ŞÜBHƏ:
Nasibilərin öndə gələnlərindən olan İhsan İlahi Zahir yazır:
كان عليّ أحد المستشارين المقرّبين إليه، يشترك في قضايا الدولة وأمور الناس ، ويشير عليه بالأنفع والأصلح حسب فهمه ورأيه... لا يمنعهمانع ولا يعوقه عائق، يصلّي خلفه ويعمل بأوامره، ويقضي بقضاياه، ويستدلّ بأحكامه ويستند
Əli Əbu Bəkrin yaxın müşavirlərindən biri olmuşdur. Belə ki, o, dövlət və camaatın işlərində iştirak edirdi və ən dəyərli məsləhətlər verirdi. Bu işlərdə heç bir kəs ona mane olmurdu. Ömərin arxasında namaz qılır, onun əmrlərinə əməl edir, onun qəzavətlərilə qəzavət edir və onun hökmlərinə istinad edib istidlal edirdi.
əş-Şiə və Əhl əl-Beyt, s.61
CAVAB:
1. Rəvayətlərin araşdırılması:
Məsələnin həqiqətinin aydın olması üçün gərək Əli (ə.s)-ın xəlifələrin arxasında namaz qılmasına dəlalət edən hədisləri bir-bir araşdıraq.
Birinci hədis:
روى الطبرسى في الاحتجاج: وحضر المسجد وصلّى خلف أبي بكر
ət-Təbərsi "əl-İhticac" kitabında rəvayət edir ki, Əli (ə) məsciddə hazır olub Əbu Bəkrin arxasında namaz qıldı.
əl-İhticac, 1/126; Bihar əl-Ənvar, 29/127; Mədinə əl-Məaciz, 3/152
Əvvəla bu rəvayətin sənədi mürsəldir. Çünki ət-Təbərsi bu rəvayəti bir başa və vasitəsiz olaraq Həmmad ibn İsadan, o da İmam Sadiqdən (ə.s) nəql etmişdir. Halbuki, Həmmad ibn İsa h.q tarixilə 190-cı ildə, lakin ət-Təbərsinin özü 548-ci ildə vəfat etmişdir.
Ikincisi, Təbərsinin sözünün əsası əl-Qumminin təfsirində qeyd olunan hədisdir. Belə ki, o, bu rəvayəti öz atası İbrahim ibn Haşim, o da İbn Əbi Ümeyrdən, o da Osman ibn İsa və Həmmad ibn İsadan, o da İmam Sadiq (ə.s)-dan nəql etmişdir. Bu rəvayətin sənəd cəhətdən heç bir problemi yoxdur, lakin dəlalət baxımından başqa bir şeyi sabit edir.
əl-Qumminin təfsirindəki rəvayət belədir:
حضر المسجد ووقف خلف أبى بكر وصلّى لنفسه
İmam Əli (ə.s) məsciddə hazır olub Əbu Bəkrin arxasında dayanar və öz füradə (yəni, fərdi, təklikdə) namazını qılardı.
Təfsir əl-Qummi, 2/158-159; Təfsir Nur əs-Səqəleyn, 4/188
Üçüncüsü, bu rəvayətin özündə belə gəlmişdir ki, Əbu Bəkr Ömərlə məsləhətləşərək Xalid ibn Vəlidə tapşırdı ki, namazın salamında Əlini qılıncla öldürsün. Lakin o, namaz vaxtı peşman oldu və salamdan sonra Xalidə belə dedi:
!يا خالد لا تفعل ما أمرتك به
Ey Xalid sənə əmr etdiyim işi etmə!
Maraqlı burasıdır ki, əhli-sünnənin böyük alimlərindən əs-Səmani (əl-Ənsab, c.3, s.90) və ustad Buxari ("əs-Səhih"in müəllifi yox) də bu hədisi nəql edib.
حديث أبي بكر رضي اللّه عنه : أنّه قال : «لا يفعل خالد ما أمر به. سألت الشريف عمر ابن إبراهيم الحسيني بالكوفة عن معنى هذا الأثر فقال : كان أمر خالد بن الوليد أن يقتل عليّاً ، ثم ندم بعد ذلك ، فنهى عن ذلك
Əbu Bəkr buyurdu: Xalid ona tapşırılanı etməsin! Mən Kufədə Ömər ibn İbrahim əl-Hüseynidən bunun mənasını soruşdum. O dedi ki, Əbu Bəkr Xalid ibn Vəlidə əmr etmişdi ki, Əlini (ə) öldürsün, sonra peşman oldu və Xalidi də bu işdən çəkindirdi.
əs-Səmani, əl-Ənsab, c.3, s.90 və c.6, s.170; Dar əl-Cənan, Beyrut, 1400
Ikinci hədis:
وفي نوادر أحمد بن عيسى الأشعري عن عثمان بن عيسى ، عن سماعة ، قال : سألته عليه السلام عن مناكحتهم والصلاة معهم ؟ فقال : هذا أمر تمديد إن يستطيعوا ذاك ، قد أنكح رسول الله صلى الله عليه وآله ، وصلى علي عليه السلام وراءهم
Əhməd ibn İsa əl-Əşəri Osman ibn İsadan, o da Sumaədən dedi: İmamdan müxaliflərlə evlənmək və onlarla namaz qılmaq haqqında soruşdum. O, buyurdu: Buna imkan olduğu surətdə bu daxili bir məsələdir. Peyğəmbər (s.ə.a) onlarla nikah edib və Əli (ə.s) onların arxasında namaz qılıb.
Hürr əl-Amili, Vəsail əş-Şiə, c.8, s.301, №10726
Bu rəvayəti Şeyx Hürr Amili (r.ə) öz "Vəsail əş-Şiə" kitabında (c.8, s.299), "İqtida olunması caiz olmayan şəxsin arxasında birinci cərgədə dayanıb təqiyyə üzündən camaat namazı qılmağın müstəhəb olması” babında nəql etmişdir. Yəni insanın canı, malı və namusu xətərdə olarsa təqiyyə üzündən müstəhəbdir ki, iqtida olunması caiz olmayan şəxsin arxasında camaat namazında hazır olsun. Bu rəvayəti Əllamə Məclisi də öz "Bihar əl-Ənvar" əsərində (c.100, s.375), "Müşrik, kafir, müxalif və nasibilərin nikahı" babında nəql etmişdir. Bu hədis sünniləri öz məqsədlərinə çatdırmır. Çünki təqiyyədə məcburiyyətin rolu var, belə ki, əgər insan məcbur olsa öz qızını kafir və müşriklərlə də əqd edə bilər. Qaldı ki, zahirən özünü müsəlman bilib beş vaxt namaz qılanın arxasında namaz qılmağa, əlbəttə ki, bu caizdir.
Üçüncü hədis:
روى الحميري عن جعفر ، عن أبيه قال : كان الحسن والحسين عليهم السلام يقرآن خلف الإمام
Himyəri Cəfərdən o da atasında rəvayət edir ki buyurdu: Həsən (ə) və Hüseyn (ə) imam camaatın arxasında namaz qıldı.
Qərib əl-Əsanid, s.114, №7
"Vəsail əş-Şiə"də də həmçinin belə gəlmişdir:
عبد الله بن جعفر في (قرب الإسناد) عن الحسن بن ظريف ، عن الحسين بن علوان ، عن جعفر ، عن أبيه قال : كان الحسن والحسين عليهما السلام يقرآن خلف الامام
Abdullah ibn Cəfər (Qərib əl-Əsanid) Həsən ibn Zərifdən, o da Hüseyn ibn Əlvandan, o da Cəfərdən, o da atasından nəql edir ki buyurdu: Həsən (ə) və Hüseyn (ə) imam camaatın arxasında namaz qıldı.
Hürr əl-Amili, Vəsail əş-Şiə, c.8, s.366 (Alul-Beyt nəşriyyatı), c.5, s.430 (əl-İslamiyyə nəşriyyatı)
Əllamə Məclisi bu rəvayətdə olan “imam” kəlməsinin bəyanında belə yazır:
خلف الإمام" أي أئمة الجور الذين كانوا في زمانهما عليهما السلام"
“Xəlfəl-imam” sözündəki “imam”dan məqsəd Onların (Həsən və Hüseynin) zamanında yaşayan zalım rəhbərlər olmuşlar....
Əllamə Məclisi, Bihar əl-Ənvar, c.85, s.47
Bəli, İmam Həsən (ə) və İmam Hüseyn (ə) onların arxasında namaz qılıb, lakin onlara iqtida etməyib öz namazlarını qılırdılar.
Onların zamanında onların arxasında camaat namazında iştirak etmək təkidli müstəhəbdir. Bunu bir çox alimlər qaildirlər və rəvayətlər də bu hökmü təsdiq edir. Təqiyyə zamanı isə camaat namazında iştirak etmək vacibdir. Əlbəttə ki, bu surətdə əgər imkan varsa öz namazını evdə qılsın, sonra camaat namazında hazır olsun. Əgər buna da imkanı yoxdursa, camaat namazında iştirak edib öz namazını qılsn və qiarəti (yəni birinci rükətdə həmd və surəni) də oxusun. Yəni, qiraət onun boynundan düşməz.
2. Əhli-sünnə mənbələri nə deyir?
Sələfilərin məşhur şeyxləri İbn Baza görə, əqidəsini bilmədiyimiz şəxsin arxasında namaz qılmaq da caizdir. Hətta günahkar və bidətə çağıran şəxs olsa belə, onun arxasında namaz qılmaq caizdir. Sonra İbn Baz səhabə həyatından misallar gətirir ki, Ənəs b. Malik və Abdullah b. Ömər Həccac b. Yusifin arxasında, digərləri isə Vəlid b. Uqbənin arxasında namaz qılıblar. Və qeyd edir ki, Həccac günahkar və zalım şəxs olub, Vəlid isə sərxoş olana qədər içki içib namaza durardı və sübh namazını 4 rəkət qıldırardı. Sonra da soruşardı ki, artırım rəkətlərin sayını?
Onlayn mənbə: Səudiyyə Ərəbistanının Baş Fətva Mərkəzi
Yəni, əhli-sünnənin bu cür yollarla ilk üç xəlifənin Hz.Əli (ə.s)-adn üstün olmasını və onların münasibətlərinin yaxşı olmasını göstərmək boş bir əməldir. Tarix və hədislər tam əksini deyir.
Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu
Tərcümə etdi: Fərhad Mirzə
İxtisar və əlavələr: 313news.net