»»

Süfyan əs-Səvri Əbu Hənifə haqqında «O, iki dəfə küfrdən dönmüşdür» deyibmi?

Bismillahir-Rəhmanir-Rəhim.

Hörmətli oxucu, bir müddət əvvəl saytımızın hədis bölməsində (http://hadis.313news.net) Əbu Hənifənin Süfyan əs-Səvri tərəfindən cərh edilməsi barədə rəvayət qeyd etmişdik. Ancaq bir nəfər «elm əhli» əhli-sünnə alimlərinin rəylərini də tapdalayaraq, hətta Səhih əl-Buxari və Səhih Müslimin ravilərini də zəif göstərməyə cürət edərək bu rəvayəti zəif elan etmişdir. Gəlin əvvəlcə sözügedən rəvayəti, sonra isə onun iddialarını bir-bir gözdən keçirdək.

أخبرنا بن رزق قال أخبرنا احمد بن عبد الله الوراق قال حدثنا أبو الحسن علي بن إسحاق بن عيسى بن زاطيا المخرمي قال سمعت إبراهيم بن سعيد الجوهري يقول سمعت معاذ بن معاذ . وأخبرنا بن الفضل قال أخبرنا عثمان بن احمد الدقاق قال حدثنا سهل بن أبي سهل الواسطي قال حدثنا أبو حفص عمرو بن علي قال سمعت معاذ بن معاذ يقول سمعت سفيان الثوري يقول استتبت أبا حنيفة من الكفر مرتين

Bizə İbn Rəzzaq xəbər verdi və dedi, bizə Əhməd b. Abdullah əl-Vərraq rəvayət etdi və dedi, bizə Əbu əl-Həsən Əli b. İshaq b. İsa b. Zatiya əl-Məxərrəmi rəvayət etdi və dedi: eşitdim ki, İbrahim b. Səid əl-Cövhəri dedi: eşitdim ki, Muaz b. Muaz dedi. (Birinci sənəd burada bitir) Və bizə İbn Fazl xəbər verdi və dedi: bizə Osman b. Əhməd əl-Dəqqaq xəbər verdi və dedi, bizə Səhl b. Əbi Səhl əl-Vasiti rəvayət etdi və dedi: bizə Əbu Həfs Amr b. Əli rəvayət etdi və dedi: eşitdim Muaz b. Muaz dedi: eşitdim Süfyan əs-Səvri dedi: Əbu Hənifə iki dəfə küfrdən dönmüşdür.

əl-Xətib əl-Bağdadi, Tarixi Bağdad, c.13, s.391, №55; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut

İddia sahibi yazır:

Hadisin senedlerinin sıhhat derecesini gözden geçirelim:

ilk senette,Ibrahim bin sad el cevheri-hicri 247-de vefat etmisdir.Imam Hatip El Bagdadi bu ravinin uyuyor oldugu halde hadis okumaya calisan biri oldugundan bahsetmektedir.Haccac bin Eş-Şairde ibrahim bin Saidin dikkatsizliğinin fazla olduğundan bahsetmektedir(Tarihi Bağdat,cilt 6,sayfa 94)


Çox maraqlı yanaşmadır. Bu adam əhli-sünnə alimləri arasında bu söhbəti açsa ona sadəcə gülərlər. Bir fikirlə razı olmaya bilərsən, Əbu Hənifə aşiqi ola bilərsən, ancaq fikrimizcə onun uğrunda əhli-sünnə ricalını tapdalamaq bir əhli-sünnə nümayəndəsinə yaraşan iş deyil.

İbrahim b. Səid əl-Cəvhəri kimdir? «Səhih Müslim» və 4 «Sünən»də rəvayətləri var.

Əvvəlcə, bu şəxsin «Tarixi Bağdad» kitabında gizlətdiyi məsələdən başlayaq.

əl-Xətib əl-Bağdadi onun adını zikr etdikdən sonra ondan rəvayət edən və onun rəvayət etdiyi şəxslərin adlarını sadalayır və onun haqqında deyir:

وكَانَ مكثرا ثقة ثبتا ، صنف المسند

O, çoxlu rəvayət edib, siqadır, sabitdir. «əl-Müsnəd» təsnif etmişdir.

əl-Xətib əl-Bağdadi, Tarixi Bağdad, c.6, s.93, №3127; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut

əz-Zəhəbi onun barəsində yazır:

إبراهيم بن سعيد الجوهري الحافظ أبو اسحاق البغدادي أحد الاعلام سمع ابن عيينة وابا معاوية وعنه الستة سوى البخارى وابو حاتم وابن صاعد وخلق. قال الخطيب كان ثقة ثبتا مكثرا صنف المسند. وقال أبو العباس البراثي قال أحمد بن حنبل: هو كثير الكتاب اكتبوا عنه. وقال النسائي ثقة

İbrahim b. Səid əl-Cəvhəri əl-Hafiz Əbu İshaq əl-Bağdadi, məşhur simalardan biridir, Buxaridən başqa Kutubi-Sittənin bütün yazıçıları, İbn Uyeynə, Əba Muaviyə, Əbu Harim, İbn Said ondan rəvayət eşitmişdilər.

əl-Xətib (əl-Bağdadi) dedi: «siqa və sabitdir, çoxlu rəvayətləri var. «əl-Müsnəd»təsnif etmişdir.»

Əbu əl-Abbas əl-Bərasi dedi: Əhməd b. Hənbəl dedi: «Onun çoxlu kitabları var, ondan rəvayət nəql edin.»

ən-Nisai dedi: «siqadır.»


əz-Zəhəbi onun yuxulu halda hədis oxumağa çalışan rəvayətini qeyd etdikdən sonra yazır.

قلت: لا عبرة بهذا وإبراهيم حجة بلا ريب

Mən deyirəm: Bu yazılanlara əhəmiyyət verməyin, İbrahim şübhəsiz ki, höccətdir.

Şəmsuddin əz-Zəhəbi, Mizan əl-İtidal, c.1, s.35-36, №99; Dar əl-Marifə, Beyrut, 1382/1963; təhqiq: Əli Muhəmməd əl-Bəcavi

İbn Həcər əl-Əsqəlani yazır:

إبراهيم بن سعيد الجوهري أبو إسحاق الطبري نزيل بغداد ثقة حافظ تكلم فيه بلا حجة من العاشرة مات في حدود الخمسين م 4

İbrahim b. Səid əl-Cəvhəri Əbu İshaq ət-Təbəri, Bağdadda yaşayırdı, siqadır, hafizdir, bəziləri onu əsassız olaraq tənqid ediblər, təqribən 50 yaşında ölmüşdür.

İbn Həcər əl-Əsqəlani, Təqrib ət-Təhzib, c.1, s.89, №179; Dar ər-Rüşd, Suriya, 1406/1986; təhqiq: Muhəmməd Avvamə

Həmçinin əd-Darəqutni, əl-Xəlili, İbn Hibban və digərləri də onu etibarlı ravi hesab etmişdirlər.

İbn Həcər əl-Əsqəlani, Təhzib ət-təhzib, c.1, s.123-124, №218; Dairə əl-Marif ən-Nizamiyyə, 1326/1907

İddia sahibi yazır:

ikinci senette,Ebu Hafs Amr bin Ali,İbni Ebi Hatim er-Razi tarafindan mechul ve sika(güvenilir) olmayan biri olarak kabul edilmiştir(İbnul Cevzi,El-Duafa vel Matrukin,cilt 2,sayfa 320;Er-Razi,Ibni Ebu Hatim,El Cerh vet-Tadil,cilt 6,sayfa 124)


İbn əl-Cəuzinin qeyd edilən kitabında cəmi bir Amr b. Əli adında ravi (№2578) qeyd olunub və deyilir ki, ər-Razi dedi: «məchuldur». Maraqlı cəhət burasındadır ki, İbn Əbi Hatimin «əl-Cərh vət-Tədil» kitabında bu raviyə rast gəldik və təmamilə başqa mənzərə ilə qarşılaşdıq.

عمرو بن على بن بحر أبو حفص الفلاس الصيرفي الباهلى روى عن يزيد بن زريع وبشر بن المفضل ومعتمر بن سليمان وزياد بن الربيع وسلمة بن رفيع روى عنه أبى وأبو زرعة نا عبد الرحمن قال سمعت أبى يقول كان عمرو بن على ارشق من على بن المديني وهو بصرى صدوق نا عبد الرحمن قال سمعت أبى يقول سمعت العباس العنبري يقول ما تعلمت الحديث الا من عمرو بن على

Amr b. Əli b. Bəhr Əbu Həfs əl-Fəllas əs-Seyrəfi əl-Bahəli... Əbdür-Rəhman dedi: Atamdan (Əbu Hatim) belə dediyini eşitdim: Amr b. Əli Əli b. əl-Mədinidən daha vüqarlıdır. Bəsrəlidir və səduqdur. Əbdür-Rəhman dedi: Atamdan belə dediyini eşitdim: əl-Abbas əl-Ənbarinin belə dediyini eşitdim: Mən Amr b. Əlidən başqasından hədis öyrənməmişəm.

İbn Əbi Hatim ər-Razi, əl-Cərh vət-Tədil, c.6, s.249, №1375; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut, 1271/1952

Burda «məchul» ifadəsini görən oldumu? İki şəxsin müsbət rəyi qeyd edilib. İbn əl-Cəuzi «ər-Razi dedi» ifadəsində istər Əbu Hatimi nəzərdə tutsun, istərsə də onun oğlu Əbdür-Rəhman ibn Əbu Hatimi, nəticə dəyişmir. Çünki Əbdür-Rəhman öz atası Əbu Hatimdən nəql edir və aydındır ki, hər ikisi üçün Amr b. Əli haqqında konkret məlumat çatıb və hər iki məlumat da tərifdir.

Gəlin indi baxaq görək bizə rəddiyə yazan şəxsin Əbu Hənifəni müdafiə etmək uğruna cərh etmək istədiyi şəxs kimdir?

Əbu Həfs Amr b. Əli b. Bəhr b. Kəniz əl-Bəsri əl-Seyrəfi əl-Fəllas.

«Kutubi-sittə»nin ravisidir. «Səhih əl-Buxari»də 51, «Səhih Müslim»də 14 rəvayəti var.

əz-Zəhəbi yazır:

عمرو بن علي بن بحر بن كنيز الحافظ الإمام الثبت أبو حفص الباهلى البصري الصيرفي الفلاس أحد الأعلام

مولده بعيد الستين ومائة سمع يزيد بن زريع وعبد العزيز بن عبد الصمد العمى وسفيان بن عيينة ومعتمر بن سليمان وطبقتهم فأكثر وأتقن وجود واحسن حدث عنه الستة والنسائي أيضا بواسطة وعفان وهو من شيوخه وأبو زرعة ومحمد بن جرير وابن صاعد والمحاملي وأبو زوق الهزاني وأمم سواهم قال النسائي ثقة حافظ صاحب حديث وقال أبو حاتم: كان ارشق من علي بن المديني وقال عباس العنبري: ما تعلمت الحديث إلا منه وقال حجاج بن الشاعر عمرو بن علي: لا يبالي أحدث من حفظه أو من كتابه وقال أبو زرعة ذاك من فرسان الحديث لم نر بالبصرة أحفظ منه ومن ابن المديني والشاذكوني قال الفلاس: حضرت مجلس حماد بن زياد وأنا صبي وضىء فأخذ رجل بخدى ففررت فلم أعد وقال بن أشكاب: ما رأيت مثل الفلاس وكان يحسن كل شيء. وعنه قال: ما كنت فلاسا قط.
أخبرنا الأبرقوهى أنا بن أبي الجود أنا بن الطلابة أنا عبد العزيز الأنماطي أنا المخلص نا محمد بن هارون نا عمرو بن علي نا يحيى بن سعيد عن سفيان عن عاصم عن زر عن عبد الله قال: قال رسول الله صلى الله عليه وآله وسلم: "لا تذهب الأيام والليالى حتى يملك العرب رجل من أهل بيتي يواطىء اسمه اسمى". مات الفلاس بسامرا في ذي القعدة سنة تسع وأربعين ومائتين وقد تردد إلى أصبهان مرات.

Hafizdir, imamdır, sabitdir. Görkəmli alimlərdən biridir.

ən-Nisai dedi: «siqadır, hafizdir, sahib-i hədisdir.»

Əbu Hatim dedi: «O, Əli b. əl-Mədinidən daha vüqarlı idi və o, səduqdur.»

əl-Abbas əl-Ənbari dedi: «Mən Amr b. Əlidən başqasından hədis öyrənməmişəm.»

Şəmsuddin əz-Zəhəbi, Təzkirə əl-Huffaz, c.2, s.56, №502; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1419/1998

İbn Həcər əl-Əsqəlani dedi:

عمرو بن علي بن بحر بن كنيز بنون وزاي أبو حفص الفلاس الصيرفي الباهلي البصري ثقة حافظ من العاشرة مات سنة تسع وأربعين ع

Amr b. Əli b. Bəhr b. Kəniz Əbu Həfs əl-Fəllas əs-Seyrəfi əl-Bahəli əl-Bəsri, siqadır, hafizdir ...

İbn Həcər əl-Əsqəlani, Təqrib ət-Təhzib, c.1, s.424, №5081; Dar ər-Rüşd, Suriya, 1406/1986; təhqiq: Muhəmməd Avvamə

İddia sahibi yazır:

Abdulfettah Ebu Gudde(r.a) bu meseleye bir ayetle cevap vermistir:”Agizlarindan çikan bu söz ne büyük oldu, yalandan başka birşey söylemiyorlar”(Kehf suresi 18/5).Vallahi Peygamber ashabindan başka en inancli kimse Ebu Hanifedir.Bunun delili ise gece gündüz mezhebinin yayilmasidir der(İbn Abdülbirr,el intika,sayfa 284-285)

İbni Abdülbirr(r.a) bu konu hakkında şöyle diyor:”İmam Ebu Hanife bir kere küfürden döndü demek,onu nakletmek ve ona inanmak bir müslüman için helal olmaz” (İbn Abdülbirr,el intika,sayfa 284-285)


Heç kəs iddia etmir ki, Əbu Hənifəni bütün alimlər cərh edib. Sitat gətirilən bu alimlər Əbu Hənifə müdafiəçiləridir. Necə ki, Hənəfi alimi əl-Kəvsəri Əbu Hənifə haqqında nəql edilmiş cərh rəvayətlərini zəiflətməkdən ötrü dəridən-qabıqdan çıxmış, hətta məşhur siqa raviləri də haqsız yerə tənqid etməkdən çəkinməmişdir. Bu səbəbdən əl-Kəvsərinin özü də tənqid atəşinə tutulmuşdur.

O ki qaldı bu rəvayəti nəql etməyin və ya ona inanmağın halal-haramlığına, biz sadəcə rəvayəti təqdim edirik və sihhəti barədə əhli-sünnənin öz alimlərinin sözlərini qeyd edirik. Süfyan əs-Səvrinin Əbu Hənifəni kəskin tənqid etməsi məşhur məsələlərdəndir, artıq kimin inanıb-inanmayacağı öz işidir.

İddia sahibi yazır:

İmam Zehebi(r.a) Hatip El Bağdadi(r.a) mezhep imamlari hakkindaki maddeleri keşke yazmasaydi demiştir(İmam Zehebi,Siyer Alem en Nubela,cilt 18,sayfa 289)


Bu lap gözəl sitatdır. Əhli-sünnədə haqqı gizlətmək bu qədər ucuzdurmu? Tarixdə dəfələrlə bu kimi hallara rast gəlinib. Hətta səhabələr haqqında yazılan kitablar da yandırılıb. İnşaAllah bu mövzuya da toxunacağıq. Deməli, əz-Zəhəbi etiraf etmiş olur ki, özlərinə sərf etməyən, məzhəbə ləkə gətirən rəvayətlər olduqda gizlətmək məsləhətdir.

İddia sahibi yazır:

İbni Hacer El Heytemi,Hatip El Bağdadinin Tarihi bağdatda izlemiş olduğu metodun yanlişliğina dikkat çekmiştir.İmam Ebu Hanife aleyhindeki isnatlarinda yer alan ravilerin genellikle mecruh ve mechul olduğunu bildirerek “Bu kabil rivayetlerle siradan bir müslümanin namus ve şerefine zarar vermek icmaen caiz değilken nasil olurda müslümanlarin imamlarindan bir imama saldirmak caiz olur”(El Hayratül Hisan,sayfa 103)


Əsla və əsla belə deyil. İnşaAllah Əbu Hənifə haqqında bir çox cərh rəvayətlərini qeyd edib həm əhli-sünnə hədis ustadlarının rəylərinə, həm də ravilərin detallı analizinə yer verəcəyik.

İddia sahibi yazır:

Gördüldüğü üzere hadisin senedi ve metni zayiftir ve birçok ehli sünnet alimi tarafindan reddedilmiştir


Bütün bunlardan sonra bu sözlər gülməli görsənmirmi? Hətta Tarixi Bağdad kitabının mühəqqiqi, hədis ustadı Dr. Bəşər Əvəd də bu rəvayətin səhih olduğunu bildirmişdir. Bu rəvayəti rədd edənlər isə tutarlı dəlil irəli sürə bilməmiş və nəfslərinə görə hərəkət etmişdirlər.

Рейтинг

В этом разделе