»»

Fəzl ibn Həsən Təbərsi – “Məcməul-bəyan fi təfsiril Quran” kitabı barədə şübhəyə cavab

Müəllif iddia edir: “3. Fəzl ibn Həsən Təbərsi – “Məcməul-bəyan fi təfsiril Quran” kitabının müəllifi. Bu təfsirini yalan qənaətləri və saxta yozumları ilə doldurmuşdur. Onun bu təfsiri quru və sadə təfsir qaydalarına müxalifdir”.

 

Cavab: Müəllif, əgər azca da olsa insafı olsaydı, Təbərsinin öz təfsirini saxta dəlillər və yanlış yozumlarla doldurduğu iddiasına bircə dənə də olsa nümunə göstərməli, sözünü dəlil-sübutsuz havaya söyləməməli idi.

 

Halbuki “Məcməul-bəyan” kitabında Təbərsi (r.ə) əhli-sünnə təfsir alimlərinin də fikirlərinə yer verir, İmam Baqir və İmam Sadiqdən (onlara salam olsun!) nəql olunan rəvayətləri təqdim edir. Həmin təfsir digər şiə təfsirlərindən daha çox əhli sünnə təfsirlərinə yaxındır.

 

Buna görə də, əhli-sünnə alimlərindən olan dr.Muhəmməd Hüseyn Zəhəbi “ət Təfsir vəl-mufəssirun” kitabında yazır: “Həqiqət budur ki, (rəylərində şiə və mötəzilə düşüncələrinin təzahür etdiyinə göz yumsaq) Təbərsinin təfsiri öz növündə çox əzəmətli kitabdır, müəllifinin müxtəlif elm və fənlərdən dərin məlumatlı olduğunu göstərir. Müəllif onu tamamilə ahəngdar və gözəl ardıcıllıqla təqdim edir, bəhs etdiyi mövzularda gözəl izahlar verir. Belə ki, kəlmələrin leksik mənasından söz açdıqda bu bacarıqla edir, sintaksis təhlilini gözəl icra edir, xülasə mənasından söhbət açarkən məqsədi izah edir, ayənin nazil olma səbəbindən, hekayəsinin şərhindən söz açarkən fərqli fikirlərə geniş şəkildə yer verir, ayədəki hökmü bəyan etmək istədikdə isə fərqli məzhəb fəqihlərinin rəylərini qeyd edir, öz fəqihlərinə müxalif rəyi olarsa, bunu aşkar şəkildə bildirir, ayələr və cümlələr arasında bağlılıq və rabitə qurur, gözəl uyğunluğu və möhtəşəm nizamı bizə izah edir. Quranda qaranlıq görünən məqamlara daxil olur, şübhələri aradan qaldırır və nəfsi aramladır. Özündən əvvəlki təfsir alimlərinin sözlərini müəlliflərə istinadla nəql edir, özünün üstün hesab etdiyi nəzəri isbatlayaraq seçir”.

 

Ta ki, yazır: “Yalnız, haqqı dəmək gərəkdir ki, o, şiəlikdə ifratçı deyildir və bir çox On iki imam şiə alimlərindən fərqli olaraq, əqidə təəssübkeşliyi çəkmir”.  (“ət-Təfsiru vəl-mufəssirun”, 2/76.)

 

“Şiəlikdə mötədillik” başlığı altındakı fəsildə isə deyir: “Təbərsi digər On iki imam şiə alimləri kimi ifratçı deyil, mötədildir. Biz onun təfsirini oxuduq və orada elə də böyük təəssübkeşlik təzahürləri ilə qarşılaşmadıq, hər hansı bir səhabəni təkfir etdiyini, yaxud onların dindarlıq və ya ədalətini aradan aparacaq bir fakt görmədik. Həmçinin o, Əlinin məsum olduğunu söyləsə də, onun barəsində ifrata varıb ilah dərəcəsinə qaldırmır və ya peyğəmbərlər sırasına qatmır”.

 

Sonra deyir: “Onun təəssübünün zahir olduğu məqam öz məzhəbinin və əshabının əqidəsini var gücü ilə müdafiə etməsidir. Belə ki, hər hansı bir ayə barəsində təfsirçilərin rəylərini qeyd etdikdən və həmməzhəbi olan alimlərin sözlərini nəql elədikdən sonra öz məzhəb alimlərinin sözləri ilə razılaşır, özünə aşkar olan dəlillərlə onların sözlərini təsdiqləyir”.

 

Sözünü bu cümlələrlə bitirir: “Məgər sən də bu təfsirin gözəl tərtiblə və üstün təliflə, dəqiq dəlillər və güclü sübutlarla yazıldığını mənimlə birlikdə görmürsənmi? Düşünürəm ki, sən də mənimlə eyni fikirdəsən. Güman edirəm ki, sən də Təbərsinin öz əqidəsini müdafiə etməsinə və təəssübünü çəkməsinə rəğmən ifrata varmadığı və həddi aşmadığı, məsələni Mövla Kazərani və onun kimi digər ifratçı On iki imam şiələrinin əsərləri səviyyəsinə çatdırmadığı barədə mənimlə həmfikirsən”.  (“ət-Təfsiru vəl-mufəssirun”, 2/76.)

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе