»»

“Doğru yol və yanlış yol” proqramı - 2-ci veriliş: Müsəlmanların sələfilər (vəhhabilər) tərəfindən təkfir olunması (1-ci hissə)

Hörmətli oxucular, aşağıdakı yazı bu videonun (izləmək və ya yükləmək üçün tıqlayın) nisbətən xülasələşdirilmiş versiyasıdır.

Aparıcı: Əziz izləyiciliər, salam əleykum. Sizin mehriban baxışlarınızın "Vilayət" kanalının qonağı olmasına çox məmnunuq. Dünyanın hər yerindən, Avropadan, Asiyadan, Afrikadan, Hindistan yarımadasından bizə baxırsız. Yaxşı olmanızı ümid edirəm. “Doğru yol və yanlış yol” proqramı ilə sizin xidmətinizdəyik. Mən siz əziz izləyicilərin nümayəndəsi kimi əziz ustadı salamlayıram.

Ustad Yezdani: Salam əleykum və rəhmətullah. Mən də sizi, "Vilayət" kanalının əziz izləyicilərini salamlayıram. Ümid edirəm ki, bu gecə vəhhabilik tarixini vərəqləyəcəyik, bu batil məzhəbi və onların planlarını yenə də ifşa edəcəyik. Əziz şiə və sünni izləyicilərimiz də bundan xəbərdar olar inşallah.

Aparıcı: Bizi yeni izləyən izləyicilərimizə bildirmək istəyirəm ki, bu " Doğru yol və yanlış yol" proqramı dünya və İslam cəmiyyətlərini sarsıdan vəhhabilik və sələfilik təfəkkürünün kök atması və tanıtdırılmasını öz öhdəsinə almışdır. Görək, bu cərəyan daha hansı cinayətlərə imza atmışdır.

Burada bizim mövzumuz onların tarixçəsini göstərmək və onların digər İslam məzhəblərindən fərqini nümayiş etdirməkdir. Bizim bütün əziz izləyicilərimiz -istər şiə, istərsə də sünni olsun, gərək bu gün İslam dünyasına böyük çətinlik yaradan bu firqəni tanımalıdırlar. Əziz şiələr bu cinayətləri görməklə bunları sünnilərin etdiklərini güman edə bilərlər, lakin biz sübut edəcəyik ki, bu cinayətləri sünnilər etməyib, vəhhabilər əhli-sünnədən ayrıdır. Həmçinin, vəhhabiliyin onların əqidə və təfəkküründən fərqli olmasını bilən əhli-sünnə də bu firqə barəsində daha möhkəm dəlillərə sahib olacaq və bu xəbis və təkfirçi firqə ilə özlərinin fərqinə varacaqlar.

Keçən həftə bu proqramın birinci hissəsində Ustad Yezdaninin xidmətində idik. Ondan xahiş edirəm ki, keçən həftənin mövzusunu xülasə şəkildə bizə yeni qoşulmuş əziz tamaşaçılar üçün təqdim etsin, sonra biz növbəti sualımıza keçək.

Ustad Yezdani: Bağışlayan və Mehriban Allahın adı ilə. Biz keçən həftə birinci bu proqramın hədəf və məqsədlərindən danışdıq. Dedik ki, bizim məqsədimiz vəhhabiliyi ifşa etməkdir. Belə ki, bütün dünyaya göstərdik ki, vəhhabiliyin İslamla heç bir əlaqəsi yoxdur. Tarixdə vəhhabiləri törətdiyi əməllərin və bu gün də onların müxtəlif ölkələrdə törətdikləri nifrətəlayiq qətliamların İslamla heç bir əlaqəsi yoxdur. Müsəlmanlar onların qorxulu rəftarlarının məsuliyyətini daşımırlar və onların bu cür işlərini dəstəkləmirlər. Biz onların həqiqi üzünü həm şiələrə, həm sünnilərə, həm də bütün dünyaya göstərməli, onların həqiqi üzündə olan aldadıcı niqabı götürməliyik.

Bu, bizim birinci məqsədimizdir. İkinci hədəfimiz isə əhli-sünnə ilə vəhhabiliyin fərqini isbat etməkdir. Belə ki, onları etiqadlarının əhli-sünnə ilə heç bir əlaqəsi yoxdur. Əksinə, vəhhabilər əhli-sünnənin əqidəsinə xilaf olan bir əqidəni daşıyırlar. Vəhhabilər icmanı bir şeydə hesab edirlər. Lakin əhli-sünnənin onların xilafına bir icması vardır. Məsələn, təvəssül məsələsində onları təvəssülün olmamasında icmanın olduğunu deyir, lakin əhli-sünnə təvəssül etməyəni müsəlman hesab etmir və bunda icmanın olduğunu deyir. Bu bizim iki ən mühüm hədəfimizdir. Biz bu barədə əvvəlki verilişdə danışdıq, sonra da vəhhabiliyin siyasi tarixindən da danışdıq və dedik ki, onların hakimiyyətlərinin üç dövrü olmuşdur: Məhəmməd ibn Səud dövrü, Türklərin dövrü və Əbdül-Əzizin dövrü. Bunların tarixi haqqında geniş danışdıq. Nə zaman meydana gəldiklərini, nə zaman aradan getdiklərini qeyd etdik. Onların üçüncü dövrü də inşallah müsəlmanların himməti ilə döyüş yolu ilə yox, ziyalılıq yolu ilə aradan gedər. Sonrakı mövzumuz isə onların etiqadları barəsində oldu. Onların birinci etiqadı təkfir mövzusu idi. Ondan sonra isə istiğasə, təvəssül, qəbirlərin ziyarəti, təbərrük, ziyarət məqsədi ilə səfərə çıxmaq, günbəz tikmək və digər mövzulardan ibarətdir. Belə ki, onlar bu saydıqlarımızı qəbul etmirlər. Biz bunların hər biri haqqında geniş izahlar verəcəyik. Əvvəlcədən deyək ki, vəhhabilik, onların taxirçəsi və əqidələri barəsində apardığımız araşdırmalar və şübhələrə cavablar 50 verilişdən ibarət olacaq.

Həmçinin, onların xəcalət gətirən, əql, nəql, icma, sünnə və Quranla müxalif olan fətvaları haqqında da danışdıq. Yenə fürsət düşdükcə hər verilişdə onların bu əcib-qərib fətvalarından birini qeyd edəcəyik. Bu gecə isə vəhhabiliyin birinci etiqadı olan müsəlmanları təkfir etmək barəsində söhbət edəcəyik.

Aparıcı: Əziz izləyicilər, yaşadığımız dünyada bu vəhhabi firqəsi İslama ləkədir. Müsəlmanların başını kəsən zaman, ən ucqar nöqtələrə bomba qoyan zaman "Allahu Əkbər" deməsi İslama böyük bir zərərdir. Biz beynəlxalq kanal olaraq vəzifəmizdir ki, bizim və əhli-sünnənin vəhhabilikdən ayrı olduğunu, bizimlə heç bir əlaqəsi olmadığını müəyyən edək.

Biz bu gecə şiə və sünni müsəlmanlarının öldürülməsinə səbəb olan təkfir barəsində danışmaq istəyirik. Ustad Yezdaniyə verəcək birinci sualım budur ki, vəhhabilərin kitablarında özlərinin də müsəlmanları təkfir etmə məsələsini iqrar etmələri mövcuddurmu?

Ustad Yezdani: Əgər biz onların özlərində başqa bütün müsəlmanları kafir hesab etmələrini və onları öldürməyi halal hesab etmələrini iddia etsək, əvvəlcə onların öz mənbələrindən, sonra isə əhli-sünnə mənbələrindən dəlil gətirək.

Onların öz mənbələrinə gəlincə, onların özləri etiraf edir ki, bizim müsəlmanlarla və müsəlmanların da bizimlə fərqimiz vardır. Biz bu məsələni onların öz kitablarından Əbdül-Vəhhab və onun davamçılarının dili ilə əziz izləyicilərimizə təqdim edirik.

"Muəlləfat şeyx əl-imam Məhəmməd ibn Əbdül-Vəhhab" kitabı, "Rəsail əş-şəxsiyyə" hissəsi. Bu kitab bir şəxsin müxtəlif şəxslərə yazdığı məktublar toplusudur. Riyad camaatına yazılan bir məktubda deyilir:

لقد طلبت العلم، واعتقد من عرفني أن لي معرفة، وأنا ذلك الوقت، لا أعرف معنى لا إله إلا الله، ولا أعرف دين الإسلام، قبل هذا الخير الذي من الله به؛ وكذلك مشايخي، ما منهم رجل عرف ذلك.

فمن زعم من علماء العارض: أنه عرف معنى لا إله إلا الله، أو عرف معنى الإسلام قبل هذا الوقت، أو زعم من مشايخه أن أحدا عرف ذلك، فقد كذب وافترى، ولبس على الناس، ومدح نفسه بما ليس فيه;


Mən elm arxasınca düşdüm. (O zamanlar) məni tanıyanlar elə bilirdilər ki, mənim bir mərifətim vardır. Lakin, mən o zamanlar “la ilahə illəllah”ın mənasını bilmirdi Mən Allah tərəfindən mənə bəxş edilən bu xeyirdən (elmdən) əvvəl İslam dininin nə olduğunu bilmirdim. Ustadlarımdan da heç biri “la ilahə illəllah”ın mənasını və İslam dininin nə olduğunu bilməyiblər.

Əl-Arid alimlərdən hər kəs bu zamandan öncə “la ilahə illəllah”ın mənasını bildiyini və ya İslamı tanıdığını iddia etsə, yaxud ustadlarından birinin bunları bildiyini iddia etsə, yalan demişdir, iftira atmışdır, camaatı aldatmışdır və özündə olmayan bir şeylə özünü tərifləmək istəmişdir.

Yəni, bu günə qədər olan bütün müsəlmanlar "la ilahə illəllah"ın mənasını bilməyiblər və hamısı kafirdir. Özüm də kafir idim, lakin Allah Təala mənə minnət qoydu, mənə yeni bir din təqdim etdi. Siz də gərək mənə tabe olasınız.

2-ci mənbə: "Unvan əl-məcd fi tarix ən-Nəcd" kitabı, müəllifi məşhur tarixçi Şeyx Osman ibn Abdullah ibn Bişr ən-Nəcdi əl-Hənbəlidir. Ər-Riyad çapıdır və "Dar əl-Məlik Əbdül-Əziz"də çap olunmuşdur. Bu kitab vəhhabilərin ən mühüm kitablarındandır. 1-ci cild, səhifə 26, kitabın müqəddiməsində belə deyildir:

إن هذا الدین الذی من الله به فی آخر الزمان علی اهل النجد بعد ما کثر فیهم الجهل والضلال والظلم والجور والقتال ، فجمعهم الله بعد الفرقه وأعزهم بعد الذله


Nəcd əhli arasında cəhalət, azğınlıq, zülm, sitəm və döyüş çoxaldıqdan sonra axirəz-zəmanda Allahu-təala bu din ilə onlara minnət qoydu; Allah ayrılıqdan sonra onları birləşdirdi, zillətdən sonra onları izzətli etdi.

Yəni, yeni bir din gəldi. Maraqlısı da budur ki, kitabın mühəqqiqi etiraf edərək haşiyədə belə deyir:

قوله ثم إن هذا الدين الذي من الله به آخر هذا الزمان على أهل نجد.. إلخ قد يتوهم الذي لم يعرف ماضي نجد وما كان عليه أهلها قبل ظهور دعوة التوحيد السلفية ان هذا شيء جديد والواقع أنه قديم لأنه الأمر بعبادة الله وحده دون ما سواه. قال تعالى: (وما أرسلنا قبلك من رسول إلا نوحي إليه أنه لا إله إلا أنا فاعبدون) ولكنه جديد بالنسبة إلى أهل نجد وما كانوا فيه من الضلال وعبادة الأشجار والأحجار قبل قيام شيخ الإسلام محمد بن عبدالوهاب بدعوة التوحيد... وأهل نجد كانوا قبل هذه الدعوة قد بعدوا كل البعد عن تعاليم الدين والإسلام وتردوا في هاوية سحيقة من الشرك والضلال فعادوا إلى ما كان عليه مشركو الجاهلية الأولى قبل بعثة النبي صلى الله عليه و سلم من التعلق على غير الله من الأولياء والصالحين وغيرهم من الأوثان والأصنام يرجون منهم كشف الكربات وإغاثة اللهفات... وبهذ يعلم أنما كان عليه أهل نجد قبل ظهور دعوة الشيخ من عبادة الأوثان دين شرك وباطل وان ما جاء به شيخ الإسلام محمد بن عبدالوهاب ودعاهم إليه من عبادة الله وحده دون ما سواه هو دين الحق..


Onun “Nəcd əhli arasında cəhalət, azğınlıq, zülm, sitəm və döyüş çoxaldıqdan sonra…” sözünə gəlincə: Nəcdin keçmişini, habelə, sələfilərin tövhidə dəvətinin ortaya çıxmasından qabaq Nəcd əhlinin sahib olduğu etiqadı bilməyən kəslər elə düşünə bilərlər ki, bu yeni bir şeydir. Həqiqət isə budur ki, bu köhnə bir şeydir. Çünki, bu, heç kəsə deyil, yalnızca Allaha ibadətə əmr etməkdir (ki, bu da yeni deyil, köhnə bir şeydir). Allahu-təala demişdir: “Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək.” (Ənbiya surəsi, 25). Lakin, bu iş Nəcd camaatı üçün yeni bir şey idi. Çünki, onlar Şeyxul-İslam Muhəmməd ibn Əbdül-Vəhhabın tövhidə dəvət etməyə başlamasından qabaq zəlalət içərisində olub ağaclara və daşlara ibadət edirdilər… Nəcd camaatı bu dəvətdən qabaq din və İslam təlimlərindən son dərəcə uzaq düşmüş, dərin şirk və zəlalət uçurumuna yuvarlanmışdılar. Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) besətindən qabaqkı cahiliyyə müşriklərinin vəziyyətinə qayıtmışdılar; övliyalar, salehlər, habelə, bütlər və sənəmlər kimi Allahdan qeyrilərinə yapışır, onlardan çətinlikləri həll etmələrini və sıxıntılar zamanı kömək etmələrini istəyirdilər… Bununla aydın olur ki, Şeyxin dəvətinin ortaya çıxmasından öncə Nəcd camaatının içində olduqları durum; bütlərə sitayiş etmələri, şirk və batil dini idi. Və Şeyxul-İslam Muhəmməd ibn Əbdül-Vəhhabın onlara gətirdi və onları ona tərəf dəvət etdiyi şey; başqasına yox, yalnızca Allaha ibadət etmək, haqq dini idi. Hansı ki, Allah öz elçilərini bunun üçün göndərmiş, öz kitablarını bunun üçün nazil etmişdir.

Demək istəyir ki, Məhəmməd ibn Əbdül-Vəhhab gələnədək, yeni din gətirənədək Nəcd camaatı bütpərəst olub, "la ilahə illəllah"ın mənasını bilməyiblər. Bu təzə din camaatı oyadıb, cəhalət, nadanlıq, zülm və qətldən nicat vermişdir. Bu, vəhhabilərin böyüklərinin etirafıdır ki, biz yeni din gətirmişik. Bundan əvvəl belə bir din olmayıb və müsəlmanlar da belə bir dini tanımayıblar.

"Əd-Durər əs-səniyyə fi əl-əcvibə ən-nəcdiyyə" kitabı, müəllifi Əbdür-Rəhman ibn Məhəmməd ibn Qasim əl-Asi əl-Qəhtani ən-Nəcdidir. Bu kitabda Nəcd alimlərinin Məhəmməd ibn Əbdül-Vəhhabın zamanından bu günə qədər yazdıqları risalə və məsələlər mövcuddur. Bu kitabda müəllif maraqlı bir məsələ irəli sürmüşdür. 14-cü cild, "Kitab ən-nəsaih", səhifə 375-də:

ولا ینبغی لأحد من الناس العدول عن طریقة آل شیخ ، رحمه الله علیهم ، ومخالفة ما استمروا علیه فی أصول الدین ، فإنه الصراط المستقیم ، الذی من حاد عنه فقد سلك طریق اصحاب الجحیم.


Heç kəsə layiq deyil ki, Ali Şeyxin (Məhəmməd ibn Əbdül-Vəhhabın ailəsinin) yolundan üz döndərsin, onların üsulid-dində etiqad etdikləri şeylə müxalifət etsin. Çünki bu (onların etiqadları) siratun-mustəqimdir (düz yoldur). Kim bu yoldan çıxsa, cəhənnəm əhlinin yolunu getmişdir.

Deməli, camaat təzə başa düşüblər ki, siratun-mustəqim nədir. Əgər kimsə Ali Şeyxin yolunu getməyib başqa yol getsə, o, cəhənnəm əhlinin yolunu getmişdir. Yəni, vəhhabi olmayan, Ali Şeyxə tabe olmayan kafirdir və cəhənnəm əhlidir. Bundan daha aydın nə deyə bilərdilər ki? Vəhhabilərdən başqa dünyanın bütün müsəlmanları Ali Şeyxlə müxalifdir, buna görə də hamı cəhənnəm əhlidir.

Məhəmməd ibn Əbdül-Vəhhab Mədinədə olan zaman Süleyman əl-Kurdinin şagirdi idi. O, öz ustadından belə bir məktub nəql edir ki, Məhəmməd ibn Əbdül-Vəhhaba xitab olundu. "Şəvahid əl-həqq fi əl-istiğasə bi Seyyid əl-xəlq" kitabı, müəllifi əhli-sünnənin böyük alimlərindən olan Qazi Şeyx Yusif ibn İsmail ən-Nəbhanidir. O, hicrətin 1350-ci dünyasını dəyişmişdir. Bu kitab “Dar əl-kutub əl-elmiyyə” nəşriyyatında Beyrutda çap olunmuşdur.Səhifə 131-də belə deyilir:

وممَّن ردَّ على محمد بن عبد الوهاب أحد أشياخه وهو الشیخ محمد بن سلیمان الكردي صاحب حواشي شرح مختصر بأفضل ، ومن جملة ما قاله فی الرسالة التی رد بها علیه : یا بن عبد الوهاب سلام علی من اتبع الهوی فإني أنصحك الله تعالی أن تكف لسانك عن المسلمین


Məhəmməd ibn Əbdül-Vəhhaba rəddiyyə yazanlardan biri də onun öz ustadıdır. O, şeyx Məhəmməd Süleyman əl-Kürdidir və “Həvaşi şərh muxtəsər bi-əfzəl” kitabının müəllifidir. O, Məhəmməd ibn Əbdül-Vəhhaba yazdığı rəddiyyələrdən birində deyir: "Ey Əbdül-Vəhhabın oğlu, nəfsi istəklərinə tabe olana salam olsun! Mən səni nəsihət edib deyirəm ki, dilini müsəlmanları təkfir etməkdən saxlayasan."

ولا سبيل لك إلى تكفير السواد الأعظم من المسلمين، وأنت شاذ عن السواد الأعظم، فنسبة الكفر إلى من شذ عن السواد الأعظم أقرب لأنه اتبع غير سبيل المؤمنين، قال تعالى: {وَمَنْ يُشَاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ مَا تَوَلَّى وَنُصْلِهِ جَهَنَّمَ وَسَاءَتْ مَصِيراً} .


Müsəlmanların doxsan faizini təkfir etməyə sənin haqqın yoxdur. Sən doxsan faizdən xaric olan (şazz edən) birisisən. Küfrün doxsan faizdən ayrılıb şazz edən birisinə nisbət verilməsi daha yaxındır (ağılabatandır). Çünki, şazz edən bu şəxs möminlərin yolundan başqa bir yola tabe olmuşdur. Allah-Taala buyurub: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.” (Nisa surəsi, 115).

Deməli bu ustad öz şagirdi Məhəmməd ibn Əbdül-Vəhhaba deyir: Sən bütün müsəlmanları təkfir edirsən. Halbuki sən özün və tərəfdarların kafirdirlər. Çünki müsəlmanların getdiyi yoldan fərqli bir yol gedirsən.

Növbəti mənbə: "Əd-Durər əs-səniyyə fi ər-rədd əla əl-vəhhabiyyə", müəllifi Əs-Seyyid Əhməd ibn əs-Seyyid Zeyni Dehlandır. "Məktəbə əl-Əhbab"da çap olunmuşdur. O, 93-cü səhifədə bu məktubu gətirmiş və deyir ki, özüm Şeyx Məhəmməd ibn Süleyman əl-Kurdinin bu məktubu ona yazdığını görmüşəm. O, bu məktubu müfəssəl şəkildə gətirmişdir:

ولا سبيل لك إلى تكفير السواد الأعظم من المسلمين، وأنت شاذ عن السواد الأعظم، فنسبة الكفر إلى من شذ عن السواد الأعظم أقرب لأنه اتبع غير سبيل المؤمنين،


Müsəlmanların doxsan faizini təkfir etməyə sənin haqqın yoxdur. Sən doxsan faizdən xaric olan (şazz edən) birisisən. Küfrün doxsan faizdən ayrılıb şazz edən birisinə nisbət verilməsi daha yaxındır (ağılabatandır). Çünki, şazz edən bu şəxs möminlərin yolundan başqa bir yola tabe olmuşdur.

Zeyni Dehlan kimdir? Kitabın müqəddiməsində deyir ki, o, öz zamanında Məkkə camaatının müftisi və Məscidul-həramın şeyxül-islamı olmuşdur.

Növbəti mənbə: "Tarix əl-vəhhabiyyun" kitabı, müəllifi Əyyub Səbri Paşadır. O, Osmanlı imperatorluğunun dəniz qüvvələrinin komandanı olmuşdur və bu kitabda Məhəmməd ibn Əbdül-Vəhhabın çıxışını gətirmişdir. O, bu çıxışı qələbə çalandan sonra etmişdir:

يا أهالي المدينة! إنّ دينكم اليوم قد كمل وغمرتكم نعمة الإسلام ورضي اللّه عنكم طبق قوله تعالى: «الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ» فذرو أديان آبائكم الباطلة ولاتذكروهم بإحسان أبدا، واحذروا أن تترحّموا عليهم؛ لأنّهم ماتوا على الشرك بأسرهم. قد عينت أعمالكم وعباداتكم في الكتب التي أودعتها العلماء, ويجب أن تدرسوا عند الشيوخ وأن تتنصحوا بنصائحهم, وتتعظوا بمواعظهم وتقدموا على العمل بموجب إرشاداتهم.


Ey Mədinə camaatı, bu gün sizin dininiz kamil oldu, İslam neməti sizi əhatə etdi və Allah bu gün sizdən razı oldu. Allahın bu sözündə deyildiyi kimi: “Bu gün sizin dininizi kamil etdim…”

Atalarınızın batil dinlərini boşlayın, onları heç vaxt yaxşılıqla yad etməyin. Onlara rəhmət oxumaqdan çəkinin. Çünki onlar hamılıqla müşrik olaraq ölüblər. Alimlərin qoyub getdikləri kitablarda sizin əməlləriniz və ibadətləriniz təyin olunub. Gərək, şeyxlərin yanında dərs oxuyasınız, onların nəsihətlərini qəbul edəsiniz, onların moizələrindən ibrət alasınız və onların göstərişləri əsasında əməl edəsiniz.

Məhəmməd ibn Əbdul-Vəhhab vəhhabiliyin üzə çıxmasını yeni din hesab edir. İslamı kamil edən bir din. Bu günə qədər bütün müsəlmanların dinin naqis olmuşdur. Bütün müsəlmanlar müşrik olmuşdur. Bunlar şiənin yazdığı mədrəklər deyildir. Bunlar ya vəhhabilərin, ya da əhli-sünnənin kitablarında yazılanlardır.

Növbəti mənbə: "Məcmuə fətava və məqalat mutənəvviə" kitabı, müəllifi İbn Bazdır. "Dar əl-Qasim" çapı, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1-ci cild. Burada maraqlı bir məsələ var ki, Qurandan ayə gətirmişdir:

قال سبحانه : « ذلک بأن الله هو الحق و أن ما یدعون من دونه هو الباطل » فتأمل ذلک جیدا و تدبره کثیرا لیتضح لک ما وقع فیه اکثر المسلمین من الجهل العظیم بهذا الاصل الاصیل حتی عبدوا مع الله غیره ، و صرفوا خالص حقه لسواه ، فالله المستعان.


Allah Təala buyurur: “Buna səbəb odur ki, məhz Allah haqqdır və (müşriklərin) Ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir”. Bu ayə barədə yaxşı düşün və onun üzərində çoxlu təfəkkür et ki, müsəlmanların əksəriyyətinin bu əsil əsasla (tövhidlə) bağlı necə böyük bir cəhalətə düçar olduqları sənə aydın olsun. Onlar (bu cəhalət nəticəsində) Allahla birgə Ondan qeyrisinə ibadət etmiş, Onun xalis haqqını Ondan başqasına vermişlər. Allah kömək edəndir.

Yəni, onlar Məkkə müşrikləri kimi həm Allaha, həm də Allahdan başqasına ibadət edirlər. Bunu Əbdül-Əziz ibn Baz deyir. O, Səudiyyə Ərəbistanının yeganə böyük müftilərindəndir ki, Məhəmməd ibn Əbdül-Vəhhabın nəslindən deyildir. Qalan müftilər isə Ali-Şeyxdəndir.

İbn Bazın digər kitabı olan "Əl-Əqidə əs-Səhihə" kitabında da müsəlmanların əksəriyyətinin müşrik olmaları açıq-aşkar deyilir.

Vəhhabilər qalib olandan sonra müsəlman şəhərlərinin çoxunu "dar əl-hərb" və "dar əş-şirk" adlandırdılar.

"Əd-Durər əs-səniyyə fi əl-əcvibə ən-Nəcdiyyə" kitabında kitabın müəllifi Əbdür-Rəhman ibn Qasim əl-Asi əl-Qəhtani ən-Nəcdi, 1-ci cild, "Əqaid" kitabında bu şəhərləri adını sayır:

فأما بلاد نجد، فقد بالغ الشيطان في كيدهم وجد، وكانوا ينتابون قبر زيد بن الخطاب، ويدعونه رغبا ورهبا بفصيح الخطاب، ويزعمون أنه يقضي لهم الحوائج، ويرونه من أكبر الوسائل والولائج، وكذلك عند قبر يزعمون أنه قبر ضرار بن الأزور، وذلك كذب ظاهر، وبهتان مزور.


Nəcd diyarına gəlincə, şeytan onları aldatmaq üçün çox və ciddi çalışmışdır. Onlar tez-tez Zeyd ibn əl-Xəttabın qəbrinə gedir, fəsih (bəlağətli) sözlərlə qorxu və rəğbət halında onu çağırırdılar, onun onların hacətlərini rəva etdiyini iddia edirdilər. Onu ən böyük vəsilələrdən və yardımçılardan hesab edirdilər. Həmçinin, başqa bir qəbrin yanında (belə edirdilər). Onlar iddia edirdilər ki, həmin qəbr Dirar ibn əl-Əzvərin qəbridir. Halbuki, bu, aşkar bir yalan, saxta bir böhtandır.

ومن العجب أن هذه الاعتقادات الباطلة، والمذاهب الضالة، والعوائد الجائرة، والطرائق الخاسرة قد فشت وظهرت، وعمت وطمت، حتى بلاد الحرمين الشريفين! فمن ذلك: ما يفعل عند قبر محجوب، وقبة أبي طالب، فيأتون قبره بالشماعات والعلامات للاستغاثة عند نزول المصائب، وحلول النواكب، وكانوا له في غاية التعظيم... ومن ذلك: ما يفعل عند قبر ميمونة أم المؤمنين رضي الله عنها، في سرف، وكذلك عند قبر: خديجة، رضي الله عنها، يفعل عند قبرها، ما لا يسوغ السكوت عليه


Təəccüblüsü budur ki, bu batil etiqadlar, azdırıcı məzhəblər, zərərli adətlər və ziyanlı təriqətlər hətta Hərəmeyn (Məkkə və Mədinə) diyarına da gedib çıxmışdı. Bunlara misal olaraq Məhcubun qəbrinin başında, habelə, Əbu Talibin qübbəsi(nin altın)da edilənləri göstərə bilərik. İnsalar müsibət və sıxıntılar zamanı yardım diləmək üçün şamlar və əlamətlərlə onun qəbrinə gəlirdilər. Ona son dərəcə ehtiram və təzim edirdilər...

Həmçinin: Sərifdə möminlərin anası Məymunənin (Allah ondan razı olsun) qəbri başında edilənləri buna misal göstərə bilərik. Həmçinin də, Xədicənin (Allah ondan razı olsun) qəbri yanında edilənləri. Onun qəbri yanında elə şeylər edilir ki, buna susmaq olmaz.

وفي الطائف، قبر ابن عباس، رضي الله عنهما، يفعل عنده من الأمور الشركية التي تشمئز منها نفوس الموحدين


Taifdə İbn Abbasın (Allah ondan və atasından razı olsun) qəbri: onun qəbrinin yanıında da müvəhhidlərin ürəklərinin nifrət duyduğu şirk işlər görülürdü.

كذلك ما يفعل بالمدينة المشرفة على ساكنها أفضل الصلاة والسلام، هو من هذا القبيل، بالبعد عن منهاج الشريعة والسبيل. وفي بندر جدة ما قد بلغ من الضلال حده، وهو القبر الذي يزعمون أنه قبر حواء، وضعه لهم بعض الشياطين،


Həmçinin, Mədineyi-Müşərrəfədə edilənlər də (oranın sakininə salavat və salam olsun) şəriət yolundan uzaq olma baxımından bu qəbildən idi. Bəndər-Ciddədə elə bir şey var idi ki, zəlalətdə son həddə çatmışdı. O həmin qəbr idi ki, onun Həvvanın qəbri olduğunu iddia edidilər. O qəbir şeytanlardan biri onlar üçün düzəltmişdi...

كذلك مشهد العلوي، بالغوا في تعظيمه وتوقيره، وخوفه ورجائه


Həmçinin, Ələvi məqbərəsi də belədir. Ona təzimdə və ehtiramda, ondan qorxmada və ona ümid etmədə ifrata varmışlar.

وأما بلاد مصر وصعيدها، وفيومها وأعماله، فقد جمعت من الأمور الشركية والعبادات الوثنية والدعاوى الفرعونية ما لا يتسع له كتاب، ولا يدنو له خطاب لا سيما عند مشهد أحمد البدوي وأمثاله من المعتقدين المعبودين، فقد جاوزوا بهم ما ادعته الجاهلية لآلهتهم.


Misirə, onun Səid bölgəsinə; və (həmin bölgənin) Fəyum muhafazasına və oradakı əməllərə gəlincə isə, orada heç bir kitaba sığmayacaq və heç bir xitabla anlatılmayacaq qədər şirk işlər, büt ibadətləri və fironvari iddialar mövcuddur. Xüsusən də, Əhməd əl-Bədvi və onun kimi etiqad edilən məbudların qəbri yanında. (Misirlilər) onlar barəsində cahiliyyə dövrünün insanlarının öz ilahları üçün iddia etdikləri şeyləri iddia etmişlər.

كذلك ما يفعل في بلدان اليمن، جار على تلك الطريق والسنن، ففي صنعاء، وبرع، والمخا، وغيرها من تلك البلاد ما يتنَزه العاقل عن ذكره ووصفه، ولا يمكن الوقوف على غايته وكشفه، ناهيك بقوم استخفهم الشيطان، وعدلوا عن عبادة الرحمن إلى عبادة القبور والشيطان


Həmçinin, Yəmən şəhərlərində edilən işlər də, bu yol və bu minvalla olmuşdur. Sənada, Bərədə, Məxada və digər şəhərlərdə ağıl sahibinin qeyd etmək və danışmaq istəmədiyi, tam şəkildə açılıb deyilməsi mümkün olmayan şeylər mövcuddur. Təkcə bunu demək kifayətdir ki, bunlar şeytanın məsxərəyə qoyduğu, Rəhmanının ibadətini tərk edib qəbrlərin və şeytanların ibadətinə üz tutan bir qövmdürlər.

وفي حضرموت، والشحر، وعدن ويافع، ما تستك عن ذكره المسامع


Həzrəmovtda, əş-Şəhərdə, Ədəndə, Yafi`də qeyd edildiyi zaman qulaqların tutulduğu işlər mövcuddur.

وفي أرض نجران من تلاعب الشيطان، وخلع ربقة الإيمان، ما لا يخفى على أهل العلم بهذا الشأن كذلك رئيسهم، المسمى بالسيد، لقد أتوا من طاعته، وتعظيمه، وتقديمه، وتصديره، والغلو فيه، بما أفضى بهم إلى مفارقة الملة والإسلام، والانحياز إلى عبادة الأوثان والأصنام


Nəcran torpağında elə şeytan oyunları baş vermiş, iman boyunduruğunun atıldığı (elə işlər) baş tutmuşdur ki, bu məsələdən agah olanlar üçün gizli deyildir. Onlar öz başçıları olan Seyyid adlı şəxsə elə itaət etmiş, elə təzim etmiş, onu elə önə və başa keçirib, onun barəsində elə ğüluvv etmişlər ki, bununla ümmətdən və İslamdan ayrılmışlar, bütlərə və sənəmlərə ibadət edənlərin cərgəsinə keçmişlər.

وكذلك حلب ودمشق وسائر بلاد الشام...


Həmçinin, Hələb, Dəməşq və sair Şam şəhərləri...

Daha sonra bu şəhərlərin də küfrə və şirkə batdıqlarını deyir.

وكذلك الموصل، وبلاد الأكراد، ظهر فيها من أصناف الشرك والفجور والفساد...

وعندهم المشهد الحسيني، قد اتخذه الرافضة وثنا، بل ربا مدبرا وخالقا ميسرا، وأعادوا به المجوسية، وأحيوا به معاهد اللات والعزى، وما كان عليه أهل الجاهلية.

وكذلك مشهد العباس، ومشهد: علي، ومشهد أبي حنيفة، ومعروف الكرخي، والشيخ عبد القادر، فإنهم قد افتتنوا بهذه المشاهد، رافضتهم وسنيتهم، وعدلوا عن أسنى المطالب والمقاصد، ولم يعرفوا ما وجب عليهم من حق الله الفرد الصمد الواحد


Həmçinin, Mosul və Kürdlər ölkəsi (Kürdüstan): bu şəhərlərdə də növbənöv şirk, əxlaqsızlıq və fəsadlar aşkar olmuşdur…

İraqda Hüseynin qəbri vardır. Rafizilər bu qəbri büt qərar vermişlər, hətta, işləri idarə edən rəb və xaliq qərar vermişlər. Bununla məcusiliyi geri qaytarmışlar, Lat və Üzzanın ibadət məkanlarını, cahiliyyət dövrünün insanlarının əqidələrini diriltmişlər.

Həmçinin də, Abbasın qəbri, Əlinin qəbri, Əbu Hənifənin, Məruf Kərxinin və Şeyx Əbdül-Qadirin qəbrləri belədir; onlar rafizili-sünnili bu qəbrlərə aldanmışlar. Mətləblərin və qayələrin ən ucasından üz döndərmişlər. Əl-Fərdus-Samədul-Vahid olan Allahın onlara vacib olan haqqını tanımamışlar.

Sonrakı səhifələrdə də deyir ki, bizim kitablarımızı oxuyan hər kəs iman gətirib yəqin edər ki, bunlar hamısı düz yoldan və Qurandan uzaq düşmüş və Şeytanın zinətlərinə pənah aparmış, müşrik olmuşlar.

Nəticədə Allah Təala müsəlmanlara minnət qoydu və onlara vəhhabilik adında yeni din, Məhəmməd ibn Əbdül-Vəhhab adında yeni peyğəmbər göndərdi ki, camaatı məhv etsin.

Əhli-sünnə alimlərinin özləri nəql edir ki, vəhhabilər Məkkəni almaq istərkən oranı mühasirəyə aldılar, bu mühasirəni o qədər uzatdılar və şəhərə yemək-içməyin girməsini qoymadılar ki, camaat acından ölməmək üçün it əti yeyirdilər. Onlar şiə deyildi, hamısı əhli-sünnə idi. Vəhhabilərin cinayətləri mövzusuna gəlib çatdıq. Bu cinayətləri müfəssəl şəkildə izah edəcəyəm. Onlar biz şiələrə qarşı o qədər cinayət törədiblər ki, biz artıq buna adət etmişik.

Aparıcı: Güman etmirəm ki, hər hansı bir şiə Əbu Hənifənin və ya Əbdül-Qadir Gilaninin ziyarətinə getsin. Onlar şiə və sünnini yan-yana qoyub hamısını təkfir edirlər. Hamısını birdən öldürürlər, onların başlarını kəsirlər. Bunların hədəfi İslamdır, sünnisi və şiəsi olan İslam. Onlar üçün bunların arasında çox fərq yoxdur.

Düzdür, şiələri daha çox öldürürlər. Çünki onlara daha çox yollarla böhtün ata bilirlər. Lakin əziz izləyicilər, xüsusi ilə əziz əhli-sünnə bunların təfəükkürünün necə olmasına diqqət etsinlər. Bunlar o vəhhabilərdir ki, indi də cinayət törədirlər. Vəhhabilərin cinayətlərinin onları biabır etdikləri ölkələrdən biri də Suriyadır. Hazırlanmış bu videoda birini sırf Suriya dövlətini müdafiə etdiyi üçün kötəkləyirlər. Bu videoda vəhhabilərin camaatla rəftarına baxın (35-ci dəqiqə).

Həqiqətən insan bilmir ki, bunları görməklə gülsün ya ağlasın. Bu cinayəti törədənlər insan haqlarından dəm vururlar. Bu işkəncə ona sırf bir hökuməti və ya bir fikri müdafiə etdiyinə görə verilir. Özləri də bu videonu yayımlayıblar. Bunu da İslamın adını ləkələmək üçün edirlər. Ustad Yezdani, əgər sizin də bu video barəsində fikriniz varsa, buyurun.

Ustad Yezdani: Əgər bunlara heyvan desək, heyvana qarşı cəsarət etmiş olarıq. Çünki heç bir heyvan bu qədər vəhşi deyildir. Biz deyirik ki, vəhhabilərin əli hara çatsa, bu bəlaları oranın əhalisinin başına gətirəcəklər. Əhali istər şiə olsun, istərsə də sünni fərqi yoxdur. Bunların heç biri şiə deyildir. Suriyada 12 imamçı şiələrin sayı azdır. Bunların hamısı əhli-sünnədir. Onlar bu vəziyyəti hara aparsalar, həmin işi görəcəklər. Alimlərinin fətva verdiyi kimi, Riyazda, Məkkə və Mədinədə törətdikləri cinayətlər kimi başqa yerlərə də getsələr bu cinayətləri törədəcəklər. Əhli-sünnə mütləq bunların qarşısında dayanmalıdır. Bu günə qədər əhli-sünnə şiələrdən daha çox fəaliyyət göstərmişdir. Bu neçə gündə vəhhabilərin əleyhinə oxuduğum kitabların hamısı əhli-sünnə alimlərinin yazdığı kitablardır. Bu kitabların sayı şiələrin yazdığı kitabların sayında on dəfə çoxdur.

Aparıcı: Mənim sualım sizin göstərdiyiniz son mənbə barəsindədir. Orada bir cümlə işlənmişdi: İstər rafizi olsun, istərsə də əhli-sünnə. Bəzən şiələr deyir ki, biz həqiqi əhli-sünnəyik. Onların nəzərdə tutduqları şiələr də ola bilər. Onlar iddia etsələr də bunlar rafizidir ya əhli-sünnədir, yenə də bunlar müşrikdirlər. Bu cümlələrin əhli-sünnə ilə heç bir əlaqəsi yoxdur. Məqsəd şiələrdir. Baxmayaraq ki, onlar şiə olduqlarını, ya rafizi və ya əhli-sünnə olduqlarını iddia edirlər. Bu suala sizin cavabınız necədir?

Ustad Yezdani: Əslində özünüz bu suala cavab verdiniz. Əbu Hənifənin, Əbdül-Qadir Gilaninin, Məruf Kərxinin qəbirlərini ziyarət edənlər, onlara təvəssül edənlər şiə deyillər. Bu mənbədən əlavə, onlar ad da hallandırırlar ki, əgər kim desə “mən şafeiyəm”, “fiqh baxımından əşəriyəm” və ya kəlam baxımından kim desə, “mən matridiyəm” o, mürtəddir. Bu, onların "Məcmuə əl-fətava" kitabında verdikləri fətvadır. Bu kitabın müəllifi onların həqiqi allahı olan İbn Teymiyyədir. Ərəbistan çapı, cild 4, səhifə 106-da deyir:

فمن قال : أنا شافعی الشرع ، أشعری الاعتقاد ، قلنا له : هذا من الاضداد، لا بل من الارتداد.


Əgər kimsə desə ki, “mən fiqhdə şafei, etiqadda əşəriyəm” biz ona belə deyərik: Bu ikisi bir-biri ilə ziddir, əslində isə belə bir əqidə mürtədlikdir.

و من قال : أنا حنبلی فی الفروع و معتزلی فی الاصول ، قلنا قد ضللت إذا عن سواء السبیل فیما تزعمه ، إذا لم یکن أحمد معتزلی الدین و الاجتهاد.


Əgər kim desə ki, mən füruiddində Hənbəli, üsuliddində Mötəziliyəm, biz ona belə deyərik: "Onda doğru yoldan azmısan. Çünki Əhməd ibn Hənbəl dində və ictihadda Mötəzili olmayıbdır."

Davamında Malikilər üçün də misal çəkmişdir.

وقد افتتن أيضا خلق من المالكية بمذاهب الأشعرية وهذه والله سبة وعار

Malikilərdən də bir dəstə şəxs əşərilərin məzhəblərinə aldanmışlar və bu, Allaha and olsun ki, rüsvayçılıq və ardır.

Halbuki əhli-sünnənin əksəriyyəti məsələn fiqhdə Şafeidirlərsə, kəlamda əşəridirlər. Yaxud əgər fiqhdə Hənbəlidilərsə, əqidədə Mötəzilidirlər. Belə olan halda, İbn Teymiyyə bunların hamısını təkfir edir.

"Nəzrə abirə etibariyyə həvlu əl-cəmaə ət-təbliğiyyə" kitabı, müəllifi Seyfur-Rəhman Əhməddir. Mədinədə "Dar əl-hədis"də çap olunmuşdur. Səhifə 58-də deyir:

ولقد صدق من قال أن یهود هذه الامه هم الشیعه . و أن یهود اهل السنه هم المقلدون الجامدون و خاصة بعض الأحناف أمثال هؤلاء التبلیغیین الذین یناصرون الجهل و التقلید الجامد و عباده الکبراء و تعظیمهم والخضوع لهم . ویروجون البدعه فی المسلمین و یوجبون علی المسلمین ما لم یوجبه الله ویشرعون لهم ما لم یشرعه الله ورسوله .


Bu ümmətin yəhudilərinin şiələr olduğunu, əhli-sünnənin yəhudilərinin də gerilikçi təqlidçilər olduğunu deyən şəxs düz demişdir. Xüsusən də, “təbliğ camaatı” kimi bəzi hənəfilər. Hansılar ki, cəhalətə, təqlidə, böyük şəxsiyyətlərə ibadətə, onları təzim etməyə və onların qarşısında əyilməyə yardım edirlər. Müsəlmanlar arasında bidət yayır, müsəlmanlara Allahın vacib etmədiyi şeyləri vacib edir, onlar üçün Allahın və Rəsulunun qanun etmədiyi şeyləri qanun edirlər.

Əhli-sünnənin təbliğatının ən böyük hissəsi İranda, Əfqanıstanda, Pakistanda və Hindistandadır və bu təbliğ təbliğ camaatının öhdəsindədir. Bunlar təbliğ camaatının əleyhinə bir sıra kitablar yazıblar. Onların sənədlərini sizə göstərəcəyik.

Növbəti mənbə: "Əd-Din əl-xalis" kitabı, müəllifi Seyyid Məhəmməd Həsən əl-Qənuci əl-Buxaridir. Beyrutda "Dar əl-kutub əl-elmiyyə"də çap olunmuşdur. Məhəmməd Salim Haşim də bu kitabı təhqiq etmişdir. Səhifə 140-da deyir:

Kitabın bu hissəsinin başlığının adı belədir: "Məzhəblərin təqlid etməsi şirkdir."

Yəni, bir kəs desə ki, “mən İmam Şafeiyə” yaxud “İmam Əbu Hənifəyə” və ya “İmam Malikə təqlid edirəm”, bu şəxs müşrikdir. Bunun şirk olmasına çox aydın bir fətva vermişdir. Sonra buna bir neçə sətir izah edir və deyir:

وأهل زماننا الیوم ، إذا جاءتهم شده ترکوا الله ، دعوا فلانا و فلانا ، واستغاثوا بهم في البرو البحر فهم أخف شركاً وأيسر كفرا من أهل زماننا هذا.


Bizim bu günkü zəmanəmizin insanları çətinliklə üzləşən zaman Allahı tərk edib, filankəsləri çağırırlar, quruda və suda onlardan yardım istəyirlər. Onlar (cahiliyyət dövrünün müşrikləri və kafirləri) bizib bu zamanın insanlarından daha yüngül şirkə və daha yüngül küfrə malik olmuşlar.

Burada onların hamısının müşrik olmasını deyir. Növbəti səhifədə isə ikinci dəfə deyir:

و من صار اسیرا للتقلید ، و عبدا للعبید ، وقنع من الاسلام بالاسم ، و من الدین بالرسم وأعتقد أن الإیمان هو الذي في كتب المقلدة والمتكلمة, وملفوظات الصوفية وصحائف الفروع الفقهية المختلفة التي لا سند لها من أدلة الحديث والكتاب, فعلى نفسهابَراقِش تجنى, نعم لا مهدي إلا من هداه الله.


Hər kəs təqlidin əsiri olsa, bəndəyə bəndəçilik etsə, İslamın yalnız adı ilə və dinin yalnız rəsmi ilə qane olsa və etiqad etsə ki, iman müqəllidlərin və mütəkəllimlərin kitablarında, sufilərin sözlərində və müxtəlif fiqhi hökmlərin (yığıldığı) səhifələrdə olanlardan ibarətdir – hansılar ki, hədisdən və kitabdan heç bir dəlilləri yoxdur – o zaman özünə zərər vermiş olacaq. Bəli, Allahın hidayət etmədiyi müddətcə heç kəs hidayət tapa bilməz.

Burada açıq-aşkar deyir ki, onların bu işləri görmək üçün sünnədən heç bir dəlili yoxdur və hamısı müşrikdir.

Növbəti mənbə: "İcabə əs-sail əla əhəmm əl-məsail" kitabı, müəllifi Əbu Əbdür-Rəhman Muqbil ibn Hadi əl-Vadiidir və təəssübkeş vəhhabilərdəndir. Onun əhli-sünnə əleyhinə maraqlı fikirləri mövcuddur. Bu kitab Qahirədə "Dar əl-hərəmeyn" nəşriyyatında çap olunmuşdur. O, 317-ci səhifədə 161-ci cavabda deyir:

المذاهب الاربعه ما أنزل الله بها من سلطان وما ورد فی کتاب الله ولا فی السنه رسول الله صلی الله علیه وعلى آله سلم أن ذاك یکون شافعیا و ذاك حنبلیا


Dörd məzhəb barədə Allah Təala heç bir dəlil nazil etməmişdir, nə Quranda, nə də Peyğəmbər (s) sünnəsində gəlməmişdir ki, bu Şafei olmalıdır, o Hənbəli.

Yəni, hər kəs “mən Şafeiyəm” desə, bu Allahın kitabına və Peyğəmbərin (s) sünnəsinə xilafdır. Onların öz məzhəbləri üçün kitab və sünnədən heç bir dəlilləri yoxdur.

فهذه المذاهب فرقت الناس و قد تحدینا غیر واحد من المتعصبین لهذه المذاهب أن یأتوا بدلیل من کتاب الله أو من سنة رسول الله– صلی الله علیه وعلى آله وسلم- يدل على أن المسلم ملزم بالتعبد بمذهب من هذه المذاهب, بل جاء القرآن على كراهة هذا فقال سبحانه وتعالى: إن اللذين فرقوا دينهم وكانوا شيعا لست منهم في شيء.


Bu məzhəblər insanları parçalamışdır. Biz bu məzhəblərin təəssübünü çəkən bir neçə şəxsdən Allahın kitabından və ya Allah Rəsulunun (sallallahu əleyhi və əla alihi və səlləm) sünnəsindən bir müsəlmanın bu məzhəblərdən birinə tabe olmasınının gərəkliliyinə dəlalət edən bircə dənə dəlil gətirmələrini tələbə etmişik, (lakin, gətirə bilməmişlər). Əksinə, Quran bunun bəyənilməz olmasını bildirmişdir. Sübhan və uca olan Allah buyurmuşdur: “Şübhəsiz, sənin dinlərini parçalayan və dəstə-dəstə olan kəslərlə heç bir əlaqən yoxdur”. (Ənam, 159)

Təbliğ camaatına gəldikdə isə, onlar üzbəüz məzhəblərini təbliğ edən əhli-sünnə alimləridir. İranın Sistan və Bəllucistan vilayətlərində bütün əhli-sünnə bunları tanıyır. Onlar qrup şəklində məntəqəyə daxil olur, məscidlərdə yatır, camaatdan pul götürmür, yalnız və yalnız təbliğ edirlər. Onlar öz axundlarından öyrəndikləri xüsusi sözləri camaatın qapılarının ağzında təbliğ edir və qayıdırlar. Onlar həm İranın cənub və şimalında, həm də Əfqanıstan, Pakistan və Hindistanda olurlar. Bizim onlardan xoşumuz gəlmir, lakin vəhhabilər onları sərt şəkildə təkfir edirlər.

Növbəti mənbə: "Əl-Qəvl əl-bəliğ fi ət-təhzir min cəmaə ət-təbliğ" kitabı, müəllifi Həmud ibn Abdullah ibn Həmud ət-Tuveycəridir. 1414-cü ildə ər-Riyadda çap olunmuşdur. Bu kitabın müqəddiməsində belə yazır:

ﻭﺍﻟﺠﻭﺍﺏ. : ﺃﻥ ﺃﻗﻭل. : ﺃﻤﺎ ﺠﻤﺎﻋﺔ ﺍﻟﺘﺒﻠﻴـﻎ؛ ﻓـﺈﻨﻬﻡ ﺠﻤﺎﻋـﺔ ﺒﺩﻋـﺔ. ﻭﻀﻼﻟﺔ


Cavab: Deyirəm: təbliğ camaatı bidət və zəlalət camaatıdır.

Təbliğ camaatı əhli-sünnə məzhəbini təbliğ edən bir qrupdur, vəhhabilərə görə onlar azğındır və bidət əhlidir.

ولیسوا علی الامر الذی کان علیه رسول الله (ص) و أصحابه والتابعون لهم بإحسان وإنما هم على بعض طرق الصوفية ومناهجهم المبتدعة.


Onlar Allah Rəsulunun (s), onun səhabələrinin və yaxşılıqla onlara tabe olanların (tabeilərin) yolunda deyillər. Onlar məhz, bidət sufi təriqlərindən birinin yolundadırlar.

Növbəti səhifədə ikinci dəfə belə izah edir:

و قد ذکر العلماء العارفون بجماعة التبلیغ کثیرا مما هم علیه من البدع والخرافات والضلالات و انواع المنکرات و فساد العقیدة ، و لا سیما فی توحید الالوهیه؛ فهم فی هذا الباب لایزیدون علی ما کان علیه أهل الجاهلیه الذی بعث فیهم رسول الله (ص)


Təbliğ camaatını tanıyan alimlər onların etdikləri bidətlərin, xurafatların, zəlalətlərin, müxtəlif pis əməllərin və əqidə pozğunluqlarının bir çoxunu nəql etmişlər. Xüsusən də, üluhiyyət tövhidi barəsində olan (zəlalət və azğınlıqlarını qeyd etmişlər). Onlar bu məsələdə Peyğəmbərin məbus olduğu cahiliyyət dövrünün insanlarının etiqadından daha artıq etiqada sahib deyillər.

Mən bu kitabın mündəricatından istifadə edirəm:

مسجد التبلیغیین فی دهلی یشتمل علی أربعه قبور


Dehlidə təbliğ camaatının məscidi dörd qəbrin üzərində yerləşir.

أکابر التبلیغیین یرابطون علی القبور


Təbliğ camaatının böyükləri qəbirlər üzərində rabitə edirlər.

Qeyd: rabitə: sufi təriqətində icra olunan ayinlərdən biri.

و أما باب السلوك ، فإنهم فیه الصوفیه ، والصوفیه من شر أهل البدع


Onların getdiyi yola gəlincə, onlar sufidirlər. Sufilər isə bidət əhlinin ən pislərindəndirlər.

İranın cənubunda olan sufilər bilsinlər ki, vəhhabilərin dediyinə görə onlar dünyanın ən pis bidətçiləridir.

Bu kitabın 205-ci səhifəsində deyildir:

ولكن توحيدهم لا يزيد عن توحيد مشركي مكة


Lakin, onların tovhidi Məkkə müşriklərinin tovhidindən çox deyildir.

Əbu Cəhl, Əbu Ləhəb… Yəni təbliğ camaatını gör, Əbu Cəhl və Əbu Ləhəbi gör, heç fərqi yoxdur.

و أما توحید الالوهیه و العبادات ، فهم فقراء معدومون ومفلسون ، بل بصراحه هم مشرکون فیها


Uluhiyyət və ibadət tövhidinə gəlincə isə, onlar fəqir, yoxsul və müflisdirlər. Hətta, açıqca desək, bu məsələdə müşrikdirlər.

Bu kitabın 346-cı səhifəsində deyilir:

تحامل التبلیغیین علی شیخي الاسلام إبن تیمیه و محمد بن عبد الوهاب


Təbliğ camaatının iki şeyx əl-İslamla – İbn Teymiyyə və Məhəmməd ibn Əbdül-Vəhhabla düşmənçiliyi

Aydındır ki, məni müşrik hesab edən hər kəsə mən düşmən olaram.

جواب الشیخ محمد بن ابراهیم آل الشیخ فی التحذیر من التبلیغیین وبیان أنهم أهل بدعة وضلالة


Şeyx Məhəmməd ibn İbrahim Ali-Şeyxin təbliğ camaatından çəkinməklə bağlı cavabı və onların bidət və zəlalət əhli olmasını bildirməsi

Bu şəxs İbn Bazdan əvvəl böyük mufti olmuşdur və Məhəmməd ibn Əbdül-Vəhhabın nəslindəndir. Bu şəxs təbliğ camaatı barədə verilən suala belə cavab verib ki, onlar bidət əhlidir, azğındır və onlardan uzaq durun.

عداوة التبلیغیین لشیخ الاسلام إبن تیمیة وإبن قیم و محمد بن عبد الوهاب وتمنیهم إحراق کتبهم


Təbliğ camaatının şeyx əl-İslam İbn Teymiyyə, İbn Qayyim və Məhəmməd ibn Əbdül-Vəhhabla düşmənçiliyi və onların kitablarını yandırmaq istəmələri

Səhifə 347:

ذکر الشرکیات التی یفعلها مشایخ التبلیغیین


Təbliğ camaatının şeyxlərinin icra etdiyi şirk işlər

سب أنور شاه الکشمیری للشیخ محمد بن عبد الوهاب والرد علیه


Ənvər Şah əl-Kəşmirinin Məhəmməd ibn Əbdül-Vəhhabı söyməsi və ona rəddiyyə verməsi

Bu barədə gələcəkdə geniş bəhs edəcəyik.

شهادة سبعة رجال بأن جماعة التبلیغ یعززون البدع والشرك والخرافات وأنهم بعیدون عن التوحید والکتاب والسنة ، وأنهم وثنیون


Yeddi nəfər şəhadət verir ki, təbliğ camaatı bidətləri, şirkləri və xurafatları gücləndirirlər, tövhiddən, kitabdan və sünnədən uzaqdırlar və bütpərəstdirlər.

Biz vəhhabilərin öz kitablarından təvəssül etdiklərinə bütün əhli-sünnənin, Məhəmməd ibn Əbdül-Vəhhabdan əvvəl bütün müsəlmanların kafir olmalarını, can və mallarının halal olduqlarını göstərdik. İnşallah təvəssül bəhsinə çatanda onların fətvalarını oxuyacağıq.

Aparıcı: Əziz izləyicilər, siz də gördünüz ki, bizim proqramımız vəhhabilərin həqiqi çöhrəsini nümayiş etdirməyi nəzərdə tutmuşdur. Hörmətli şiələr və əziz əhli-sünnə qardaşlarımız bilsinlər ki, bunlar hansı yoldadır və onların müsəlmanlarla münasibəti necədir.

Ustad, siz Əşərilərin və Şafeilərin təkfir olunması barəsində danışdınız. Həmçinin, buyurdunuz ki, ölkənin cənub hissəsinin əhli-sünnə camaatı etiqad baxımından Matridiliərdir. Lakin buyurduqlarınızda Matridilərin təkfir olunması barəsində bir şey yox idi. Bunlar barəsində də vəhhabilər nə isə deyirlərmi?

Ustad Yezdani: Bu vəhhabilər "Ədau Matridiyyə lil-əqidə əs-sələfiyyə" adlı bir kitab yazıblar. Müəllifi Şəms Sələfi Əfğanidir. Taifdə "Məktəbə əs-Siddiq" nəşriyyatında çap olunmuşdur. Müəllif Pakistanın Pişavər şəhərinin universitetlərinin birində doktorluq dissertasiyası yazmışdır. O, bu dissertasiyanın 433-cü səhifəsində ikinci bəhsdə deyir:

فی بیان أن ماتریدیه و زملاءهم الأشعریه فرقة مبتدعة کلامیة من اهل القبلة ، ولیسوا من أهل السنة المحضة


Maturidilərin və onların həmkarları olan əşərilərin qiblə əhlindən olan qondarma kəlami firqə olmaları və həqiqi əhli-sünnə olmamaları barədə

Vəhhabilərin dediyinə görə Matridi və Əşərilərin heç biri əhli-sünnə deyil və bidətçidirlər. Müsəlmandırlar, lakin həqiqi əhli-sünnə deyillər.

Proqramın sualı: Sizin fikrinizcə, niyə vəhhabilər bütün əhli-sünnə firqələrini belə açıq-aşkar təkfir edirlər?

İzləyici: Zahidandan İlyas – əhli sünnə

Bunlar özləri kafirdir, digərlərini də kafir hesab edirlər. Mən Ustad Yezdanidən soruşmaq istəyirəm ki, onlar İranın 5 əsgərini girov götürüblər? Bunların bəhanəsi İranda mənbərlərin birində edilən çıxışlardan birinə görədir.

Ustad Yezdani: Biz onların bu işini qınayırıq. Çünki, bir nəfərin bir söz danışması bəhanəsi ilə bir neçə əsgəri girov götürmək mərdlikdən deyildir. Əgər onların bir az qeyrəti varsa, gərək vəhhabiləri tutsunlar. Çünki İbn Teymiyyənin birinci və ikinci xəlifəni, Həzrət Zəhranı (s.ə) təhqir etməsi çox pisdir.

Aparıcı: Bunlar sadəcə bəhanələrdir. Biz bu təkfirlərin sənədlərini gördük. Güman etmirəm ki, Məhəmməd ibn Əbdül-Vəhhab vəhhabi olmamışdan əvvəl belə təhqirlərə yol versin.

Hətta məcazi anlamda belə, şahmatda əsgəri vurmaq hünər deyildir. Siz bu işinizlə ən çox özünüzü mənfur vəziyyətə saldınız. Əhli-sünnə də bu barədə mövqelərini nümayiş etdirdilər və bu qeyri-insani əmələ lazımi reaksiyanı verdilər. Görək vəhhabi kanalları nə reaksiya verəcək?

İzləyici: Zahidandan Bərahuyi – şiə

Biz şiələr və əhli-sünnə bir kənddə və bir yerdə yaşayırıq. Heç kəs bizim aramızda təfriqə sala bilmir.

İzləyici: Kermanşahdan Abbasi – şiə

Belə videoları çox yayımlayın ki, camaat vəhhabilərin həqiqi simasını görsünlər. Sualınıza cavab olaraq da deyə bilərəm ki, bunlar Qurana, Peyğəmbərə (s) və İmam Əliyə (ə) müxalifdirlər və şiələrlə sünnilər arasında ixtilaf yaratmaq istəyirlər.

Aparıcı: Bir ekspert kimi sizin fikrinizi bilmək istərdik. Sizcə, bu vəhhabilərin əhli-sünnəni belə açıq-aşkar təkfir etmələrinin səbəbi nədir?

Ustad Yezdani: Biz gələcəkdə də müfəssəl şəkildə deyəcəyik ki, əhli-sünnə alimlərinin dediyinə görə İbn Teymiyyə, Məhəmməd ibn Əbdül-Vəhhab və bunların tərəfdarları əqli baxımdan qanmaz idi. Yəni, onların ağlı o qədər deyil ki, belə məsələləri həll edə bilsinlər. Bunlar İngiltərənin yetişdirdikləridir. Onların əsasını də İngiltərə qoymuşdur. Onlar İslam dininin düşmənlərinin məqsədlərini gerçəkləşdirirlər. Müsəlmanlar arasında ixtilaf odunu onlar alovlandırmış və vəhhabilər də bu işi icra etmişlər. Əziz tamaşaçıların da dediyi kimi vəhhabilərin müsəlmanları təkfir etməkdə məqsədi onlar arasında təfriqə yaratmaqdır. Belə ki, İslam düşmənlərinin hədəfləri istiqamətində ixtiyarlarında olan Məkkə və Mədinədə bütün gücləri ilə iş aparır və düşmənlərin məqsədlərinə xidmət edirlər. Bizim şiə alimləri də buyurublar ki, əgər şiə və sünni bir yerdə yaşasaq gərək iki qardaş kimi olaq. Ayətullah Vəhid fətva vermişdir ki, sünni yaşayan məntəqələrdə şiə də yaşayırsa, vəzivəsi budur ki, əgər sünni qardaşı xəstələnsə ona baş çəksin, dünyadan getsə, dəfnində iştirak etsin, onun problemlərini həll etməyə çalışsın. Bu bizim və İmamlarımızın (ə) üslubudur. Şiələr həmişə sünnilərlə sülh və rifah içində yaşamışdır. Lakin vəhhabilər bizi təkfir edir, sünni və şiə cavanları girov götürür, Çabəhara bomba qoyub bir çox əhli-sünnəni öldürürlər. Biz onlarla bir yerdə yaşaya bilmərik. Onlar da bizimlə birlikdə yaşamaq istəmirlər. Lakin şiənin əhli-sünnə ilə heç bir problemi yoxdur.

İzləyici: Məşhəddən Kureş – şiə

Həqiqət də budur ki, bunlar İngiltərənin vasitəsi ilə yaranmışdır. Əgər Peyğəmbərin (s) buyurduğu Səqəleyn hədisinə əməl olunsaydı, bu gün müsəlmanların belə bir problemi olmazdı. Sualım isə budur ki, tarix boyu şiələr nə zaman iqtidarda olmuşdur?

Ustad Yezdani: Bunlar tarixi bəhslərdi və tarixi proqramlarda araşdırılmalıdır. Lakin biz bu on dörd əsrdə şiələrin bütün məmləkətlərə hakim olmasını müşahidə etməmişik. Şiələrin qurduğu hakimiyyət isə məhdud və xüsusi məntəqələri əhatə etmişdir. Məsələn, Misirdə Fatimilər hakimiyyət qurublar, lakin onların şiə olması da sual altındadır. Ali Bəveyh İraqda az bir müddət ərzində kiçik bir məntəqədə hakimiyyət qurublar. Onların bu işi xeyirli və bərəkətli olmuşdur. Sufilər də İranda bir müddət hakimlik etmiş və şiələr üçün xeyir-bərəkətə bais olmuşlar. İndi də İslam hökuməti yalnız İrandadır. Bütün İslam ölkələrini əhatə edən bir şiə hakimiyyətimiz olmamışdır. İnşallah, İmam Zamanın (ə.f) zühuru ilə nəinki İslam ölkələri, hətta bütün dünya salehlər üçün qalacaqdır.

İzləyici: Qorqandan Rüstəmi – şiə

Mənim fikrimə görə bunların təkfir fətvaları kəmsavadlıqdan irəli gəlir. Quran və rəvayətlərin zahirini görür, bunların zahirindən nə anlayırlarsa, onu Allahın hökmü hesab edirlər. İnsan yalnız Quranın zahiri ilə kifayətlənə bilməz. Bu gün vəhhabi kanallarında yayılan mövzular İmam Zaman (ə.f) haqqındadır. Onlar deyirlər ki, bu Quranda gəlmədiyi üçün qəbul etmirik. Çünki yalnız zahiri araşdırırlar. Onlar öz fikirlərində təzadlarla da üz-üzə qalırlar. Bu təzadların nümunəsi Minhac əs-sunnə kitabında mövcuddur. Mən bu kitabda bir çox təzadlar tapmışam. Sizdən bir xahişim budur ki, vəhdət məsələsinə çox təkidlə yanaşasınız. Çünki əhli-sünnə məntəqələrində vəhhabi təbliğatı çox geniş yayılmışdır. Hətta ucqar kəndlərə belə gedib çıxmışdır. Bu məntəqələrdə maarifçilik geniş yayılmalıdır. Çünki bu məntəqələrin camaatı avam insanlardır, vəhhabi fikirləri ilə tanış olmaları lazımdır. Əgər onlar geniş şəkildə maariflənsələr, qəti surətdə şiə ilə əhli-sünnənin qardaş olduqları və vəhhabilərin onlardan ayrı olduğu nəticəsinə gələrlər.

Ustad Yezdani: Mən də sizin fikrinizlə razıyam, vəhhabilər bisavaddırlar. Misirin əl-Əzhər universitetinin böyük müftisi Əli Cümə də deyir ki, vəhhabilər iki həftəyə alim olurlar. İki həftə dərs oxuyandan sonra saqqalları uzanan kimi əmmamələrini böyüdürlər və deyirlər ki, biz alim olduq. İnşallah bu barədə video da yayımlanacaq.

İzləyici: Həmədandan Kərəmi – şiə

Mən sizin yayımladığınız video barəsində danışmaq istəyirəm. Bu videonu görməklə çox narahat oldum. Bizim vaizlərimiz bir qrup şəxsin İmam Hüseynin (ə) bədənini atların nalları altında saxlamasından danışan zaman mən düşünürdüm ki, bunlar necə adam olublar. Lakin bu videonu görəndən sonra anladım ki, əgər vəhhabilərin nəslini araşdırsaq, gedib yəhudiyə çıxacaq.

Ustad Yezdani: Bu barədə də bir bəhs vardır. Onların öz tarixləri barəsində yazılmış kitablarda qeyd olunmuşdur ki, onların nəsli Ənzə qəbiləsinə gedib çatır. Ənzə ibn Əsəd ibn Rəbiə qəbiləsi Xeybərdə yaşayan bir qəbilə olmuşdur. Həzrət Əmir əl-möminin (ə) öz zülfüqarı ilə onların böyüklərini öldürdükdən sonra onlar Nəcd məntəqəsinə hicrət etdilər. Həqiqətdə Ali Səud həmin Ali Yəhuddr.

İzləyici: Kermanşahdan Məhəmmədi – əhli sünnə

Sizin sualınızın cavabı olaraq deyim ki, bu təkfir fətvaları yalnız əhli-sünnəyə məxsus deyildir, əksinə, bütün İslam cəmiyyətini əhatə edir. Bir məşhur söz var: Kafir hər kəsi öz tayı hesab edir. Bunlar 1206-ci ildən sonra bir ingilisin köməkliyi ilə meydana gəliblər ki, İslam cəmiyyətini parçalasınlar. O dövrdə İslam cəmiyyətinə Osmanlılar hakimlik edirdi. İndi də bu xəbis kök qalmışdır. Bunlar istəyir ki, İslam cəmiyyətini parçalasınlar. Xoşbəxtlikdən bizim mənqələrdə şiə və sünni bir yerdə yaşayırlar. Həqiqi əhli-sünnə heç vaxt vəhhabilərin belə hiylələrinə aldanmayıblar. Əgər mümkünsə, bu kanalda olan ustadların fikirləri kitab halına salınsın ki, ümumi camaat da istifadə edə bilsin.

İzləyici: Əfqanıstandan Əziz Əhməd – əhli-sünnə

Sizə bir tənqidimi çatdırmaq istəyirəm. Siz dediniz ki, təbliğ camaatı xalqı bir yollara dəvət edirlər. Lakin biz yalnız camaatı Allahın təkliyinə dəvət edirik. Sizdən xahiş edirəm ki, vəhhabiləri bizə daha çox tanıtdırın. Çünki mənim fikrimə görə vəhhabilər elə həmin əhli-sünnədir.

Ustad Yezdani: Siz yaxşı diqqət etməmisiniz. Mənim fikrim də elə onların əksinədir. Mən vəhhabilərin təbliğ camaatı barəsində dediklərini əks etdirən kitabı göstərdim. Onlar deyirdilər ki, təbliğ camaatı şirk, zəhalət və bidət əhlidirlər. Hətta Hənəfiləri də bu sıraya daxil etmişdilər. Mənin tənqidim bu idi ki, niyə vəhhabilər təbliğ camaatını təkfir edirlər?! Halbuki əhli-sünnə məzhəbinin böyük bir hissəsinin yayılmasını bu dörd ölkədə öhdələrinə götürüblər. Əlavə olaraq bir dənə də kitab göstərək. "Əl-Məsail əl-elmiyyə və əl-fətava əş-şəriyyə" kitabı, bu kitab Şeyx Əllamə Məhəmməd Nasiruddin əl-Albaninin fətvalarından ibarətdir. Mədinə çapı, "Dar əz-Ziya" nəşriyyatında çap olunmuşdur. Ondan sual soruşurlar:

ما رأیکم فی جماعه التبلیغ ؟


Təbliğ camaatı barəsində fikriniz nədir?

ج : دعوه التبلیغ صوفیه عصریه ،لا تقوم علی کتاب الله وعلی سنه رسوله – صلی الله علیه و آله –


Cavab: Təbliğ (camaatının) dəvəti nə Allahın kitabına və nə də Onun Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) sünnəsinə əsaslanmayan müasir sufi dəvətidir.

Bu Albaninin dediyi fikirdir. "Əl-Qəvl əl-bəliğ fi ət-təhzir min cəmaə ət-təbliğ" kitabını vəhhabilər təbliğ camaatının əleyhinə yazıblar. Bu kitabda deyirlər ki, təbliğ camaatı bidət, zəlatət və şirk əhlidir. Sizin tovhidiniz cahiliyyət dövrünün müşriklərinin tovhidindən çox deyildir. Daha aydın desək, təbliğ camaatını gördünüz, Əbu Cəhli gördünüz, heç fərqi yoxdur. Bu vəhhabilərdən biri isə belə deyir:

بل بصراحه هم مشرکون فیها


Açıqca desək, bu camaat müşrikdir.

İzləyici: Kürdüstandan Əli – əhli-sünnə

Bu əhli-sünnəni vəhhabilərdən ayıra bilərsinizmi? Çünki özünüz deyirsiniz ki, bu dörd kanal, Vüsal, Kəlimə... vəhhabidirlər. Bizim təklifimizi öz fikirnizilə aydınlaşdırın. İkinci sual da budur ki, bu qədər Ömər və Aişəni təhqir edirlər, Ayətullah Qəzvini deyə bilmir ki, niyə təhqir edirsiniz?

Aparıcı: Bizim bu kanala əhli-sünnə alimləri gəlib özləri deyiblər ki, bu kanallar vəhhabi kanallarıdır. Ola bilsin ki, siz bizim kanala yeni baxanlardansınız. Çünki Ayətullah Qəzvini əhli-sünnənin müqəddəslərini təhqir etməyi bağışlanmaya günah hesab edən alimlərdəndir. Sizə Vilayət kanalını daha çox izləməyi tövsiyə edirik.

Ustad Yezdani: Hörmətli izləyici dedi ki, siz bizimlər vəhhabilər arasında bir xətt çəkin ki, əhli-sünnə ilə vəhhabinin kimliyi məlum olsun. Biz bundan əvvəlki proqramda onların etiqadlarından ən azı iyirmi nümunə göstərdik. Belə ki, tarix boyu əhli-sünnənin heç biri belə əqidələrə sahib olmayıblar. İnşallah bu əqidələri müfəssəl şəkildə sübut edəcəyik. Həqiqətdə isə, bizim proqramımınızın vəzifələrindən biri də budur ki, sünninin hansı etiqada vəhhabinin hansı etiqada və şiənin hansı etiqada sahib olmalarını nümayiş etdirsin.

Etiqadi mövzulara keçdiyimiz zaman şiə rəvayətləri, İmam Sadiqin (ə), İmam Əlinin (ə) və digər İmamların (ə) əqidələrini gətirəcəyik, beləliklə də sünnilərlər vəhhabilərin arasında fərq qoyacağıq. Həqiqətdə proqramın mövzudu da elə budur. Onların fətvalarından biri də budur ki, bütün müsəlmanlar kafirdirlər və onları öldürmək vacibdir. Lakin biz bu tip fətvaları əhli-sünnədə müşahidə etməmişik. İnşallah elə mənbələr göstərəcəyik ki, bu mənbələrdə əhli-sünnə alimləri deyir ki, Məhəmməd ibn Əbdül-Vəhhabın etdiyi təkfirləri heç İbn Teymiyyə etməmişdir. Əli dedi ki, bizim zəmanənin imamı Qurandır. Əgər bu cənab sünnidirsə, belə bir söz məqbul deyildir. Çünki Peyğəmbər (s) buyurmuşdur ki, məndən sonra Allahın kitabı və bu kitabı təfsir edən imam heç vaxt bir-birindən ayrılmazlar.

من مات بلا امام مات میتة الجاهلیة


Hər kəs imamı olmadan ölərsə, cahiliyyət ölümü ilə ölmüşdür.

"Səhih İbn Hibban" kitabı, vəhhabi alimi Şueyb əl-Arnaut bu kitabı təhqiq etmişdir. "Muəssisə ər-risalə" çapı. Burada izah edir ki, bu hədisin nəzərdə tutduğu məna bu deyildir ki, Allahın kitabı imamdır.

قال أبو حاتم : قوله صلى الله عليه و سلم ( مات ميتة الجاهلية ) معناه : من مات ولم يعتقد أن له إماما يدعو الناس إلى طاعة الله حتى يكون قوام الإسلام به عند الحوادث والنوازل مقتنعا في الانقياد على من ليس نعته ما وصفنا مات ميتة جاهلية


Əbu Hatim demişdir: “Cahiliyyə ölümü ilə ölmüşdür” sözünün mənası budur ki: hər kəs insanları Allahın itaətinə çağıran, hadisə və bəlalarda İslamın ayaqda qalması onun sayəsində baş tutan bir imamı olmadığını düşündüyü bir halda və dediyimiz bu xüsusiyyətlərə sahib olmayan birisinə tabe olmaqla kifayətləndiyi bir halda ölərsə, cahiliyyət ölümü ilə ölmüşdür.

Qurani-kərim imamdır, həm də hər şeyi bəyan edən imamdır. Lakin bu min dörd yüz il ərzində camaat arasında ola ixtilafı həll edə bilməmişdir. Deməli, Quranın yanında bir nəfər də olmalıdır ki, onu təfsir etsin və ümmət arasında olan ixtilafı aradan götürsün. Lakin Aişənin təhqir olunması mövzusuna gəlincə, həm biz, həm də ustadlarımız bu barədə mövqelərini göstərmişlər. Lakin vəhhabi kitablarında Peyğəmbərin (s) xanımı Aişəyə qarşı necə kobud təhqirlərin olduğunu göstərəcəyik.

Рейтинг

В этом разделе