»»

“Doğru yol və yanlış yol” proqramı - 12-ci veriliş: Vəhhabi hökumətinin qurulmasında istismarçıların rolu

Aparıcı: Biz yenə də keçmiş həftələrə müvafiq olaraq, "Doğru yol və yanlış" yol proqramında sizinlə birlikdəyik. Ustad Yəzdanidən çox faydalı mətləbləri də dinləyəcəyik inşallah!

Ustad Yəzdani: Biz keçən verilişlərdə Ali-Səudun ali-yəhud olduğunu, yəni yəhudi əsilli olduğunu sübut etdik. Onların öz kitablarından Ali-Səudun Xeybər yəhudilərindən olan Ənzə qəbiləsindən olduğunu göstərdik. Qeyd edək ki, Xeybəri Həzrət Əli (ə) fəth etmiş, onları zəlil və xar etmişdi. Lakin əsrlər keçəndən sonra yenə bu Ənzə qəbiləsi başa keçdi və vəhhabiliyin siyasi rəhbəri ünvanı ilə meydana atıldı və İslam cəmiyyətini təfriqələrə düçar etdi. Əslində isə, onlar müsəlmanlardan Xeybərin fəthinin intiqamını almaq istəyirdilər.

Lakin əvvəlki proqramlarda dedik ki, Məhəmməd ibn Səud və Məhəmməd ibn Əbdül-Vəhhabın övladları olan Ali-Səud və Ali-Şeyx heç vaxt din və Allah üçün döyüşməyiblər. Onların bir-biri ilə bağladıqları əhd-peyman çox açıqdır və həmin əhdnaməni əvvəl də göstərdim.

Biz "Tarixu-Nəcd" kitabından bu əhdnaməni göstərmişdik. İndi isə vəhhabilərin digər mühüm kitablarından bu əhdnaməni nümayiş etdiririk. "Əl-İcaz" kitabında əhdnamənin şərtləri belə açıqlanmışdır:

قال له : أريد منك عهداً على أنك تجاهد في هذا الدين والرئاسة والإمامة فيك وفي ذريتك بعدك والمشيخة والخلافة في الدين فيّ وفي آلي من بعدي أبداً بحيث لا ينعقد أمر ولا يقع صلح إلا نراه كذلك.

“Məhəmməd ibn Əbdül-Vəhhab Məhəmməd ibn Səuda dedi: “Mən bu şərtlə sənə beyət edirəm ki, bu din uğrunda cihad edəsən. Əbədi olaraq dünyəvi rəhbərlik sən və övladlarının əlində, dini rəhbərlik və şeyxlik də mən və övladlarımın əlində olsun. Belə ki, bizim razılığımız olmadan nə bir iş görülsün, nə də sülh edilsin.”

Arif Murtəza əl-Fəth, "Kitabul-icaz fi tarixil-Bəsrə vəl-Əhsa və Nəcd vəl-Hicaz", c.1, s.595.

Beləliklə də, Ali-Səud nəsildən-nəsilə əl-ələ verib hakimiyyəti əllərində saxladılar. Heç bir vaxt onlardan başqası Ərəbistanda hökuməti əlinə almamışdır. Maraqlı burasıdır ki, Məhəmməd ibn Əbdül-Vəhhabın özü bu məsələni demişdir. Məlumdur ki, əgər həqiqətən məqsədləri din olsaydı, onda "rəhbərlik sizin olsun" ifadəsinin bir mənası qalmazdı. Əgər rəhbərliyi Məhəmməd ibn Əbdül-Vəhhab üçün qəbul etsək belə, bəs nəyə görə bu rəhbərlik onun övladlarına qalmalıdır? Niyə bu dini rəhbərlik Məhəmməd ibn Əbdül-Vəhhab və onun övladları üçün əbədi qalmalıdır? Bu göstərir ki, onların məqsədi nə Allah olmuşdur, nə də ki, din. Əksinə, onların məqsədi özlərinin və övladlarının dünya həyatını sığortalamaq olmuşdur.

Vəhhabilik – İstismarçı qüvvələrin yaratdığı sekta

Amma biz indi vəhhabiliyi kimlərin yaratdığını müzakirə etmək istəyirik. Biz vəhhabiliyin istismarçı qüvvələr tərəfindən yaradıldığını isbat etmək üçün vəhhabilərin öz mənbələrindən dəlillər gətirməliyik.

Vəhhabiliyin yaranmasında təsiri olan şəxsiyyətlər

Vəhhabiliyin yaranması, inkişafı və onların Ərəbistan yarımadasında qələbəsində üç ingilis casusunun böyük rolu olmuşdur. Onlar aşağıdakılardır:

Ser Persi Koksun Əbdül-Əzizin şəxsiyyətinin və vəhhabi hökumətinin formalaşmasındakı rolu

O, Səudiyyə Ərəbistanının formalaşmasında əsas rolu ifa etmişdir. Əvvəldən Kral Əbdül-Əzizlə birgə olmuş. Ərəbistanın siyasi baxımdan bölünməsində müstəsna rola malikdir və bu işi öz öhdəsinə götürmüşdür. Hindistanda olmuş, sonralar isə İngiltərəyə getmişdir. O zaman o, ingilis casuslarının əsas başçılarından biri olmuşdur.

"Əl-Kuveyt və caratuha" kitabı bu şəxsin Ali-Səudla əlaqəsini çox yaxşı nümayiş etdirir. Kitabın müəllifi Diksondur. O, Küveytdə İngiltərənin nümayəndəsi olmuşdur. Müəllif kitabın 1-ci cildinin 281-ci səhifəsində maraqlı məqamlara toxunmuşdur:

Səudiyyə Ərəbistanı hakimiyyəti Osmanlılara qələbə çaldıqdan sonra Hicazın bütün məntəqələrini fəth etdi. Bu məntəqələr arasında sərhədlərin müəyyənləşdirilməsində isə ixtilafa düşdülər. Altı gün bu barədə müzakirələr apardılar. Altıncı gün isə bu qərara gəldilər:

وفي اليوم السادس للمؤتمر تدخل السير بيرسي في الأمر وأبلغ الطرفين أنه إذا استمرت المفاوضات على هذا الشكل فإنها لن يتوصلا إلى أي اتفاق قبل سنة من الزمان . وفي اجتماع خاص ضم السير بيرسي وابن سعود وأنا فقط , فقد السير بيرسي صبره واتهم ابن سعود بأنه تصرف تصرفاً صبيانياً في اقتراح فكرة الحدود العشائرية . ولم يكن السير بيرسي يجيد اللغة العربية فقمت أنا بالترجمة.

ولقد أدهشني أن أرى سيد نجد يوبخ كتلميذ وقح من قبل المندوب السامي لحكومة صاحب الجلالة الذي أبلغ ابن سعود بلهجة قاطعة أنه سيخطط الحدود بنفسه بصرف النظر عن كل اعتبار .

هكذا انتهى هذا الفصل من المسرحية فانهار ابن سعود وأخذ يتودد ويتوسل معلنًا ان السير بيرسي هو أبوه وأمه وأنه هو الذي صنعه ورفعه من لا شيء إلى المكانة التي يحتلها وأنه على استعداد لأن يتخلى عن نصف مملكته بل كلها إذا أمر السير بيرسي بذلك.

“Konfransın altıncı günündə Ser Persi Koks (Sir Percy Cox) məsələyə müdaxilə etdi. O, tərəflərə bildirdi ki, əgər vəziyyət bu cür davam etsə, heç bir il ərzində ortaq fikirə gələcə bilməyəcəklər. Sonra mənimlə birgə Ser Persi və İbn Səud da iştirak etdiyi xüsusi bir yığıncaqda Ser Persi səbrini əldən verdi, sərhədlərin qəbilələr arasında müəyyənləşdirilməsi fikrini təklif etməklə İbn Səudun uşaq kimi hərəkət etdiyini bildirdi. Ser Persi ərəb dilini yaxşı bilmirdi. Ona görə də onun dediklərini mən tərcümə edirdim.

Mən Nəcdin ağasının hökümətin yüksək rütbəli nümayəndəsi qarşısında pis bir iş görmüş tələbə kimi danlandığını gördükdə dəhşətə gəldim. Ser Persi qəti şəkildə bildirdi ki, sərhədləri məhz özü təyin edəcək.

Beləcə, tamaşanın bu bölümü bitdi. İbn Səud ruhən sarsılıb dilxor oldu, Ser Persiyə xoş sözlər deyib xahişlər etməyə başladı. Bildirdi ki, Ser Persi onun atasıdır, anasıdır, onu ortaya çıxaran, onu “heç nə” olmaq məqamından indiki məqamına gətirən şəxs odur. Bildirdi ki, əgər Ser Persi istəsə, öz məmləkətinin yarısını, hətta hamısını ona verməyə hazırdır.”

“Əl-Kuveyt və caratuha”, c.1, səh.281.

Bu mətnə əsasən, Ser Persi Koks Əbdül-Əziz ibn Səudu “boya-başa çatdırmış” və onun bütün işləri ingilis casusu Persi Koksun nəzarəti altında olmuşdur. Biz bu mətləbləri onların öz kitablarından nümayiş etdirdik.

Əbdül-Əzizin Britaniya hökuməti ilə bağladığı saziş

Ali-Səud və Britaniya arasında olan sazişin mətni

Əbdül-Əziz ibn Səudun onlarla imzaladığı ilk rəsmi saziş

Bu mətləbi İngiltərənin böyük casuslarından olan Seynt Con Filbinin (Saint John Philby) yazdığı kitab qeyd etmişdir. Kitabın adı “Bisətun ila Nəcd”dir. Bu kitaba Abdullah əs-Saleh əl-Useymin (bu şəxs tanınmış İbn Useymin deyildir, bu şəxs Məhəmməd ibn Səud universitetinin tarix müəllimlərindən biridir) müqəddimə yazmışdır. O, bu kitabın “ikinci əlavə” adlı bölməsində yazır:

إن الحكومة البريطانية العلية من جانبها وعبد العزيز بن عبد الرحمن بن فيصل آل سعود حاكم نجد والإحساء والقطيف و...

فإن الحكومة البريطانية سمت وعينت المقدم السير بيرسي كوكس المقيم البريطاني في الخليج مفوضاً عنها لعقد معاهدة لهذا الغرض من عبد العزيز بن عبد الرحمن بن فيصل آل سعود.

“Bir tərəfdən Britaniyanın ali hökuməti, digər tərəfdən də Nəcd, Əhsa, Qətifin… hakimi Əbdül-Əziz ibn Əbdür-Rəhman ibn Feysəl Ali-Səud (İbn Səud) (razılaşma üçün bir araya gəldilər)…

Britaniya hökuməti Əbdül-Əziz ibn Əbdür-Rəhman ibn Feysəl Ali-Səud ilə bu sazişi bağlamaq üçün körfəz bölgəsində yaşayan nümayəndəsi general-mayor Ser Persi Koksu təyin etdi.”

Vəhhabilər gərək bu sazişə görə yerin dibinə girsinlər. Sazişin bəndələri aşağıdakı kimi idi.

إن الحكومة البريطانية تعترف وتقر بأن نجداً , والحسا, والقطيف, والجبيل , وتوابعها وأراضيها , التي ستناقش وتحدد فيما بعد, وموانئها على سواحل الخليج , ممالك لابن سعود وآبائه من قبله , وتعترف بأنه حاكمها المستقل ورئيس قبائلها , ومن بعده أبناؤه وذريته بالوراثة. لكن اختيار الفرد للحكم سيكون طبقاُ لتعيين سلفه (الحاكم الموجود) له , بشرط ألّا يكون معادياً للحكومة البريطانية بأي شكل ؛ مثل أن يكون ضدَّ الشروط الواردة في هذه المعاهدة.

“Britaniya hökuməti Nəcdin, Həsanın (Əhsanın), Qətifin, əl-Cubeylin və bu məntəqələrə tabe olan digər ərazilərin (hansılar ki, daha sonra müzakirə olunub dəqiqləşdiriləcək), o cümlədən də bu məntəqələrin körfəz sahillərində yerləşən limanlarının İbn Səudun, ondan qabaq da ata-babalarının mülkiyyəti olduğunu etiraf edir. Həmçinin, İbn Səudun bu ərazilərin müstəqil hakimi olduğunu, onun bu ərazilərin qəbilələrinin başçısı olduğunu, ondan sonra da onun övladlarının və nəslinin vərəsəlik yolu ilə bu imtiyaza sahib olduqlarını etiraf edir. Lakin (bildirir ki,) onun övladlarından olan hər hansısa bir fərdin hakimiyyətə seçilməsi, ondan əvvəlki hakimin təyinatı ilə həyata keçməlidir. Üstəlik, hakimiyyətə gələcək şəxs Britaniya hökumətinə qarşı heç bir şəkildə düşmən olmamalıdır. Məsələn, bu razılaşmada qeyd olunan şərtləri qəbul etməyən biri olmamalıdır.”

Bu, birinci bənd idi. Britaniya hökuməti onlara icazə vermişdi ki, sizin ata-baba yurdlarınız özünüzün olsun.

İkinci bənd:

في حالة اعتداء أية قوة أجنبية على أراضي ممالك ابن سعود وذريته... , ستساعد الحكومة البريطانية ابن سعود...

“İbn Səud və övladlarının sahib olduqları ərazilərə kənardan hər hansısa bir hücum olarsa, Britaniya hökuməti İbn Səuda kömək edəcək…”

Üçüncü bənd:

يوافق ابن سعود ويعد أن يمتنع من الدخول في أية مرسلات أو اتفاقات أو معاهدات مع أية أمة أو قوة أجنبية...

“İbn Səud öhdəlik götürərək vəd verir ki, heç bir əcnəbi toplum və ya qüvvə ilə yazışmalara, razılaşmalara və ya sazişlərə girməyəcək…”

İngilis casusu mətnin eynisini öz kitabında yazmışdır və Məhəmməd ibn Səud universitetinin müəllimi də ona müqəddimə yazmışdır.

Dördüncü bənd:

يتعهد ابن سعود بأنه لن يتنازل مطلقاً عن الأراضي المذكورة أعلاه , أو يبيعها , أو يرهنها , أو يؤجرها , أو يتخلص منها أو جزء منها , أو يمنح امتيازاً فيها لأي قوة أجنبية بدون موافقة الحكومة البريطانية...

“İbn Səud öhdəlik götürür ki, Britaniya hökumətinin icazəsi olmadan yuxarıda adları çəkilən ərazilər üzərində hakimiyyətdən çəkilməyəcək, onları satmayacaq, icarə verməyəcək, girov qoymayacaq, onlardan və ya onların bir hissəsindən ayrılmayacaq, bu ərazilərdə hər hansısa bir əcnəbi qüvvəyə imtiyaz verməyəcək.”

Beşinci bənd:

يتعهد ابن سعود أن يبقي الطرق المارّة بأراضيه إلى الأماكن المقدسة مفتوحة , وأن يحمي الحجاج في مسيرهم إلى تلك الأماكن وعودتهم منها.

“İbn Səud öhdəlik götürür ki, öz ərazilərində müqəddəs məkanlara aparan yolları açıq saxlayacaq, hacıları o yerlərə gedərkən və oradan qayıdarkən himayə edib qoruyacaq.”

Bunun səbəbini bilmirəm. Lakin həqiqət budur ki, Səudiyyə Ərəbistanına gedən hacılardan Britaniyanın da haqqı var idi, indi də var və olacaq da. Hacıların Ərəbistana getməsinin İngiltərə ilə nə əlaqəsi vardır? Yəqin ki, Ərəbistanın hacılardan aldığı dollarlarda İngiltərə dövlətinin də payı vardır.

Altıncı bənd:

يتعهد ابن سعود كما فعل آباؤه من قبله أن يمتنع من أي اعتداء على أو تدخل في أراضي الكويت , والبحرين , ومشائخ قطر , و الساحل العماني , الذين هم تحت حماية الحكومة البريطانية...

“İbn Səud ata-babaları kimi öz üzərinə öhdəlik götürür ki, Küveyt və Bəhreyn ərazilərinə, Qətər əmirliklərinə və Oman sahillərinə hər hansısa düşmənçilik hücumu etməyəcək, bu məntəqlərə soxulmayacaq. Çünki bu ərazilər Britaniya hökumətinin himayəsi altındadır…”

Yeddinci bənd:

تتفق الحكومة البريطانية وابن سعود على عقد اتفاقية أكثر تفصيلاً بالنسبة للمسائل التي تخص كلا الطرفين.

“Britaniya hökuməti və İbn Səud hər iki tərəfi maraqlandıran məsələlərə dair daha təfsilatlı bir razılaşmanın bağlanması ilə bağlı razılaşırlar.”

في 18 صفر , 1334 هـ , الموافق 26 ديسمبر , 1915 م.

“18 Səfər, 1334 h./ 26 Dekabr, 1915 m.”

"Bisətun ila Nəcd", Seynt Con Filbi, c.1, səh. 255-257.

Bu sazişi Əbdül-Əziz ibn Əbdür-Rəhman ibn Feysəl Ali Səud və Britaniyanın Fars körfəzi üzrə nümayəndəsi Persi Koks imzalayıblar.

Vilyam Şekspirin vəhhabi hökumətinin qurulmasında rolu

"Bisətun ila Nəcd" kitabında Vilyam Şekspir (Bu şəxs həmin tanınmış ingilis yazıçısı olan Şekspir deyildir) adlı bir casus haqqında da maraqlı bir fakt mövcuddur. Bu şəxs Səudiyyə Ərəbistanında bir ordu komandiri idi. Müəllifi müasir və tanınmış tarixçilərdən olan Nəcib Rəisin “Cəvasis beynəl-ərəb” kitabında Kral Əbdül-Əziz aparatına yaxın olan bu casusun adı Vilyam Henri Erfyan Şekspirdir. O, Kral Əbdül-Əzizin ordusunun əsas hissəsinə başçılıq edirdi. Yəni o, topxananı öz öhdəsinə götürmüş və Ali-Rəşidin qoşunu vasitəsi ilə yanvar ayının 24-ü 1915-ci ildə öldürülmüşdür.

Bu şəxs Əbdül-Əzizlə saziş imzalayan ilk şəxsdir. Bu saziş təqribən bir az əvvəl oxuduğumuz sazişə bənzəyir. Bu saziş “Bisətun ila Nəcd” kitabının 42-ci səhifəsi və sonrakı səhifələrdə qeyd olunmuşdur:

الملك عبد العزيز وبريطانيا:

كان الملك عبد العزيز يدرك مدى نفوذ بريطانيا في الساحل الشرقي للجزيرة العربية عندما بدأ أولى خطواته لتوحيد البلاد عام 1319 هـ 1902 م . ولذلك اتصل بها طالباً إقامة علاقات معها, وحمايتها له ضد أي خطر يمكن أن يتعرض له من قبل العثمانيين المؤيدين لخصمه الأمير عبد العزيز بن رشيد. وتكررت إتصالاته بها ولكنها لم تستجب لطلبه...

وكان أول لقاء بين الملك عبد العزيز ومسؤول بريطاني لقاءه بالنقيب شكسبير في الكويت سنة 1328 هـ 1910 م . ثم قابله مرة أخرى في العام التالي...

"Kral Əbdül-Əziz və Britaniya:

1902-ci ildə ölkəni birləşdirməyə başladığı vaxt Kral Əbdül-Əziz Britaniyanın Ərəbistan yarımadasının şərq sahillərində nə qədər nüfuzlu olduğunu dərk edirdi. Buna görə də Britaniya hökuməti ilə əlaqə saxladı. Kral onlara (qarşılıqlı) əlaqələr qurmaq təklif etdi, onlardan onu osmanlılar tərəfindən gələcək təhlükələrdən qorumalarını istədi (osmanlılar Kralın düşməni olan Əmir Əbdül-Əzizi dəstəkləyirdilər). Kral Əbdül-Əziz bir neçə dəfə Britaniya ilə əlaqə saxladı, lakin Britaniya hökuməti onun istəyinə cavab vermədi...

Kral Əbdül-Əziz ilə Britaniya hökuməti arasında ilk görüş kapitan Şekspir vasitəsilə 1328-ci ildə (1910 m.) baş tutdu..."

Sonra onlar ər-Riyadı tutmamışdan əvvəl elə Küveytdə saziş imzaladılar.

Əvvəl də dedik ki, Ərəbistanın ikinci hökuməti Ali-Rəşid qüvvələri tərəfindən süquta uğradı. Kral Əbdül-Əziz atası ilə birlikdə Küveytə qaçdı və 20 il orada qaldılar. Sonra o, ər-Riyada gəlib oranı fəth etdi. Bu müddətdə Küveyt də Britaniyanın himayəsi altında idi. Kral Əbdül-Əziz elə orada Britaniya rəsmisi olan Şekspirlə görüşdü və elə o görüşdə saziş imzaladı. Bu saziş Persi Koksla bağlanmış saziş kimi idi.

ومن أهم بنود تلك المعاهدة اعتراف بريطانيا به حاكماً مستقلاً لنجد والأحساء والقطيف والجبيل وملحقاتها , ومساعدتها له ضد أية دولة تعتدي على أراضيه..

"Bu sazişin ən mühüm bəndlərindən biri Britaniyanın Əbdül-Əzizin Nəcd, Əhsa, Qətif, Cubeyl və ətraf məntəqələrinin müstəqil hakimi olduğunu etiraf etməsi, onun ərazilərinə hücum edən istənilən dövlətə qarşı ona yardım edəcəyinə dair söz verməsi idi."

"Bisətun ila Nəcd", səh. 44.

Maraqlıdır ki, bundan əvvəlki sazişlə indiki saziş eynidir.

Vəhhabi hökumətinin qurulmasında Con Filbinin rolu

Vəhhabiliyin meydana gəlməsində mühüm rolu olan ingilis casuslarından üçüncüsü Con Filbidir. Onun Ərəbistan rəhbərləri ilə bir çox rəsim və videoları vardır. Kral Filbi, Con Filbi və Abdullah Filbi kimi adları da vardır.

Əgər bu şəxsin həyatına müraciət etsək, görərik ki, hətta bir dəfə cümə xütbəsi də etmişdir. Atası Cek Filbi də yarımadada ingilis casuslarından və Cəvahir Ləl Nehrunun səmimi dostlarından olmuşdur. Con Filbi urdu, bəluçi, fars, ərəb dillərini, hətta məhəllə dillərini, məsələn pəştu dilini də bilirdi. Con Filbinin Kim Filbi adında bir oğlu var idi. O da bu məntəqədə casuslardan biri idi və Səudiyyə Ərəbistanını idarə edirdi. Sonra İngiltərənin kəşfiyyat idarəsinin rəisi oldu.

Kembric enerji təhqiqatı bürosunun sədri Daniel Yerqin onun barəsində kitab yazmış, daha sonra sənədli film də çəkmişdir. Kitab 1992-ci ildə Amerikada "Pulitzer" mükafatını qazanmışdır. Filmdə Con Filbinin Ərəbistana gəlmə səbəbi, vəzifə və məqsədi göstərilirmişdir. Yəqinliklə deyə bilərik ki, onun məqsədi neft idi.

Kral Filbinin də şəkilləri bu filmdə var idi. Ustad Yəzdani, bu filmdə bir yer var idi ki, ingilis kraliçasının nəvəsi özü ər-Riyada səfər etmişdir. Bunlar nəinki ölkələrə, hətta vilayətlərə də səfər edirdilər. Bu barədə onların səfərini sübut edən bir sənəd vardırmı?

Ustad Yəzdani: Təsadüfən bu videoda onun şəkilləri düşmüşdür. Bizdə bu xanımın ər-Riyada gəlib Əbdül-Əziz və onun nümayəndələri ilə görüşünü əks etdirən şəkilləri də vardır. Bu şəkillərdə maraqlı nüans budur ki, Con Filbi ingilis kraliçasının nəvəsinin yanında dayanmışdır. Bu, çox maraqlı və təəccüblüdür. Bunların kim olması, əlaqələrinin hansı dərəcədə olması aydın olur. Hətta bunların ailəvi münasibətləri də olmuşdur. Onlar ailəvi şəkillər də çəkdiriblər. İzlyəcilər əgər internetdə axtarış versələr, bunların bir çox şəkillərini müşahidə edə bilərlər. Aydın olur ki, vəhhabilik kimlərin düzəldiyi “məzhəb”dir.

Aparıcı: Həmin sənədli filmdə bildirildi ki, Con Filbi həm Amerika, həm də Rusiyanın casusudur. Bəs hansı ölkənin casusu olması barədə qəti fikir söyləmək mümkündürmü? Zəhmət olmasa, bu barədə danışın!

Ustad Yəzdani: Con Filbi çox zirək adam idi. O, üç ölkənin casusu olmuşdur. Üç neft şirkəti üçün casusluq edirdi. Həm Amerika, həm İngiltərə, həm də Rusiya şirkəti üçün casusluq edirdi. Əhli-sünnə alimlərinin də dediyinə əsasən, vəhhabilik ingilis istismarçılığının bəhrəsidir. Vəhhabilərin əli ilə şəhadətə çatan əhli-sünnə alimi Ramazan Əl-Buti də bu sözləri açıq-aşkar deyir.

Aparıcı: Ustad Yəzdani, buraya qədər İbn Səudun istismarçı qüvvələrlə olan əlaqələri haqqında danışdınız. Yəqin ki, bu əlaqələr iqtisadi dəstək də almışdır. Əgər istismarçılar İbn Səuda iqtisadi köməkliklər də ediblərsə, onlar haqqında danışardınız.

İstismarçıların Səud hökumətinə iqtisadi yardımları

Ustad Yəzdani: Britaniya və digər ölkələrin Səud hökumətinə iqtisadi yardımlar etməsi çox aydın bir məsələdir. Onlar indi də öz yardımlarını davam edirlər. Bu barədə mənbələr çoxdur. Biz mövzuya geniş şəkildə daxil olmaq istəmirik. Yalnız ingilisin yazdığı və bir vəhhabinin şərh yazdığı həmin kitabdan bu məsələni təsdiqləyəcək nüansları nəzərinizə çatdırmaq istəyirəm.

بیان بالسلاح والذخائر المعطاة لابن سعود

1-السلاح

ديسمبر 1915 م –––––– 300 بندقیة ترکیة.

ديسمبر 1915 م –––––– 4 مدافع آلیة.

1000 بندقیة سبطانة طویلة 303.

2000 بندقیة قصیرة 303.

أبريل 1917 م –––––– 2 مدفعان تركيان (7 – طلقات).

يوليو 1918 م –––––– 1000 بندقية ونشستر.

أكتوبر 1918 م –––––– 1000 بندقية عيار 303 (نموذج 1914 م).

2-ذخائر

ديسمبر 1916 م –––––– 250,000 طلقة إس. إي. إي.

يوليو 1918م –––––– 100,000 طلقة إس. إي. إي. (ونشستر).

أغسطس 1918 م –––––– 250,000 طلقة إس.إي. إي.

أكتوبر 1918 م –––––– 100,000 طلقة إس. إي. إي.

بیان عن جمیع النقود المعطاة لابن سعود

ديسمبر 1917 م –––––– 30,000 دولار (أ) و 5,000 جنيه إسترليني (أ).

أبریل 1918 م –––––– 154,000 دولار (ب).

یولیو 1918 م –––––– 10,000 دولار.

أكتوبر 1918 م –––––– 70,000 دولار.

–––––– 264,000 دولار و 5,000 جنيه إسترليني.

أ – هدية.

ب – قرض (ثم أعفي من دفعه).

İbn Səuda verilən silah və sürsatlar:

1-Silahlar:

1915-ci ilin dekabrında: 300 türk tüfəngi.

1916-cı ilin dekabrında: 4 artileriya topu, 1000 ədəd 303 kalibrli uzun lüləli tüfəng, 2000 ədəb 303 kalibrli qısa lüləli (karabin) tüfəng.

1918-ci ilin aprelində: 7 atışlı 2 türk topu.

1918-ci ilin iyulunda: 1000 vinçester tüfəngi.

1918-ci ilin oktyabrında: 1000 ədəb 303 kalibrli tüfəng (1914 istehsalı).

2-Sürsatlar:

1916-cı ilin dekabrında: 250,000 S.A.A gülləsi.

1918-ci ilin iyulunda: 100,000 S.A.A gülləsi (vinçestr).

1918-ci ilin avqustunda: 250,000 S.A.A gülləsi.

1918-ci ilin oktyabrında: 100,000 S.A.A gülləsi.

Müharibə başayandan bəri İbn Səuda verilən pullar:

1917-ci ilin dekabrında: 30,000 dollar, 5000 funt sterlinq (a).

1918-ci ilin aprelində: 154,000 dollar (b).

1918-ci ilin iyulunda: 10,000 dollar.

1918-ci ilin oktyabrında: 70,000 dollar.

(Tarix bəlli deyil): 264,000 dollar, 5000 funt sterlinq.

(a) – Hədiyyə.

(b) – Borc (sonradan bağışlanmışdır).

"Bisətun ila Nəcd" kitabı, Seynt Con Filbi, səhifə 258

Bu pullar ya hədiyyə, ya da sonradan bağışlanmış borclar idi.

İran və İraq arasında gedən müharibədə Səddama hansı köməklərin olunduğunun şahidiyik. Səddam bu köməklərə arxalanaraq müharibəni başlatdı və səkkiz il davam etdi. Ali-Səud özü də onlara hansı köməklər olunduğunu etiraf edir.

Kral Abdullahın qardaşı və kral Əbdül-Əzizin oğlu Təllal ibn Əbdül-Əziz ibn Əbdür-Rəhmanın "Əl-Cəzirə" kanalında yayımlanan istismarçı qüvvələrin Ali-Səuda etdiyi yardımlar haqqında sözləri

Tarixi mənbələrdə kral Əbdül-Əzizin belə dediyi qeyd olunmuşdur: Biz Əhsa camaatının zəiflədiyini anladığımız zaman ora getdik və oranı türklərdən aldıq. Yəni, demək istəyir ki, əgər onlar güclü olsaydılar, onda qaynar məntəqə olan Əhsa məntəqəsini ələ keçirməkdə tərəddüd edərdik.. Kral Əbdül-Əziz ölkənin daxilindəki təhlükəli qüvvəyə, yəni türklərə qarşı ingilislərdən yardım alırdı.

Aparıcı: Onun britaniyalılardan davamlı olaraq pul yardımı alması düzgündürmü?

Təllal ibn Əbdül-Əziz: Bəli, o, davamlı olaraq pul yardımı alırdı. Lakin mənim nəzərimcə onların ona verdikləri pul borc kimi idi. Varlı dövlətlərin kasıb dövlətlərə verdiyi borclar kimi.

Aparıcı: Yəni, bu pul yardımı kralı susdurmaq üçün, yaxud onun dostluğunu cəlb etmək üçün deyildi?

Təllal ibn Əbdül-Əziz: Ola bilər, ola bilər belə olsun… Çünki, ingilislərin məqsədi elə bu idi. Görəsən, ingilislərin o vaxt səhrada yaşayan bir adama (heç nədən) 5000 funt pul yardımı etməsi ağlasığandır? Belə böyük bir məbləğ..? Məgər onların bu məbləğdə pulu “Allaha görə” vermələri mümkündür?! Xeyr. Onlar bu pulu öz məqsədlərinə görə verirdilər.

Ustad Yəzdani: Mən əziz izləyicilərə “Əl-Məsələtul-hicaziyyə” kitabını oxumalarını tövsiyə edirəm. Bu kitabı Yusif Kamal Hənanə yazmışdır və 1345-ci hicri ilində İraqda çap olunmuşdur. Bu kitab Ərəbistanın Britaniya ilə olan əlaqələrini çox açıq şəkildə işıqlandırmışdır. Müəllif vəhhabilərin əleyhinə sərt mətləblər yazmışdır:

Bəziləri vəhhabiləri xəvariclə müqayisə edirlər. Belə deyildir. Bunlar xəvaricdən daha pisdirlər. Onların gördükləri işləri onların mal və canlarını halal edir.

وعبد العزيز بن سعود وأشياعه ذئاب الإستعمار لا يجب أن نقيسهم بالجماعة المسلمين الذين حاربوا غيرهم لاختلافهم في الإجتهاد ... فهم من الذين قال الله تعالى في حقهم (وقاتلوهم حتى لا تكون فتنة ويكون الدين كله لله)...

"Əbdül-Əziz ibn Səud və onun davamçıları istismarçıların canavarlarıdır. Onları ictihadda ixtilaf etdikləri üçün digərləri ilə müharibə edən müsəlmanlarla (xəvariclə) müqayisə etmək olmaz…

Onlar o kəslərdir ki, Allah-Təala onlar barəsində buyurmuşdur: “Onlarla heç bir fitnə-fəsad qalmayana və (ümumi rəsmi) din tamamilə Allaha məxsus olana kimi vuruşun”. (Ənfal, 39)."

"əl-Məsələtul-hicaziyyə", səh.39.

Növbəti səhifələrdə isə başqa məsələlərə də toxunur. Vaxtımız olmadığı üçün onları oxumuruq. Lakin bu kitabı hər kəsin oxumasını tövsiyə edirəm ki, müəllif vəhhabilərin əleyhinə nə qədər sərt ifadələr işlətmişdir. Bu sözləri bir sünni alimi deyir. Bizimlə heç bir əlaqəsi yoxdur. Müəllif özü Hicazda oxumuş və onların əleyhinə söhbətlər etmişdir. Kitabın müqəddiməsində deyir ki, mən əhli-sünnəyəm və Əbu Bəkri, Öməri… qəbul edirəm.

Aparıcı: Əziz izləyicilər, vəhhabiliyin mahiyyətini daha da öz çılpaqlığı ilə nümayiş etdirən daha bir videomuz var.

Əl-Əzhər universitetinin alimlərindən olan Məhəmməd Şərif: "Vəhhabiləri ingilislər icad etdi."

Məhəmməd ibn Əbdül-Vəhhabı ingilislər düzəltdi və onu müsəlmanların canına saldı. Əgər neft və ingilislər olmasaydı, vəhhabilik də meydana gəlməzdi. Biz bilirik ki, istismarçı dövlətlər bir iş görmək istəsələr, bir şəxsiyyət seçirlər. Əgər o dövlət dindar və dinsevən olsa, din adı ilə bir şəxsi seçirlər.

Aparıcı: Bu barədə oxuduğum bir məsələ yadıma düşdü. Ehtimal edirəm ki, bu məsələni öz kitablarımda da yazmışam. Məsələ bundan ibarətdir ki, Ərəbistan hökumətini təsis edən Əbdül-Əziz ibn Səud Fələstində İsraili və yəhudiləri müdafiə edəcəyinə dair əhd bağladı. Sizcə, bu məsələ həqiqətdirmi?

Məhəmməd Şərif: Bu ailə (Ali-Səud) barəsində yazılanlarda bildirilir ki, bu ailə əslində yəhudi olmuşdur. Bu məsələ yazılmış və sabit olmuşdur. Bu barədə Amerikada da kitablar yazılmışdır, lakin Yaxın Şərqdə bu kitabların yayılmasına icazə vermirlər.

Aparıcı: Siz bu kitabları oxumusunuzmu?

Məhəmməd Şərif: Bəli, Ali-Səudun babaları yəhudidir. Atatürk də yəhudi olmuşdur. Mən sizin üçün sadə bir misal çəkirəm. Vəhhabi Səudi hökuməti qurulanda oranın paytaxtı hara idi?

Aparıcı: Dəriyyə.

Məhəmməd Şərif: Dəriyyə nədir? Dəriyyə adı? Bu məntəqənin sakinləri yəhudi idi. Kim öz qalxan və zirehini orada girov qoydu? Peyğəmbər (s) öz qalxan və zirehini orada girov qoydu. Yəhudilər isə Peyğəmbərin (s) abrını aparmaq istəyirdilər.

Aparıcı: Siz buyurdunuz ki, oranın adının Dəriyyə olmasının səbəbi Peyğəmbərin (s) öz qalxan və zirehini ora qoymasıdır. Onlar buna görə Həzrətdən (s) eyib tutmaq istəyirdilər?

Məhəmməd Şərif: Bəli, bu yəhudilər deyirdilər ki, ey Əbdül-Müttəlibin oğlu, bizim haqqımızı ver! Bu, yəhudilərdə mövcuddur. Dəriyyə adını qoruyan müsəlman Peyğəmbərin (s) abrını aparmışdır. Əgər belə deyilsə, onda Məkkə, Mədinə və Riyad şəhərləri daha üstündürlər. Bilirsiniz ki, kralın qəsri yalançı Müsəyləmənin (Bu şəxs peyğəmbərlik iddiası etmişdir - Müt) qəbrinin üzərində tikilmişdir. Bunların hamısı nişanələrdir.

Aparıcı: Bu Müsəyləməyə ehtiramdır yoxsa təhqir?

Məhəmmər Şərif: Bu, Müsəyləməyə ehtiram və öz dininə qarşı təhqirdir. Müsəyləmə peyğəmbərlik iddiası edirdi. Bunlar da onun qəbrini qoruyurlar. Onlar qəsrlərinin bir yalançının qəbrinin üstündə olmasına görə fəxr edirlər. Deməli, mənim İslama və öz hökumətimə münasibətimin necəliyi məlum olur. Bu kiçik nişanələr fikir və ruhiyyədən xəbər verir. Bu vəhhabilər sionist və yəhudilərin ixtira etdikləri ünsürlərdir. Onların adını sionist sələfilər qoyuruq. Sionist vəhhabilər... Çünki İslam üçün bu tərzi-təfəkkür və cihad fikirlilik yalnız yəhudi üslubu ilə gerçəkləşə bilər. Bunlar yəhudilər üçün mühüm məsələlərdir.

Aparıcı: Bunlar vəhhabi və yəhudilərin arasında olan oxşarlıqlardır, onları siyasətdə müdafiə etməkdir, yoxsa əqidə və Allahı görməkdə də bir-birinə oxşayırlar?

Məhəmməd Şərif: Mən bir müsəlmanam, siyasətimi də İslam və dinimə müvafiq düzəldirəm.

Ustad Yəzdani: Bu alim çox maraqlı nöqtələrə toxundu. Bu şəxs əhli-sünnə alimi və əşairə məzhəbindəndir. Onun sözlərində mühüm nöqtə "Dəriyyə" sözü oldu. Dəriyyə Ali-Səud hökumətinin birinci paytaxtı idi. Deyir ki, “Dəriyyə” nə mənadadır? "Dəriyyə" zireh mənasındadır. Peyğəmbər (s) bir sıra məsələlərə görə zirehini ora girov qoydu. Yəhudilər də o məntəqənin adını "Dəriyyə" qoydular ki, həmişə Peyğəmbərin (s) öz zirehini bizim yanımızda girov qoyması müsəlmanların yadında qalsın. Onlar öz hakimiyyətlərini bu məntəqədən başladılar. Bu alimin bütün sözləri bundan ibarət idi ki, vəhhabilik yəhudi və ingilis istismarçılarının yaratdığı cərəyandır.

Aparıcı: Alim bir məsələyə də toxundu, dedi ki, kralın qəsri yalançı Müsəyləmənin qəbrinin üstündə tikilmişdir.

Ustad Yəzdani: Yalançı Müsəyləmə Peyğəmbərin (s) vəfatından sonra peyğəmbərlik iddiası edən şəxs idi. Biz Məhəmməd ibn Əbdül-Vəhhabın nəslinin yalançı Müsəyləməyə gedib çatdığını sabit etmişdik və onun mənbələrini də elə onların öz kitablarından göstərmişdik.

Aparıcı: Əziz izləyicilər, bununla da növbəti proqramın sonuna gəldik. Sağ olun, Allah amanında!

Рейтинг

В этом разделе