققت الباب دقا عنيفا، فقالت لي عائشة: من هذا؟ فقلت: أنا علي فسمعت رسول الله صلى الله عليه وآله يقول: يا عائشة افتحي له الباب، ففتحت ودخلت

“Cəfər b. Məhəmməd əs-Sadiqdən (ə.s), o atasından (ə.s), o da atalarından (ə.s) nəql edərək dedi: “Hz.Əli (ə.s) buyurmuşdur: “Sübh namazını Peyğəmbərlə (s) qıldım və birlikdə məsciddən çıxdıq. Əgər Peyğəmbər (s) bir yerə getsəydi, mənə xəbər verərdi. Gec qayıdan zaman, ondan xəbər tutmaq üçün onun arxasınca gedirdim. Çünki, ondan ayrı qalmağa dözümüm yox idi. Peyğəmbər (s) buyurdu: “Aişənin evinə gedirəm”. Mən də Fatimənin (s.ə yanına getdim. Həsən (ə.s) və Hüseynin (ə.s) yanında sevincli halda oturmuşduq. Sonra, Aişənin evinə gedib qapını döydüm. Aişə dedi: “Kimdi?” Əli (ə.s) dedi: “Mənəm Əli”. Aişə dedi: “Peyğəmbər (s) istirahət edir”. Qayıtdım və ikinci dəfə yenidən qapını döydüm. Aişə dedi: “Kimsən?” Əli (ə.s) dedi: “Mənəm Əli”. Aişə edi: “Peyğəmbərin (s) işi var”. Sonra, yenə ürəyim dözməyib geri qayıtdım. Üçüncü dəfə qapını döydüm. Aişə dedi: “Kimsən?” Əli (ə.s) dedi: “Mənəm Əli”. Bu zaman, Peyğəmbərin (s) səsini eşitdim. Həzrət (s) Aişəyə dedi: “Ey Aişə qapını aç!” Aişə qapını açdı və mən içəri daxil oldum”.
 
Əbu Mənsur ət-Təbərsi Əhməd b. Əli b. Əbi Talib, “Əl-İhticac” kitabı, 1-ci cild, 292-ci səhifə, Təhqiq: Seyid Məhəmməd Baqir Xorasani, Nəşr: “Darun-Numan”, İraq, Nəcəf, 1386/1966 (online pdf)
Online mənbə
 
Qeyd olunan rəvayət mürsəl olaraq imam Sadiqdən (ə.s) nəql olunmuşdur. Buna baxmayaraq, rəvayət əqidə və Quran nəzdində ziddiyət təşkil etmədiyindən və “Məsumların (ə.s) dilindən xanım Fatimənin (s.ə) şəhadəti” bölmündə qeyd olunan dəlillərə əsasən məqbul hesab edilir.

 

Əhli-Sünnə mənbəli hədislər:
Əbül-Qasim b. Əsakir yazır:

əsakir 42 üz1əsakir 42 üz2əsakir 470

 

Rəvayət uzun olduğundan əsas hissəni qeyd edirik:

أَنْبَأنا أَبُو بَكْرٍ مُحَمَّدُ بْنُ عُبَيْدِ اللَّهِ بْنِ نَصْرِ بْنِ الزَّاغُونِيِّ ، أنا أَبُو الْحَسَنِ بْنُ الْحُسَيْنِ بْنِ عَلِيِّ بْنِ أَيُّوبَ ، أنا أَبُو عَلِيٍّ الْحَسَنُ بْنُ أَحْمَدَ بْنِ إِبْرَاهِيمَ بْنِ شَاذَانَ ، أنا أَبُو بَكْرٍ أَحْمَدُ بْنُ كَامِلِ بْنِ خَلَفِ بْنِ شَجَرَةَ ، نا الْقَاسِمُ بْنُ الْعَبَّاسِ الْمُعْشرِيُّ ، نا زَكَرِيَّا بْنُ يَحْيَى الْحَرَّارُ الْمُقْرِئُ ، نا إِسْمَاعِيلُ بْنُ عَبَّادٍ ، نا شَرِيكٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللَّهِ ، قَالَ : خَرَجَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ بَيْتِ زَيْنَبَ بِنْتِ جَحْشٍ ، وَأَتَى بَيْتَ أُمِّ سَلَمَةَ ، فَكَانَ يَوْمُهَا مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمْ يَلْبَثْ أَنْ جَاءَ عَلِيٌّ ، فَدَقَّ الْبَابَ دَقًّا خَفِيفًا ، فَانْتَبَهَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لِلدَّقِّ ، وَأَنْكَرَتْهُ أُمُّ سَلَمَةَ ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : ” قُومِي فَافْتَحِي لَهُ

“Bizə Əbu Bəkr Məhəmməd b. Ubeydullah b. Nəsr b. əz-Zəğuni rəvayət etdi və dedi: “Bizə Əbül-Həsən b. Hüseyn b. Əli b. Əyyub rəvayət etdi və dedi: “Bizə Əbu Əli Həsən b. Əhməd b. İbrahim b. Şazan rəvayət etdi və dedi: “Bizə Əbu Bəkr Əhməd b. Kamil b. Xələf b. Şəcərə rəvayət etdi və dedi: “Bizə Qasim b. Abbas əl-Muşəri rəvayət etdi və dedi: “Bizə Zəkəriyya b. Yəhya əl-Hərrac əl-Muqri rəvayət etdi və dedi: “Bizə İsmayıl b. Əbbad rəvayət etdi və dedi: “Bizə Şərikə rəvayət etdi və dedi: “Mənsurdan, o İbrahimdən, o da Əlqəmədən, o da  Abdullahdan rəvayət edərək dedi: “Peyğəmbər (s) Zeynəb b. Cəhşin evindən çıxaraq, Ümmü Sələmənin (s.ə) evinə daxil oldu. Çünki o gün, Peyğəmbərin (s) onun evinə gəlmək növbəsi idi. Çox keçmədi ki, Əli (ə.s) gəldi və yavaşca qapını döydü. Rasulullah (s) oyandı, Ümmü Sələmə (s.ə) cavab vermədi. Peyğəmbər (s) buyurdu: “Qalx və qapını aç”.
 
Əbül-Qasim b. Əsakir Əli b. Həsən b. Hibbətullah əd-Dəməşqi “Tarixu Mədinə Dəməşq” kitabı, 42-ci cild, 470-ci səhifə, Təhqiq: Əmr b. Ğuramə əl-Əmravi, Nəşr: “Darul-Fikr”, Beyrut, Lübnan, 1417/1996, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

Hədisin sənədin olan İsmayıl b. Əbbad zəif ravidir. Hətta, rəvayət zəif olsa belə, İbn Əbu Şeybənin nəql etdiyi rəvayətə əsasən, Peyğəmbərin (s) xanımı Aişə naməhrəmlə birlikdə bir qabdan yemək yemişdir. Əgər Peyğəmbər (s) zövcəsinin naməhrəmlə bir qabda yemək yeməyinin heç bir problem yoxdursa, o zaman, Ümmü-Sələmənin (s.ə) naməhrəmə qapı açmasını səhih hesab etməkdə heç bir müşkül yoxdur.

 

Əbu Bəkr b. Əbu Şeybə yazır:

müsənnəf 6c üz1müsənnəf 6c üz2müsənnəf 358müsənnəf 359


حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ، ثنا مِسْعَرٌ، عَنْ مُوسَى بْنِ أَبِي كَثِيرٍ، عَنْ مُجَاهِدٍ، قَالَ: مَرَّ عُمَرُ بِرَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، وَهُوَ وَعَائِشَةُ وَهُمَا يَأْكُلَانِ حَيْسًا، فَدَعَاهُ فَوَضَعَ يَدَهُ مَعَ أَيْدِيهِمَا، فَأَصَابَتْ يَدُهُ يَدَ عَائِشَةَ، فَقَالَ: «أَوْهُ، لَوْ أُطَاعُ فِي هَذِهِ وَصَوَاحِبِهَا مَا رَأَتْهُنَّ أَعْيُنٌ»، قَالَ: وَذَلِكَ قَبْلَ آيَةِ الْحِجَابِ، قَالَ: فَنَزَلَتْ آيَةُ الْحِجَابِ

“Bizə Məhəmməd b. Bəşşar rəvayət etdi və dedi: “Bizə Misar rəvayət etdi və dedi: “Musa b. Əbu Kəsir Mucahiddən rəvayət edərək dedi: “Peyğəmbər (s) Aişə ilə birlikdə yemək yeyirdi. Ömər onların yanında keçirdi. Peyğəmbər (s) Öməri yemək yeməyə dəvət elədi. Ömər qaba əlini uzadərkən, əli ayişənin əlinə toxundu. Ömər dedi: ”Ah! Ah! Əgər, sizin barənizdə mənim sözüm keçərli olsaydı, siz qadınları heç bir yad göz görməzdi”. Bunun üzərinə, hicab ayəsi nazil oldu”.
 
Əbu Bəkr b. Əbu Şeybə Abdullah b. Məhəmməd b. İbrahim b. Osman b. Xəvasti əl-Əbsi, “Əl-Musənnəf” kitabı, 6-cı cild, 358,359-cu səhifələr, 32017-ci hədis, Təhqiq: Kamil Yusif əl-Hut, Nəşr: “Darut-Tac”, Beyrut, Lübnan, 1409/1989, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

Rəvayətin sənədinin araşdırılması:
Nasurid-Din Albani yazır:
səhih ədəb c1 üz1səhih ədəb c1 üz2səhih ədəb səh 405səhih ədəb səh 406

Nasurud-Din Albani hədisi qeyd etdikdən sonra səhhəti barədə yazır:
صحيح
“Səhihdir”.
Məhəmməd Nasurud-Din Albani, “Səhih Ədəbul-Murfəd” kitabı, 1-ci cild, 405,406-cı səhifələr, 804-cü hədis, Nəşr: “Məktəbətul-Dəlil”, 1418/1997, 4-cü çap (online pdf)
Kitabı yükləmək üçün ünvan

Online mənbə

 

 

Əbu Bəkr əl-Heysəmi yazır:

məcməuz 7c üz1məcməuz 7c üz2məcməuz 151

 

Əbu Bəkr əl-Heysəmi hədisi nəql etdikdən sonra, səhhəti barədə yazır:
رَوَاهُ الطَّبَرَانِيُّ فِي الْأَوْسَطِ، وَرِجَالُهُ رِجَالُ الصَّحِيحِ غَيْرَ مُوسَى بْنِ أَبِي كَثِيرٍ وَهُوَ ثِقَةٌ
“Ət-Təbərani Əl-Əvsat kitabında rəvayət etmişdir və onun ricalı isə, səhihdir. Lakin Musa b. Əbi Kəsirdən başqa[1] o isə, siqadır”.

 

Əbül-Həsən Nurəd-Din əl-Heysəmi Əli b. Əbu Bəkr b. Süleyman,  “Məcməuz-Zəvaid və mənbəul-Fəvaid” kitabı, 7-ci cild, 151-ci səhifə, 11281-ci hədis, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əhməd Əta, Nəşr: “Darul-Kutubul-İlmiyyə”, Beyrut, Lübnan, 1422/2001, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
 
Cəlaləd-Din Siyuti yazır:
əsbab c1 üz1əsbab c1 üz2əsbab 212

Cəlaləd-Din Siyuti rəvayəti nəql etməzdən öncə, hədisin səhhəti barədə yazır:
وأخرج الطبراني بسند صحيح
“Təbərani səhih sənədlə rəvayət etmişdir”.
 
Əbdür-Rəhman b. Əbu Bəkr Cəlaləd-Din Siyuti, “Əsbabun-Nuzulul-Musəmmə libabin-Nuqul fi əsbabin-Nuzul” kitabı, 1-ci cild, 212-ci səhifə, Əhzab surəsinin təfsiri, 749-cu hədis, Nəşr: “Muəssətul-Kutubus-Səqafiyyə”, Beyrut, Lübnan, 1422/2002, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
 
Rəvayəti nəql edən digər əhli-xilaf mənbələri:
Əbu Əbdür-Rəhman ən-Nəsai Əhməd b. Şueyb b. Əli əl-Xorasani, “Sunənul-Nəsai” kitabı, 10-ci cild, 224-cü səhifə, 11355-ci hədis, Təhqiq: Şueyb əl-Ərnaut, Nəşr: “Muəssətur-Risalə”, Beyrut, Lübnan, 1421/2001, 1-ci çap (online mənbə)
Əbül-Fəzl Şəhabud-Din Əhməd b. Əli b. Həcər əl-Əsqalani, “Fəthul-Bari şərhu Səhihul-Buxari” kitabı, 8-ci cild, 531-ci səhifə, 4794-cü nömrə, Nəşr: “Darul-Məaruf”, Beyrut, Lübnan, hicri 1379-cu il (online mənbə)
Əbül-Qasim ət-Təbərani Süleyman b. Əhməd b. Əyyub b. Mutir əl-Ləxmi, “əl-Mucəmul-Əvsat” kitabı, 3-cü cild, 212-ci səhifə, 2947-ci hədis, Təhqiq: Tariq b. Əvədallah b. Məhəmməd və Əbdül-Möhsin b. İbrahim əl-Hüseyni, Nəşr: “Darul-Hərəmeyn”, Misir, Qahirə (online mənbə)
Əbül-Həccac Cəmaləd-Din əl-Mizzi Yusif b. Əbdür-Rəhman b. Yusif, “Təhzibul-Kəmal fi əsmair-Rical” kitabı, 29-cu cild, 138-ci səhifə, 6294-cü ravi, Təhqiq: Bəşar Avvad Məruf, Nəşr: “Muəssətur-Risalə”, Beyrut, Lübnan, 1400/1980, 1-ci çap (online mənbə)
Əbül-Fəda İsmayıl b. Ömər b. Kəsir əl-Quraşi, əl-Bəsri, əd-Dəməşqi “Təfsirul-Quranul-Azim” kitabı, 6-cı cild, 403-cü səhifə, Əhzab surəsinin təfsiri, Təhqiq: Məhəmməd Hüseyn Şəmsəd-Din, Nəşr: “Darul-Kutubul-İlmiyyə”, Beyrut, Lübnan, hicri 1419-cu il, 1-ci çap (online mənbə)
    
Əgər, Peyğəmbərin (s) həyat yoldaşı naməhrəmlə birlikdə süfrə arxasında oturub bir qabdan yemək yeməsində heç bir irad yoxdursa, bu halda, Xanım Fatimənin də (s.ə) qapıya tərəf getməsində heç bir irad ola bilməz.
Nəticə: Xanım Fatimə (s.ə) evə hücum olan zaman qapıya tərəf getməmişdir. Əksinə, o qapının yanında diyanmışdı. Əgər Xanımın (s.ə) qapıya tərəf getməsini doğru hesab etsək belə, qeyd olunan rəvayətlərə əsasən, bu işin heç bir müşkülü yoxdur.

 

 ____________________________
[1] O, ət-Təbəraninin ricalından deyil

 

(c) beqiyyetullah.wordpress.com

Рейтинг

В этом разделе