»»

Hidayət olanlar 29 - Koreyalı Həsən Reza Şinevar

Adı: Həsən Rza Şinevar

Ölkə: Cənubi Koreya

Keçmiş dini (Məzhəbi): Xristian

Mənim adım Həsən Rza Şinevardır. Bu, mənim İslami adımdır, amma mənim amerikan adım Loren Enteni Şinevardır. Mən Cənubi Koreyanın Daequ şəhərində anadan olmuşam. Mən Miçiqan ştatının Detroit şəhərində amerikan bir ailə tərəfindən övladlığa götürülmüşəm. Katolik kimi tərbiyə almışam. Bütün həyatım boyunca, həqiqətən də, xristianlığa meyilli olmamışam. Ancaq əməli xristianlığa ona görə tabe olurdum, çünki mənim valideynlərim də xristian idilər. Babam və nənəm xristian idi. Buna görə də mən öz ailə təməlimin yolunu gedirdim.

Mən İslamla yuxarı sinifdə oxuyanda tanış oldum. Mən Diabornda olanda məscidə getməyə başladım. Mən anamla səyahət qrupunun üzvü idim. Anam qeyri-müsəlmanlara məscidin yerini göstərən səyahət qrupunun üzvü idi. Müsəlmanlar haqqında, onların həyat tərzləri və etdikləri hər şey haqqında maraq məni bürümüşdü. Mən dəqiqliklə bildim ki, həqiqətən, onlar bizim xəbərlərdən eşitdiyimiz insanlara bənzəmirlər. Mən yuxarı sinifdə oxuyanda müsəlmanlarla dost oldum. Onları daha yaxından tanıdım. Amma onlar əhli-sünnə düşüncə məktəbindən olan insanlar idi.  

Mən kollecdə oxuyanda da müsəlmanlarla dost oldum. Onlar üç nəfər idilər və hamısı şiə idilər. Biri ciddi ibadət edən idi, biri ibadət etmirdi, digəri isə Qərbin həyat tərzini daddıqdan sonra daha çox dindar olmağa çalışırdı. O zaman elə vaxtlarım idi ki, mən, həqiqətən də, yenidən öz böyüdüyüm xristianlıqda dindar olmaq istəyirdim. Mən onlarla xristianlıq haqqında, xristianlığın həqiqi din olması və insanların İsaya (ə) inanmalı olmaları barədə müzakirələr edirdim. Mən müsəlman dostlarımla müzakirə edəndə həmişə debatdan məğlub ayrılırdım. Onlar məndən soruşurdular ki, niyə İslamı nəzərdən keçirmirsən, bu, sənin indi ardınca getdiyin dindən daha həqiqidir. Mən onlara deyirdim ki, siz sadəcə olaraq inanmalısınız, inanmırsınızsa, bu, o deməkdir ki, siz imansızsınız. Onlar mənə deyirdilər ki, mənim fikrim məntiqli deyil.

22 yaşın ərəfələrində mən İslamı qəbul edən insanların videolarına baxırdım. Onların bununla bağlı dediklərini dinləyirdim. Bütün bunlar İslamın həqiqi din olduğunu sübut edirdi. Mən tez-tez məscidə getməyə başladım. Ora çox vaxt öz müsəlman dostlarımla gedirdim. Mən deyirdim ki, əlhəmdulillah, sağ olun ki, məni məsciddə dua etməyə gətirirsiz. Bu, həqiqətən də, o vaxtdan indiyə kimi mənim üçün çox böyük əhəmiyyət kəsb edir.  

Beləliklə, mən "Google"dan tapdığım vebsaytlara baxırdım. Mən internetdən yaxın ərazidə yerləşən məscidin ünvanını axtarıb tapdım, həmin məscid əhli-sünnə məscidi idi. Bir müddət sonra onları vəhabi olduqlarını bildim. Mən kağızda yazdığım ünvana getdim. Mənim telefonumda GPS var idi və mən ondan istifadə edib məscidi tapdım. Məscidə daxil oldum və öz-özümə dedim ki, mənim daha seçimim yoxdur, mənim başqa seçimim yoxdur. Ya İslamı seçəcəyəm, ya da öləcəyəm. Beləliklə, mən İslamı seçdim və şəhadət gətirdim. İllərlə öz qəlbimdə formalaşan bütün mənfiliklərə qalib gəldiyimi hiss edirdim. Hər şey daha yaxşı oldu.

 O zaman Miçiqana uçuşumu ləğv etmək üzrə idim. Çünki mən Miçiqanda böyümüşdüm. Mən uçuşu ləğ etmək üzrə idim, oradakı qardaşlar, həqiqətən də, məni ürəkləndirirdilər ki, uçuşu ləğv edim və Dearborna geri dönməyim. Əlbəttə ki, bir vaxt var idi ki, mən İslamı qəbul etməzdən öncə İslam barədə ürəksiz idim, çünki ailəm tərəfindən tərk ediləcəyimdən qorxurdum. Qorxurdum ki, anam məni evdən qovar. Qorxurdum ki, çoxlu dostlarımı itirərəm. Amma mənim yeni dostlarım var idi.

 Miçiqan Dearborndan çox da uzaq deyildi. Orada böyük şiə icması var. Mən şiələr haqqında daha çox öyrənməyə başladım. Çünki mən, doğrudan da, şiə və sünni arasındakı fərqləri bilmirdim. Birinci dəfə şəhadət gətirəndən sonra İslam haqqında biliklərimi təkmilləşdirməyə başladım. Beləliklə, Məhəmməd peyğəmbər (s) və onun Əhli-Beyti (ə) haqqında, ən əsası da İmam Hüseyn (ə) haqqında bir az daha da məlumatlı oldum. İmam Hüseynin (ə) özünü necə qurban verdiyi və Kərbəla döyüşü haqqında öyrəndim. İmam Hüseyn (ə) bildiyi hər şey, sevdiyi hər kəs uğrunda özünü fəda etdi. Onun özünü fəda etməsi İslamı ayaqda saxlamaq üçün idi, onun yolunda edilən ən böyük fədakarlıq idi. Onların hamısı - bütün Əhli-Beyt (ə) çoxlu hikmətli, faydalı sözlər deyiblər.

 Məsələn, bütün bunların mənim üçün çox faydası olub.  Mən İslamı qəbul etməzdən qabaq həmişə hirsli olurdum, həmişə həqiqət axtarışında idim. Elə vaxtlar olub ki, mən başqa cür də ola bilərdim. Amma mən, həqiqətən də, şadam ki, əlhəmdulillah, indi mən müsəlmanam, ən əsası şiə müsəlmanam. Mənim üçün ən vacib olan şey o idi ki, İmam Hüseyn (ə) qurbanlar vermişdi, buna baxıb mən də çox şeylərdən imtina edirdim. İmam Hüseyn (ə) təkcə öz şəxsi mənafeyi üçün deyil, bütün bəşər üçün - dünyadakı hər adam üçün fədakarlıq etmişdi. Mən özüm üçün çoxlu fədakarlıqlar etdim. Mən bir zamanlar yaşadığım amerikan həyat tərzinə aid çox şeylərdən imtina etdim və İslamı daha da dərindən mənimsəməyə başladım.

Mənim həqiqi bir arzum da odur ki, Cənubi Koreya xalqına dəstək verim. Çünki onlar mənim irqimdilər. Mənim İslam dinini seçməyimin ciddi səbəbləri var. Bunlardan biri mənim özümü kamilləşdirməyimdir. Anam bir vaxtlar - mənim dini etiqadımdan xəbər tutanda istəyirdi ki, mən İslamı tərk edib öz tərbiyə alıb böyüdüyüm dinə - xristianlığa qayıdım. Amma bu baş vermədi. Və mən dedim ki, həmişəlik müsəlman olaraq qalacağam. Bir zamanlar hiss edirdim ki, anam məni dəstəkləmir. Amma sonradan yaxşı oldu. Çünki əks halda o, məni evdən qovardı. Mən onunla İslam haqqında, adətən, həftədə bir-iki dəfə, imkan olanda, söhbət edirəm. Bu gün mən 90% hallarda evdən kənarda oluram, hava limanında işləyirəm və icma kollecində təhsil alıram. Mən ona İslam barədə danışıram və o, artıq mənim müsəlman olmağıma, halal yeməklər yeməyimə adət edib. Əlbəttə, bunları özüm alıram. Evdə namaz qılıram və o, bunlarla razılaşıb.   

Mən Əhli-Beyti (ə) təmsil edən İslam Mərkəzindən çoxlu kitablar götürdüm. Əvvəl İslam dininin iki fərqli təriqəti haqqında tam da məlumatlı deyildim. Elə şeylər var idi ki, onlar haqqında, həqiqətən də, məlumat almamışdım. Qərbdə gördüyünüz insanlar bu iki fərqli məzhəb haqqında məlumatlı deyillər. Onlar İslamın tərkib hissəsi olan dini düşüncə məktəblərinin  olduğuna əhəmiyyət vermirlər. Mən onlara deyərdim ki, biz daha tolerant düşüncə məktəbiyik. Və biz sadəliyi, təvazökarlığı tərənnüm edirik. Əhli-Beyt (ə) buna ən mükəmməl nümunə ola bilər.

 

Рейтинг

В этом разделе