»»

«Səhih əl-Buxari»nin Dar əs-Səlam nəşriyyatı tərəfindən təhrif olunması

Rəhman və Rəhim olan Allahın adı ilə.

Bu məqalədə Səudiyyə Ərəbistanının məşhur mətbəələrindən biri olan Dar əs-Səlam nəşriyyatında «Səhih əl-Buxari» kitabının Təfsir bölümündə, Muhəmməd surəsinin 22-ci ayəsinin təfsirinə aid babda aşağıdakı hədis qeyd edilmişdir.

حدثنا خالد بن مخلد: حدثنا سليمان قال: حدثني معاوية بن أبي مزرد، عن سعيد بن يسار، عن أبي هريرة رضي الله عنه، عن النبي صلى الله عليه وسلم قال:
(خلق الله الخلق، فلما فرغ منه قامت الرحم، فأخذت بحقو الرحمن، فقال له: مه، قالت: هذا مقام العائذ بك من القطيعة، قال: ألا ترضين أن أصل من وصلك، وأقطع من قطعك؟ قالت: بلى يا رب، قال: فذاك). قال أبو هريرة: اقرؤوا إن شئتم: {فهل عسيتم إن توليتم أن تفسدوا في الأرض وتقطعوا أرحامكم}.

Bizə Xalid ibn Muxəlləd rəvayət etdi (və dedi): bizə Suleyman rəvayət etdi (və dedi): Muaviyə ibn Muzərrəd mənə Səid ibn Yəsardan, o da Əbu Hureyrədən nəql edib ki, Rəsulullah (s) buyurub: Allah-Təala məxluqatı xəlq edəndən sonra Rahim (Qohumluq əlaqəsi) durub Allahın qurşağından (belindən) yapışdı. Allah ona dedi: «Əl çək məndən!» Rahim dedi: «Mən bu məqamda qohumluq əlaqəsini kəsənlərdən səna pənah gətirirəm.» Allah buyurdu: «Razı olarsan ki, sənin haqqını tanıyıb əlaqəni davam etdirənə mən də mükafat verməyi davam etdirim və səninlə əlaqəni kəsənə mən də mükafat verməyi kəsim?» Rahim dedi: «Razıyam, ya Rəbb!» Allah buyurdu: «Onda bu sənin olsun.»

Əbu Hureyrə əlavə etdi: Əgər istəsəniz bu ayəni oxuya biləriniz: «Əgər üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi?!»

Ancaq «Dar əs-Səlam» nəşriyyatının həm ərəbcə, həm ingiliscə-ərəbcə nəşrində «بحقو الرحمن» - «Allahın qurşağından» ifadəsi çıxarılmışdır.

 

Fotoşəkil: Səhih əl-Buxari, Kitab ət-təfsir, s.855; Dar əs-Səlam, ər-Riyad

 

Fotoşəkil: Səhih əl-Buxari, Kitab ət-təfsir, c.6, s.307, h.4830; Dar əs-Səlam, ər-Riyad, 1997; tərcümə: Dr.Muhəmməd Muhsin Xan

Xatırladaq ki, bu tərcümə Əbdül-Əziz b. Abdullah b. Baz tərəfindən təsdiq edilmişdir.

İndi isə qeyd olunan ifadənin silinmədən olduğu kimi nəşr edildiyi nüsxələrə diqqət edək.

 

Fotoşəkil: Səhih əl-Buxari, Kitab ət-təfsir, s.1219, h.4830; Dar İbn Kəsir, Beyrut/Dəməşq; 1423/2002

 

Fotoşəkil: Səhih əl-Buxari, Kitab ət-təfsir, c.3, s.292, h.4830; Məktəbə əs-Sələfiyyə, Qahirə, 1400/1980; təhqiq: Muhibuddin əl-Xətib və Muhəmməd Fuad Əbdul-Baqi

Рейтинг

В этом разделе