»»

Əli ibn Əbutalib Əbu Cəhlin qızına elçilik edibmi?

Bildiyimiz kimi Fatimə (sə) haqda peyğəmbərimiz (s) buyurub: "Hər kəs bunu tanıyıbsa tanıyır, və hər kəs ki, indiyə qədər tanımayıbsa bunu bilsin ki, O, mənim canımın bir parçasıdır. O mənim bədənimdə olan ruhumdur. Hər kəs onu incitsə həqiqətdə məni incidib".

Əhli-sünnə və əsasən də vəhhabilərlə Əbu Bəkrin Fatiməni (sa) incitməsi haqda söhbət edərkən, onlar öz şeyxlərini (Əbu Bəkr və Öməri) qorumaq məqsədilə belə bir iddia edirlər ki, guya Fatiməni (sa) elə Əli (ə) özü incidib və bundan xəbər tutan peyğəmbər (s) Əliyə xəbərdarlıq edərək yuxarıdakı hədisi ona söyləyir! Bunun sübutu kimi onlar hətta öz səhih adlandırdığı kitablarından hədislər də gətirirlər. Misal üçün bu hədisi:

باب ذب الرجل عن ابنته في الغيرة والإنصاف

4932 حدثنا قتيبة حدثنا الليث عن ابن أبي مليكة عن المسور بن مخرمة قال سمعت رسول الله صلى الله عليه وسلم يقول وهو على المنبر إن بني هشام بن المغيرة استأذنوا في أن ينكحوا ابنتهم علي بن أبي طالب فلا آذن ثم لا آذن ثم لا آذن إلا أن يريد ابن أبي طالب أن يطلق ابنتي وينكح ابنتهم فإنما هي بضعة مني يريبني ما أرابها ويؤذيني ما آذاها هكذا قال

Səhih Buxari, kitab 62 (Nigah), cild 7, hədis 4932:

Misvar bin Məxrəmədən nəqlən:
Mən eşiddim ki, peyğəmbər minbərdən dedi: "Banu Hişam bin əl-Muğira məndən onun qızının Əli ibn Əbu Talib ilə evlənməsinə razılıq verməyi istədi, amma mən buna razılıq vermədim, heç vermərəm də. Bu nigah yalnız o vaxt baş tuta bilər ki, Əli mənim qızım ilə boşansın və onu alsın, çünki Fatimə mənim canımın parçasıdır və onu incidən məni incitmiş olur".

Yani bunlar iddia edirlər ki, Əli (ə) Əbu Cəhlin qızı ilə evlənmək istəyirdi və bununla da Fatiməni (sə) incidmişdi. Bundan xəbər tutan peyğəmbər (s) ona acıqlanır və deyir ki, Fatiməni incidən məni incitmiş olur!

Bu elçilik rəvayətlərinə diqqət etsək, onların Misvar bin Məxrəmə tərəfindən söylədiyildiyini görərik.

Misvar bin Məxrəmə kimdir?

O Əlinin (ə) müxaliflərindən olub. Bu adam Zübeyrin kölgəsində gəzənlərdən idi. Yezid ordusuna Məkkə camahatını qırmasını əmr edəndə və ora hücum edəndə Misvar öz kisəsini muncuqla dolduranlardan olub. Bu adam Abdullah ibni Zübeyrin qoşununda vəfat edib. Abdullah ibni Zübeyr isə Əhli-beytə düşmən kəsilənlərdən olub. Hətta salavatda "Peygəmbər və Ali Peygəmbərə" sözü olduğundan Misvar salavat deməzdi. Əvəzində bu məlun nə vaxt ki, Müaviyyənin adını çəkərdi ona salavat göndərərdi.

وكان يثني ويصلي على معاوية، قال عروة: فلم أسمع المسور ذكر معاوية إلاّ صلّى عليه
سير أعلام النبلاء: ج‏3 ص 392

Bu cür insanın rəvayətinə inanmaq olarmı?!

Bunu da qeyd edək ki, rəvayəti deyən məlunun yani: مسور Misvarın yaşı bu vaqiyətlə uyğun gəlmir. Misir ustadlarından hesab olunan توفيق ابوعلم bir kitab yazıb. Kitabın adı: "Fatiməyi Zəhra"dır. Doktor Sadiqi həmin kitabı fars dilinə tərcumə edib. Deməli həmin muəllif kitabının 146-cı sehifəsində yazır:

اين قضيه خواستگاري علي عليه السلام از دختر ابوجهل سال دوم هجرت بوده است . سال دوم هجرت هنوز آقاي مسور بن مخرمه به دنيا نيامده بود

"Əbu Cəhlin qızına elçilik hicrətin 2-ci ilində olub. Hicrətin 2-ci ilində isə Misvar bin Məxrəmə hələ dünyaya gəlməmişdi."

İbn Həcər "Təhzib əl-Təhzib" kitabında yazır:

ولد بمكّة بعد الهجرة بسنتين فقدم به المدينة في عقب ذي الحجة سنة ثمان ومات سنة أربع وستين
تهذيب التهذيب: ج‏10 ص‏137 . وانظر: المزي، تهذيب الكمال: ج‏27 ص‏581 . الذهبي، سير أعلام النبلاء: ج‏3 ص 394

"Hicrətin 2-ci ilində Məkkədə dünyaya gəlib......."

İbn Həcər "əl-İsabə" 6/94 kitabında yazır:

وكان مولده بعد الهجرة بسنتين، وقدم المدينة في ذي الحجة بعد الفتح سنة ثمان، وهو غلام أيفع ابن ست سنين

"Hicrətin 8-ci ilində Mədinəyə gəlib, bir halda ki, altı yaşında uşaq idi."

Lakin, ibni Həcər Əsqalani deyir ki, elçilik məsələsi hicrətin 8-ci ilindən sonra olub. Doğrusu aydın deyil Əsqalani bunu nəyə əsasən deyir (?) bəlkə ona bu haqda vəhy nazil olub?! Amma hər halda o deyən kimi də olsa belə Misvarın o vaxt 6 yaşı olmuş olur. Hələ sevinməyin:

Həmin bu rəvayəti nəql edən Misvar deyir ki, "mən o vaxt baliğ idim" (həddi buluğa çatmış). Əgər baliğ olubsa, deməli ondan hədis nəql etmək olar. Siz heç 6 yaşında uşağın həddi buluğa çatmasını eşidmisiz?
Amma Əsqalani onun möhtəlim olmağını açıqlayaraq yazır ki, möhtəlim olmağından məqsəd onun düşüncə və dərrakəli olması mənasındadır.
Mashallah, uşaqda fərasətə baxa :)

Əsqalaninin Misvarın "mən möhtəlim idim" deməsinə əsasən ona dərrakə və düşüncə mənası verməyi ürf və lüğətə görə batildir.

Lap tutalım Əsqalaninin sözünü qəbul etdik ki, Misvar 6 yaşında düşüncə və dərrakəli vunderkind olub. Amma Müslim öz səhihində həmin bu vunderkinddən, yani Misvardan nəql edir ki,

"Mən Peyğəmbərə məscidi tikməkdə daş aparmaqla kömək edirdim". Peyğəmbər mənə dedi:

ارْجِعْ إِلَى ثَوْبِكَ فَخُذْهُ، وَلاَ تَمْشُوا عُرَاةً
صحيح مسلم: ج‏1 ص‏184، ح‏660، كتاب الحيض، ب‏19 باب الاِعْتِنَاءِ بِحِفْظِ الْعَوْرَةِ

"Oğlan get şalvar geyin və lüt gəzmə".

Bu da bizim dərrakəli oğlanımız, lüt tumançaq düşüb ortalığa :)

Sonra:

Rəvayətdə yazılıb ki, Peygəmbər deyir: Əgər Əbu Cəhlin qızını almaq istəyirsənsə, onda gərək mənim qızımı boşayasan.
Görəsən Peyğəmbər Quranın xilafına belə bir söz deyə bilər?! Məgər Quran demir ki, 4 daimi xanım ala bilərsiniz?!

فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ مَثْنَى وَثُلَاثَ وَرُبَاعَ

"onda xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin" (Nisə:3)

İndi isə Əbu Cəhlin və qızının kim olmalarını araşdıraq.

Sən demə Əbu Cəhl və qızı kafir olub. Onlar yalnız hicrətin 8-ci ilindən sonra, özü də qılınc gücünə, qorxudan müsəlman olublar. Yani, onların müsəlman olmaları Məkkənin fəthindən sonra olub.
İbn Əsir tarixində yazır ki: "Məkkənin fəth edilən günü Əbu Cəhl Kəbənin üstündə Bilalın səsini eşidəndən sonra deyir: "Əlhəmdulillah ki, mənim atalarım öldülər və bu Bilalın mırıldamasını eşidmədilər".

لقد أكرم الله أبي حين لم يشهد نهيق بلال فوق الكعبة
:الكامل في التاريخ: ج‏2 ص‏254، باب ذكر فتح مكّة و تاريخ أبي الفداء: ج‏1 ص 181

Bundan sonra Əbu Cəhl deyir: Kin və qəzəb atamın qətlinə bais olanlara qarşı bütün vücudumu tutmuşdur. Bu adam ki, atasının qatilinə bu qədər nifrət edirdi, yəqin atasının qatili Hz. Əli olduğunu da bilirdi.

Gördüyünüz kimi əhli-sünnətin kitablarında qeyd olunan bu rəvayətlər səhih deyil. Bunu görən vəhhabilər cavab olaraq deyirlər ki, bu əhvalat şiə kitablarında da qeyd olunub və sübut kimi Məclisinin "Biharul Ənvar" kitabından sitat gətirirlər:

إنه جاء شقي من الاشقياء إلى فاطمة بنت محمد صلى الله عليه واله فقال لها : أما علمت أن عليا قد خطب بنت أبي جهل فقالت : حقاما تقول : فقال : حقا ما أقول - ثلاث مرات - فدخلها من الغيرة ما لا تملك نفسها وذلك أن الله تبارك وتعالى كتب على النساء غيرة وكتب على الرجال جهادا .
وجعل للمحتسبة الصابرة منهن من الاجر ما جعل للمرابط المهاجر في سبيل الله .
قال : فاشتد غم فاطمة عليها السلام من ذلك ، وبقيت متفكرة هي حتى أمست وجاء الليل حملت الحسن على عاتقها الايمن والحسين على عاتقها الايسر وأخذت بيد ام الكثوم اليسرى بيدها اليمنى ثم تحولت إلى حجرة أبيها فجاء علي عليه السلام فدخل في حجرته فلم ير فاطمة عليها السلام فاشتد لذلك غمه وعظم عليه ، ولم يعلم القصة
ماهي فاستحيى أن يدعوها من منزل أبيها فخرج إلى المسجد فصلى فيه ماشاء الله ثم جمع شيئا من كثيب المسجد واتكا عليه .
فلما رأى النبي صلى الله عليه واله ما بفاطمة من الحزن أفاض عليه الماء ثم لبس ثوبه ودخل المسجد ، فلم يزل يصلي بين راكع وساجد وكلما صلى ركعتين دعا الله أن يذهب ما بفاطمة من الحزن والغم وذلك أنه خرج من عندها وهي تتقلب وتتنفس الصعداء فلما رآها النبي صلى الله عليه وآله أنها لا يهنئها النوم ، وليس لها قرار قال لها : قومي يابنية فقامت فحمل النبي صلى الله عليه واله الحسن وحملت فاطمة الحسين وأخذت بيد ام الكثوم فانتهى إلى علي عليه السلام وهو نائم فوضع النبي رجله على رجل علي فغمزه وقال : قم ياأبا تراب ، فكم ساكن أزعجة ، ادع لي أباكبر من داره وعمر من مجلسه وطلحة .
فخرج علي عليه السلام فاستخر جهما من منزلهما ، واجتموا عندرسول الله فقال رسول الله صلى الله عليه واله : يا علي أما علمت أن فاطمة بضعة مني وأنا منها ، فمن آذاها فقد آذاني [ ومن آذاني فقد آذي الله ] ( 1 ) ومن آذاها بعد موتى كان كمن آذاها في حياتي ، ومن آذاها في حياتي كان كمن آذاها بعد موتى

Məclisi, "Biharul Ənvar" 43/201-202

Hədisin sənədinə nəzər salmadan mətnində edilmış təhrifə nəzər salaq. Nədənsə vəhhabilər bu hədisi tam gətirmirlər. Bu mətnin əvvəlindən buraxılmış hissəsi:

عن عمرو بن أبي المقدام وزياد بن عبدالله قالا : أتى رجل أباعبدالله عليه السلام فقال له : يرحكمك الله هل تشيع الجنازة بنار ويمشى معها بمجمرة وقنديل أو غير ذلك مما يضاء به ؟ قال : فتغير لون أبي عبدالله عليه السلام من ذلك واستوى جالسا ثم قال

Əmr bin Abul-Miqdad və Ziyad bin Abdullah dedilər: Əbu Abdullahın (ə) yanına bir kişi gəlib soruşdu: (Ya Əli) Allahın rəhməti sənə olsun, cənazə odla, micmərə (kömür ilə işlədilən zəncirli və ya əl tutacaqlı işıqlandırma aləti), lampa və s. kimi işıqlandırma vasitələri ilə yola salınır?
Bunu eşidən Əbu Abdullahın rəngi dəyişdi. Oturduqu halda dikilərək dedi:

Vəhhabilər bundan sonrakı mətni yerləşdirirlər.

Gördüyümüz kimi Əliyə (ə) cənazənin gecə basdırılmağı barədə sual ediləndə o, Xanım Fatiməni xatırlayaraq vəhhabilər yerləşdirdiyi hadisəni danışıb sanki dərdini bildirir:

Alçaq (bədbəxt) adamlardan biri Fatimə bintə Muhammadin (sas) yanına gəlib deyir: Xəbərin var ki, Əli bin Əbu Talib Əbu Cəhlin qızına elçilik edib?
(Xanım Fatimə s.a.) Dedi: Dediyin doğrudur?
(Həmin şəxs) Dedi: Dediyim doğrudur. Bunu 3 dəfə təkrar etdi.

Bundan sonranı qisa şəkildə nəzərinizə çatdırıram:

Xanim Fatimə s.a. qadın qeyrəti (qısqanclıq) səbəbinə bu xəbərdən narahat olub övladlarını da götürüb atasının evinə gedır. Əli (ə) evə dönəndə onları evdə gormədikdə kədərlənir. Onun hadisədən xəbəri olmadığından peyğəmbərin evinə gətməkdən utanır. Məscidə gedib ibadət edir.
Peyğembər də (sas) öz növbəsində xanımın halından narahat olur, gözləri dolur. Məsciddə xanım üçün dua edir. Lakin xanımın yatmadığını görüb sonunda onu və övladlarını götürüb Əlinin (ə) yanına gedir. Həmin vaxt Əli (ə) yatmış olur. Peyqəmbər (s.a.s) Əlini (ə) yuxudan oyadıb Əbu Bəkri, Oməri və Təlhəni çağırmağı əmr etdi. Əli (ə) ikisini evlərindən götürüb gəldi. Peyğəmbərin evində cəm oldular. Peyğəmbər (sas) dedi: Ya Əli, məgər sən bilmirsən ki, Fatimə mənim canımın parçasıdır - məndə onun, kim onu incitsə məni incidib, kim onu mənim ölümümdən sonra incitsə, sanki məni sağ ikən incidib, kim onu mən sağ ikən incitsə, sanki məni ölümümdən sonra incidib?

Vəhhabilər hədisin bura qədər olan mətnini yerləşdirirlər. Bundan sonrası hədisin əvvəli kimi qərəzli şəkildə gizlədilib. Bəli məhz qərəzli şəkildə, çunki məsələnin mahiyyəti bundan sonra açıqlanır.

فقال علي : بلى يا رسول الله قال : فقال : فما دعاك إلى ما صنعت ؟ فقال علي : والذي بعثك بالحق نبيا ما كان مني مما بلغها شئ ولا حدثت بها نفسي فقال النبي صلى الله عليه واله : صدقت وصدقت .
ففرحت فاطمة عليها السلام بذلك وتبسمت حتيى رئى ثغرها فقال أحدهما لصاحبه : إنه لعجب لحينه ما دعاه إلى ما دعانا هذه الساعة قال

Əli (ə) dedi: Bilirəm ey Rasulallah!
Peyğəmbər (sas) dedi: Bu etdiyin əmələ sözün nədir?
Əli (ə) dedi: And olsun sənı haqq olaraq peyğəmbər kimi gondərənə ki, ona çatdırılan əməli mən etməmişəm. Onun özünə də heç nə etməmişəm.
Peyğəmbər (sas) dedi: Düz deyirsən, düz düyirsən.
Bu xəbərdən xanım sevindi, hətta mübarək dişləri görünəcək şəkildə təbəssüm etdi. Onlardan biri digərinə (Əbu Bəkr və Ömər) dedi: Bizi bu saatda bura çağırmaqla nə demək istəyirdi?

Bundan sonrakı mətndə isə xanımın xəstələnməyi, onu ziyarətə gələnlərdən Əbu Bəkri və Öməri yanına buraxmaması və s. haqqında bildiyiniz şeylərdən danışılır.

Gördüyümüz kimi burda Əlinin (ə) bu məsələdə gunahı olmayıb. İftiraçı alçağın fitnəsinin qurbanı olub.

İbn Teymiyyə fitnəsinin qurbanlarına bəzi suallarımız var, xahiş edirik cavablandırın:

1. Nə səbəbə mətni təhrif etmisiniz? Əlini (ə) günahkar cıxarmaqla siz savab qazanmağı və Allaha yaxınlaşmağı qesd etmisiniz, nəcə ki, İbn Teymiyyə Əlini (ə) sərxoşluqda ittiham edərək bunu qəsd etmişdi?

2. Nə səbəbə Peyğəmbər (sas) xanımın kədərindən bu qədər narahat olur, dua edir, Əbu Bəkr, Omər..........İbn Teymiyyə və sizin isə tükünüz belə tərpənmir?

3. Nə səbəbə Peyğəmbər sizin materialistlər kimi xoşlamadığınız ölü-diri məsələsinə toxunur?

4. Əbu Bəkr və Ömərin bir-birinə verdiyi sualı cavablandırın. Onlardan biri digərinə (Əbu Bəkr və Ömər) dedi: Bizi bu saatda bura çağırmaqla nə demək istəyirdi?
Birdən İbn Teymiyyə kimi desəniz ki, onları məsləhətə çağırmışdı - gördüyünüz kimi onlara nə söz verən oldu, nədə ki, sözlərini dinləyən. Hətta özləri belə başa düşmədilər.

Məsələ bundadır ki, xanıma bu xəbəri çatdıran Əbu Bəkr ilə Ömər olub və peyğəmbər də onları çağırmışdı ki, bu hədisi (bizim mövzumuz olan Fatiməni incidən məni incidib) onlara çatdırsın!

İndi isə hədisin halına nəzər salaq. Məclisi bu hədisi İbn Babvey Quminin (Şeyx Səduq) "Elal əl-Şarae’", səh. 185-186 kitabından nəql edir. Qumi isə o hədis haqda yazır:

هذا غير معتمد

Bu qəbuledilməzdir!

Yani bu hədis səhih deyil!

Рейтинг

В этом разделе