»»

Maliki alimi Ömər əl-Ərbavinin kitabında "Peyğəmbərin (s) vida həcci" rəvayətini təhrif edilməsi

Əziz oxucular! Bu məqaləmizdə "Səhih Müslim" kitabından sitat gətirilən hədisin necə təhrif edildiyini diqqətinizə çatdıracağıq.

Maliki məzhəbinə mənsub məşhur Əlcəzairli alim Ömər əl-Ərbavi özünün "Kitabut-təvhid" kitabında yazır ki, Peyğəmbər (s.ə.a) özündən sonra ümmət üçün Allahın kitabını və sünnəsini qoymuşdur. 1 nömrəli haşiyədə isə bu hədisin "Səhih Müslim" kitabında Cabir ibn Abdullahın nəql etdiyi "Vida xütbəsi"ndən, yəni Peyğəmbərin (s.ə.a) Vida həccindəki xütbəsindən olduğu yazılmışdır.

 

Fotoşəkil: Ömər əl-Ərbavi, "Kitabut-təvhidil-musəmmat-təxəlli anit-təqlidi vət-təhəlli bil-əslil-mufid", səh.34 ("Mətbəətul-vərraqətil-əsriyyə", 1404/1984)

Gəlin görək "Səhih Müslim"də Cabir ibn Abdullahdan rəvayət edilən bu hədisin əsli necədi?

وَقَدْ تَرَكْتُ فِيكُمْ مَا لَنْ تَضِلُّوا بَعْدَهُ إِنِ اعْتَصَمْتُمْ بِهِ كِتَابَ اللَّهِ ‏.

Sizin aranızda Allahın kitabını qoymuşam. əgər ona sarılsanız heç zaman azmayacaqsınız.

 

Fotoşəkil: Səhih Müslim, səh. 484 ("Beytül-Əfkar", ər-Riyad, 1419/1998)

Göründüyü kimi, hədisdə "və sünnəm" hissəsi yoxdu. Bəs görəsən bu saxtakarlıq nəyə xidmət edir? Əgər bu bir yanlışlıqdırsa, nə üçün yanlışlıqla hədisin daha məşhur olan "və Əhli-beytim" hissəsini yox, məhz "və sünnəm" versiyasını əlavə ediblər? Nə üçün bu təhriflər məhz Əhli-beytlə əlaqədar olur?

313news.net

Рейтинг

В этом разделе