»»

“Doğru yol və yanlış yol” proqramı - 5-ci veriliş: Müsəlmanların sələfilər (vəhhabilər) tərəfindən təkfir olunması (4-cü hissə)

Hörmətli oxucular, aşağıdakı yazı bu videonun (izləmək və ya yükləmək üçün tıqlayın) nisbətən xülasələşdirilmiş tərcüməsidir.

Aparıcı: Bağışlayan və Mehriban Allahın adı ilə. İlahi, Muhəmmədə (s) və Ali-Muhəmmədə (ə) öz salamını göndər. Həqiqət və məvəddət nidası olan Vilayət kanalının siz əziz izləyicilərini salamlayıram. Növbəti dəfə bazar ertəsi “Yol və yolsuzluq” proqramı ilə sizinlə görüşməyə və evlərinizin qonağı olmağımıza müvəffəq olduğumuz üçün çox sevindim. Bu proqram vəhhabiləri rüsvay etmək istiqamətində irəliləyir, onun tarixçəsinə baş vurur, onların digər firqələrdən fərqini müəyyən edir. Keçən həftələrdə də qonağımız Ustad Yəzdani olduğu kimi bu gün də bizim qonağımızdır. Salamun əleykum və rəhmətullah.

Ustad Yəzdani: Mən də sizi və “Vilayət” kanalının hörmətli izləyicilərini salamlayıram. Ümidvaram ki, Allahın sonsuz lütfü və Həzrət Hüccət ibn əl-Həsən əl-Məhdinin (ə.f) inayəti ilə müvəffəqiyyətlə dolu olan bir həyata malik olarıq.

Aparıcı: Biz qərara gəlmişik bu proqramda bəzi məsələlərin üzərindən rahatlıqla keçməyək, mövzuları daha da açaq və bu məsələləri daha çox izah edək. Bəzən vəhhabilik tarixinin künc-bucağında qaranlıq nöqtələr olur, onları tanıtdırmağa səy göstərməli, bu barədə daha çox bəhs etməli və onları aydınlaşdırmalıyıq.

Ustad Yəzdani də birinci verilişdə bu proqramın hədəf və məqsədlərini açıqlamışdı. Bu proqram həm əhli-sünnə, həm də şiələr üçün çox faydalıdır. Əhli-sünnə üçün ona görə faydalıdır ki, özlərinin vəhhabilərdən fərqli olduqlarını anlasınlar. Şiələr üçün də ona görə faydalıdır ki, həm əhli-sünnə ilə vəhhabilərin fərqinə varsınlar, həm də vəhhabiliyi yaxşı tanısınlar. Bunun da səbəbi Əhli-beytə (ə) tabe olmaq üçün onların düşmənlərini daha yaxşı tanımağımızdır. Ustad Yəzdani keçən həftə yayımlanan bəhslərin xülasəsini izah etsin, sonra isə biz yeni suallarımızı ünvanlayaq.

Ustad Yəzdani: İndiyədək vəhhabilərin kitablarından onların bütün müsəlmanları təkfir etmələri barəsində iyirmi dörd mənbə göstərmişik. Vəhhabilər açıq-aşkar şiələri, bütün əhli-sünnə firqələrini, o cümlədən əhli-sünnənin 90-95 faizini təşkil edən Şafeiləri, Hənəfiləri, Əşəriləri, Mötəzilələri, həmçinin Sufiləri və təbliğ camaatını kafir hesab edirlər. Həmçinin, bunlara təqlid edən hər kəs də kafir və müşrikdir.

Keçən həftə yayımladığımız videoda gördük ki, Əhməd Tayyib açıq-aşkar vəhhabilərin bizi və əşəriləri kafir hesab etdiyini deyir. Təkfir vəhhabilərin Məhəmməd ibn Əbdül-Vəhhabdan və İbn Teymiyyədən apardıqları irsi xasiyyətdir və bununla bütün müsəlmanları təkfir edirlər.

Bu həftə, həmçinin gələcək həftələrdə də əhli-sünnə alimlərinin vəhhabilərin onları və bütün müsəlmanları kafir hesab etmələrini açıq-aşkar bəyan edən videoları təqdim etmək istəyirik.

Lakin bu iki əsrdə əhli-sünnənin böyük alimlərinin vəhhabilərin bütün müsəlmanları istisnasız olaraq təkfir etdiklərini dediklərini göstərən yazıları təqdim edəcəyəm. Onlardan biri də Məhəmməd ibn Əbdül-Vəhhabın öz qardaşı Süleyman ibn Əbdül-Vəhhabdır. O, öz qardaşına cavab olaraq iki dəyərli kitab yazmışdır və bu kitabda güclü istidlallardan istifadə etmişdir. Bu, Süleymanın əhli-sünnə prinsiplərinə daha vaqif olmasının göstəricisidir. Belə ki, o, əhli-sünnənin səhih rəvayətlərindən əlavə, İbn Qayyim Covziyyə və İbn Teymiyyənin kəlamlarından da istifadə edərək, qardaşını və vəhhabiliyi qınamışdır.

Birinci şəxs Süleyman ibn Əbdül-Vəhhabdır. O, bir çox yerlərdə açıq-aşkar bildirir ki, vəhhabilik bütün müsəlmanları kafir hesab edir. O kitablardan biri də “Əs-Səvaiq əl-ilahiyyə fi ər-rədd əla əl-vəhhabiyyə” kitabıdır. Müəllifi dediyimiz kimi Əş-Şeyx Süleyman ibn əş-Şeyx Əbdül-Vəhhab ibn Süleyman ibn Süleyman ibn Əhməddir və bu kitab əhli-sünnənin mühüm kitablarından biridir. Gördüyünüz kimi o, kitabın adında belə qardaşını vəhhabi hesab edir. O, bu kitabın müxtəlif yerlərində vəhhabilərin bizi kafir hesab etmələrini bəyan etmişdir. Məsələn 37-ci səhifədə deyir:

فإن اليوم أبتلي الناس بمن ينتسب إلى الكتاب والسنة ويستنبط من علومهما ولا يبالي من خالفه وإذا طلبت منه أن يعرض كلامه على أهل العلم لم يفعل بل يوجب على الناس الأخذ بقوله وبمفهومه ومن خالفه فهو عنده كافر, ولم يكن فيه خصلة واحدة من خصال أهل الإجتهاد, ولا والله عشر واحدة.

“Bu gün camaat özünü Qurana və sünnəyə mənsub edən, Quran və sünnənin elmlərindən hökmlər çıxaran və özü ilə müxalifət edən kəslərə fikir verməyən bir şəxsə mübtəla olmuşdur. Əgər sən ondan öz fikirlərini elm əhlinə təqdim etməsini istəsən, bunu etməz. Əksinə, camaata vacib edər ki, yalnız onun sözünü və onun başa düşdüyü şeyi qəbul etsinlər. Onunla müxalifət edən şəxs onun nəzərində kafirdir. Onda ictihad əhlinin xüsusiyyətlərindən bir xüsusiyyət belə mövcud deyildir. Xeyr, Allaha and olsun, hətta, bir xüsusiyyətin onda biri belə mövcud deyildir.”

Axırda deyir ki, onlar bizim hamımızı kafir hesab edirlər.

38-ci səhifədə isə İbn Abbasdan nəqlən belə deyir:

قال [ابن عباس] أيضا: لا تكونوا كالخوارج تؤولوا آيات القرآن في أهل القبلة, وإنما نزلت في أهل الكتاب والمشركين فجهلوا علمها فسفكوا بها الدماء, وانتهكوا الإموال, وشهدوا على أهل السنة بالضلالة فعليكم بالعلم بما نزل فيه القرآن.. انتهى.

“Həmçinin, (İbn Abbas) demişdir: Xəvaric kimi olmayın. (Onlar kimi) Quranın (müşriklər və əhli-kitab barədə olan) ayələrini qiblə əhlinə təvil etməyin. O ayələr məhz kitab əhli və müşriklər barədə nazil olmuşdur. Lakin, xəvariclər bu ayələri dərk etmədilər, buna görə də o ayələrə (istinadən) qanlar tökdülər, mallar oğurladılar, sünnə əhlinin zəlalətdə olduqlarına şəhadət verdilər. Gərək siz Quranın kimlər barədə nazil olduğunu biləsiniz...”

Səhifə 41-də isə Süleyman “La ilahə illallah və Muhəmmədun (s) Rəsulullah şəhadəti” adı ilə bir fəsil ayırmışdır. Sonra belə deyir:

إذ فهمتم ما تقدم فإنكم الآن تكفرون من شهد أن لا إله إلا الله وحده, وأن محمداً عبده ورسوله, وأقام الصلاة وآتى الزكاة, وصام رمضان, وحج البيت مؤمنا بالله؛ وملائكته؛ وكتبه؛ ورسله؛ ملتزماً لجميع شعائر الإسلام وتجعلونهم كفاراً وبلادهم بلاد حرب, فنحن نسألكم من إمامكم في ذلك؟ وممن أخذتم هذا المذهب؟

“Buraya qədər deyilənləri başa düşdünüzsə, o zaman bilin ki, hal-hazırda siz Allahdan başqa ilah olmadığına, Onun tək və şəriksiz olduğuna və Muhəmmədin Onun elçisi və qulu olduğuna şəhadət verən, namaz qılan, zəkat verən, Ramazan ayının orucunu tutan, Kəbə evinə Həccə gedən, Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirən, bütün İslam ayinlərinə əməl edən kəsləri təkfir edirsiniz, onları kafir bilirsiniz, ölkələrini “hərb ölkələri” adlandırırsınız. Biz sizdən soruşuruq: bu işdə sizin başçınız və imamınız kimdir? Bu məzhəbi kimdən əxz etmisiziniz?”

Sonra deyir ki, heç İbn Teymiyyə heç kəsi sizin kimi təkfir etməmişdir.

Yenə də 42-ci səhifədə deyir ki, müsəlmanlar hətta xəvarici təkfir etməyiblər. Lakin sizin küfrü bütün müsəlmanlara aid edir, İslam ölkələrində küfrü icra edir, onların hamısını kafir hesab edir və bütün müsəlman ölkələrini, hətta Məkkə və Mədinəni hərb və küfr ölkəsi olaraq elan etmisiniz.

Məkkə və Mədinə şəhərləri elə şəhərlərdir ki, Peyğəmbər (s) səhih hədislərdə açıq-aşkar heç vaxt bu şəhərlərin küfr ölkəsi olmayacağını, həmişə İslam ölkəsi olaraq qalacağını, bu şəhərlərdə bütpərəstliyin olmayacağını buyurur. Həmçinin, buyurur ki, axirəz-zamanda Dəccal bir çox ölkələrə hücum etsə də, bu şəhərlərlə işi olmayacaq. Lakin siz Dəccaldan da betərsiniz. Çünki bu iki şəhəri küfr və hərb şəhəri elan etmisiniz və oranın müsəlmanlarının qanını halal hesab etmisiniz.

Yenə də o, bu kitabın 67-ci səhifəsində açıq-aşkar deyir ki, səhabələr xəvarici təkfir etmirdilər:

كما لما تقدم الكلام على الخوارج وذكر مذهب الصحابة واهل السنة فيهم وانهم لم يكفروهم كفراً يخرج من الاسلام مع مافيهم بانهم كلاب اهل النار وانهم يمرقون من الاسلام ومع هذا كله لم يكفرهم الصحابة لانهم منتسبون الى الاسلام الطاهر وان كانوا مخلين بكثير منه لنوع تأويل وانتم اليوم تكفرون من ليس فيه خصلة واحدة مما في اولئك بل الذين تكفرونهم اليوم وتستحلون دماءهم واموالهم عقايدهم عقايد اهل السنة والجماعة الفرقة الناجية جعلنا الله منهم

“Daha öncə səhabələrin və əhli-sünnənin xəvaric barədə rəylərinin nə olduğunu açıqlandı. (Deyildi ki) xəvaric barədə “Cəhənnəm əhlinin itləridirlər”, “(oxun yaydan çıxdığı kimi) İslamdan çıxacaqlar” deyilməsinə rəğmən, səhabələr onları insanı İslamdan çıxaran küfrlə təkfir etməmişlər, onları kafir bilməmişlər. Çünki, onlar pak İslama mənsub idilər, hərçənd ki, (özlərinəməxsus) təvilləri səbəbindən İslamın bir çox hökmlərini tərk etmişdilər. Siz bugün xəvaricdə olan xislətlərin birinin belə onlarda olmadığı kəsləri təkfir edirsiniz. Hətta, sizin bu gün təkfir edib qanlarını və mallarını halal etdiyiniz şəxslərin əqidələri nicat tapan firqə olan əhli-sünnə vəl-cəmaə əqidəsidir.”

Süleymanın fikrinə görə əhli-sünnə nicat tapan firqədir. Lakin biz şiələrin bu barədə nəzəri fərqlidir. Süleyman isə həqiqətdə vəhhabilərin bütün əhli-sünnə vəl-cəmaəti təkfir etməsini aşkar şəkildə bildirir.

O, həmçinin bu kitabın 74, 110, 111 və 124-cü səhifələrdə də bu məsələni qeyd edir və aşkar şəkildə bildirir ki, vəhhabilər bütün müsəlmanları təkfir edirlər. 124-cü səhifədə deyir:

بل والله لازم قولكم أن جميع الأمة بعد زمان الإمام أحمد (رحمه الله تعالى) علماؤها وآراؤها وعامتها كلهم كفار مرتدون.. فإنا لله وإنا إليه راجعون.

“Allaha and olsun, sizin sözünüzdən belə nəticə çıxır ki, İmam Əhmədin (Allah ona rəhmət etsin) zamanından sonrakı alimli, mütəfəkkirli, avamlı bütün ümmət hamılıqla kafir və mürtəddirlər.. İnnə lilləhi va innə ileyhi raciun.”

Bu sözləri Məhəmməd ibn Əbdül-Vəhhabın qardaşı vəhhabilərin əleyhinə yazmış, onları qınamış və aşkar şəkildə deyir ki, siz niyə bütün müsəlmanları təkfir edirsiniz?!

İkinci şəxs isə Şeyx Yusif əd-Dəcəvidir. O, Misirin əhli-sünnə alimlərindəndir və vəhhabilərin əleyhinə özünün “Məqalat və fətava” kitabında bir sıra mətləblər yazmışdır. Bu kitab Qahirədə, "Əmiriyyə" nəşriyyatında 1981-ci ildə çap olunmuşdur. O, bu kitabın 260-cı səhifəsində deyir:

وإني لأعجب لتفريقهم بين توحيد الألوهية والربوبية وجعل المشركين موحدين توحيد الربوبية مع قوله تعالى (اتخذوا أحبارهم ورهبانهم أرباباً من دون الله) وهل المراد من الأرباب في الآية إلا المعبودون؟... فإننا لم نسمع أن أحداً سمى المشركين موحدين غير ابن تيمية وابن عبد الوهاب.

“Həqiqətən də mən onların üluhiyyət və rübubiyyət tövhidini bir-birlərindən ayırmalarına və müşrikləri rübubiyyət tövhidində müvəhhid hesab etmələrinə təəccüb edirəm. Halbuki, Allahu-təala buyurur: “Onlar Allahı qoyub öz din alimlərini və rahiblərini özlərinə rəbblər qəbul etdilər”. Görəsən, ayədəki “rəbblər” sözündən məqsəd “məbudlar” mənasından başqa bir şeydirmi?... Biz İbn Teymiyyədən və İbn Əbdül-Vəhhabdan başqa bir kimsənin müşrikləri “müvəhhid” adlandırmasını eşitməmişik”.

Şeyx Dəcəvi demək istəyir ki, rübubiyyət tövhidində müvəhhid idilər, lakin üluhiyyətdə müşrik idilər. Bu, vəhhabilər ortaya atdıqları bir bidətdir.

Bu kitabın müqəddiməsində Şeyx Yusifi hicrətin 14-cü əsrinin böyük alimlərindən və Quran hafizlərində biri kimi tanıtdırırlar. O, Əl-Əzhər universitetində dərs almış, oranın seçilmiş tələbələrindən olmuşdur. O, din elmlərinə və ərəb ədəbiyyatına çox vaqif olmuş, Əl-Əzhər universitetinin böyük alim və ustadlarından olmuşdur.

Üçüncü şəxs Məhəmməd ibn Abdullah Nəcdi Hənbəlidir. O, “Əs-Suhub əl-vabilə” kitabında açıq-aşkar bildirmişdir ki, vəhhabilər müsəlmanları kafir hesab edirlər.

“Əs-Suhub əl-vabilə əla zəraih əl-hənabilə”, müəllifi Məkkə həbəlilərinin müftisi Şeyx Məhəmməd ibn Abdullah ibn Humeyd ən-Nəcdi əl-Hənbəlidir. O, 1295-ci ildə vəfat etmişdir. Bu kitab "Məktəbə əl-İmam Əhməd"də çap olunmuşdur. Müəllif 275-276-cı səhifələrdə hənbəli alimlərini tanıtdırmış və Məhəmməd ibn Əbdül-Vəhhabın atası Əbdül-Vəhhab ibn Süleyman ibn Əli ibn Müşrifi hənbəlilərin böyük alimlərindən biri kimi yad etmiş və demişdir:

عبد الوهاب بن سلیمان بن علي بن مشرف وهو والد محمد صاحب الدعوةالتی انتشر شررها فی الآفاق. لكن بینهما تباین مع أن محمدا لم یتظاهر بالدعوة إلا بعد موت والده

“Əbdül-Vəhhab ibn Süleyman ibn Əli ibn Müşrif… O, şərri aləmi bürüyən dəvətin sahibi olan Məhəmməd ibn Əbdül-Vəhhabın atasıdır. Lakin, onların arasında fərq vardır. Üstəlik, Muhəmməd yalnız atasının ölümündən sonra dəvət iddiası etmişdir.”.

Atası dünyada gedəndən sonra isə dəvətə başladı. Onunla bir əsrdə yaşamış şəxslərdən mənə xəbər çatdı ki, o, öz oğluna qarşı qəzəbli idi.

ویفترس فیه أن یحدث منه أمرا فكان یقول للناس یا ما ترون من محمد (من الشر) فقدر الله أن صار ما صار

“Atası ondan (şər) bir iş çıxacağını gözləyirdi və camaata deyirdi ki, “vay sizin Muhəmməddən görəcəyiniz (şər)ə! (Muhəmməddən nə şərr görəcəksiniz!)” Allah da elə müqəddər etdi ki, olanlar oldu.”

وسمى الشيخ سليمان رده على أخيه فصل الخطاب في الرد على محمد بن عبد الوهاب وسلمه الله من شره ومكره.

“Qardaşı Şeyx Süleyman ona yazdığı rəddiyyəni “Faslul-xitab fir-rədd əla Məhəmməd ibn Əbdül-Vəhhab” adlandırdı. Allah onu onun (Muhəmmədin) şərrindən və hiyləsindən qorudu.”

Bu hissəsi maraqlıdır ki, Süleyman Allahdan qardaşının şərrindən qorunmasını istəyir.

فإنه کان إذا باینه أحدا ورد علیه ولم یقدر علی قتله مجاهرة یرسل إلیه من یغتاله فی فراشه أو في السوق لیلا لقوله بتكفیر من خالفه و استحلاله قتله.

“Əgər bir şəxs Muhəmməddən ayrı olduğunu bildirsəydi və ona rəddiyyə versəydi, Muhəmmədin də onu aşkarda öldürməyə gücü çatmasaydı, bir adam göndərərdi ki, həmin şəxs gəlib o adamı ya yatağında, ya da gecə ikən bazarda (sui-qəsdlə) qətlə yetirərdi. Çünki, o özüylə müxalifət edən şəxsin kafirliyinə və qətlinin halal olduğuna etiqad edirdi.”

Şeyx Nəcdi Hənbəli şiə deyildir, əhli-sünnə alimlərindəndir. O, aşkar şəkildə Məhəmməd ibn Əbdül-Vəhhabın bütün müsəlmanları və özünün müxaliflərini kafir hesab etdiyini deyir.

Dördüncü şəxs Əyyub Səbridir. O, Osmanlı imperatorluğunun dəniz qüvvələrinin komandanı olmuşdur və “Tarix əl-vəhhabiyyun” kitabında vəhhabilər barəsində öz xatirələrini nəql etmiş və Məhəmməd ibn Əbdül-Vəhhabın Mədinəni işğal edəndən sonra etdiyi çıxışı gətirmişdir:

يا أهالي المدينة! إنّ دينكم اليوم قد كمل وغمرتكم نعمة الإسلام ورضي اللّه عنكم طبق قوله تعالى: «الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ» فذرو أديان آبائكم الباطلة ولاتذكروهم بإحسان أبدا، واحذروا أن تترحّموا عليهم؛ لأنّهم ماتوا على الشرك بأسرهم. قد عينت أعمالكم وعباداتكم في الكتب التي أودعتها العلماء, ويجب أن تدرسوا عند الشيوخ وأن تتنصحوا بنصائحهم, وتتعظوا بمواعظهم وتقدموا على العمل بموجب إرشاداتهم.

“Ey Mədinə camaatı, bu gün sizin dininiz kamil oldu, İslam neməti sizi əhatə etdi və Allah bu gün sizdən razı oldu. Allahın bu sözündə deyildiyi kimi: “Bu gün sizin dininizi kamil etdim…” Atalarınızın batil dinlərini boşlayın, onları heç vaxt yaxşılıqla yad etməyin. Onlara rəhmət oxumaqdan çəkinin. Çünki onlar hamılıqla müşrik olaraq ölüblər. Alimlərin qoyub getdikləri kitablarda sizin əməlləriniz və ibadətləriniz təyin olunub. Gərək, şeyxlərin yanında dərs oxuyasınız, onların nəsihətlərini qəbul edəsiniz, onların moizələrindən ibrət alasınız və onların göstərişləri əsasında əməl edəsiniz.”

Bu Osmanlı imperiyasının dəniz qüvvələrinin komandirinin şahidliyidir. O, əhli-sünnənin böyüklərindən olmuşdur. Osmanlıların hamısı müsəlman idilər, ən azı Hənəfi və ya Şafei idilər.

Beşinci şəxs Bağdad alimlərindən olan Cəmil Sidqi Zəhavidir. Onun “Əl-Fəcr əs-sadiq fi ər-rədd əla əl-firqə əl-vəhhabiyyə əl-mariqə” adlı çox mühüm bir kitabı vardır. Bu kitabda çox güclü istidlallar vardır. O, “Əl-Vəhhabiyyə və təkfiruha əl-muslimin” (Vəhhabilər və onların müsəlmanları təkfir etmələri) başlıqlı yazıda belə deyir:

ثم إن الوهابية لما كفّروا جميع المسلمين ممن خالفهم, جعلوا بلادهم بلاد حرب فهدروا دماءهم وحللوا أموالهم وقد قال الله تعالى: (إن الدين عند الله الإسلام)... فقد أجمع العلماء منهم الشيخ ابن تيمية وابن القيم على أن الجاهل والمخطئ من هذه الأمة ولو عمل ما يجعل صاحبه مشركاً أو كافراً يعذر بالجهل والخطأ حتى نتبين له الحجة بياناً واضحاً لا يلتبس على مثله.

“Vəhhabilər özləri ilə müxalifət edən bütün müsəlmanları kafir elan etdikləri üçün, onların ölkələrini “hərb” ölkələri hesab etdilər. Beləliklə, onların qanlarını axıdıb mallarını halal etdilər. Halbuki, Allahu-təala buyurmuşdur: “Allah yanında (qəbul olunan) din İslamdır” (başqa sözlə, kim müsəlmandırsa, canı, malı amandadır-red.)... Alimlər, – o cümlədən də İbn Teymiyyə və İbn Qəyyim – icma etmişlər ki, bu ümmətdən olan cahil və xətakar şəxs sahibini müşrik və ya kafir edəcək bir iş görərsə, biz höccəti ona açıq-aşkar bəyan edincəyədək (elə bir şəkildə də heç bir qaranlıq şey qalmasın) cahilliyinə və xəta etmiş olmasına görə o şəxs üzürlü hesab olunar.”

O, bir başa Quran ayələri gətirməklə, vəhhabilərin bu işini caiz hesab etmir və aşkar şəkildə bildirir ki, hətta İbn Teymiyyə və İbn Qayyim cahil ilə xəta edən arasında fərq qoymuş, bütün müsəlmanları təkfir etməmişdir. Lakin vəhhabilər hamını təkfir edir və onların can və mallarını halal hesab edirlər.

Bu adları çəkilən şəxslərdən ən mühümü isə Əhməd Zeyni Dəhlandır. O, Məkkə müftilərindən olmuş və “Əd-Durər əs-səniyyə fi ər-rədd əla əl-vəhhabiyyə” kitabının müəllifidir. Bu kitab əhli-sünnənin çox mühüm kitablarındandır və vəhhabilik zamanında yazılmışdır. Çox maraqlı və güclü istidlalları vardır.

Bu kitabın müqəddiməsində “Ət-Tərif bi muəllif əl-kitab” (kitabın müəllifinin təqdimatı) adlı bir bab açılmışdır və müəllif haqqında məlumat verilmişdir. Deyilir ki, müəllif Məscidul-həramın böyük şeyxlərindən olmuş və bir çox tələbələr yetişdirmişdir. Əhli-sünnənin bu böyük şəxsiyyəti vəhhabilik mövzusunda bir bəhs açmış və demişdir ki, siz vəhhabilər bütün müsəlmanları təkfir edirsiniz. O, kitabın 104-cü səhifəsində Məhəmməd ibn Əbdül-Vəhhabla qardaşı Süleyman ibn Əbdül-Vəhhabın dialoqunu təqdim etmişdir:

وقال له أخوه سليمان يوماً: كم أركان الإسلام يا محمد بن عبد الوهاب؟ فقال: خمسة , فقال أنت جعلتها ستة , السادس: من لم يتبعك فليس بمسلم هذا عندك ركن سادس للإسلام.

“Bir gün qardaşı Süleyman ona dedi: “İslamın əsasları neçədir, ey Muhəmməd ibn Əbdül-Vəhhab?” O dedi: “Beş”. Dedi: “Amma, sən onları altı etmisən. Altıncısı budur ki, “kim sənə tabe olmasa, müsəlman deyil”. Sənin nəzərində İslamın altıncı əsası budur”.

O, 95-ci səhifədə başqa bir mətləbi deyir:

والحاصل أن هؤلاء المانعين للزيارة والتوسل قد تجاوزوا الحد فكفروا أكثر الأمة واستحلوا دماءهم وأموالهم وجعلوهم مثل المشركين الذين كانوا في زمن النبي صلى الله عليه وآله وسلم.

“Xülasə budur ki, ziyarət və təvəssülü qadağan edən bu şəxslər həddi aşmışlar. Onlar ümmətin əksəriyyətini təkfir etmiş, onların qanlarını və mallarını halal bilmişlər, onları Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) zamanındakı müşriklərlə bir hesab etmişlər”.

Davamında deyir:

وقالوا إن الناس مشركون في توسلهم بالنبي صلى الله عليه وآله وسلم وبغيره من الأنبياء والأولياء والصالحين وفي زيارتهم قبره صلى الله عليه وآله وسلم وندائهم له بقولهم "يا رسول الله نسأل الشفاعة".

“Onlar demişlər ki, camaat Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) təvəssül etdiklərinə görə, habelə, digər peyğəmbərlərə (əleyhimus-səlam), övliyalara və saleh şəxslərə təvəssül etdiklərinə görə müşrikdirlər, həmçinin, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) qəbrini ziyarət edib onu “ya Rəsulallah, şəfaət istəyirik” – deyə səslədiklərinə görə müşrikdirlər.”

Müşriklər üçün nazil olmuş ayələri xüsusi və ümumi möminlərə tətbiq edir və həqiqətdə Allahın müşriklər barəsində buyurduğu ayələri müsəlmanlara nisbət verirsiniz.

Sonra müəllif bir sıra ayələr gətirir və onların bu işinin caiz olmaması haqqında dəlillər gətirir.

Çox mətləblər vardır, lakin vaxtın darlığı səbəbinə hamısını deyə bilmirik. Əziz izləyicilərə bu kitabı yükləyib oxumalarını tövsiyə edirəm. Kim bu kitabı fars dilinə tərcümə etmək istəsə, böyük bir xidmət göstərmiş olar. Çünki əhli-sünnəni vəhhabilərin qarşısında sığortalamış olar.

Bu kitab təvəssül, istiğasə, qəbirlərin yanında dua etmək və bütün bu məsələlər barəsində Səhih Buxaridən, digər səhih rəvayətlərdən və əhli-sünnənin nəzərlərindən ibarət çox maraqlı və güclü dəlillər gətirmişdir. Buna görə də bu kitab çox əhəmiyyətli bir kitabdır.

Müəllif kitabın 118-ci səhifəsində sözünə belə davam etdirir:

وكان أتباع محمد بن عبد الوهاب إذا أراد أحداً أن يتبعهم على دينهم طوعاً أو كرهاً كانوا يأمرونه بالإتيان بالشهادتين أولا يقولون له اشهد على نفسك إنك كنت كافراً واشهد على والديك أنهما ماتا كافرين, واشهد على فلان وفلان أنه كان كافراً ويسمون له جماعة من أكابر العلماء الماضين فإن شهدوا بذلك قبلوهم وإلا أمروا بقتلهم.

“Muhəmməd ibn Əbdül-Vəhhabın ardıcılları bir nəfəri xoşluqla, yaxud zorla öz dinlərinin ardıcılı etmək istədikləri zaman ilk öncə ona kəlimeyi şəhadəti deməsini əmr edirdilər. (Sonra isə) həmin şəxsə deyirdilər: “şəhadət ver ki, kafir olmusan!” Həmçinin, “şəhadət ver ki, valideynlərin kafir olaraq ölüblər”, həmçinin, “şəhadət ver ki, filankəs, filankəs, filankəs kafir olaraq ölüblər” – bu zaman keçmiş dövrün böyük alimlərindən bir dəstəsinin adlarını çəkirdilər. Əgər o şəxs şəhadət versəydi, onu qəbul edirdilər, yox əgər verməsəydi, onu öldürürdülər”.

Bu şəxslər əzəmətli şəxslər olmuşlar. Halbuki vəhhabilər bunları kafir hesab edir və deyirlər ki, bu alimlər bidət qoyublar. Kim bu məzhəbi qəbul etsə, bu şəhadətləri dilinə gətirməlidir. Yox, əgər şəhadət verməsə, onu qəbul etmirlər.

Müsəlmanları təkfir etdiklərinə görə vəhhabiləri danlayan alimlərdən biri də Yusif ibn əs-Seyyid Haşim ər-Rufaidir. O da əhli-sünnə alimlərindəndir və indiyədək də sağdır. Onun “Ən-Nəsihə li ixvanina uləma ən-Nəcd” adlı bir kitabı vardır. Onun bu kitabda vəhhabilərin məsciddə öldürdüyü doktor Məhəmməd Səid Ramazan əl-Buti haqqında bir müqəddimə yazmışdır. Rufai öz nəsihətlərində özünün Nəcdin alim qardaşlarından başlayır və 28-ci səhifədə belə deyir:

لا يجوز اتهام المسلمين الموحدين الذين يصلون معكم ويصومون ويزكون ويحجون البيت

“Sizinlə birgə namaz qılan, oruc tutan, zəkat verən, həccə gedən müvəhhid müsəlmanları (küfr və şirkdə) ittiham etmək caiz deyildir.”

Davamında bir sıra mətləblər dilə gətirir və deyir ki, təəssüflər olsun siz sufiləri də təkfir edirsiniz (Bildiyiniz kimi, Mollazadənin də sufilərin əleyhinə bir proqramı vardır) və bütün əşəriləri kafir hesab edirsiniz.

O, 29-cu səhifədə belə davam edir:

استنكرتم تقليد وإتباع الأئمة الأربعة ( أبو حنيفة ، ومالك ، والشافعي ، وأحمد بن حنبل)

“Siz dörd imama (Əbu Hənifə, Malik, Şafei və Əhməd ibn Hənbələ) təqlid etməyi və onlara tabe olmağı inkar etdiniz.”

Yenə də o, 30-cu səhifədə bir sıra mətləblər söyləmiş və istidlal etmişdir ki, siz müsəlman qardaşları, Hindistan, Pakistan və Banqladeşin böyük alimlərindən ibarət olan Deobəndiyyə camaatını, həmçinin müsəlmanların “səvad əl-əzəm”ini (əksəriyyətini) təşkil edən Bərilviyə camaatını təkfir edirsiniz.

O, 40-cı nəsihətdə deyir:

كفرتم الصوفية ثم الأشاعرة و الماتريدية وهم سواد المسلمين ؟

“Siz sufiləri, əşəriləri və maturidiləri kafir hesab etdiniz, halbuki, onlar müsəlmanların böyük əksəriyyətini təşkil edirlər.”

72-ci səhifədə yerləşən 42-ci nəsihətdə isə deyir:

وبعده قلتم ما مات حسن البنا شهيداً ولا كذلك الشهداء فى أفغانستان لأن عقيدتهم لم تكن صحيحة وسليمة بل كانوا أحنافاً مقلدة تائهين هالكين وأبقيتم أنفسكم وحدكم الناجين

“Daha sonra dediniz ki, Həsən əl-Bənna şəhid olaraq ölməmişdir. Həmçinin, Əfqanıstandakı şəhidlər şəhid olaraq ölməmişlər. Çünki, onların əqidələri səhih və düzgün olmamışdır. Əksinə, onlar təqlidçi azğın və həlak olmuş hənəfilər olmuşlar. Nicat tapanlar olaraq təkcə özünüzü saxladınız.”

74-cü səhifədə də bu mətləbləri və başqa mətləbləri də qeyd etmişdir və onların hamısını bəyan etməyə fürsət yoxdur.

Aydın olan məsələ budur ki, vəhhabilər etiraf edir və onların dövründə Hicazda və Hicaz ətrafında yaşayan alimlər də şahidlik edirlər ki, bütün müsəlmanlar kafirdir.

Aparıcı: Əziz izləyicilər, təqdim olunan mədrəklərdən bunu başa düşdük ki, vəhhabilər bütün müsəlmanları kafir hesab edirlər. Biz bunları dünyaya tanıtdırmaq istəyirik və demək istəyirik ki, öldürmək yolunu seçənlər və özlərindən başqa heç kəsi müsəlman hesab etməyənlər vəhhabilərdir. Bunlar müsəlmanlardan ayrı bir firqədir, şiə və sünnilərlə də heç bir bağlılıqları yoxdur. Qəti şəkildə də deyə bilərik ki, əhli-sünnə belə fikirlərdən uzaqdır.

Bu cinayətlər dünyanın ən ucqar nöqtələrində vəhhabilərdən baş vermişdir. Bunların heç birinin İslamla, Peyğəmbər (s) təfəkkürü ilə, ələvilərlə, şiə və sünnilərlə heç bir əlaqəsi yoxdur. Onlar təklifləri özləri təyin edir və hətta əhli-sünnəni də təkfir edirlər. Keçən verilişdə dedik ki, vəhhabilər azəri dilli millətləri də təkfir edirlər. Siz əvvəlki verilişlərdə də demişdiniz ki, vəhhabilər kürdlər yaşayan ölkələri də təkfir edir və o ölkələri küfr ölkəsi hesab edirlər. Bununla bağlı bir video da hazırlamışıq. Bu videoda mərhum mamusta (kürd dilində ustadlara və şeyxlərə deyilir) Əsəd Şukrinin çıxışı vardır. O, deyir ki, vəhhabilər bütün müsəlmanları və kürdləri kafir hesab edirlər.

Video: Hacı mamusta Əsəd Şükrinin qədim xəvaric və indiki vəhhabilər haqqında çıxışı (00:42:23 – 00:43:00)

Müsəlmanları kafir edirlər, müsəlmanları və onların alimlərini öz Mərivanımızda (Sənəndəc məntəqəsində yer adı) kafir edirlər, Səlahəddin Əyyubi və Mövlana Xarifi təkfir edirlər, onları və onlar kimi digər alimləri əhli kimi tanıtdırırlar. Bunları diskləri də Mərivanda mövcuddur.

Aparıcı: Əsəd Şukri Kürdistanın mamustalarından biridir. Vəhhabiləri kürdləri kafir hesab etdiklərinə görə qınayır. Vəhhabilər heç əziz kürdlərə də rəhm etmirlər, onları sırf kürd olduqları üçün və bir məntəqədə yaşadıqları üçün onları təkfir etməyi caiz hesab edirlər.

Ustad Yəzdani: Kürdistanda yaşayanlar bu şəxsi tanıyırlar, o, əhli-sünnə mamusatlarındandır. Bu videolardan çox varımızdır. Kürdlərin özlərinin düzəltdiyi bir videomuz da vardır. Bir saat yarıma yaxın bir videodur. Onların bəzilərini biz də hazırlamışıq. Kürdlərin öz mamusatlarından olan videolarımız da vardır. Onlar deyir ki, vəhhabilər bütün müsəlmanları və kürdləri kafir hesab edirlər.

Vəhhabilərin mühüm kitablarından olan “Əd-Durər əs-səniyyə” kitabında (müəllifi Əbdür-Rəhman ibn Qasim əl-Asi əl-Qəhtani ən-Nəcdi) bu iki-üç əsrdə olan bütün mənbələr toplanmışdır. Təxminən bütün Nəcd alimlərindən soruşulan sual-cavablar, şübhələr, fətvalar, məktublar bu kitabda toplanmışdır. Buna görə də bu kitab mühüm kitablardan biridir. Bu kitabdan çox istifadə edəcəyik və indiyədək də çox istifadə etmişik.

Bu kitabda yazılmışdır ki, Nəcd, Məkkə, Mədinə, Taif, Ciddə, Nəcəf, Misir, Yəmən, Hələb və sair Şam şəhərləri hərb ölkələridir. 385-ci səhifədə kürdlərin hökmünə çatırıq:

وكذلك الموصل، وبلاد الأكراد، ظهر فيها من أصناف الشرك والفجور والفساد...

“Həmçinin, Mosul və kürdlərin şəhərlərində növbənöv şirk, əxlaqsızlıq və fəsadlar aşkar olmuşdur…”

Bu kürdlərdən nəzərdə tutulan istər suriyalı, istər türkiyəli, istər iraqlı, istər iranlı olsun bütün kürdlərdir. Onların hamısı vacibdir. Bu şəhərlərin hamısı hərb şəhərləridir.

Aparıcı: Bu gecə əziz kürdlərə üstünlük verəcəyik, bizimlə telefon əlaqəsi qursunlar. Ustad Yəzdani, sizin buyurduqlarınız mənim yadıma Cuhudinin sözlərini saldı. O, bu sözlərdə təhqiramiz ifadələr işlədir. Kəlimə kanalında onun bir videosu vardır, o, çox kobud ifadələr işlətdiyi üçün ustadlarımız bizə bu videonu yayımlamağımızı məsləhət görmədi. Lakin məsləhət bilirsinizsə, bu barədə açıqlama verin.

Ustad Yəzdani: Təəssüflə deməliyik ki, bizdə vəhhabilərin kürd yaşayan şəhərlərin birində rəsmi olaraq dörd yüz fahişəxana olduğunu dedikləri iki və ya üç videosu vardır. İndi siz təsəvvür edin ki, onların dediyinə görə bir şəhərdə bu sayda fahişəxana mövcuddur. Əlbəttə ki, bu əziz kürdlərə qarşı böyük bir təhqirdir. Lakin bu video kürdləri çox narahat edəcəyinə görə biz bu videonu yayımlamağı məsləhət bilmirik. Lakin kürd dinləyicilər “Kəlimə Tayyibə” kanalında yayımlanan verilişdən sonra bu videonu görüblər.

Aparıcı: Ustad, ola bilər ki, dinləyicilərin ağlına belə bir sual gəlsin: Bəlkə nəzərdə tutulan kürdlər İraq kürdləridir, Ərbil və ya digər kürdlərə aid deyildir. Ola bilər belə bir irad sizə gətirsinlər.

Ustad Yəzdani: Belə bir yozum qəbul deyildir. Kürdləri tanıdığımız kimi, bilirik ki, onların hamısı təqribən eyni məzhəbdədirlər və əksəriyyəti şafeidir. Düşünmürük ki, qeyrət baxımından bir-birindən fərqlənsinlər. Vəhhabilər deyir ki, kürdlər yaşayan şəhərlərin birində bu hadisə baş vermişdir.

Bunlar niyə sırf kürd yaşayan ərazilərdə belə bir işin baş verdiyini deyirlər? Niyə bir şəhər və ya filan şəhər demirlər? Kürdləri dillərinə gətirməyə ehtiyac yox idi. Əgər bir şəhərin adını çəksəydilər, bəlkə də problem olmazdı. Necə ki, Əd-durər əs-səniyyə kitabının 385-ci səhifəsində onların birbaşa kürd yaşayan şəhərlərdə belə bir işin baş verdiyini dediklərini göstərdik.

Vəhhabilər deyirlər ki, bu şəhərlərdə şirk, fisq, fəsadın bir çox növləri yayılmışdır. Bu sözləri eyni ilə Cuhudi də deyir. Bu şəxsdən əvvəl də vəhhabilərin böyük alimləri bu sözləri deyiblər. Nəticə etibarı ilə belə bir yozum məqbul deyildir.

Aparıcı: Bunlar kürdlərin eyni qiblə, eyni dil və eyni nəsildən olmasına baxmayaraq, yenə də onları təkfir edirlər.

Ustad Yəzdani: Bəli, bunlardan bundan artıq bir şey də gözlənilmir. Bu günkü nümunələr haqqında deyə bilərik ki, Suriyada Rəs əl-eyn hadisəsi və kürdlərə qarşı rəftar, bu vəhhabilərin kürdlərə qarşı faciəli qətliamı gündəmdə olan mövzulardandır. Bu vəhhabi qruplaşmaları Ceyş əl-hurr, Ceyş ən-nusrə və Ceyş ən-nusrə ilə başı qarışan İŞİD kürdlərə qarşı çox cinayətlər törədiblər.

Bu səhnələrdən bəzilərini ola bilsin ki, görmüsünüz. Çox ürəkyandırıcı səhnələrdir. Bəlkə də vəhhabi yaralılarına qarşı digər ölkələrin, hətta kürdlərin də reaksiyasını görmüşünüz. Bunların hamısı məcazi formada yayılmışdır.

Bunlar bir şəxsi sırf türk, kürd olduğuna görə yaxud kürd yaşayan məntəqəni və ya bir millətin yaşadığı bir məntəqəni asanlıqla təkfir edə bilirlər. Gördüyünüz kimi vəhhabilərin yalnız şiələrlə və ya yalnız əhli-sünnə ilə işləri yoxdur, əksinə onlar kürdlərlə və ya sırf kürd yaşayan məntəqələrdə fisqin, fəsadın rəvac tapdığını deyirlər.

Bəlkə də bu sözləri digər millətlər barəsində desəydilər, bu qədər narahatedici təsir bağışlamazdı. Çünki türklərin və kürdlərin qeyrəti zərbül-məsəldir. Hamıya məlumdur ki, türklər və kürdlər çox qeyrətli olmaları ilə məşhurdur. Bu vəhhabilər belə təhqilərə yol verirlər.

Bildiyiniz kimi, Əbdül-Heydər Cuhudiyə qarşı bir cəsarət göstərsəydi, Cuhudini daha “Kəlimə” kanalında görməzdik. Lakin o, gördüyümüz kimi hələ də bu kanaldadır. Cuhudinin özü kürdləri belə təhqir etmişdi və demişdi ki, kürdlər yaşayan şəhərdə 400 ədəd fəsad mərkəzi vardır. Yenə də demişdi ki, işçilər də oradandır və gündə neçə nəfəri dəstəkləyirlər.

Bu deyilənlər müsəlmanların şəninə və insanlığa sığmır və vəhhabilik təfəkküründən qaynaqlanır. Bunların hamısını kənara qoyub vəhhabilik xəttini izləsək, görərik ki, onlar bir məzhəbi, dili və ya irqi asanlıqla təkfir edə bilir və bu yolla hamısını qətliam edirlər.

Kürd əzizlərimizdən üzrxahlıq edirik ki, onları kədərləndirdik. Lakin bunlar hamısı vəhhabilərin yalanlarıdır. İzləyicilər mühakimə etsinlər deyə, biz vəhhabiləri dünyaya tanıtdırmaq üçün bu mətləbləri bəyan etməyə məcburuq.

Рейтинг

В этом разделе