»»

Şiəliyin tarixi əsasları

Əhli beytin (əs) həqiqi ardıcıllarının təhqir olunmasına yönəldilmiş məqaləyə cavab

Şiə sözünün mənası

Şiələrə qarşı yönəlmiş məqalənin müəllifi yazır:

Opponentlərimiz deyirlər:

“Şiə” sözü ərəb dilində qrup, bölmə, ardıcıl mənasini verən isimdir.


Şiə adının keçdiyi sətirlərə istinad etdikdən sonra adını qeyd etməyən müəllif deyir:

Opponentlərimiz deyirlər:

“Hz Əli bin Əbu Talib (ra) ve Müaviyyə bin Əbu Süfyan (ra) arasındakı münaqişə zamanı hər iki tərəfə “Əli şiələri və Müaviyyə şiələri“ kimi müraciət edilirdi. Beləliklə, iki böyük müttəfiq Əli və Müaviyyə (Allah hər ikisindən razı olsun) arasında baş vermiş münaqişədə bu söz ilk dəfə olaraq siyasi mənada “tərəfdar” anlamında işlənmişdir.”

Qeyd edilməlidir ki, bu yemək süfrəsindəki siyasi toqquşmadan daha vacib bir məsələ idi. Bu vətəndaş müharibəsinə sürükləyən bir toqquşma idi.

Yazıçı “kim kimin şiəsidir” məsələsini araşdırmaqdansa, əvvəl hansı tərəfin haqq, hansının isə batil olduğunu araşdırmalı idi. Əliyə qarşı çıxıb Müaviyyəyə tərəfdarlıq edən səhabə düz edirdimi?

Həqiqətən də, məsələni sadəcə “fikirlərin fərqliliyi” kimi izah etmək yanlışdır - bu siyasi vəziyyət dini parçalayırdı. Çünki Allah-təala müqəddəs Quranda deyir “Allaha, Onun peyğəmbərinə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin.” (Nisə:59)

Rəsulullah (s) demişdir.
“Məndən sonra insanlar fitnə salacaq, ümmətim firqələrə parçalanacaq. Sonra o Əliyə işarə etdi və dedi: Əli və onun şiələri haqq yolda olanlardır” (Kənzül Ümmal №33016).

Bu haqqın hansı tərəfdə olduğunu göstərən tamamilə səhih hədisdir, artıq Əliyə qarşı vuruşanların da haqq olduğunu və mükafatlandırılacaqlarını deməyə heç bir əsas qoymur.

Problem ondadır ki, müəllif həqiqətlə yalanı fərqləndirməkdən imtina edir, sanki o, bağçada hər tərəfin gül-çiçək olmasini təsvir etməkdən zövq alir və sanki ortalıqda heç bir siyasi mübarizə mövcud deyildi və hansı tərəfin haqq, hansının batil olduğu haqqında şərhi ötürür.

İmam Əli (əs) və Müaviyə arasındakı mübahisə

Opponentlərimiz deyirlər:

“Əli və Müaviyyə arasında olan münaqişə dini zəmində idi mi?”

Birmənalı olaraq yox. Bu münaqişə üçüncü xəlifə həzrət Osman bin Əffanın (r.a.) qətlindən sonra və qatillərin Səyyid Əlinin (r.a.) ətrafında olması ilə başlamışdır. Lakin, bu suala cavab vermək üçün biz Nəhcül Bəlağəni araşdırıb görürük ki, Səyyid Əli (r.a.) özü Şiələrin təfsir etdiyinin əksini demişdir:

“Məsələ bu cür başladı. Biz və şamlılar eyni inanca - eyni Allaha, peygambərə (saas), dini qanunlara sahib olduğumuz halda üzləşdik. Söhbət Allaha ve müqəddəs peyğambərinə inamdan gedirsə biz istəmərik ki, şamlılar inandıqlarından başqa uca bir varlığa tapınsınlar (inansınlar) və onlar da istəmirlər ki, biz inancımızı dəyişək. Bizim hamımızı vahid inanclar (qaydalar) birləşdirir. Aramızdakı mübahisə Osmanın qətl olunması ilə bağlıdır. Parçalanmaya səbəb olan məsələ budur. Onlar, mənim günahsız olduğum halda qətli mənim boynuma qoymaq istəyirlər.”

İmam Əlinin (əs) narahatçılığı dövrün insanlarının düşüncəsi ilə bağlı idi, çünki hər iki tərəf dinin əsaslarına inansa da Qurana zidd hərəkət olmasına baxmayaraq, onlar ülul-əmrə qarşı üsyan etmək üçün yararlı məqamı gözləyirdilər. Osmanın qatilləri üzərində axın olsa da İslamda ədalətli xəlifəyə qarşı şəxsi üsyan etməklə bağıl heç bir fətva yoxdur.

Sadəcə siyasi münaqişə?

Müəllifin məsələnin təbiətcə “dini” yox, “siyasi” olmasını təsdiq etməsi onu göstərir ki, o birmənalı olaraq dinin nə oldiğunu heç elementar səviyyədə başa düşə bilməyib. İslam elə bir mükəmməl ideologiyadır ki, siyəsət, ədalət, iqtisadiyyat ondan ayrı deyil, onların hər biri dinin tərkib hissəsidir.

Müəllif faktiki olaraq məntiqi nəticə axtarmaqdansa kor-koranəliyə can atır, açıq aşkar görünür ki, məsələni dini yox, siyası toqquşma kimi qiymətləndirməklə o hər iki tərəf üçün ciddi parçalanmalara səbəb olur. Əgər bu dini və siyasi məsələ deyildisə, onda o faktiki olaraq deyir ki, hər iki tərəf şəxsi düşmənçiliyə əsaslanan fitnəni qızışdırıb və bu 110 günlük döyüşə gətirdi ki, bu döyüşdə minlərlə adam boş yerə həyatlarını itirdi. Əgər bu hadisələr dini ayinlərin mühafizə olunmasına yox, siyasi münaqişəyə əsaslansaydı, o zaman hər iki tərəfin aqibəti cəhənnəm atəşidir (əstəgfirullah).

Bu məsələ Quran ayələri və hədislərdən tamamilə aydın olur:

Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar! (Nisa surəsi, ayə 93)

Sonra, Abdullah ibn Ömər Rəsulallahdan (s) belə eşitdiyini deyir:
“Məndən sonra bir-birinizin başını kəsməklə dininizdən (inancınızdan) çıxmayın“ (Ərəb-İngilis dilli Səhih əl Buxari cildi 9, hədis № 198).

Həzrət Peyğambər buyurmuşdur: “Sizin qanınız, malınız, şərəfiniz və canınız bir biriniz üçün toxunulmazdır (yəni halal deyil)” (Ərəb-İngilis dilli Səhih əl Buxari cildi 9, hədis 199).

Abdullah ibn Məsuddan rəvayət edilib ki,

Peyğambər buyurub: “Müsəlmanı təhqir etmək fasiqlikdir və onu öldürmək küfrdür” (Səhihi Buxari cild 9, Kitab 88, Hədis 197).

Bu ayə və hədislər onu göstərir ki, müsəlmanı öldürmək küfrdür, mömini qəsdən öldürmək qatili cəhənnəmə aparan əməldir.

İndi biz bu dəlilləri nəzərə alaraq sual veririk: “Siffeyndə neçə mömin qəsdən öldürülmüşdür?”

Əgər İslamda bir kəsin müsəlman qardaşı ilə vuruşmağa və onu öldürməyə izin verməsi haqqında hökm olsaydı, onda bu əməlləri müdafiə edə biləcək yeganə yol o olardı. Belə bir hökm yoxdursa və biz münaqişənin dini zəmində olmadığı haqqında müəllifin ağlasığmaz baxışını qəbul ediriksə, onda Quran və hədis işığında sübut olunur ki, iki tərəf də küfrə düşüb və qatildir, buna görə də cəhənnəmlikdirlər. (əstəğfirullah)

Imam Əliyə (əs) itaət etmək fərz (vacib) idi.

Dini fərqlilikləri sübut etmək üçün Rəsulullahdan (saas) hədis var:

“Kim Əliyə itaət etsə mənə itaət etmişdir, kim mənə itaət etsə Allaha itaət etmişdir. Kim Əlidən üz çevirsə məndən üz çevirmişdir, kim məndən üz çevirsə Allahdan üz çevirmişdir. ” (Kənzül Ümmal, hədis № 32973)

Hədis tamamilə səhihdir, həzrət Əliyə itaət etmək qeyd-şərtsiz buyurulur, ona tabe olmaq rəsulullaha (saas) və Allaha (st) itaətə bərabərdir. Beləliklə, hz Əliyə (əs) itaətsizlik dini məsələdir, çünki bu Allaha (st) itaətsizlikdir.

Rəsulullah (saas) buyurmuşdur:

“Əli Quran ilə, Quran Əli ilədir, bu ikisi Kövsər hovuzunda görüşməyənə kimi bir-birindən ayrılmazdır.” (Kənzül Ümmal, hədis № 3291)

“Haqq Əli ilə, Əli haqq ilədir” (Kənzül Ümmal, hədis № 33018)

Bu iki hədis göstərir ki, imam Əli (əs) nə qərar versə haqlıdır, müqəddəs Quran onunladır. Başqa sözlə, əgər o, Müaviyyəyə müharibə elan edirsə, bu, siyasi qərar təsiri altında deyil, Quranın dəstəklədiyi haqq əməldir.

Əgər bu hədis kifayət etmirsə, onda biz Rəsulullahdan (s) səhabələrinə dediyi başqa bir hədisi qeyd edirik.

“Həqiqətən aranızda Quranın vəhyi üçün mübarizə apardığım kimi Quranın mənası üçün mübarizə aparan biri olacaq. Əshab bu şəxsin Əbu Bəkr yaxud Ömər olduğunu soruşdular. Rəsulullah (s) cavab verdi: “O, mənim ayaqqabılarımı yamayan Əlidir.” (Kənzül Ümmal,hədis № 32967)

Hədis tamamilə bürhandır, hz Əlinin (ə) hər bir cihadı Quranın müdafiəsi və təhrifdən qorunması üçün idi.

Müaviyyənin İmama qarşı olan müxalifəti onu baqi (qiyamçı) etdi.

Müaviyyənin İmama qarşı olan müxalifəti heç şübhəsiz dini idi, çünki bu, birbaşa dövlət başcısına qarşı iddia idi. Rəsulullahdan (s) gələn hədis də bunu sübut edir.

”Ya Əli! Tezliklə üsyankar bir qrup sənə qarşı vuruşacaq, sən haqlı olacaqsan. O gün kim sən tərəfdə olmasa bizdən deyildir.” (Kənzül Ümmal, hədis №32970 )

Müaviyyənin ülul-əmr Əliyə (əs) qarşı (sizə görə 4-cü rəşidi xəlifə) üsyana qalxması faktı aydın göstərir ki, bu dini ayrı-seçkilik idi, buna görə də rəsulullah (s) bu qrupu "baqi" adlandırmışdır.

Müaviyyənin Quranı təhrif etməklə Xəlifəyə aşkarda üsyan etməsi açıq-aydın sübut edir ki, bu dini məsələ idi. İmam Əlinin (əs) də bir ülul-əmr olaraq onun bu qiyamını yatırmaq, təxirə salmaq hüququ var idi.

Imam Əlinin (əs) hərəkətləri dini zəmində idi və müqəddəs Quranın hökmləri ilə eyniyyət təşkil edirdi.

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər! (Əl Hücurat, 9)

Bu ayədən tamamilə aydın olur ki, Müaviyynin rəhbərlik etdiyi baqilərlə (qiyamçılarla) mübarizə aparmaq fərzdir. Beləliklə də, imam Əlinin (əs) Müaviyyəyə qarşı vuruşması fərz idi və Quran da bunu buyururdu.

Opponentlərimiz deyirlər:

“Buna görə də, əgər həzrət Əli bin Əbu Talib (ra) münaqişəni dini zəmində və öz rəqiblərini kafir kimi görmürdüsə, onda Şiələrin onu sevdiyi və onun davamçıları olduqları iddiası onların sübutu olmayan öz mənbələrindəndir. Buna görə də, əgər onlar həqi­­­­qətən həzrət Əlini (ra) sevirlərsə onlar bu məsələdə də həzrətin görüşlərini dəstəkləyəcəklər, lakin onlar heç bir şey başa düşməyən adamlardırlar.”

İmam Əli (əs) ilə vuruşmaq Rəsulullahla (s) vuruşmağa bərabərdir.

Adını qeyd etməyən müəllif tamamilə haqlıdır. İmam Əli (əs) onları kafir adlandırmamışdı, amma imam Əli (əs) ilə mübarizə aparmaq, rəsulullahla (s) mübarizə aparmaq kimidir. Rəsullullahdan (s) gələn bir hədis bunu sübut edir:

“Allah rəsulu (Allahın rəhməti və salavatı onun üzərinə olsun) Əlini, Fatiməni, Həsəni və Hüseyni (Allah onların hər birindən razı olsun) nəzərdə tutaraq demişdir: Kim sizinlə dostdursa, mən də ona dostam, kim sizə düşməndirsə, mən də ona düşmənəm.”

(Sünən ibn Macə, Muhamməd Tufayl Ənsarinin ingilis dilinə tərcüməsi, 1-ci cild, səh. 81. Fədail əl-Səhabə, Əhməd bin Hənbəl, hədis № 1350, əl Hakim, əl Müstədrək, cild 3, səh. 149.)

Sözsüz ki, biz müəllifə sual verə bilərik.

1. Bu hədis haqqında nə deyə bilərsiz?

2. Rəsulullahla savaşan bir kəs haqqında onun mövqeyi nədir, müsəlman, yoxsa kafir?

Rəsulullah demişdir:

“Əli rəhmət qapısıdır, bu qapıdan girən mömindir, tərk edən kafirdir.” (Kənzül Ümmal, Əli Müttəqi əl Hind, hədis 32910)

Bəs bu halda, bu qapıdan nəinki girməyən, hətta ona arxa çevirən və hücum edən biri haqqında nə fikirləşməliyəm?

İmam Əlinin (əs) rəqiblərinin təhqir olunması

Opponentlərimiz deyirlər:

Bununla belə, Səyyid Əli (əs) kişiləri belə təlimatlandırdı: “Sizin onları pis rəftar etməyinizi istəmirəm, amma əgər siz onların hərəkətlərinin səhv olduğunu düşünürsüzsə, onların vəziyyətlərinə yenidən nəzər salın, belə ki, bu doğru-düzgün mübahisə etmək və danışıqlar aparmaq üçün daha münasibdir. Onlarla pis rəftar etmək əvəzində belə deyin: "Ya Rəbb! Onların və bizim qanımızı tökülməyə qoyma, bizim və onların arasında sülh əta et, onları batillikdən elə çıxart ki, həqiqətdən xəbərsiz olanlar həqiqəti bilsinlər, üsyana və qiyama meylli olan kəslər yollarından dönsünlər." Nəhcül Bəlağa, Tövbə 205

Ola bilərmi ki, şiələr istənilən halda onlara ən əziz insan olan Səyyid Əli bin Əbu Talibin (r.a.) təlimatlarına tabe olmaqla hərəkət edirlər? Hər halda, əksəriyyəti yox. Onlardan eşitdiyimiz elə odur ki, Allahın son peyğəmbərinin (səlləllahu aleyhi və alihi və səlləm) səhabələrinə böhtan atıb lənətləyirlər.

Imam Əli (əs) öz ardıcıllarına rəqiblərini təhqir etməməyi tövsiyə edir, burda şübhə yoxdur. Şiələr söyüş işlətmirlər, biz özümüzü Əhli-beyt (əs) düşmənlərindən uzaq bilirik. Söyüşə gəldikdə isə dinimiz bunu haram buyurmuşdur. İmam Əlinin (əs) ardıcılları o səviyyəyə düşmür, çünki biz heç vaxt söyüşdən istifadə etməyənlərin ardıcıllarıyıq. Maraqlıdır ki, söyüş söymək onların sevimli imamı Müaviyyənin üsullarındandır.

Müasir Deobəndi alimi Seyyid Əbül Əla Maududi bu faktı “Xilafət aur Muliqeyət” adlı kitabının 79-cu səhifəsində yazır:

İbn Kəsir özünün əl Bidayəsində qeyd edir ki, hər cümə xütbəsiində minbərlərdən həzrət Əliyə (əs) lənət yağdırılırdı. Bu qanunsuz və biyabırçı ənənəni Müaviyyə başlatmışdı, valiləri də davam etdirirdi. Vəziyyət elə yerə çatır ki, peyğəmbərin (saas) qəbrinin qarşısında, peyğəmbər məscidində də onun ən çox sevdiyi qohumları lənətlənir, hətta həzrət Əlinin (əs) ailəsi də bunu özləri eşidirlər.

(Təbəri cild 4, səhifə 188; İbn Əsir cild 3, səhifə 234; Əl Bidayə cild 8, səhifə 259 və cild 9, səhifə 80)

Əhli Sünnəni düşünməyə və götür-qoy etməyə dəvət edirik

Müəllifdən soruşmaq istədiyimiz məsələ budur:

Sünnilər hansısa bir yolla özlərinə ən əziz hesab etdikləri birinin təlimatlarına uyğun əməl edirlərmi? Siz Rəsulullahın (saas) buyurduqlarına əməl edirsizmi?

Rəsulullah (saas) belə buyurmuşdur:

“Əlini sevmək imanın əlamətidir, Əliyə nifrət isə riyakarlıq əlamətidir”

  1. Səhihi Müslim, c. 1, səh. 48;
  2. Səhih Tirmizi, c. 5, səh. 643;
  3. Sünən İbn Macə,c. 1, səh. 142;
  4. Müsnəd Əhməd bin Hənbəl c. 1, səh. 84,95,128
  5. Tarix al-Kəbir, əl-Buxari (Səhihin müəllifi), c. 1, hissə 1, səh. 202
  6. Hilyətül Əvliya', Əbu Nuaym, c. 4, səh.185
  7. Tarix, əl-Xətib əl Bağdadi, c.14, səh. 462

Allah rəsulu (s) demişdir: “Əlini incidən məni incitmişdir”.

Sünni mənbələri:

  1. Müsnəd Əhməd bin Hənbəl, c.3, səh. 483
  2. Fədail Əl-Səhabə, Əhməd bin Hənbəl, c.2, səh, 580, hədis № 981
  3. Məcma əl-Zəvahid, əl-Xeysəmi, c.9, səh. 129
  4. Əl-Səvaiq əl- Muhriqa, İbn Hacər əl Xatəmi, Fəsil 11, bölmə 1, səh. 263
  5. İbn Həbban, İbn Əbd-əl-Barr və s.

“Əlini lənətləyən məni lənətləmişdir”

  1. al-Mustadrak, əl-Hakim, c.3, s.121, bu hədisin səhih olduğunu qeyd etmişdir.
  2. Müsnad Əhməd ibn Hənbəl, c.6, s. 323
  3. Fadail əl-Səhabə, Əhməd ibn Hənbəl, c.2, s.594, hədis #1011
  4. Məcma əl-Zavaid, əl-Xeysəmi, c.9, s.130
  5. Mişkat əl-Məsabih, İngilis dilində, hədis #6092
  6. Tarix əl-Xüləfa, Cəlaluddin əl-Suyuti, s.173
  7. Təbərani, Abu Yala və başqaları

Allah rəsulu (s) demişdir:

"Hər kim Əlini lənətləsə, məni lənətlədi, hər kim məni lənətləmisə o, Allahı lənətləmişdir, hər kim Allahı lənətləsə, onda Allah onu Cəhənnəm atəşinə atacaq." (Müsnəd Əhməd bin Hənbəl, c. 6, səh. 33)

Rəsulullah (s) belə buyurmuşdur:

“Əlidən üz döndərən məndən üz döndərmişdir, məndən üz döndərən Allahdan üz döndərmişdir.” (Kənzül Ümmal, hədis № 32974, 32976, Abdullah bin Ömərdən nəql edilir (o da 2 ravidən) və Əbuzərr Qəffaridən (ra).)

Əvvəl də qeyd etdiyimiz kimi Rəsulullah (s) həmçinin belə buyurmuşdur:

“Əliyə itaət edən mənə itaət etmişdir, mənə itaət edən Allaha itaət etmişdir. Əliyə itaətsizlik mənə itaətsizlikdir, mənə itaətsizlik Allaha itaətsizlikdir.” (Kənzül Ümmal, hədis № 32973)

Beləliklə, bu hədis bizə deyir ki,

1. Münafiq Əliyə (əs) qarşı kinindən bəllidir,
2. Əlidən üz döndərən, ona itaətsizlik edən və lənətləyən faktiki olaraq bunları Allaha qarşı etmişdir.

İndi isə müəllifdən soruşmaq istərdik:

1. Müaviyyə Əlini lənətləmişdirmi?
2. Əliyə itaətsizlik edən, ona lənət yağdıran və ondan üz döndərən müsəlmandırmı?

Bu halda, bu “şah əsər”in müəllifi bizə izah edə bilərmi ki, o (və onun əhli sünnə qardaşları) nə səbəbə Müaviyyəyə “radiyallahu anh” deməyə təkid edir? Allah (st) Özünü lənətləyəndən razı olarmı?

Əli (ə) şiələrini tərifləyən hədis:

Opponentlərimiz deyirlər:

Muhammədin (sas) dövründə “Əli şiəsi” ifadəsi vardımı?

Rasulullahın (s) Əlini (əs) və onun şiələrini təriflədiyi hədislər bir çox klassik Əhli Sünnə mətnlərində, və hətta İbn Həcər Əl Makki kimi alimlərin şiələrə qarşı yazdıqları kitablarında yer alır. Məsələni çox uzatmamaq üçün, biz onlardan yalnız bir neçəsini sitat gətirəcəyik:

Aşağıdakı ayədə Allah (st) Əli şiələrini tərif edir:

İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan.(Quran. 98:7, 8)

Məhəmməd bin Əli İbn Cəririn təfsirində 33-cü cild, səhifə 146-da (Misir nəşri) qeyd edir ki, Peyğəmbər (s) buyurmuşdur: "Yaradılmışların ən yaxşısı Əli və onun şiələridir."

Cəlalədin Suyuti (849-911) bütün dövrlərin ən yüksək qiymətləndirilən sünni alimlərindən biridir. Bu ayənin təfsirində o, 3 ravi zəncirinə əsaslanaraq yazır ki, peyğəmbər (s) öz səhabələrinə bu ayədə məqsədin Əli və onun şiələri olduğunu deyir.

“Canım əlində olana and olsun ki, bu o (hz Əli) və onun şiələri Qiyamət günündə qurtuluşa çatanlardır” (Təfsir Durrə Mənsur, cild 6, səh. 379, Misir nəşri).

Bu hədisi nəql etmiş 3 səhabə (1) Əli (əs) özü, (2) Cabir ibn Abdulla Ənsari, (3) Abdulla ibn Abbasdır. Bu məktəbin əksər alimləri ravilərin doğru hədis danışan olduqlarını etiraf edirlər. Bunlar şiə kitabında olsaydı siz onları saxta hesab edəcəkdiniz, amma bu hədislərin sizin öz kitablarınızda olması alimlərinizi dolaşdırıb.

Əli (əs) və onun şiələri istisna olmaqla, başqa heç bir səhabə və onun ardıcılları haqqında elə bir hədis yoxdur ki, Peyğəmbər (s) onlara cənnəti vəd versin.

Yuxarıdakı ayənin təfsirində başqa sünni alimləri də Cabir bin Abdullah Ənsaridən olan hədisi qeyd etmişlər.

(Fəthəül bəyan təfsiri, cild 10, səh 333, Misir nəşri və Fəthəül Qadir təfsiri, cild 5, səh. 477)

Həzrət Abdullah bin Abbas rəvayət edir: "Bu ayə nazil olanda peyğəmbər (s) dedi: «Əli, sən və sənin şiələrin Haqq-hesab günü üzü gülənlərdən olacaqsız.»" (Dürrə Mənsur Təfsiri, cild 6, səh 379, Misir nəşri)

Əhməd bin Həcr əl Məkki özünün Səvaiq əl Mühriqa əsərində, 159-cu səhifədə (Misir nəşri) İmam Dar Qatanidən sitat gətirir: "Ey Əbəl Həsən, sən və sənin Şiələrin cənnətə daxil olacaqlar."

İbn Həcr əl Məkkinin şiələrə qarşı yazdığı Səvaiq əl Mühriqa kitabında imam Təbəranidən yazır:

“Ya Əli! Dörd nəfər hər kəsdən öncə cənnətə daxil olacaqlar. Mən, sən, Həsən, Hüseyn, bizim ardımızca sənin nəslin onların ardınca xanımlarımız və bizim şiələrimiz də bizim sağ və sol tərəfimizdə duracaqlar”

Təfsir Durrə Mənsurda (cild 6, səh. 379, Misir nəşri) həzrət Əli Rəsulullahın (s) belə buyurduğunu deyir:

"Bu ayəni eşitməmisiniz: «Allahdan onların mükafatları bitib tükənmək bilməyən aşağısından çaylar axan bağçalar olacaq, onlar orada həmişəlik qalacaqlar». Bu ayədə məqsəd sən və sənin şiələrindir, mən Kövsər hovuzunda sizinlə görüşəcəyimə sizə söz verirəm.»”

Şafii alimi əl Mağazlı Ənəs bin Malikdən gələn rəvayətdə peyğəmbərin (saas) belə buyurduğunu deyir:

"Yetmiş min insan sorğu-sualsız cənnətə gedəcək, sonra Peyğəmbər Əliyə döndü və dedi ki, 'onlar sənin şiələrinin içərisindən olacaq və sən onların İmamları olacaqsan"

Mənaqib Əli əl Mürtəza, səh 184, Mağzali əl Şafii

Biz daha çox rəvayətlərdən sitat gətirə bildik, əgər müəllif istəsə, gəlin, müəllifin əminliklə bildirdiyi iradı xatırladaq:

Opponentlərimiz deyirlər:

Kim iddia etsə ki, şiə və yaxud şiələr ifadəsi rəsuli-əkrəmin (s) dövründə var idi və istifadə edilirdi, o, yalançıdır və onun dediyini sübut etməyə heç bir dəlili yoxdur.

İbn Həcərin, Mağazlinin, Suyutinin rəvayətləri sübut kimi kifayət edir, yoxsa davam edək sübut gətirməyə?

Hədis uydurmanın mənşəyi

Opponentlərimiz deyirlər:

Təəccüblü deyil ki, qatı şiə alimi ibn Əbil Hədid Nəhcül Bəlağənin təfsirində yazır:

“Fəzilət hədislərindəki yalanın bünövrəsini şiələr qoyublar, belə ki, onlar imamların fəziləti haqda müxtəlif hədislər uydurublar. Bu onlarin rəqiblərinə qarşı duyduğu düşmənçilik idi ki, onlari saxta hədis uydurmağa sövq edirdi.” (Şərhi Nəhcül Bəlağə, cild 1, səh. 783, (Əş-şiə vət-Təşəyyüdən sitat))

Bu onu sübut edir ki, bu tanınmış alim hətta əsas faktları belə bilmir. İbn Əbil Hədid şiə deyildi, o mötəzilə alimi idi və kitabında Əbu Bəkr Cahuri kimi böyük mötəzilə müəllimlərindən sitat gətirir! Həqiqətən, təəssüfləndirici haldır ki, bir sünni İmam Əlini (əs) tərifləyəndə avtomatik olaraq şiə məzhəbinə aid edilir, əgər biz bu nöqsanlı fərziyyəni dəstəkləyiriksə, onda mən belə başa düşürəm ki, dünyada yeganə sünnilər nasibilərdir. Bundan başqa onun şiə olmadığı faktı, elə sizin gətirdiyiniz sitatdan da aydın olur. Deyin bizə, əgər o, qatı şiə idisə, o, aşağıdakıları deməklə niyə özünü təkzib edir:

Fəzilət hədislərindəki yalanın bünövrəsini şiələr qoyublar, belə ki, onlar imamların fəziləti haqda müxtəlif hədislər uydurublar. Şiələr heç özləri haqqında belə yazardımı? Bu nə cəfəngiyatdır? Beləliklə, ibn Əbil Hədidə qarşı çıxmaq bizə imkan yaradır ki, həqiqi dəlilləri yenidən təqdim edək. Sizin öz Sünni aliminiz Şəms Əl Hind əllamə Şibli Numanidən hədis uydurmasının mənşəyini təqdim edirik:

Hədislər ilk əvvəl Əməvilərin dövründə kitab şəklində yaranırdı. Əməvilərin hökmranlığı 90 il sürmuşdür və Hindistanda İnduslardan tutmuş Kiçik Asiya və İspaniyaya kimi əraziləri əhatə edirdi. Onlar həmçinin Fatimə övladlarını təhqir etdilər və Cümə günü xütbələrində Əlinin lənətlənməsinə nail oldular. Onların əmir Müaviyyəni mədh etmək üçün uydurulan yüzlərlə quraşdırma hədisləri var. (Əllamə Şibli, Siratun-Nəbi, İngilis tərcüməsi, cild 1, səh 60)

Indi gəlin hədislərin yazılmasının kim tərəfdən başlandığına nəzər salaq:

İlk dəfə hədislərin yazılmasının tərəfdarı olan şəxs Əmir Müaviyyə idi. (Siratun Nəbi, Şibli Numani, İngilis tərcüməsi, cild 1, səhifə 18)

Indi icazənizlə sizə onun yazdırdığı hədislərdən nümunə gətirim:

Təbəri yazır:

“Müaviyyə ibn Əbu Sufyan əl Muğirə ibn Şübahı Kufəyə nəzarətçi təyin edəndə (02 Sentyabr-30 Oktyabr, 661-ci il) onu çağırdı. Allaha həmd sənadan sonra o dedi: Həqiqətən, səbirli adama nəsihət verərlər, amma ağıllı adam sənin istədiyini təlimatsız edə biləndir. Baxmayaraq ki, mən sənə çox şey haqqında məsləhət vermək istəyirəm, sənin gözüaçıq olduğuna inandığım üçün daha məsləhətlərimi demirəm. Sən bilirsən ki, məni nələr xoşhal edə bilər, mənim idarəetmə rejimimə nə kömək edə bilər və tabeliyim altında olanları (rəiyyəti) nələr cəlb edə bilər. Sənin xeyrin üçün mən sənə məsləhət verim - Əlini lənətləməkdən və tənqid etməkdən, Osman üçün isə Allahdan rəhmət və bağışlanmaq diləməkdən çəkinmə. Əlinin səhabələrini biabır etməyə davam et, onlardan uzaq dur və onlara qulaq asma. Osmanın etdiklərini (hizbini) təriflə, təbliğ et və ona tabe ol.(Təbəri tarixi, Hicrətin 51-ci ilinin hadisələri, Hücr ibn Adinin edamı, cild 18, səh 122-123, İngilis tərcüməsi)

Müasir Hənəfi alimi Müfti Qulam Rəsul da İmam Cəfər Sadiqin (əs) həyatına yazdığı avtobiografiyaya belə bir giriş verir:

"Bəni Üməyyənin hakimiyyəti dövründə Əli (əs) tərəfindən hədis və hökm (fətva) nəql etmək qadağan olunmuşdur. (Müfti Qulam Rəsul, Sübhai-Sadiq, səhifə 355)

Beləliklə, biz bu hekayələrdən nə öyrənirik:

1. Müaviyyə camaatı Əlini (əs) lənətləməyə sövq edirdi.

2. Bəni Üməyyənin hakimiyyəti dövründə Əlinin (əs) lənətlənməsi adət halını almışdı.

3. Həmin dövrdə ilk dəfə hədislər toplandı.

4. Əlinin (əs) nəql etdiyi hədislərə qadağa qoyuldu.

Budur Camaatın Xəlifələrinin Əhli- beytə (əs) olan “məhəbbəti”.

Şiə əqidəsinin inkişafı

Opponentlərimiz deyirlər:

“Beləliklə Şiəlik nə vaxt siyasi partiya kimi təşəkkül tapdı?”

"Faktiki olaraq, nə şiə tarixçiləri nə də şiə alimləri şiəliyin inkişafı haqqında yekdil rəyə malik deyillər."

Əgər şiəlik sadəcə siyasi partiya kimi meydana çıxdısa, onda niyə, Rasulullah (s) demişdi ki, Əli və onun şiələri Cənnətə gedəcəklər.

Müəllif qatı nasibi Ehsan Ellahidən sitat gətirir:

Sübutu olmayan birinci ziddiyyət

Opponentlərimiz deyirlər:

Şiələrin ən tanınmış tarixçilərindən biri Abu Muhamməd əl-Həsən ibn Musa özünün Firaq-əl Şiə (şiə firqələri) adlı kitabında bildirir ki, şiəlik müqəddəs peyğəmbərin (saas) vəfatına qədər yaranmamışdı:

"Rəsul (saas) Hicri ilinin Rəbiül-əvvəl ayının 10-da, 63 yaşında vəfat etdi. Onun peyğəmbərliyi 23 il sürdü, anası Əminə bin Vəhab bin Abd ƏL-Manaf bin Zuhra bin Kilaab bin Murra bin Kab bin Luay bin Qalib idi. Onun vəfatıyla ümmət 3 qrupa bölündü. Onlardan biri Əli ibn Əbu Talibin şiələri idi və onlardan şiəliyin digər qolları yarandı. Başqa bir qrup, yəni Ənsar xələf olduqlarına görə haqq tələb etdilər və Sad bin Übadə əl-Xəzrəcini rəsmi inaqurasiyaya çağırdılar. Üçüncü qrup Əbu Bəkr bin Əbu Quhafəyə beyət etdi və səbəb olaraq bildirdilər ki, rəsulullah (saas) vəfatından əvvəl heç kimi vəsisi təyin etmədi və seçməyi Ümmətin ixtiyarına buraxdı. (Firaq əş-Şiə, səh. 23-24)

Beləliklə əl Nubaxti bildirir:

Şiəlik Rəsulullahın vəfatı ərəfəsində formalaşdı.

Şiələr o kəslər idi ki, özlərini həzrət Əlinin (əs) ardıcılları bilirdilər.

Yadda saxlayın ki, Rəsulullah (s) artıq demişdi ki, Əli və onun şiələri Cənnətə gedəcəklər. Şübhəsiz, Rəsulullahın (s) sağlığında, özünü Əli şiəsi adlandıraraq ayrı bir qrup yaratmaq üçün heç bir səbəb yox idi. Şiələr lap əvvəldən imam Əlini (əs) Rasulullahın (s) qanuni varisi kimi görürdülər və özlərini onun (əs) ardıcılları bilirdilər. Beləliklə, İmam Əlini (əs) Rəsulullahın (s) həqiqi hesab edən və bu səbəbdən özlərini onun həqiqi tərəfdarı adlandıran qrup şiələr idi.

Sübutu olmayan ikinci ziddiyyət

Opponentlərimiz deyirlər:

Məhəmməd Hüseyin Əl Müzəffəri inanır ki, bu Müqəddəs Nəbinin (saas) özü tərəfindən başlanmışdı və beləliklə, o, Tarix əl Şiə kitabında yazır:

Böyük xilaskar Muhamməd (saas) "La ilahə illallah" sözünü Məkkənin küçələrində və dağlarında deməsi ilə bərabər Əbül Həsənin (Əli əleyhissamın) şiələri olmağa dəvət etmişdir. (Tarix əl Şiə, səh. 8-9, Qum, İran)

Beləliklə, Əl Müzəffəri deyir:

Şiəliyə çağırış peyğəmbərlik missiyasının başlanması ilə başladı.

Həqiqətən şiəliyə dəvət elə həmin vaxt başladı.

Müəllif bildlirir ki, şiə əqidəsinin kökü, yəni Əli ibn Əbu Talibin (əs) rəsulullahın (saas) vəsisi və xəlifəsi olduğu inancı, peyğəmbərlik missiyası ilə tam eyni vaxtda başlamışdır.

Rəsuləllaha (saas) gələn ilk əmr onun ən yaxınlarını xəbərdar etmək idi:

"Və ən yaxın qohumlarını qorxut" (Quran 26:214)

Rəsulullah (s) bu ayəyə uyğun olaraq şerinə (ayəsinə) yaxın qohumlarını topladı və ilk İslama dəvət nitqini söylədi:

Ey Əbdül Müttəlib övladları, ərəb kişilərinin arasında elə bir kəs tanımıram ki, onlar bəşəriyyətə mənim verə biləcəyimdən daha yaxşısını versinlər. Mən bu həyatın və sonrakı həyatın ən xeyirlisini gətirmişəm, belə ki, Rəbbim mənə sizi bir yerə toplamağımı əmr etmişdir. Aranızdan kim mənə bu işdə kömək edər və kim mənim qardaşım, vəsim və varisim (xəlifəm) olar? Onlar hamısı üz çevirdilər və baxmayaraq ki, aralarında ən kiçiyi, ən zəyifi və ən çəlimsizi mən (Əli) idim, irəli çıxdım və dedim: “Ey Allahın rəsulu, mən sizin köməkçiniz olaram.” Sonra Müqəddəs Peyğəmbər əlini mənim çiynimə qoydu və dedi: "Bu sizin arasında mənim qardaşımdır, vəsim və varisimdir. Ona qulaq asın və ona itaət edin".

Bu hadisə Dəvət zula-e-şira hadisəsi adlandırılır və saysız-hesabsız Sünni alimləri bunu oxşar şəkildə nəql etmişdir:

  1. Təbərinin Tarixi, cild 2, səh 217, İngilis dilindən tərcümə V.M.Vatt, cild 6, səh. 90-91.
  2. Təbərinin Təfsiri, cild 19, səh. 121
  3. İbn Əsir, Tarix, cild 2, səh 62
  4. Müsnəd, Əhməd bin Hənbəl, cild 1, səh 159
  5. Kifayət əl Talib, əl Gənci, səh 89
  6. Xəsais, əl Nəsai, səh 18
  7. Şərhi Nəhcül Bəlağa, ibn Əbil Hədid Mötəzili, cild 3, s. 255
  8. Şərh əl Şifa, əl Xifaci, cild 3, səh. 37
  9. Tarix, Əbül Fida, cild 1, səh. 116
  10. Tarix, İbn Əsakir, cild 1,s. 85
  11. Dürrə Mənsur, Cəlaləddin Suyuti, cild 5, s. 97
  12. Camiəl Cəşami, Suyuti, cild 7 s. 392
  13. Tafsir, Əl Xəzzin Əlauddin Bağdadi, s. 390
  14. Təfsir əl Xəzin, Əlauddin əl Şafii, cild 3, s. 371
  15. Şəvahid əl Tənzil, Əl Həsəkani, cild səh 371
  16. Kənzül Ümmal, əl Müttəqi əl Hindi, cild 14, səh 15
  17. Əl Sirah əl Hələbiyyə, cild 1, səh. 311
  18. Dəlail əl Nəbəviyyə, əl Beyhəqi, cild 1, səh 428
  19. Əl Müxtəsər, əl Fida, cild 1, s. 116
  20. Muhammədin həyatı, Hüsnain Həykəl, səh 104 (ilk Ərəb nəşri, ikinci nəşrdə səbəbi bilinmədən silinmişdir)
  21. Tədhib Əl Əthar, cild 4, s. 62
  22. İlkin mənbələrdə Muhamməd, Marin Lings, s. 51

Missiyasının lap başlanğıcında hz Məhəmməd (s) 3 əsas prinsip müəyyən edir ki, bunları da əl Müzəffəri "Şiəliyə dəvət" adlı kitabında dəqiqliklə qeyd edib:

1. Allah birdir.
2. Həzrət Muhamməd (s) Onun rəsuludur.
3. Əli Rəsulullahın qardaşı, vəsisi və xəlifəsidir.

Başqa sözlə, şiəlik bütün əsaslarıyla mövcud idi, yalnız adı yox idi. Əl Müzəffərinin qeyd etdiyi kimi Şiə əqidəsinin kökü Dəvətə birləşdirilmişdi və rəsulullahın (s) vəfatından sonra şiə adı xüsusi qrupa verildi. Əl Nubaxti bunları öz şərhində verir.

Beləliklə, hər iki ziddiyyət əslində bir-birini təsdiqləyir.

Sübutu olmayan üçüncü ziddiyyət

Opponentlərimiz deyirlər:

Tanınmış şiə yazıçısı Əbu İshaq ibn əl Nədim yuxarıda qeyd olunan heç bir nəzəriyyə ilə razılaşmayıb özünün əl-Fihrist adlı kitabında yazır ki, şiəlik Cəməl döyüşündə yaranmışdır.

Bunlarsa, əl Nədimin yox, Ehsan Ellahinin şərhidir. O yuxarıda adı çəkilən alimlərlə razılaşmadığını bildirdimi? O davam edir:

Opponentlərimiz deyirlər:

Təlhə və Zübeyr Osmanın qanının alınmasında Əli ilə ixtilafa düşdülər. Əli onlarla mübarizə etmək üçün qüvvələrini səfərbər etdi və bu zaman onun ardıcıllarına şiə adı verildi.

(Əl Fihrist, İbn Əl Nadim, s. 249, Ehsan Elahi Zahir s. 25, Əş Şiyətü vət Təşəyyü)

Nadim bildirir:

Cəməl döyüşündə Əliyə (əs) tərəfdar olanlar şiə adlandırıldı.

Elahi artiq vəfat etdiyinə görə, bunu köçürdən alim utanmadan bizə göstərə bilərmi ki, müəllif harda deyir ki, bu, şiə sözünün ilk dəfə istifadə olunduğu vaxtdır? Nadim bildirir ki, Cəməl döyüşünə qədərki vaxtda ilahi təqdir olaraq deyil, camaatın fikrinə görə Əli şiəsi sözü artıq geniş yayılmışdı. Beləliklə, bu siyasi birləşmə deyildi, Əliyə tərəfdar olanlar onun şiələri, siyasi müttəfiqləri idi, bu o demək deyil ki, Şiə sözü bu hadisədən əvvəl mövcud deyildi. Burda şiə adı tamamilə aydınlaşdırıldı, o kəslər ki, xəlifə Əli (əs) ilə vuruşurdular, onlar şiə adlanırdı. Necə olur ki, bu əvvəlki rəvayətlərlə ziddiyyət təşkil edir?

Sübutu olmayan dördüncü ziddiyyət

Opponentlərimiz deyirlər:

Başqa bir şiə alimi, Kamil Mustafa Əl Şaybi öz kitabında yazır:

Şiəlik sözü o zaman müstəqil termin kimi işlənməyə başladı ki, Hüseyn bin Əli bin Abu Talib qətl edildi.

(Şiəliklə Sufilik arasında əlaqə, səh. 23)

Yenə də, bu, Əhli beytə (əs) sədaqətli olanlara verilən dini termin idi. O, Şiə sözünün istifadəsinin döğru olanına əsaslanır. Əlinin (əs) xilafəti dövründə bəzi şəxslər vardı ki, onlar həzrət Əli (əs) tərəfdarı idilər, amma onu dövlətin "dini və siyası rəhbər yox", təkcə siyasi rəhbər hesab edirdilər. Onlar o həzrəti itaət etməli olduqları İmam kimi görmürdülər. Buna baxmayaraq onlar şiə hesab olunurdular, çünki onlar Siffeyndə həzrət Əli (əs) ilə birgə vuruşmuşdular. Bunun açıq-aydın sübutuna xəvaricləri misal gətirə bilərik. Onlar həzrət Əli ilə birgə vuruşduqları vaxt onun şiəsi idilər, amma sonra ona qarşı üsyana qalxdılar. İmamları dövlətin siyasi rəhbəri hesab edən şiələrdən fərqli olaraq, həqiqi şiələr İmamlara sadiq olan və onları dini rəhbər hesab edənlərdir. Həqiqi şiələr imam Hüseyn (əs) ilə olanladır ki, onlar canlarını da imam yolunda qoymuşdular. Onlar ayrıca birlik olurlar və xəlifələri dövlətin qanuni başçısı kimi tanımırdılar. Hesab edirdilər ki, İmamət peyğəmbərin ailəsindən olan imamların müstəsna haqqıdır. Beləliklə, şiələr artıq xüsusi müstəqil, xəlifələrin ardıcıllarından ayrı bir qrup idilər. Beləliklə, Ellahinin gətirdiyi sitatların heç biri ziddiyyət təşkil etmir, hətta əgər onlar nəsə göstərsələr bu, Şiə məktəbinin inkişafı deməkdir. Şiə məfhumunun kökü Peyğəmbər Missiyasının başlanması ilə, rəsulullahın (s) Əlini (əs) onun vəsisi və xəlifəsi olmaq üçün seçməsi ilə başladi. Şiələr (rəsulullahın (s) vəfatından sonra) həzrət Əliyə (kimi) tərəfdar olan kəslər idi ki, onun haqq xəlifə olduğunu hesab edirdilər. Cəməl döyüşündə imam Əlinin (əs) tərəfində olanlar həm də onun şiələri hesab edilirdi. İmam Hüseynin (əs) şəhidliyində onun şiələri olanlar isə əksəriyyət camaatdan asanlıqla seçilə bilən ayrı bir qrup idilər.

İki məzhəbin mənşəyi

Artıq Şiə məfhumunun mənşəyini aydınlaşdırdıq, gəlin görək, Əhli Sünnə əsl Şiəliyin yerini harda göstərir. Şiəliyin əleyhinə yazılmış başqa hansi təfsir (şərh) Əl Muhəddis Şah Əbdül Əziz Dəhləvinin təfsirindən daha yaxşıdır?

Orda yazılıb:

“Şiə adı ilk dəfə Əliyə (Allah ondan razı olsun) beyət edən mühacir və ənsara verilmişdir. Onlar Əlinin xilafəti dövründə onun sadiq, dönməz ardıcılları idilər. Onlar ona bağlı qaldılar, daim onun düşmənlərinə qarşı vuruşdular və Əlinin əmrlərinə və qadağalarına tabe olmaqda davam etdilər. Həqiqi şiələr Hicri təqvimin 37-ci ilində gələnlərdir" (Hicri 37- İmam Əlinin (əs) Siffeyndə Müaviyyəyə qarşı vuruşduğu il).

(Tuhfa İtna Aşariyya (On ikilərə töhfə) Fars nəşri səh. 18, naşirlər Sohail Akademiyası, Lahor, Pakistan).

Mühacir və Ənsar (səhabə) Əlinin (əs) şiələri idilər.

Artıq qeyd etdiyimiz kimi, naməlum müəllif bu 2 qrupun - Əlinin şiələri və Müaviyyənin şiələrinin siyasi birləşmə olduğunu və buraya dinin heç bir aidiyyatı olmadığını bildirməklə səhvə yol verir. Yaxşı ki, o siyasi birləşmə sarsılmaz bir şəkildə RƏHBƏRLİYƏ bağlı idi, çünki bir tərəf Müaviyyəni özünə rəhbər bilir və onun təlimatlarına uyurdu, digər tərəf isə Əlini (əs) özünə İmam/rəhbər bilib onun təlimatlarına uyurdu.

Şah Əbdül Əzizin də bildirdiyi kimi, həqiqi şiə onlar idi:

Imam Əlini haqq xəlifə bilirdilər.

Onun hər dediyinə tabe olmaqla ona sadiq qalırdılar.

Onun düşmənləri ilə vuruşurdular.

Əlhəmdülillah, eyni keyfiyyətlər bugünki şiələrdə də mövcuddur. Biz hər zaman İmam Əliyə (əs) sadiq qalmışıq təlimatlarına tabe olmuşuq və düşmənlərinə qarşı olmuşuq. Təəssüf ki, biz Əhli SünnəninƏhli-beytə tabe olmaqda bizim kimi olduqlarını deyə bilmərik. Bu halda, onlar izah edə bilərlərmi ki, necə olar ki, Əlinin (əs) rəqiblərinə qarşı çıxmaqdansa, əhli sünnələr onun düşmənlərini ürəyə yaxın bilirlər, tərifləyirlər və Mərvan, Müaviyyə kimi nasibilərlə bir olduqlarını deyirlər. Bu qədər şəffaf ziddiyyət olarmı? Bir tərəfdən onlar Əhli beytin ardıcılları olduqlarını deyirlər, və hələ də ona lənət yağdıran və ona qarşı vuruşan düşmənlərini sevirlər. Bu prinsiplər (Imama tabelilik prinsipi) İmam Hüseynin (əs) şiələri tərəfindən açıq aydın göstərilmişdir. Onlar imamin qatillərinə bunu nümayiş etdirmişlər.

İmam Hüseynin (əs) şəhid olmasının ardınca ibn Ziyad belə demişdir:

“Həqiqəti açıb göstərən Allaha həmd olsun. O, haqlı olan Yezid bin Müaviyyəyə və onun qoşununa qələbə verdi. O yalançı oğlu yalançını, Hüseyn ibn Əlini və onun şiələrini öldürdü.” (Təbəri tarixi, İngilis dilinə tərcümə İ.K.A Hovard,cild 19, səh. 167)

Yezidin hüzurunda ibn Ziyad yenidən qürurla belə dedi:

Ey Haqqın əmiri, mən Allahın qələbəsinin və dəstəyini göstərən şad xəbər gətirmişəm. Hüseyn ibn Əli ailəsindən olan 18 nəfərlə və 60 şiəsi ilə bizə qarşı çıxmışdı. (Təbərinin Tarixi, İngilis dilinə tərcümə İ.K.A. Hovard, cild 19, səh. 169).

İndi müəllif bizə izah edə bilərmi ki, İmam Hüseynin onunla vuruşan və səhid olan şiələri siyasi qrup idi, yoxsa dini?

Bir kimsə soruşa bilər: "Əhli sünnələr o vaxt harda idilər?" Şah Əbdüləzizə görə:

“Hamı bilməlidir ki, ilk şiələr (sünni və təfdiliyyə olanlar) əvvəlki günlərdə elə şiə kimi tanınırdılar. Ğulat, Rafizi Zeydiyyə və İsmailiyyə bu adı özlərinə götürəndə, sünni və təfdiliyyələr bu adı bəyənmədilər və beləliklə özlərinə Əhli Sünnə vəl Cəmaa adını götürdülər." (Şah Əbdül Əziz Dehləvi “Töhvə İtna Əşari”, Navalkişor mətbuatı, Luknau, səh. 4, 11,59)

Bu cəfəngiyatın absudrluğu hətta Sünni alimi Übeydullah Əmritsarinin də nəzərində qaçmamışdır. O, Ərcəhu Mətalib adlı kitabında yuxaridakı iddianı sitat gətirdikdən sonra deyir:

Sünnilərin əvvəllər şiə olduğunu demək sadəcə heç bir sübutu olmayan bir bəhs olardı. Sünnilər şiə adlandılırmışdısa, onda keçmiş Sünnilərdən ən azı bir neçəsi Zeydiyyənin (H.Q. 120) meydana gəlməsindən əvvəl bu adla tanınmalı idilər. Bundan əlavə, Sünnilər bu adla tanınsaydı, Zeydiyyə və İsmailiyyə heç vaxt bu adın özlərinə verilməsinə dözməzdilər və yeni bir ad seçərdilər. (Ubeydullah Əmritsari, Arcahul Mətalib, 2-ci nəşr, Lahor, səh. 608.)

Dəhləviyə görə Hicri qəməri 150-də Əhli Sünnə adı verilən 2-ci qrupun (Zeyd bin Əlinin (əs) şəhid olmasının ardınca) əqidəsi, maraqlıdır ki, bundan uzun müddət əvvəldən də mövcud idi. Bu nə əqidə idi? Gəlin Molla Əli Qarinin şərhinə nəzər salaq:

Əhli Sünnənin və Mötəzilənin nəzərindəki inanca görə İmamı təyin etmək camaatın vəzifəsidir. Hədisə və məntiqə əsasən bu iş camaatın öhdəsinə buraxılıb. Hədislərə və məntiqə əsasən bu iş camaatın öhdəsinə buraxılıb. Bu inanca müvafiq olaraq, Səhihi Müslimdə Abdullah bin Ömərin nəql etdiyi bir hədis var: "Zamanın imamına beyət etmədən ölən şəxs cahiliyyə dövrünün ölüsü kimidir." Məhz buna görə Səhabə İmamın təyin olunmasına elə vacib bir məsələ kimi baxırdılar ki, onlar bunu peyğəmbərin dəfnində iştirak etməkdən daha üstün tutdular, çünki müsəlmanların cihad əmri verən və islam qanunlarını həyata keçirən bir rəhbərə ehtiyacı var idi. (Şarra Fiqa Əkbər, Molla Əli Qari, s. 175 (naşirlər Məhəmməd Səid və oğlu, Quran Muhalla))

Sünni əqidəsinin təməl daşı burada qoyulur. İmamı icma təyin edir, individual xarakter heç bir əhəmiyyət kəsb etmir. Bir dəfə icma toplanır, Xəlifə qanuni dövlət başçısı olur. Bir dəfə camaat Xəlifəyə beyət edir, belə ki, icmanı təşkil edən Camaatdır. Beləliklə, bu “Camaat” sözü ilə biz ilk dəfə olaraq nə vaxt qarşılaşırıq? Bu anlayış Müaviyyənin şiələrindən gəlib və sizin möhtərəm alimləriniz tərəfindən sübut olunub:

Əl Təbəri yazır:

Müaviyyə öz dövründə Səcahı "birləşmə ilində (əl Camaa)" köçürdüyü vaxta qədər Səcah Bani Taglib ilə qaldı. İraq camaatı Müaviyyəni Əlidən sonrakı xəlifə kimi tanımağa razılıq verəndə, Müaviyyə Əliyə görə qəzəbli olanları Kufədən çıxarmağa başladı, və həmin adamların evlərində Suriyadan, Bəsrədən və Cəzirədən olan öz adamlarını məskunlaşdırdı. Onlara qarnizon şəhərlərdə "köçürülmələr" deyirdilər.

(Tərcüməçi ittifaq ilinə istinadda belə yazır:) H.q. 40-cı il (b.e. 660-661) - Aam əl Camaah ilinin belə adlandırlımağında səbəb bu dövrdə 1-ci daxili muharibənin siyasi parçalanmasının başa çatması ilə müsəlman cəmiyyətinin Müaviyyəyə beyət etməklə birləşməsi idi.

(Peys Kaetani, 648; bax: Əbu Zahrah Əl Dimashqi, Tarix, 188 (nömrə 101) və 190 (nömrə 105; Əl Təbərinin Tarixi, İngilis versiyası, cild 10, səh. 97)

Cəlaləddin Suyuti məhz bu faktı Xəlifələrin tarxində (Tarixül Xulafa) son dərəcə aydın şəkildə qeyd edir:

Əl Zəhəbi deyir ki, Kəəb Müaviyyənin xəlifə olmasından əvvəl vəfat etdi və Kəəb öz dediyində haqlı idi. O deyirdi ki, Müaviyyənin hakimiyyəti 20 il çəkdi və özündən sonra gələnlərdən fərqli olaraq, dünyada başqa heç bir rəhbər onunla mübarizə aparmamışdı, çünki onların rəqibləri var idi və mülkiyyətləri onların hakimiyyəti altında idi. Müaviyyə daha əvvəl etdiyi kimi yenə Əliyə qarşı çıxdı və Xəlifə adını aldı. Sonra o Həsənə qarşı yürüş etdi və o, öz xeyrinə geri çəkildi. Nəticədə o, hicri qəməri 41-ci il, Rəbiül Axir və yaxud Cümadəl Əvvəl ayında öz xilafətində mövqeyini möhkəmləndirdi. Bu səbəbdən həmin il ittifaq (Cəmaa) ili adlanırdı. Bu il ərzində Müaviyyə Mərvan ibn Həkəmi Mədinəyə rəhbər təyin etdi. (Cəlaləddin Suyuti, Xəlifələr Tarixi, İngilis versiyası, səh. 204, (Müaviyyə ibn Əbu Sufyan fəsli))

Bu həmin Camaadır ki, opponentimiz (cavab verdiyimiz məqalənin müəllifi) özünün bu firqədən olduğunu iddia edir. Camaah Müaviyyəni dəstəkləyirdi və ondan sonrakı hər xəlifə onun kimi.. Camaah dinə qarışdı və dövlət tərəfindən Əhli Sünnə və əl Camaah olaraq əbədiləşdirildi. Bu həmin Camaah həmçinin Yezidə beyət etdi və onu Ülul Əmr-dövlətin başçısı kimi tanıdı. “Camaah”ın gözündə o haqq xəlifə İDİ, beləliklə ona qarşı çıxmaq yol verilməz əməl idi.

Əslində, bu əqidənin aydın şərhi imam Hüseynin (əs) şəhadətindən sonra meydana çıxdı. Mədinəlilər Yezidə qarşı üsyan etdilər, Əbdül Malik bin Mərvan onlara qarşı sərt çıxış etdi:

"...onlarla vuruşun və Allahdan kömək diləyin. Onlara İmama qarşı çıxdıqları və icmanın (camaah) ittifaqını tərk etdikləri üçün Allah həqiqətən sizin köməkçiniz olacaq." (Təbərinin Tarixi, İngilis dilinə tərcümə İ.K.A. Hovard, cild 19, səh. 207)

Beləliklə İmam yezidə qarşı çıxmaqla insanlar Camaah-ı tərk etdi, məhz həmin Camaah ki, məqalənin müəllifi özünü o icmaya aid edir, o Camaah ki, Yezidin xilafətini təsdiq etdi və onun vəhşiliklərində ona dəstək oldu.

Bu əqidənin ən dəqiq qiymətləndirilməsi Harra hadisəsi zamanı qadınların kütləvi zorlanması və Yezidə qarşı çıxan səhabələrin kütləvi qırğınından sonra Abdullah bin Omərin dilindən deyilmişdir:

Nafi nəql edir:

Mədinə əhli Yezid ibn Müaviyyəni taxtdan salanda ibn Ömər bəzi dostlarını və uşaqları topladı və dedi: Mən peyğəmbərin belə dediyini eşitdim: "Qiyamət günü hər bir xəyanətkara bir bayraq bərkidiləcək və biz Allah və Onun elçisinin göstərdiyi şərtlərə müvafiq olaraq, biz bu şəxsə (Yezidə) sədaqət andı içmişik. Mən, Allah və rəsulunun göstərişi ilə sədaqət andı verilmiş bir kəsə qarşı vuruşmaqdan daha küfrlü bir əməl tanımıram. Əgər nə vaxtsa mən öyrənsəm ki, aranızdan bir kimsə başqa birinə sədaqət andı verməklə Yezidin taxtdan salınmağına razılıq verib, onda həmin şəxslə mənim aramda ixtilaf olacaqdır. (Səhihi Buxari, cild 9, Kitab 88, Nömrə 227)

Abdullah bin Ömərin gözündə İmam Hüseynin (əs) qarşı çıxdığı Yezidə beyət "Allah və Rəsulunun göstərdiyi şərtlərə” uyğun gəlirdi. Camaahı inkar etmək istənilən kəsin Haqq-hesab günü xain olaraq həşr edilməsinə səbəb olan bir günahdır.

Beləliklə, Yezid “Camaah”ın (müəllif iddia edir ki, o da bu firqədəndir) Xəlifəsi idi və bu “məqalənin” tərəfdarları özlərini Yezidlə hansı məsafədə görmələrinin heç bir fərqi yoxdur. Abdullah ibn Ömər hesab edirdi ki, onun İmamlıq vəzifəsi Allah (st) və Rəsulunun buyuruqlarına uyğun gəlirdi.

Bir az qəribədir ki, biz Şərrə Qəsidə Əməlidə, səh 116-da Mövlana Axund Zarvizanın şərəfli etirafını oxuyuruq:

"Lənəti yalnız Kafirə göndərmək olar, Yezid kafir yox, sünni müsəlman idi".

Əlhəmdülillah, Şiələr xoşbəxtdirlər ki, Yezidin xilafətini haqq bilib Camaahın davamçıları olmaqdansa və onu sünni müsəlman adlandırmaqdansa, rafizi adlandırılmağa üstünlük verirlər. Şiələr bu cür zülmkar hakimlərdən həmişə uzaq olublar. Həzrət Əli (əs) və onun nəslindən olanlarla birgə qalmağı və dində onların rəhbərliyini seçənlər Əhli Beyt (əs) ardıcılları olduqlarını bildirməkdə davam ediblər.

Müaviyyənin hakimiyyəti vaxtından bəri, bu iki ideologiya - Dövlət dini (Sünni İslamı) və Əhli Beyt (əs) dini, yəni Şiə İslamı əldən ələ keçir. Aydın məsələdir ki, nə qədər ki, Əlinin şiələri Sünni ibn Mənzurun dediyi kimi "Peyğəmbərin nəslini sevən və onlara sadiq qalan insanlar" kimi təsvir edilib və ediləcək, Əhli Sünnə və əl Camaah Dövlət tərəfindən əbədiləşdirilən din olub və olacaq. (Lisan Əl Ərəb, İbn Mənzur, cild 8, səh. 189)

Dövlət dini Əlinin dinininə qarşı

İki inanc (məzhəb) bir-biri ilə yanaşı yaşadı və hər ikisi İslamın doğru təliminə tərəfdarı olduqlarını iddia etdi. Biri dövlət dəstəyi ilə yayıldı. Bu barədə Üməyyə Xilafətinin vuran əli olan Müaviyyənin sözləri var. Əhli Sünnənin imamı Əllməlləkbul bil Muin ibn Muhamməd Sindi (Hicri 1161-də vəfat edib) Dirasatul Labiib adlı əsərində, 97-ci səhifəsində belə deyir:

“Müaviyyə fərman vermişdir ki, Əlinin məzhəbinə tabe olan onun (Müaviyyənin) yanında (ona yaxın) ola bilməz.”

Burada Rafizi məzhəbi sözü istifadə olunur ki, sonra heç şübhəsiz bizim rəqiblərimiz bu faktı gətirəcək ki, rafizilər İslamı hakim tutmağa tərəfdar olmadılar. Müaviyyə bu mənbədə Əlinin məzhəbinə nifrət etdiyini bildirir. Əgər Müaviyyə də eyni məzhəbdə idisə onda belə şeyi niyə deyirdi? Açıq-aydın görünür ki, Müaviyyə Əlinin dininə qarşı idi, və Əlinin yolu heç şübhəsiz Rəsulullahın (s) saf xalis dini olan İslam idi. Müaviyyənin bu dediyi aydın göstərir ki, onun dövlətin sayəsində təbliğ etdiyi inanc imam Əlinin (əs) dininin eynisi deyildi.

Şöhrətli Hənəfi Nəqşibəndi alimlərindən olan Əbdül Rəhman Caminin (ra) klassik əsərlərindən biri bu məsələni aydınlaşdırır:

"Bir gün Yusuf bin Hüccac öz ardıcıllarına dedi: "Mənə Əlinin ardıcılını gətirin ki, mən Allaha (svt) daha yaxın olum". Onun mühafizəçiləri cavab verdi: "Hal-hazırda bizim bildiyimiz yeganə şəxs Qəmbərdir (Kumber) və onu Hüccacın hüzuruna gətirdilər". Hüccac ondan soruşdu: "Qəmbər sizsiz?" O cavab verdi: "Bəli." Sonra Hüccac soruşdu: "Siz Əlinin nökərisiz?" O cavab verdi: "Mən Allahın (svt) quluyam, Əli mənim sahibimdir." Sonra Hüccac dedi: "Onun dinindən çıx", Qəmbər cavab verdi: "Mənə bundan daha yaxşı bir din göstərə bilərsən?" Sonra Hüccac dedi: "Səni öldürəcəm". Qəmbər dedi: "Sən bu gün və ya sabah məni öldürə bilərsən, mənim Sahibim Əli əvvəllər mənə xəbər vermişdi ki, mən qəddar bir kişi tərəfindən öldürüləcəyəm". Sonra Hüccac öz cəlladlarına işarə etdi, onlar da Qəmbəri öldürdülər." (Əbdürrəhman Cami, Şəvaşidün Nübüvvə, səh. 285.(Urdu dilinə tərcümə, Bəşir.H. Nazim) naşirlər Məktəbə Nəbəviyyə, Günbakş küçəsi, Lahor).

Bu onu SÜBUT EDİR Kİ, dövlət dini Əlinin (əs) dini ilə eyni deyildi. Hüccac Şərq Əyalətin əmiri idi və Qəmbərdən tələb edirdi ki, o, Əlinin dinini tərk etsin. Nasibi və Xəvariclər bu vəziyyətlə fəxr edə bilərlər, amma əlhəmdülillah Şiələr, əsrlərcə sürən təqiblərə, saxta təbliğata baxmayaraq Əhli Beyt imamlarına olan sədaqətlərini qorumuşlar və müqəddəs Peyğəmbərimizin (s) "iki ağır əmanətinə" sarılmışlar:

"Məhəmməd ailəsini tanımaq Atəşdən amanda qalmaqdır. Məhəmməd ailəsinə sevgi bəsləmək Sıratdan keçməkdir. Məhəmməd ailəsinə dost olmaq atəşdən xilas olmaqdır." (Qadi İyad (Hicri 544-də vəfat etmişdir), Əş Şifa, səh. 142, İngilis dilinə tərcümə-Aişə Bevley, Mədinə Mətbuatı, 1991, Yənəbi əl Məvəddah, Əl Qunduzi əl Hənəfi, bölmə 65, səh. 379)

Abdullah ibn Səba

Sonra müəllif çox dərinliklərə gedir və Şiə alimlərinin Abdullah bin Səba və onun ifrat baxışlarından bəhs etdiyi rəvayətləri dəlil gətirir. Sadə bir sual: "Bu mənbələrdən istənilən birinin Şiə islamına nə aidiyyatı var?" Müəllif elə bir hədis gətirə bilərmi ki, orda Şiələr ona istinad etsinlər. Abdullah ibn Səba bizə Rəsulullahın (s) dediyi kimi Əhli Beytə (əs) tabe olmağı buyurmurdu. Rəsulullah (s) zəmanət verirdi ki, Əhli Beytin ardıcılları heç vaxt yoldan sapmazlar. Nə qədər ki, Şiələr özlərini Əhli beytə bağlayırlar, onlar heç vaxt xətaya düşməzlər. Beləliklə, İbn Səbanın varlığı Şiəlikdə heç bir məna kəsb etmir. Əlhəmdülillah, biz bütüb təlimləri İmamlardan öyrənirik.

İtna Aşari İmamları

Opponentlərimiz deyirlər:

"Rafizi Şiələrin iddialarına görə Əhli Sünnənin itaət etməli olduğu 12 seyyid imamlar kimlərdir?

Əbül Həsən Əli ibn Əbu Talib əl Mürtəza

Əbu Muhamməd Əl Həsən ibn Əli Əz Zəki

Əbu Abdullah Əl Hüseyn ibn Əli Seyyid əl Şühəda

Əbu Muhamməd Əli ibn Əl Hüseyn Zeynül Abidin

Əbu Cəfər Muhamməd ibn Əli Əl Baqir

Əbu Abdullah Cəfər ibn Muhamməd Əl Sadiq

Əbu İbrahim Musa ibn Cəfər əl Kazım

Əbu Əl Həsən Əli ibn Musa əl Riza

Əbu Cəfər Muhamməd ibn Əli əl Cavad

Əbül Həsən Əli ibn Muhamməd əl Hadi

Əbu Muhamməd əl Həsən ibn Əli əl Əskəri

Əbul Qasim Muhamməd ibn Əl Həsən əl Mehdi"

Biz - "Rafizilər" onlara tabe olmağı iddia etməklə kifayətlənmirik, biz bunu faktiki olaraq edirik. Müəllif əksini sübut etmək məcburiyyətindədir. Biz öz əqaid, hədis, təfsir kitablarımızla sübut edə bilərik ki, bizim bütün əqidəmiz bizim İmamlarımızın buyurduqlarına əsaslanır ki, onlar da Rəsulullaha (s) gedib çıxır. Beləliklə, biz ondan soruşardıq ki, bəs onlar İmamlardan nə götürüblər? Səhihi Sittədə İmamlardan neçə hədis rəvayət olunub? Təfsirlərindən hansı biri İmamların şərhlərinə əsaslanıb? Onların fiqh elminin hansı yönü Əhli Beyt İmamlarının (əs) söylədiklərinə əsaslanır?

İmamların vəl Camaahdan olduğunu iddia etmək hədsiz dərəcədə qüsurlu məntiq olardı. Bu yanlış fikrin sübutu müəllifin digər cümləsindədi: yazısıdır Ahlul Bait saytının əsas səhifəsində bu məqalənin yerləşdiyi yerdə tapılan sözlərdədir:

Budur orda yazılan:

Opponentlərimiz deyirlər:

Hər kəsə bəlli olmalıdır ki, Əhli Beyt İmamları heç zaman ümmətin dayağı olan Seyyidina Rəsuli Əkrəm səlləllahu aleyhi və səlləmdən ayrı qalmağa səbəb olan heç bir şey irəli sürmədilər.

Beləliklə, şiəlik bu məsum İmamlar (Radi Allahu Taala) tərəfindən yayılan və ya barmaqarası baxılan bir şey deyildi.

Müəllif yeniden hər şeyi təkrar edir ki, biz bu məqalədə artıq sübut etmişik ki, “Camaah”a bağlı qalmaq, tabe olmaq Sünni əqidəsinin təməl daşıdır. Biz İmam Hüseynin (əs) inqilabına baxanda, bu məsələnin iç üzünü açmış oluruq. O, əksəriyyətə tabe oldu, yoxsa ondan ayrıldı? O, Səhabə və Tabeinə əsaslanib qəddar nasibi Yezidə beyət etdi? Məhz onun etirazı bizə açıq-aydın sübutdur ki, iddialardan ibarət olan məqalədə deyildiyi kimi, o, əsl mərkəzə (gövdəyə) əsaslanmırdı. Bundan əlavə, Sünni əqidəsinə görə, Camaaha tabe olmaq Xəlifəyə tabe olmaq deməkdir, bəs imamlardan Musa Kazım (əs) və başqaları dövlət tərəfindən həbs ediləndə Camaaha necə tabe oldu?

On iki Sünni İmamların təqdim edilməsi

İndi ki, biz bu iddianın məntiqə sığmadığını göstərdik, icazənizlə Əhli Sünnənin faktiki 12 İmamını təqdim edək. Şiə olaraq biz inanırıq ki, Allahın müəyyən etdiyi 12 İmam Rəsulullahın (s) həqiqi varisləri idi. Sünni mənbələrində belə bir hədis var:

"İslam dini müəyyən olunmuş saata kimi və yaxud sizlərin hamısı Qureyşdən olmaqla 12 Xəlifə tərəfindən idarə olunduğunuz vaxta qədər mövcud olacaq." (İngilis dilli Səhih Müslim, hədis 4483)

Molla Əli Qarinin “Şərrə Fiqa Əkbər” hənəfilərin əqaid kitabıdır. Elə ilk səhifədə qeyd olunur ki, kitab Əhli Sünnə və əl Camaah əqidəsini bəyan edir. Beləliklə, əhli sünnə tərəfdarları üçün heç bir bəhanəyə yer qalmır ki, onlar bunu sadəcə olaraq bir nöqteyi-nəzər adlandırsınlar. Bu kitabda yazılan hər şey Hənəfi Sünni Müsəlmanların əqidəsidir. Molla Əli Qariyə görə 12 xəlifə aşağıdakılardır:

1. Əbu Bəkr

2. Ömər

3. Osman

4. Əli

5. Müaviyyə

6. Yəzid

7. Əbdülmalik ibn Mərvan

8. Vəlid ibn Əbdül Malik ibn Mərvan

9. Süleyman ibn Əbdül Malik ibn Mərvan

10. Ömər ibn Əbdüləziz

11. Yezid ibn Əbdülmalik ibn Mərvan

12. Haşim ibn Əbdülmalik ibn Mərvan

(Molla Əli Qarinin “Şərrə Fiqa Əkbər” kitabından götürülmüşdür, səh. 176 (naşirlər Məhəmməd Səid və oğlu Qur'an Muhalla))

Əlbəttə ki, Hənəfi əqidəsinə sadiq qalaraq sonrakı Sünni alimləri də bu hədisi eyni şəkildə təfsir etmişlər. Biz indi Əllamə Şibli Numani və Seyid Süleyman Nədvinin “Siratun Nəbi” kitabını təqdim edirik.

Sünni alimi Mühəmməd Atiqul Haqinin "İslamın qəhrəmanları" adlı kitabından bu sözlər kifayət edər:

"Siratun Nəbi peyğəmbərin həyatı haqqında yazılmış tayı-bərabəri olmayan bir kitabdır və dünyada ən yaxşı kitablardan biri kimi bəyənilir. O, bu kitabın yalnız 4 cildini yazmışdır və qalan 4 cildi isə şagirdi Seyid Süleyman Nədvi tərəfindən yazılmışdır" (səh.130)

Bunlar Nədvinin və Numaninin 3-cü cild, səh. 701-dən götürülmüş şərhləridir:

Səhihi Müslimdə Kitabul İmarada Rəsulullah (s) belə buyurur ki, bu İslam hakimiyyəti 12 nəfər tərəfindən idarə olununcağa qədər davam edəcək. Bu 12 xəlifə dövlət başında olduğu müddətcə hakimiyyət sona çatmayacaq. Onların hakimiyyətdə olduğu müddət ərzində İslam "qorunacaq və nüfuzlu" olacaq. Kitab Əl Mehdidə Əbu Davud yazır ki, "nə qədər ki, 12 nəfər şəxs hakimiyyətdədir, Din kamil qalacaq və Ümmət onları tanıyacaq". Qazi Abbas bu sözləri (Əbu Davudun sözlərini) belə izah edir, "İslama kömək etmiş 12 Xəlifə dindar idi. Hafiz İbn Həcər onları belə sadalayır: Əbu Bəkr, Ömər, Osman, Əli, Müaviyyə, Yəzid, Əbdülmalik ibn Mərvan, Vəlid ibn Əbdül Malik ibn Mərvan, Süleyman ibn Əbdül Malik ibn Mərvan, Ömər ibn Əbdüləziz, Yezid ibn Əbdülmalik ibn Mərvan, Haşim ibn Əbdülmalik ibn Mərvan.

Sonda biz müasir Hənəfi alimi Hakim Mahmud Əhməd Zəfər Sialkotidən müasir günün şərhini təqdim edirik. Özünün "Seyyidina Müaviyyə (ra), Şukşiyat aur kirdaar" (urdu dili) kitabında, 261-ci səhifədə 12 xəlifə haqqında olan hədisə bu cür şərh verir:

"Bu 12 Xəlifə xeyirxahdırlar, dindar adamdır və İslam onların hakimiyyətləri vaxtı qorunacaq və nüfuzlu olacaq, onların hakimiyyətləri Qur'ana və Sünnəyə əsaslanacaq, və onların hakimiyyətlərində ədalət hökm sürəcək.

Molla Əli Qari bu 12 xəlifəni göstərir:

Əbu Bəkr, Ömər, Osman, Əli, Müaviyyə, Yəzid, Əbdülmalik ibn Mərvan, Vəlid ibn Əbdül Malik ibn Mərvan, Süleyman ibn Əbdül Malik ibn Mərvan, Ömər ibn Əbdüləziz, Yezid ibn Əbdülmalik ibn Mərvan, Haşim ibn Əbdülmalik ibn Mərvan. (Sharra Fiqa Akbar səh. 184; Fathul Bari cild 3 səh. 182)

Molla Qariyə görə yuxarıdakı açıqlama Müaviyyənin rəşidi xəlifə olmasına açıq-aşkar dəlildir.

Həmin dəlilə əsasən Yezid də haqq xəlifədir, çünki, o, 12 xəlifəni Quran və Sünnəyə əməl edən ədalətli idarəçilər kimi göstərir. Maraqlıdır ki, hənəfilərin siyahısında Müaviyyə həzrət Əli (əs) ilə vuruşan və məsçidlərdə onu lənətləməyi adətə çevirən biri sayılır. Bu əməl Ömər İbn Əbdüləzizin hakimiyyətinə qədər davam etdi. Bu səbəbdən, Müaviyyədən sonrakı xəlifələr Süleyman ibn Əbdülmalik vasitəsiylə hamısı bu lənətləməni bəyənərək davam etdirdilər. Gəlin, İmam Hüseynin (əs) qatili, Əhli beyti əsir alan Yezidin "gözəl xarakterini" də unutmayaq. Onlar necə də Əhli Beyti ürəkdən sevənlər olublar....

Beləliklə, biz Əhli Beytin "həqiqi" davamçıları olan hənəfi alimlərindən nə öyrənirik?

1. İslam məhşər gününə qədər mövcud olacaq
2. O vaxtda 12 Xəlifə Ümmətin rəhbərləri olacaq
3. İslam bu 12 xəlifənin hakimiyyəti müddətincə yaşayacaq.
4. Onlar dini qoruyacaqlar və dinə hörmət edəcəklər.
5. Onlar Quran və Sünnədə buyurulan şəkildə idarə edəcəklər
6. Yəzid raşidi Xəlifələrin altıncısı idi.

Bir yandan, müəllif iddia edir ki, Əhli Sünnə Əhli Beytin HƏQİQİ davamçılarındandır, digər tərəfdən onlarin əqidəsinə görə, Rəsulullahın 12 xəlifəsinin sırasına Əlini (əs) lənətləməyə təşviq edənlər və lənətləyənlər daxildir və həmçinin onlardan 6-cısı İmam Hüseynin (əs) qatili olan Yeziddir. Necə olursa olsun, Əhli beytin davamçısı olmaq haqqında olan şiddətli iddialar onların həqiqi əqidəsinə heç də uyğun gəlmir. Silahlarını Şiələrin üzərinə tuşlamaqdansa, onlara təklif edirik öz əqidələrindəki əsl həqiqəti aşkar etsinlər.

Рейтинг

В этом разделе