»»

Əməvilərin Haşimilərlə düşmənçiliyinin səbəbləri

Tarix şahidlik edir və kitablar yazır ki, Qüreyşilər ilə Haşimilər arasında ədavət mövcud olmuşdur.

İlk əvvəl mühüm bir məsələni qeyd etmək istəyirəm. Müqəddimə olaraq bunu deməliyik ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bu ədavətin baş verəcəyindən xəbərdar idi. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) öncədən öz ümmətinə xəbərdarlıq etmişdi ki, tezliklə məndən sonra əvvəlki ümmətlərin başına gələnlər sizin də başınıza gələcək. Bunu bir çox alimlər, başda əl-Buxari olmaqla nəql etmişlər. Buxari bunu öz “Səhih”ində nəql etmişdir.

“Səhih əl-Buxari”yə baxsaq görərik ki, kitabın 665-ci səhifəsində, 3456-cı hədisdə yazılır:

عَنْ أَبِي سَعِيدٍ رَضِيَ اللَّهُ عَنْهُ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: «لَتَتَّبِعُنَّ سَنَنَ مَنْ قَبْلَكُمْ شِبْرًا بِشِبْرٍ، وَذِرَاعًا بِذِرَاعٍ، حَتَّى لَوْ سَلَكُوا جُحْرَ ضَبٍّ لَسَلَكْتُمُوهُ»، قُلْنَا يَا رَسُولَ اللَّهِ: اليَهُودَ، وَالنَّصَارَى قَالَ: «فَمَنْ»

Əbu Səiddən (radiallahu ənh) nəql edir ki, Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurmuşdur: “Siz qarış-qarış, addım-addım özünüzdən əvvəlkilərin (ümmətlərin) yolunu gedəcəksiniz. Hətta onlar kərtənkələ yuvasında daxil olmuş olsalar belə, siz də ora daxil olacaqsınız.” Biz (səhabələr) dedik: “Ya Rəsulallah, yəhudi və xaçpərəstlərin yolunu?” Buyurdu: “Başqa kimlərin ola bilər ki?!”

 

 

 

Deməli, Peyğəmbərimiz (sallallahu əleyhi və alihi və səlləm) qəti şəkildə bilirdi ki, ümməti əvvəlki ümmətlərin yolu ilə gedəcək. Bəs görəsən, hansı məsələlərdə (onların ardınca gedəcəklər)? Dəqiq (konkret) olaraq nə baş verəcək? Peyğəmbərimiz (sallallahu əleyhi və alihi və səlləm) bu məsələyə də işarə etmişdir. Görəsən onlar bütünlüklə mürtədmi olacaqdılar, yoxsa müşrikmi olacaqdılar.

Əziz Peyğəmbərmiz (sallallahu əleyhi və alihi və səlləm) başqa bir yerdə yerdə açıq-aşkar şəkildə (bu sözündən) məqsədin nə olduğunu bəyan edir. Bunu Müslim öz “Səhih”ində qeyd edir. Əlbəttə başqa hədislər də mövcuddur. Lakin biz onların səhih olanını seçirik. Bunu dedim ki, əziz izləyicilərmiz xəbərdar olsunlar.

Beləliklə, Nəvəvinin şərhi ilə olan “Səhih Müslim”də, 15-ci cild, 85-86-cı səhifələrdə yazılır:

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ، قَالَ صَلَّى رَسُولُ اللَّهِ صلى الله عليه وسلم عَلَى قَتْلَى أُحُدٍ ثُمَّ صَعِدَ الْمِنْبَرَ كَالْمُوَدِّعِ لِلأَحْيَاءِ وَالأَمْوَاتِ فَقَالَ ‏ "‏ إِنِّي فَرَطُكُمْ عَلَى الْحَوْضِ وَإِنَّ عَرْضَهُ كَمَا بَيْنَ أَيْلَةَ إِلَى الْجُحْفَةِ إِنِّي لَسْتُ أَخْشَى عَلَيْكُمْ أَنْ تُشْرِكُوا بَعْدِي وَلَكِنِّي أَخْشَى عَلَيْكُمُ الدُّنْيَا أَنْ تَنَافَسُوا فِيهَا وَتَقْتَتِلُوا فَتَهْلِكُوا كَمَا هَلَكَ مَنْ كَانَ قَبْلَكُمْ ‏"‏ ‏.‏ قَالَ عُقْبَةُ فَكَانَتْ آخِرَ مَا رَأَيْتُ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم عَلَى الْمِنْبَرِ ‏.‏

Üqbə bin Amirdən nəql olunur: Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) Uhud döyüşündə ölənlərə dua etdi, sonra minbərə çıxdı. Sanki həm dirilər həm də ölülərlər vidalaşırdı. Buyurdu: “Mən hovuza (kövsər hovuzuna) sizdən qabaq çatacağam. Onun eni Əylə ilə Cöhfə arasındakı məsafə qədərdir. Mən sizin məndən sonra müşrik olacağınızdan qorxmuram. Amma sizin üçün dünyanız barədə qorxuram ki, onun uğrunda bir-birinizlə mübarizə aparacaqsınız, bir-birinizi öldürəcəksiniz və sizdən əvvəlkiləri kimi həlak olacaqsınız.” Üqbə dedi: “Bu, Peyğəmbəri (sallallahu əleyhi [və alihi] və səlləm) minbər üzərində gördüyüm sonuncu dəfə idi.”

Bu sözlərin mənası nədir? Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bildirmək istəyir ki, ümmət ondan sonra bir-biri ilə mübarizə aparıb, bir-birlərini öldürəcəklər. Görəsən Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bu dedikləri baş vermişdirmi? Gəlin baxaq, Nəvəvi bu hədisin şərhində nə deyir:

وَفِي هَذَا الْحَدِيثِ مُعْجِزَاتٌ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عليه سلم فَإِنَّ مَعْنَاهُ الْإِخْبَارُ بِأَنَّ أُمَّتَهُ تَمْلِكُ خَزَائِنَ الْأَرْضِ وَقَدْ وَقَعَ ذَلِكَ وَأَنَّهَا لَا تَرْتَدُّ جُمْلَةً وَقَدْ عَصَمَهَا اللَّهُ تَعَالَى مِنْ ذَلِكَ وَأَنَّهَا تَتَنَافَسُ فِي الدُّنْيَا وَقَدْ وَقَعَ كُلُّ ذَلِكَ

Bu hədisdə Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) məxsus olan möcüzələr var. Hədisdə öncədən xəbər verilir (və deyilir) ki, onun (Peyğəmbərin) ümməti yer üzünün xəzinələrinə sahib olacaqlar. Necə ki, bu artıq həyata keçib. Habelə, onlar bütünlüklə mürtəd olmayacaqlar. Həqiqətən də Allah-Təala ümməti bundan (mürtəd olmaqdan) qorudu. Həmçinin xəbər vermişdir ki, ümmət dünya uğrunda bir-biri ilə mübarizə aparacaq. Bunların hamısı artıq baş vermişdir.

 

 

 

Diqqət edin! Deməli, dünya uğrunda mübarizə və müharibə Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) sonra ümmət içərisində baş vermişdir. Bəli, Peyğəmbər (sallallahu əleyhi və alihi) özündən sonra ümməti içərisində baş verəcək hər bir şeyi bilirdi.

Əlbəttə, Qüreyşilər bacardıqları qədər çalışırdılar ki, bu işi yüngül göstərsinlər, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) sözləri barədə şəkk salsınlar. Deyirdilər ki, Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) eşitdiyiniz hər bir şeyi yazmayın. Ki beləcə Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) özündən sonra ümmətin başına gələcək hadisələr bəyan etməsin.

Abdullah bin Əmr Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) eşitdiyi hər bir sözü yazırdı. Amma bəzi Qüreyşilər ona deyirdilər ki, yazma! Çünki Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) də (digər insanlar kimi) qəzəblənir və ya razı olur. Amma Abdullah bin Əmr bu məsələni Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) soruşanda, Həzrət ona nə cavab verdi?! Biz və hörmətli izləyicilərimiz bunun cavabını müəllifi Əbu Davud əs-Sicistani olan və Nasir əd-Din əl-Əlbani tərəfindən təhqiq edilən “Sunən” kitabında görəcəyik. Səhifə 552, hədis №3646-da oxuyuruq:

ععَبْدِ اللَّهِ بْنِ عَمْرٍو، قَالَ كُنْتُ أَكْتُبُ كُلَّ شَىْءٍ أَسْمَعُهُ مِنْ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم أُرِيدُ حِفْظَهُ فَنَهَتْنِي قُرَيْشٌ وَقَالُوا أَتَكْتُبُ كُلَّ شَىْءٍ تَسْمَعُهُ وَرَسُولُ اللَّهِ صلى الله عليه وسلم بَشَرٌ يَتَكَلَّمُ فِي الْغَضَبِ وَالرِّضَا فَأَمْسَكْتُ عَنِ الْكِتَابِ فَذَكَرْتُ ذَلِكَ لِرَسُولِ اللَّهِ صلى الله عليه وسلم فَأَوْمَأَ بِأُصْبُعِهِ إِلَى فِيهِ فَقَالَ: اكْتُبْ فَوَالَّذِي نَفْسِي بِيَدِهِ مَا يَخْرُجُ مِنْهُ إِلاَّ حَقٌّ ‏‏.‏

Abdullah bin Əmr deyir: Mən Peyğəmbərdən (sallallahu əleyhi [və alihi] və səlləm) eşitdiyim hər bir şeyi yazırdım. Mən onları hifz etmək (və qorumaq) istəyirdim. Lakin Qüreyşilər məni bu işdən çəkindirdilər və belə dedilər: “Peyğəmbərdən (sallallahu əleyhi [və alihi] və səlləm) eşitdiyin hər bir şeyi yazma. Çünki o da bir bəşərdir. O da qəzəblənir və razı qalır.” Mən Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) sözlərini yazmağı dayandırdım. Daha sonra bunu Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) özünə dedim. O Həzrət (sallallahu əleyhi [və alihi] və səlləm) barmağı ilə ağzına işarə edərək buyurdu: “Yaz! Canım əlində olan Allaha and olsun ki, bundan (ağzına işarə etdi) haqq sözdən başqa bir şey çıxmaz.”

Əl-Əlbani bu hədisə şərh verərək deyir: Səhihdir.

 

 

 

Deməli, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) istər qəzəbli olsun, istərsə də razı halda fərqi yoxdur, onun sözü haqqdır. Nəticə olaraq bunu əldə edirik ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) gələcəkdə ümmət arasında baş verəcək ədavət barədə insanlara xəbərdarlıq etmək istəyir, həmçinin demək istəyir ki, mən bunlardan xəbərdaram, baş verəcəkləri bilirəm, bütün bu dediklərim haqqdır və tezliklə baş verəcək. Həqiqətən də artıq baş vermişdir... Bəs görəsən, Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) sonra nə baş verdi? Bu kin və düşmənçilik necə yarandı?

Bu ədavət Peyğəmbərimiz Muhəmməd Əl-Mustafanın (sallallahu əleyhi və alihi və səlləm) ölümündən sonra başlandı. Əlbəttə, bu ədavət Peyğəmbərimizin (sallallahu əleyhi və alihi və səlləm) sağlığında da var idi və o Həzrət (sallallahu əleyhi və alihi və səlləm) buna işarə etmişdi. Lakin açıq-aşkar şəkildə isə Peyğəmbərimizin (sallallahu əleyhi və alihi və səlləm) ölümündən sonra başlandı. Görəsən Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) “Əlini söyən, məni söymüşdür” deyərkən, bunu elə-belə, boş-boşunamı demişdir? Allaha pənah! Yoxsa Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bu kəlamının arxasında bir məna dayanır? Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) gözəl bilirdi ki, onun ölümündən sonra ümmət Əli bin Əbu Talibi söyməyə başlayacaq və onunla müharibə edəcəklər.

 

Məqalə "İmam Hüseynin (əleyhis-səlam) inqilabı barədə şübhələr (2-ci veriliş)" məqaləsindən istifadə edilərək hazırlanıb, keçid linki

Рейтинг

В этом разделе