»»

Ölülər eşidirmi?

  1. Mövzunun tarixi əsası və əhəmiyyəti
  2. Ölülərin eşitməsi haqqında Qurandan və hədisdən dəlil
  3. Sələfi dəlilllərinə baxış
  4. Quran təsdiqləyir ki Rəsulallah bizim hərəkətlərimizi görür
  5. Ölülərin eşitməsinə dair vəhabilərin digər dəlilləri

Mövzunun tarixi əsası və əhəmiyyəti

İlk sələfi alimlərinin fətvaları

İbn Abi Dünya, İbn Abdul Bərr, Əl Qurtubi, İbn Əl Qayyim və əş-Şənqiiti kimi müasir dövrümüzün demək olar ki, bütün böyük sələfi qəhrəmanları ölülərin bizi eşidə bildiyi fikrində idilər.

Hətta sələfin şeyxül-islamı da bu fikirdə idi. Dirilərin ölüləri ziyarət edəndə onların bundan xəbərdar olub olmadıqları barədə İbn Teymiyyədən soruşulanda o, belə cavab vermişdir.

“Heç şübhəsiz, ölülər onları ziyarətə gələnlərdən xəbərdardırlar.”

Və dəlil olaraq ibni Teymiyyə aşağıdakı hədisi sitat gətirmişdir:

“Ölünün xəbərdar olmasının sübutu Buxari və Müslimin Səhih kitablarında keçir ki, burada Allah rəsulu (s) buyurmuşdur: “İnsanlar ölünü dəfn edib evlərinə qayıdanda, ölü həmin insanların ayaq səslərini eşidir.”

Məcmuət-əl-Fətva. İbni Teymiyyə. cild 24, səh. 362

Sələfiləri sonralar ibn Teymiyyənin fətvasından uzaq salan səbəb nə oldu?

İbn Teymiyyənin fətvalarında ziddiyyətlər meydana çıxdı. Bir tərəfdən o deyirdi ki, ölü eşidir, digər tərəfdən isə fətva verir ki, Rəsulallahdan (saas) Allaha yaxınlaşmaq üçün onun vəfatından sonra nəsə (məsələn şəfaət) istəmək şirkdir. İbn Teymiyyəyə görə, o (saas) yalnız sağlığında bizim üçün nəsə istəyə bilərdi, lakin vəfat etdikdən sonra o, (saas) bizim üçün dua etməyə, nəsə istəməyə qadir deyil.

Lakin İbn Teymiyyə bu sualın cavabını tapa bilmirdi ki, əgər vəfat etdikdən sonra Rəsululllah (saas) bizi eşidə bilirsə, onda onun bizim üçün şəfaət etməsinə mane olan nədir və bizim peyğəmbərdən şəfaət istəməyimiz necə şirk ola bilər?

Sonrakı Sələfilərə görə, Rəsulallahdan (saas) şəfaət istəyən və ona salavat göndərib qəbrini ziyarət etmək istəyən bütün müsəlmanlar müşrik olurlar. Ancaq Ibni Teymiyyə kimi, onlar da bu gizli məsələni aydınlaşdıra bilmirdilər ki, əgər Rəsulallah (saas) bizi eşidə bilərsə, onun şəfaət etməsinə mane olan və bu əməli şirkə çevirən nədir?

Onların əvvəlki risalələrində mövcud olan bu ziddiyyət səbəbilə, onlar Ibn Teymiyyənin fətvasından uzaqlaşdılar və ölünün eşitdiyini inkar etdilər.

Sonra Muhamməd ibn Abdülvahhab belə bir fətva verdi:

“Əgər insan qəbirin yanında ölünün bağışlanması üçün dua edərkən onunla danışırsa, müşrik olur.”
Fəth əl-Məcid, səh. 208

Hal hazırda, Sələfi qardaşların ən vacib və təməl inanclarından biri ölən insanın eşitdiyini təkzib etməkdir. Onların əksər risalələri bu əsasda yazılır və onlar başqa müsəlmanları müşrik qrupuna aid edirlər.

Beləliklə, gəlin, Allahın köməyi ilə başlayaq.

Страница 1 из 512345»
Рейтинг

В этом разделе