»»

Peygəmbərə sui-qəsd edənlər

"Təbükdə Rəsulullaha sui-qəsd" hadisəsini hər halda eşitməyən yoxdur. Bu sui-qəsdçilərin kim olduğunu sünni alimləri söyləməkdən çəkinmişlər. Adlarını yazmaq əvəzinə "üzləri örtülü olduğundan görünmədilər" qeyd ediblər. Ancaq hadisəni nəql edən bütün sünni alimləri onların səhabə olduğunu qəbul ediblər. Görəsən üzü örtülü bir kimsənin səhabə olduğunu necə anlamışlar? Bunu anlaya bildikləri halda nə üçün o kəslərin kim olduğunu təsbit edə bilməmişlər?

Əhli sünnətin məşhur alimlərindən olan İbn Həzm Əndəlusi Rəsulullaha (s) sui-qəsd planını hazırlayanların adlarını (əl-Muhəlla, 11/224 ) kitabında sadalayanda Əbu Bəkr, Ömər, Osman, Təlhə və Sad bin Əbu Vəqqasın da onların arasında olduğunu qeyd edib.

وأما حديث حذيفة فساقط لأنه من طريق الوليد بن جميع وهو هالك ولا نراه يعلم من وضع الحديث فإنه قد روى أخبارا فيها أن أبا بكر وعمر وعثمان وطلحة وسعد بن أبي وقاص رضي الله عنهم أرادوا قتل النبي وإلقاءه من العقبة في تبوك وهذا هو الكذب الموضوع الذي يطعن الله تعالى واضعه فسقط التعلق به والحمد لله رب العالمين

İbni Həzm bu rəvayəti qeyd etdikdən sonra qeyd etdiyi rəvayətin yalan olduğunu söyləyir (وهذا هو الكذب الموضوع).

Sual: Görəsən bu tarixi sənədi necə təhlil etmək olar?

İbn Həzm rəvayətin sənədində Vəlid ibn Cumey`in adının olduğunu bəhanə gətirərək onu zəif sayıb. Amma əhli sünnətin rical elminə dair yazdıqları kitablara muraciət edəndə məlum olur ki, rical elmi alimlərinin çoxu Vəlid ibn Cumey`i mötəbər və siqə sayıblar.

İbni Həcər Əskalani Təhzibut-təhzib qeyd edir ki, Vəlid ibn Cumey haqqında İbni Maun və Uclu "sıqə - güvənilən, mötəbər" deyiblər

9362 - الوليد بن جميع [ د ، ت ، س ، م ] . هو ابن عبدالله بن جميع الزهري الكوفى
وثقه ابن معين ، والعجلي

Saleh Əcli (Mərifətus-siqat, 2/342, 1943-cü tərc-hal) yazıb: Vəlid ibn Əbdullah ibn Cumey` Zuhəri Məkki siqədir (yəni düz danışan olub, nəql etdiyi hədisləri mötəbərdir)

الوليد بن عبد الله بن جميع الزهري مكي ثقة وقال مرة حجازي

 

Əbu Xatim onu "sulahil hədis" olaraq tanıtmışdır:

وقال أبو حاتم : صالح الحديث

İbn Sə`d Təftəzani (Təbəqatul-kubra, 6/354): Vəlid ibn Əbdullah ibn Cuməy` siqədir və çoxlu hədis nəql edib.

الوليد بن عبد الله بن جميع الخزاعي من أنفسهم وكان ثقة وله أحاديث

əl-Cərh vəl-tədil, 8/9: Vəlid ibn Əbdullah ibn Cüməy` mötəbərdir və nəql etdiyi hədislərin heç bir qorxusu yoxdur.

34 الوليد بن عبد الله بن جميع الزهرى روى عن أبى الطفيل وعكرمة وقثم بن لؤلؤة روى عنه يحيى بن سعيد القطان ومحمد بن فضيل ووكيع وأبو نعيم وابنه أبو جبلة سمعت أبى يقول ذلك نا عبد الرحمن نا محمد بن إبراهيم بن شعيب نا عمرو بن على الصيرفي قال كان يحيى بن سعيد لايحدثنا عن الوليد بن جميع فلما كان قبل موته بقليل حدثنا عنه نا عبد الرحمن انا عبد الله بن احمد بن محمد بن حنبل فيما كتب الى قال قال أبى الوليد بن جميع ليس به بأس نا عبد الرحمن قال ذكره أبى عن إسحاق بن منصور عن يحيى بن معين انه قال الوليد بن جميع ثقة نا عبد الرحمن قال سئل أبى عن الوليد بن جميع فقال صالح الحديث نا عبد الرحمن قال سألت أبا زرعة عن الوليد بن جميع فقال لا بأس به

İbn Həcər Əsqəlani (Təhzibut-təhzib, 11/122) "Buxari, Muslim, Əbu Davud, Tirmizi və Nəsai Vəlid ibn Cumeydən hədis nəql ediblər və onun siqə olduğunu təsdiq ediblər...".

230 بخ م د ت س البخاري في الأدب المفرد ومسلم وأبي داود والترمذي والنسائي الوليد بن عبد الله بن جميع الزهري المكي الكوفي وقد ينسب إلى جده روى عن أبي الطفيل وعكرمة ومجاهد وأبي سلمة بن عبد الرحمن وعبد الرحمن بن خلاد وإبراهيم النخعي وعن جده وقيل عن جدته وغيرهم وعنه ابنه ثابت وحفص بن غياث ووكيع ويحيى القطان وأبو أحمد الزبيري وابن فضيل وأبو أسامة ويزيد بن هارون وعبيد الله وموسى وأبو نعيم وآخرون قال أحمد وأبو داود ليس به بأس وقال بن معين والعجلي ثقة وقال أبو زرعة لا بأس به وقال أبو حاتم صالح الحديث وقال عمرو بن علي كان يحيى بن سعيد لا يحدثنا عنه فلما كان قبل موته بقليل حدثنا عنه وذكره بن حبان في الثقات قلت وذكره أيضا في الضعفاء وقال ينفرد عن الاثبات بما لا يشبه حديث الثقات فلما فحش ذلك منه بطل الاحتجاج به وقال بن سعد كان ثقة له أحاديث وقال البزار احتملوا حديثه وكان فيه تشيع وقال العقيلي في حديثه اضطراب وقال الحاكم لو لم يخرج له مسلم لكان أولي

Yenə Vəlid ibn Cumey üçün Əl Mizzi, Təhzibül Kamal, cild 7, səhifə 474-də bunları nəql etmiş:
(Yuxarıdakı yazıya görə Əhməd bin Hənbəl və Əbu Davud "onda problem yoxdur" deyir. Yəhya ibni Maun "siqədir" deyir. Əbu Zar "problem yoxdur" deyir. İbni Hibban onu siqə ravilər arasında sayır və İmam Buxari ondan bir hədis nəql edib.)

Göründüyü kimi rəvayətin sənədləri möhkəm, sünni rical alimləri İbni Həzmin etibarsız saydığı adama güvənmiş və ən böyük mühəddisləri ondan hədis nəql etmişlər. Digər ravilərin də mötəbər olduğunu İbni Həzm özü söyləyir.

Burada oxucu üçün belə bir sual yarana bilər: Əgər rical alimləri Vəlid ibn Cumeyi təsdiq ediblər, bəs nəyə görə İbn Həzm onu zəif adlandırıb və hədislərinə etibar etməməyi tövsiyə edib? Burada iki ehtimal var:

1. İbn Həzmin elmi dərəcəsi kifayət dərəcədə olmadığından səhvə yol verib.
2. İbn Həzmin elmdə kifayət qədər qüdrəti olub, amma nəql etdiyi hədisi əqidəsinə zidd olduğunu görəndə məcbur olub Vəlid ibn Cümeyə hücüm çəksin. Alimlərin İbn Həzm haqqında dedikləri ikinci ehtimalın doğru olduğunu sübut edir.

Zəhəbi (Seyru ə`əlamun-nəbla, 18/184-6) yazıb: "İbn Həzm zəmanəsinin seçilən elm sahiblərindən olub .....o islami elmlərin başbiləni, hədis elmində xibrə və misilsiz olub"

الإمام الأوحد البحر ذو الفنون والمعارف أبو محمد علي ابن أحمد بن سعيد بن حزم

Zəhəbi (əl-İbr 3/25) İbn Həzm haqqında yuxarıda qeyd etdiyimiz mənaya yaxın tərifləri söyləyib:

وأبو محمد بن حزم القلعي الأندلسي الزاهد أحد الأعلام

Bir də sui-qəsd hadisəsini adlar vermədən açıqlayan bir neçə rəvayəti də qeyd edək ki, yazı tamamlanmış olsun:

Əl-Beyhaqi, Süneni Kübra, cild 8, səhifə 198
Megaziyi Vakidi, cild 3, səhifə 1042-1043
Sirəi Hələbi, cCild 3, səhifə 16
İbn Kəsr, Əl Bidayə Vən-Nihayə, cild 5, səhifə 86-91.

"Sihah" və "Sünən"də yazılmış rəvayətlərə əsasən səhabələrdən bir qrupu Məhəmməd peyğəmbəri (s) öldürmək üçün plan cızdılar. Bu hadisə Təbuk döyüşündən qayıtdıqdan sonra baş verdi. Peyğəmbər (s) uca bir təpənin başına çıxdığı vaxt üzlərinə niqab bağlamış xam səhabələrdən bir neçəsi Peyğəmbərin (s) miniyini sürən Əmmarın üstünə hücum etdilər. Onlar bu işləri ilə istəyirdilər ki, Peyğəmbərin (s) miniyini hürküdərək onu təpənin başından uçuruma yıxsınlar. Sözsüz ki, yalnız Allah öz məqsədinə yetişir. İndi isə, bəzi rəvayətləri nəzərinizə çatdırırıq:

1. Əhməd "Müsnəd"ində yazır: "Mənə Abdullah rəvayət etdi ki, bu rəvayəti ona atası Yeziddən nəql etmiş, Yezid, Vəlid İbn Abdullah İbn Cumeydən və o da, Əbu Tufeyldən nəql edib:
"Peyğəmbər (s) Təbuk döyüşündən qayıtdıqdan sonra carçıya əmr etdi ki, elan etsin: Peyğəmbər (s) təpənin başına çıxır, heç kim ona tərəf yaxınlaşmasın!
Əmmar Peyğəmbərin miniyini sürür, Hüzeyfə isə onlara yol göstərirdi. Bu zaman üzlərinə niqab bağlamış bir qrup öz miniklərini Əmmarın üstünə sürdülər. Əmmar onların miniyinin üzünə vurmağa başladı. Peyğəmbər (s) Hüzeyfəyə buyurdu: "Yolu göstərməyə davam et". Sonra Peyğəmbər (s) aşağı gəldi və Əmmara yaxınlaşıb buyurdu: Ey Əmmar, onları tanıdın?
–Miniklərin kimlərə məxsus olduğunu bilirəm. Lakin miniyin üzərində olanlar üzlərinə niqab bağlamışdılar.
–Peyğəmbər (s) buyurdu: Heç bilirsən onlar bu işlə nəyə nail olmaq istəyirdilər?
–Allah və Onun Rəsulu (s) daha yaxşı bilər.
Peyğəmbər (s) buyurdu:
–Onlar istəyirdilər ki, sənin miniyini hürküdərək Allahın Rəsulunu (s) təpədən yerə yıxsınlar.
Bu zaman Əmmar Peyğəmbərin səhabələrindən olan bir kişi ilə höcətləşməyə başladı və ona dedi: Səni Allaha and verirəm, de görüm, təpənin başına səhabələrdən neçə nəfər hücum etdi?
–On dörd nəfər.
–Əmmar dedi: Əgər səni də onlardan hesablasaq, on beş nəfər olurlar.
Peyğəmbər (s) on beş nəfərdən üç nəfərini günahsız saydı. Həmin üç səhabə deyirdilər: Allaha and olsun, biz nə Peyğəmbərin carçısının səsini eşitdik, nə də o biri səhabələrin məqsədini bilirdik.
Əmmar dedi: Mən şəhadət verirəm ki, qalan on iki səhabə Allah və onun Rəsulunun (s) dünyada və qiyamətdə düşmənləridir ("Müsnədu-Əhməd", 5/453).

2. Süyuti yazır: "Urvədən nəql olunmuş rəvayətdə deyilir ki, Peyğəmbər (s) Təbuk döyüşündən Mədinəyə qayıdarkən yolunu başqa bir səmtə saldı. Orada öz səhabələrindən bir neçəsi kələk işlədib Peyğəmbəri (s) yolun başında olan təpədən aşağı salmaq istədilər.
Peyğəmbər (s) Hüzeyfəyə buyurdu: "Ey Hüzeyfə, o qrupdan bir nəfəri də olsa, tanıdınmı?"
–Filan şəxsin və Filan şəxsin miniklərini tanıdım.
Peyğəmbər (s) buyurdu: "Gecənin yarısı, üzləri bağlı hücum etdilər. Heç bilirsənmi onlar kim idi və məqsədləri nə idi?"
–Yox, Allaha and olsun bilmirəm, ey Peyğəmbər!
–Onlar istəyirdilər ki, məni təpədən atsınlar.
Bu zaman Peyğəmbərin yaxınlığında olan səhabələr dedilər: Ya Rəsuləllah, niyə əmr etmirsən ki, onların boynunu vuraq?
Peyğəmbər (s) buyurdu: "İstəmirəm camaat desin ki, Məhəmməd (s) öz səhabələrini öldürdü".
Sonra Peyğəmbər (s) onların adlarını Əmmar və Hüzeyfəyə söylədi və onlara tapşırdı ki, söylədiklərimi sirr saxlayın" ("əl-Dürrül –Mənsur", 3/259).

3. İbn Kəsir yazır: "Əmmar və Hüzeyfə soruşdular: Ya Rəsuləllah, niyə əmr etmirsən ki, onları öldürək?
Peyğəmbər (s) buyurdu: "İstəmirəm camaat desin ki, Məhəmməd (s) öz səhabələrini öldürür" ("Təfsiru- İbni Kəsir", 2/322).
Əgər söylədiklərimizə diqqət etsəniz, görərsiniz ki, Peyğəmbəri (s) öldürmək istəyən və belə bir böyük günaha cəhd edən canilər, elə Peyğəmbəri-Əzəmin öz səhabləri olmuşdur. Hətta Peyğəmbərin (s) özü də onları səhabələri kimi tanıtdırmışdır. Həmçinin, İbn Kəsirdən nəql olunmuş rəvayətdə gəlmişdir: "İstəmirəm camaat desin ki, Məhəmməd (s) öz səhabələrini öldürür".
Müslim öz "Səhih"-ində Hüzeyfənin rəvayətinə işarə edir ki, Peyğəmbərin (s) səhabələrinin arasında münafiqlər var idi. Sonra o, həmin hadisəni xatırladır.

4. "Səhih Müslim"də yazılmışdır: "Hüzeyfədən nəql olunur ki, Peyğəmbər (s) buyurdu: "Mənim səhabələrimin arasında on iki nəfər münafiq var ki, onlardan səkkiz nəfəri dəvə iynənin deşiyindən keçməyənədək behiştə daxil olmayacaqlar" ("Səhuhi-Müslim", 8/122).

Əgər əhli-sünnə Quranın möhkəm ayələri üzərində bir az düşünsəydilər, Quranda münafiqlərin zikri və Peyğəmbərin (s) onların hərəkətlərindən əziyyət çəkməsi haqqında çox dəlillər görərdilər. Tövbə surəsində onların (münafiqlərin) rüsvayçılıqları haqqında nazil olan və Əhzab surəsində olanlardan danışılan ayələr, bu mövzunun başa düşülməsi üçün kifayətdir:

Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: "Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir. (Münafiqun : 1)

O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: "Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir"– deyirdilər." (Əhzab : 12)

Səhabələrin nifaq ölçüsünü bilmək üçün bu ayəyə baxmamız kifayətdir. Allah (c. c) belə buyurur:

Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. (Tövbə : 101)

Onlar əvvəl də (Ühüd döyüşündə) fitnə törətmək istəmiş və sənin üçün bir para işləri alt-üst etmişdilər. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri zahir oldu" (Tövbə : 48)

(And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər." (Tövbə : 74)

Kim bu və buna bənzər ayələr üzərində bir az düşünsə, o zaman münafiq və vəziyyətləri müəyyən olmayan bir sıra insanların olduğunu az çox anlayacaq. Bu vəziyyət şübhəli olduğundan, ədalətli olduqları bir-bir isbat edilənə qədər bütün səhabənin hədisindən uzaq dayanmaq lazımdır.

Рейтинг

В этом разделе