»»

“Şiə mənbələrində Yer kürəsi sabitdir və fırlanmır” adlı videoya cavab (2-ci hissə)

Bismilləhir-rahmənir-rahim

Vəs-salətu vəs-sələmu alə əşrəfil-ənbiyəi vəl-mursəlin, həbibi İlahil-aləmin

Əbil-Qasimi Muhəmmədin və Əlihit-tayyibinət-tahirin

Hörmətli müsəlmanlar, bildiyiniz kimi bir neçə gün bundan əvvəl orta əsr insanlarının düşüncə səviyyəsindən çıxa bilməyən sələfi-vəhhabi əqidəsinin mənsublarından birinin, Yaşar Süleymanlı adlı şəxsin “şiə mənbələrində yer kürəsi sabitdir, fırlanmır” adlı iftira dolu səs yazısına cavab vermişdik. Həmin məqaləni BU LİNKDƏN oxuya bilərsiniz.

Əslində, Yaşar kimi bir şəxsə cavab yazmağımız kimlərsə onun bizə müxatəb olması kimi görünməməlidir. Əsla. Çünki, Yaşar Süleymanlı kimi öz ana dilində belə doğru-düzgün danışa bilməyən bir şəxs ciddiyə alınacaq bir şəxs deyil və ola da bilməz, lakin, səs yazısındakı iftiranın son həddə olması və bu şəxsin insanlarda yanlış fikir yeritməyə çalışması bizi onun uydurmalarına yığcam şəkildə cavab verməyə sövq etdi. Lakin, görünür yazdığımız bu qısa yazı Yaşar Süleymanlı adlı bu şəxsi necə narahat edibsə, düzəltdiyi iftira dolu səs yazısının 2-ci hissəsində bu məsələyə toxunaraq bizi rəddiyyə yazmaqla “hədələmişdir”.

Biz bu yazımızda Allahu-təalanın izniylə bu şəxsin eyni adlı videonun 2-ci hissəsində uydurduğu batil dolu sözlərə cavab verəcək, onun necə elmdən və maarifdən uzaq bir şəxs olduğunu növbəti dəfə siz müsəlmanlara təqdim edəcəyik.

BİRİNCİ MƏQAM:

Müddəi Yaşar Süleymanlı bizim yazıb onu ifşa etdiyimiz məqaləmizdən necə qəzəblənmişsə, növbəti videosunda məqalənin yerləşdirildiyi saytı “şizofreniklərin saytı” kimi qələmə vermişdir. Əlbəttə, Yaşar Süleymanlı və onun havadarlarının bu sayt və bu kimi digər şiə saytlarından qıcıqlanması başa düşüləndir. Axı “şizofreniklər” adlandırdığı bu insanlar və onların gördükləri işlər Yaşarın və onun havadarlarının camaata sırımaq istədiyi zəhərli fikirlər qarşısında ən böyük maneədir. Niyə də qıcıqlanmasın? Axı bu cür saytlar mövcud olduğu müddətcə, Yaşarın bazarı tutmaycaq. İstədiyi kimi insanları aldadıb onlara yalan-dolan sözlər yeridə bilməyəcək.

Daha sonra Yaşar Süleymanlı adlı bu şəxs “çox güclü”, “sərih”, “açıq-aşkar” dəlillər gətirdiyini bildirərək bizim bu “dəlillərə” tutarlı cavab vermədiyimizi iddia edir. Yəqin Yaşar, Mustafa Xomeyniyə atdığı “gurultulu” iftirasını nəzərdə tutur, yaxud da “Nəhcül-Bəlağə” kitabında gələn və heç üzündən belə oxuya bilmədiyi ali məzmunlu mətnlər barədə etdiyi cılız və gülünc iddianı nəzərdə tutur, ya da 1000 il bundan qabaq yaşamış Şeyx Müfid kimi bir alimdən gətirdiyi “dəlili” nəzərdə tutur. Əlbəttə, az əvvəl də qeyd etdiyimiz kimi, biz bu şəxsin ilk səsyazmasına mümkün qədər qısa cavab verməyə çalışmışdıq. Çünki, bununla zatən bəlli olan bir məsələ barəsdə uzunçuluq edərək oxucunu yormaq istəməmiş, sadəcə Yaşar adlı bu şəxsin iftiralarını göstərməklə kifayətlənmək istəmişdik. Şübhəsiz ki, gözü açıq olub qəlb qulağı ilə dinləyən kəslər üçün kiçik bir işarə belə kifayət edər. Lakin, inadkarlıq uçurumuna yuvarlanıb nəfsi-əmmarənin qulu olan şəxslər üçün bir kitab yazsan belə yenə də bəs etməz. Buna baxmayaraq, biz Yaşarın növbəti videosunda dediyi sözləri nəzərə alaraq bu yazımızda məsələyə daha geniş şəkildə yanaşacağıq.

Daha sonra Yaşar adlı bu müddəi bizim verdiyimiz rəddiyyələrə özünə məxsus şərh verərək “ciddi elmi rəddiyyə verməyib insanların “kafasını” ikinci və ya üçündü dərəcli məsələlərlə qatmağa çalışmışdır” - demişdir.

Görəsən, Yaşarın dediyi ciddi rəddiyyə necə olur? Görəsən, ərəb nasibilərinin səhifələrindən qamarlayıb Mustafa Xomeyniyə nisbət verdiyi iftiraya verdiyimiz cavab gülməlidir? Görəsən bu insanların “kafasını” ikinci, üçüncü dərəcəli şeylərə qatmaq sayılır? Görəsən, Yaşarın elmin açarı olan ərəb dilinin qramatikasından bixəbər olduğunu sübuta yetirməyimiz ikinci dərəcəli məsələ sayılır? Görəsən, Yaşar özünü əllamə hesab edib “şiə məzhəbində yer kürəsi öküzün buynuzu üstündədir” deyərkən cavabını verib yerinə oturtduğumuz zaman bəsit rəddiyyə vermiş olmuşuq? Yaxud, yerin düz şəkildə olmasını əhli-sünnə alimlərinin ümumi rəyi kimi təqdim edən Suyutidən gətirdiyimiz dəlili Yaşar zarafat hesab edir? Yaxud, “Nəhcül-Bəlağə”dəki xütbələrin həqiqi mənasını ona öyrətməyimizi bu müddəi zarafat hesab edir? Min il bundan əvvəl yaşayan bir alimin sözünü bir məzhəbin rəyi kimi qələmə verən və bu işi ilə elmi əmanətsizliyini isbat edən Yaşar Süleymanlı adlı bu şəxs onun bu işini ifşa etməyimizi ciddi hesab etmir?...

Əgər hesab etmirsə, o zaman bu insanın əqli və nəfsi durumunda problem vardır demək; deməli, bu şəxs sağlam düşünmə bacarığını itirmişdir.

Bütün bunlardan sonra iki cümləni bir-birinin ardına qoşub danışa bilməyən Yaşar Süleymanlı adlı bu şəxs bizə rəddiyyə verməyin qaydasını öyrədərək deyir (məzmunu): “Belə rəddiyyə verməzlər. Sən əgər bir iddianı sübuta yetirmək istəyirsənsə, onda bir, iki, üç şiə alimindən sitat gətir. Göstər ki, onların nəzərində Yer fırlanıb.”

Az əvvəl də dediyimiz kimi, bizim niyyətimiz “şiə məzhəbində Yerin fırlanması” məsələsini isbat etmək yox, Yaşar Süleymanlı adlı bu şəxsin “şiə mənbələrində yer sabitdir, fırlanmır” adlı iftirasına cavab vermək olmuşdur. Buna görə də Yerin fırlanması və kürə şəklində olması ilə bağlı digər alimlərin sözlərini qeyd etməmişik. Yalnızca, bu müddəinin hansı həddə yalançı və iftiraçı olduğunu göstərməyə çalışmışıq. Çünki, şiələrin nəzərində Yer kürəsinin fırlanması və kürə şəklində olması sabit məsələdir. Allaha həmd olsun ki, şiələr Mütəal Allahın onlara verdiyi ağıl nemətindən doğru-düzgün yararlanaraq nəyin haqq, nəyin batil olduğunu müəyyən etmişlər. İstər şiə mənbələrində gələn hədisi-şəriflərdən, istərsə də şiə alimlərinin Qurani-Kərimdən əldə etdikləri nəticələrdən Yer kürəsinin hərəkətdə olması və kürə şəklində olması sabit olmuşdur. Necə ki, az sonra siz hörmətli oxuculara bu barədə örnəklər göstərəcəyik. Lakin, özlərinin orta əsrlər insanları səviyyəsində olduqlarını dəfələrlə isbat edən sələfi-vəhhabilər bu məsələni də şişirdərək onu əqidələrinin bir hissəsinə çevirmişlər. Bununla da orta əslər kilsə rejimi ilə eyni əqli müstəvada olduqlarını və kilsə rejiminin yolu ilə addımladıqlarını bir daha sübut etmişlər.

İKİNCİ MƏQAM:

Yerin kürə şəklində olmasına və yerin fırlanmasına şiə alimlərinin sözlərindən dəlillər:

Dediyimiz kimi, keçən məqaləmizdə müddəi tərəfindən atılan çirkin iftiralara cavab verməklə kifayətlənmiş, mövzu ilə bağlı şiə alimlərinin sözlərinə ümumi olaraq işarə edərək yığcamlıq xatirinə alimlərin sözlərini gətirməmişdik.

Bu yazımızda isə həm Yer planetinin kürə şəklində olmasına dair, həm də Yer planetinin hərəkətdə olmasına dair şiə alimlərinin sözlərindən dəlillər gətirəcəyik. Bununla, Allahu-təalanın izni ilə, qarşı tərəfin necə saxtakar və yalançı olduğunu, bizim keçən məqalədə dediklərimizin isə tamamilə səhih olduğunu növbəti dəfə sübuta yetirəcəyik. Hörmətli oxuculardan diqqətli olmalarını, təqdim edilən dəlilləri diqqətlə oxumalarını rica edirik.

İlk öncə Yerin kürə şəklində olması ilə bağlı şiə alimlərin sözlərinə (Allah bürhanlarını uca etsin) nəzər salaq:

Yerin kürə şəklində olmasına şiə alimlərinin sözlərindən dəlillər:

1) Şeyx Təbərsi (quddisə sirruh) özünün “Məcməul-Bəyan” təfsirində yerin kürə şəklində olmasına dəlil olaraq Şərif Mürtəzanın sözünü qeyd edərək deyir:

و قال الشريف الأجل المرتضى قدس الله روحه: استدل أبو علي الجبائي بقوله تعالى (الذي جعل لكم الأرض فرشا) وفي آية أخرى: (بساطا) على بطلان ما يقوله المنجمون من أن الأرض كروية الشكل, قال: وهذا القدر لا يدل, لأنه يكفي من النعمة علينا أن يكون في الأرض بسائط ومواضع مفروشة ومسطوحة وليس يجب أن يكون جميعها كذلك. ومعلوم ضرورة أن جميع الأرض ليس مسطوحا مبسوطا, وإن كان موضع التصرف فيها بهذه الصفة, والمنجمون لا يدفعون أن يكون في الأرض سطوح يتصرف فيها ويستقر عليها, وإنما يذهبون إلى أن جملتها كروية الشكل.


“Şəriful-Əcəll Murtəza (qaddəsAllahu ruhəh) demişdir: “Əbu Əli əl-Cubai Allahu-təalanın
“O, yeri sizin üçün döşənəcək etdi”, habelə, “...döşənmiş etdi” ayələrini münəccimlərin (astronomların) dediyi “yer kürə şəklindədir” fikrinin batilliyinə dəlil gətirmişdir.”

Sonra Şərif Mürtəza demişdir: “Bu deyilənlər (onun dediyinə) dəlalət etmir. Çünki, nemət olaraq yer üzündə düz ərazilərin, döşənmiş və səth şəklində olan yerlərin mövcud olması bizə kifayət edir. Yer üzünün tamamilə bu şəkildə olması (düz olması) vacib deyildir. Qəti şəkildə məlumdur ki, Yer üzünü tamamilə düz və səthi şəkildə deyildir. Hərçənd ki, Yer üçündəki istifadə(yə yararlı) yerlər bu şəkildədirlər. Münəccimlər (astronomlar) yer üzündə istifadə ediləcək və üzərində durmaq mümkün olacaq düz yerlərin olmasını inkar etmirlər. Onların dedikləri məhz bundan ibarətdir ki, Yer ümumi olaraq kürə şəklindədir

 

Fotoşəkil: Şeyx Təbərsi, Məcməul-Bəyan, c.1, səh.80-81

Deməli, Seyyid Mürtəzanın və Şeyx Təbərsinin nəzərində Yer planeti kürə şəklindədir.

2) Şeyx Müfid (quddisə sirruh) deyir:

أقول: إن الارض على هيئة الكرة في وسط الفلك


“Deyirəm: Yer kürə şəklindədir və fələyin ortasında yerləşir.”

 

Fotoşəkil: Şeyx Müfid, Əvailul-Məqalat, 99-100

Deməli, Şeyx Müfidin də nəzərində Yer planeti kürə şəklindədir.

3) Ayətullahul-Üzma Şeyx Fazil Lənkərani (quddisə sirruh) deyir:

ما ورد في شأن كروية الأرض: مثل قوله تعالى: يكور الليل على النهار و يكور النهار على الليل...فتكوير الليل على النهار ظاهر في كروية الأرض.


“Yerin kürə şəklində olması barədə gələn ayələr: bu ayə kimi:
“O, gecəni gündüzə, gündüzü də gecəyə bürüyər” (Zumər surəsi, 5)... Gecənin gündüzə bürünməsi, aşkar şəkildə yerin kürəviliyinə işarə edir...

 

Fotoşəkil: Ayətullahul-Üzma Şeyx Fazil Lənkərani, Mədxəlut-Təfsir, səh.80

Daha sonra isə yerin kürə şəklində olmasına dəlalət edən digər ayələri qeyd edir.

Bununla, müddəinin tələb etdiyi kimi Yerin kürə şəklində olmasına dair dörd alimdən misal gətirmiş olduq. Bununla, müddənin bu iddiası parça-parça olub göyə sovrulmuş olur. Elə isə, yerin hərəkətdə olması ilə bağlı şiə alimlərinin sözlərinə nəzər salaq. Hörmətli oxucu bu şəxsin necə ifşa olduğuna özü şahid olsun.

İkinci: Yerin hərəkətdə olmasına şiə alimlərinin sözlərindən dəlillər:

Yerin hərəkətdə olması məsələsi şiə alimlərinin kəlamlarında qəti şəkildə sübuta yetmişdir. Biz belə alimlərə misal olaraq aşağıdakıları göstərə bilərik:

1) Seyyid Xoi (quddisə sirruh) özünün “əl-Bəyan fi təfsiril-Quran” əsərində deyir:

ومن الأسرار التي كشف عنها القرآن هي حركة الأرض. فقد قال عز من قائل:
{الذي جعل لكم الأرض مهدا} (20: 53) تأمل كيف تشير الآية إلى حركة الأرض إشارة جميلة لم تتضح إلا بعد قرون، وكيف تستعير للأرض لفظ المهد الذي يعمل للرضيع، يهتز بنعومة لينام فيه مستريحا هادئا؟ وكذلك الأرض مهد للبشر...


Quranın açıqladığı sirlərdən biri də yerin hərəkətdə olmasıdır. Allahu-təala buyurmuşdur: “(Allah) O şəxsdir ki, yeri sizin üçün beşik etmişdir” (Taha surəsi, 53). Diqqət et, gör ayə yerin hərəkətdə olmasına necə gözəl işarə etmişdir, hansı ki, yalnızca əsrlər sonra bu iş aşkar olmuşdur. Və diqqət et gör ki, yer üçün necə məcazi olaraq “beşik” sözü işlədir. Beşik südəmər uşaq üçün hazırlanır; uşaq orada rahat və dinc şəkildə yatsın deyə onu astaca yelləyirlər. Yer də insanlar üçün bir beşikdir...”

Sonra deyir:

تشير الآية المباركة إلى حركة الأرض إشارة جميلة، ولم تصرح بها لأنها نزلت في زمان أجمعت عقول البشر فيه على سكونها، حتى أنه كان يعد من الضروريات التي لا تقبل التشكيك


Ayə yerin hərəkətdə olmasına gözəl bir şəkildə işarə edir. Lakin, ayə bu məsələni açıqca bildirməmişdir. Çünki, bu ayə elə bir zamanda nazil olmuşdu ki, bəşəriyyət hamılıqla yerin hərəkətsiz olduğunu deyirdi. Hətta, bu məsələ şəkk qəbul etməyən zəruri məsələlərdən hesab olunurdu!”

 

Fotoşəkil: Seyyid Xoi, əl-Bəyan fi-Təfsiril-Quran, c.1, səh.73-74

Gördüyünüz kimi, Seyyid Xoi (quddisə sirruh) Yerin kürə şəklində olduğunu açıqca bildirmişdir və bizim əlavə bəyanımıza ehtiyac yoxdur.

2) Məkarim Şirazi (muddə zilluhul-vafir):

Ayətullahul-Üzma Məkarim Şirazi (hafizəhullah) özünün 15 cildlik “əl-Əmsəl” təfsirində mübarək Nəml surəsinin 88-ci ayəsinin təfsirində “Yerin hərəkəti Quranın elmi möcüzələrindən biridir” başlığı altında deyir:

حركة الأرض إحدى معاجز القرآن العلميّة:

... وما نستنتجه من هذا التّفسير، هو أن هذه الجبال التي نتصورها ساكنة "جامدة" هي في سرعة مطرّدة في حركتها... ومن المقطوع به أنّه لا معنى لحركة الجبال من دون حركة الأرض المتصلة بها، فيتّضح من الآية أنّ الأرض تتحرك كما يتحرك السحاب!


“...Bu təfsirdən bu nəticəni əldə edirik ki, hərəkətsiz və (Quranın təbiriylə) “donmuş” hesab etdiyimiz bu dağlar sürətli şəkildə hərəkət edirlər.. Qəti şəkildə məlumdur ki, dağların bitişik olduqları yer həkətsiz olduğu təqdirdə, dağların hərəkət etməsinin bir mənası qalmır.
Buna əsasən, ayədən aydın olur ki, yer buludlar hərəkət etdiyi kimi hərəkət edir!

 

Fotoşəkil: Məkarim Şirazi, əl-Əmsəlu fi təfsiri-Kitabilləhil-munzəl, c.12, səh.154

3) Əllamə Təbatəbai (quddisə sirruh):

وفي الآية أعني قوله: ﴿وترى الجبال تحسبها جامدة وهي تمر مر السحاب﴾ إلخ، قولان آخران:

وثانيهما: حملها على حركة الأرض الانتقالية وهو بالنظر إلى الآية في نفسها معنى جيد إلا أنه أولا: يوجب انقطاع الآية عما قبلها وما بعدها من آيات القيامة وثانيا: ينقطع بذلك اتصال قوله: ﴿إنه خبير بما يفعلون﴾ بما قبله.


“Ayə barədə, yəni:
“Sən dağları görüb onları donmuş (hərəkətsiz) hesab edərsən, halbuki, onlar buludun keçdiyi kimi keçib gedərlər” ayəsi barədə başqa iki nəzər də vardır:

...İkinci: ayə yerin intiqali (günəş ətrafında) hərəkətinə dəlalət edir. Bu, ayənin sırf özünə nəzər saldığımız zaman çox yaxşı mənadır, lakin, bu təfsir ayənin özündən qabaqkı və sonrakı ayələr ilə əlaqəsinin qırılmasını gərəkli edir...”

 

Fotoşəkil: Əllamə Təbatəbai, Təfsirul-Mizan, c.15, s.405-406 (Nəml surəsi, 88-ci ayənin təfsiri)

Gördüyünüz kimi, Əllamə Təbatəbai (quddisə sirruh) yerin hərəkətdə olması məsələsini öz-özlüyündə qəbul edir. Mərhum Əllamə buyurur ki, ayəni müstəqil şəkildə götürdüyümüz təqdirdə, bu təfsir yaxşı təfsirdir, lakin, ayəni digər ayələrlə əlaqəli götürmək lazımdır. Deməli, Əllamənin qəbul etmədiyi yerin hərəkətdə olması məsələsi yox, ayəyə müstəqil şəkildə nəzər salmaq məsələsidir. Başqa sözlə, bizi maraqlandıran Əllamənin ayəni hansı mənada qəbul edib-etməməsi deyil, onun yerin hərəkətdə olması nəzəriyyəsini təsdiq etməsidir. Əgər Əllamənin nəzərində yer hərəkətsiz olsaydı, o zaman bu təfsir üçün “çox yaxşı mənadır” deməzdi. Əksinə deyərdi ki, “belə bir şey mümkün deyil, çünki yer hərkətsizdir”. Elə isə aydın olur ki, yerin hərəkətdə olmasını Əllamə Təbatəbai də deyir.

4) Ayətullahul-Üzma Şeyx Cəfər Sübhani (muddə zilluhul-vafir) özünün 30 cildlik möhtəşəm təfsirində Mülk surəsinin 15-ci ayəsinin təfsirində deyir:

فقد استعرض سبحانه إحدى النعم الكبرى التي يغفل عنها الإنسان وذلك كون الأرض ذلولاً للإنسان في مقابل كونها جامحة، والحال أنّ للأرض حركات مختلفة منها:

1. حركتها حول نفسها.

2. حركتها حول الشمس.

3. حركتها ضمن المجموعة الشمسية وسط المجرة. وهذه الحركات الثلاث يفترض أن تكون الأرض بسببها جامحة غير مستقرّة، ومن ثم لا تصلح لإقامة الإنسان وعيشه، ولكنّ الله سبحانه جعلها، بالرغم من ذلك ذلولاً مطيعةً للإنسان.


“Bu ayədə Sübhan olan Allah insanın qəflət etdiyi ən böyük nemətlərdən birinə işarə etmişdir və o yerin insan üçün inadkar və itaətsiz deyil, insan ram olmuş vəziyyətdə olmasıdır. Halbuki, yerin müxtəlif hərəkətləri vardır. Bunlara misal olaraq onun:

1)Öz oxu ətrafında fırlanmasını;

2)Günəş ətrafında fırlanmasını;

3)Günəş sisteminin daxilində qalaktikada fırlanmasını göstərə bilərik. Bu üç hərəkət yerin onlar səbəbilə aram halda deyil, itaətsiz və qeyri-aram halda olmasını və dolayısı ilə də yerin yaşamaq üçün insana yayarlı olmamasını gərəkli edir. Lakin, sübhan olan Allah bu hərəkətlərə rəğmən yeri insan üçün ram və itaətkar etmişdir.

Mənbə: Minyətut-Talibin fi təfsiril-Quranil-Mubin, c.29, səh.43-44 (onlayn link)

Şeyx Cəfər Sübhaninin (muddə zilluh) kəlamları da izaha ehtiyac duymayacaq qədər aydındır.

5) Şeyx İbrahim Ənsari Zəncani (quddisə sirruh). O, Şeyx Müfidin (quddisə sirruh) “Əvailul-Məqalat” kitabına verdiyi şərhində Şeyxin fələyin hərəkəti ilə bağlı fikirlərinə belə şərh verir:

وقد عرفت أن هذه الآراء مبنية على مزاعم القدماء وظنونهم ولا توافق مع الآراء العلمية الحاضرة وأن المصنف أوردها على وفق مسلماتهم في ذلك.


“Siz bildiniz ki, bu fikirlər qədim alimlərin iddialarına və zənlərinə əsaslanan və müasir elmi fikirlərlə uyğun gəlməyən nəzərlərdir. Kitabın müəllifi də qədim alimlərin bu məsələ barədə qəbul etdikləri fikir əsasında bu fikirləri qeyd edib.”

 

Fotoşəkil: Şeyx Müfid, Əvailul-Məqalat”, Şeyx İbrahim Ənsari Zəncaninin şərhi: səh.208 (Şeyx İbrahim Ənsarinin şərhi ilə)

Daha sonra Şeyxin yerin sükunətdə olması fikrinə cavab olaraq deyir:

(121) قوله في القول 96 (وعلة سكونها أنها في المركز)
أقول: فكان الشيخ قده اعترف أن الأرض على فرض عدم كونها في المركز لا تكون ساكنة فإذا ثبت الآن أنها ليست في المركز بل هي من أقمار الشمس يثبت قهرا عدم سكونها بل حركتها وهذه أيضا مثل بقية الآراء التي أخذها المتكلمون من الحكماء وربما بنوا عليها آراء اعتقادية مع تبين فساد المبني خصوصا في زماننا هذا.


“121-ci məsələ: Şeyxin dediyi 96-cı “Yerin hərəkətsiz olmasının səbəbi onun mərkəzdə olmasıdır” sözü barədə:

Deyirəm: Şeyx özü etiraf etmişdir ki, yerin mərkəzdə olmadığı fərz etdiyimiz təqdirdə yer sükunətdə olmayacaqdır. Əgər hazırkı dövrdə yerin mərkəzdə olmadığı, əksinə, onun günəşin ətrafında (dönən) cismlərdən biri olması sübuta yetərsə, o zaman avtomatik yerin sükunətdə olmaması və hərəkətdə olması sübuta yetəcək. Şeyxin bu fikri də həmçinin, (yanlışlıq baxımından) mütəkəllimlərin filosoflardan əxz etdikləri digər fikirlər kimidir. Bəzən mütəkəllimlər bu fikirlər üzərində əqidəvi fikirlər inşa etmişlər. Halbuki, üzərində əqidə inşa etdikləri şeylərin batilliyi aşkar olmuşdur, xüsusən də, hazırkı dövrümüzdə.

 

Fotoşəkil: Şeyx Müfid, Əvailul-Məqalat”, Şeyx İbrahim Ənsari Zəncaninin şərhi: səh.353 (Şeyx İbrahim Ənsarinin şərhi ilə)

Gördüyünüz kimi, Şeyx İbrahim Ənsari də (rəhiməhullah) bizim keçən məqalədə dediyimiz sözü bir daha təsdiq edir. Bildirir ki, Şeyx Müfidin (rəhiməhullah) o dövrdə yerin hərəkətsiz olmasını deməsi heç kəsə qəribə görünməməlidir. Çünki, min il bundan qabaq nəinki, Şeyx Müfid, hətta, əksər mütəkəllimlərin, filosof və astronomların nəzəri belə idi. Lakin, müasir dövrdə elm bu nəzərlərin batilliyini aşkar etmiş, onların yanlışlığını ortaya çıxarmışdır. Elə isə, kilsə zehniyyətli müasir müsəlmanların vay halına! Üstəlik, Yaşar Süleymanlı öz aləmində bizə yazılı rəddiyyə verməyə çalışmışdır. Danışıq qabiliyyətindən məhrum olduğu kimi yazı qabiliyyətindən də məhrum olduğunu sübut edən Yaşar deyir:

“Şeyx əl-Mufid, nəinki, yerin, sakin və hərəkətsiz olmasını, həmçinin, bunun, nə səbəbdən, sakin və hərəkətsiz olmasını da, deyir. Bu isə, çox, mühümdir.”

Deməli, Şeyx Müfidin səbəb gətirdiyi şey Yaşar üçün çox mühümdür. Elə isə, ey Yaşar, sənin cavabını elə Şeyx İbrahim Zəncani vermişdir. Bu da bizdən sənə hədiyyə olsun. Şeyx Zəncani deyir:

“Şeyx özü etiraf etmişdir ki, yerin mərkəzdə olmadığı fərz etdiyimiz təqdirdə yer sükunətdə olmayacaqdır. Əgər hazırkı dövrdə yerin mərkəzdə olmadığı, əksinə, onun günəşin ətrafında (dönən) cismlərdən biri olması sübuta yetərsə, o zaman avtomatik yerin sükunətdə olmaması və hərəkətdə olması sübuta yetəcək.”

İndi ki, Yerin mərkəzdə olmaması astronomiya elmi ilə sübuta yetmişdir, deməli, Şeyx Müfidin də sözü avtomatik qüvvədən düşür. Başqa sözlə, Yaşar özü-özünü yandırmışdır.

6) Ayətullahul-Üzma Şeyx Muhəmməd Fazil Lənkərani (quddisə sirruh) özünün “Mədxəlut-Təfsir” əsərində deyir:

ما ورد في شأن الأرض, وأنها متصفة بوصف الحركة, غاية الأمر أنه حيث كان سكون الأرض من الأمور المسلمة في ذلك العصر, بل وبعده إلى حديد القرن العاشر من الهجرة - ولذا صار الحكيم المعروف بـ غاليله الكاشف لحركة الأرض والمثبت لها, مورداً للإهانة والتعذيب والتحقير مع جلالته العلمية ومقامه الشامخ - لم يصرح القرآن بذلك حذراً من ترتب النتيجة المعكوسة عليه وحصول نقض الغرض بسببه, بل أشار إلى ذلك بإشارات لطيفة.


Yer barədə, onun hərəkətdə olması barədə gələn ayələr: o dövrdə və hətta, onuncu hicri əsrinə qədər yerin sükunətdə olması yekdilliklə qəbul olunmuş bir məsələ idi deyə (belə ki, hətta, yerin hərəkət etməsini kəşf və sübut edən məşhur filosof Qaliley böyük elmi məqamına baxmayaraq, bunu etdiyi üçün təhqir, töhmət və işkəncələrə məruz qalmışdır) Quran – əks nəticə verməsindən və qarşıya qoyulan məqsəd baş tutmamasından ehtiyat edərək – bu məsələni açıqca bildirməmişdir. Lakin, lətif işarətlərlə bu məsələyə işarə etmişdir..”

 

Fotoşəkil: Ayətullahul-Üzma Şeyx Fazil Lənkərani, Mədxəlut-Təfsir, səh.78

Ardıyca isə, yerin hərəkətdə olmasına dəlalət edən ayələri sadalamış və bu ayələri izah etmişdir. Mərhum Fazil Lənkərani (quddisə sirruh) açıqca göstərir ki, Qurani-Kərim Yerin hərəkətdə olması məsələsini hələ miladi 7-ci əsrdə aşkarlamışdır. Lakin, müəyyən məsləhətlər səbəbindən bunu açıqca deyil, işarəli şəkildə vurğulamışdır.

7) Şəhid Mustafa Xomeyni

وأسوأ حالا من ذلك توهم دلالة الآية الشريفة على سكون الأرض وقرارها، كما في تفسير الفخر وغيره، وقد أخذ هنا في مباحث تضحك منها الثكلى


Bundan daha pisi isə budur ki, ayənin yerin sükunətdə olduğuna və hərkət etmədiyinə dəlalət etdiyini düşünmüşlər. Necə ki, Fəxr ər-Razinin və digərlərinin təfsirlərində belədir (bax: “ət-Təfsirul-Kəbir”, Fəxrəddin ər-Razi, 2/102-103). Burada elə bəhslər edilmişdir ki, balası ölmüş ananın gülməyi gəlir.

 

Fotoşəkil: Şəhid Mustafa Xomeyni, Təfsirul-Quranil-Kərim, c.4, səh.380

Bəli, Qurani-Kərim ayələrini səhv başa düşüb Yerin hərəkətsiz olmasını demək, balası ölmüş ananı güldürən işlərdəndir!

Biz avamca sözləri ilə balası ölmüş anaları güldürən Yaşar Süleymanlıya səslənirik; ey müddəi! Sən bizdən üç mənbə istəmişdin, biz isə sənə yeddi mənbə göstərdik. İxtisara riayət etmək qəsdimiz olmasaydı, daha artığını da göstərərdik. Elə isə, etdiyin çirkin əməldən, atdığın iftiradan və danışdığın yalandan tövbə et. Görəsən, özünü vəziyyətdən çıxarmaqdan ötrü əyri yollara baş vurmağı dayandırmağının vaxtı gəlmədimi?

Yer planetinin kürə şəklində olması və hərəkət etməsi şiə alimləri nəzərində sabit məsələdir. Bizim sözlərini sənə təqdim etdiyimiz bu alimlər şiə məktəbinin simalarıdırlar. Bu şəxslərin ittifaqı, şiənin bu məsələdə əqidəsindən xəbər verir. Əgər insanlara şiə əqidəsində Yerin hərəkəti məsələsini anlatacaqsansa, o zaman bizdən xahiş et, sənə alimlərimizin sözlərini təqdim edək. Ondan sonra nə anlatırsan, anlat.

Görəsən, bu sözlərdən sonra yenə də danışmağa cürət edəcəksənmi, bilmirik. Bu sözlərdən sonra yalnız nəfsinin qulu olan inadkar dikbaş rəddiyyə verməyə çalışar.

Elə isə etdiyin çirkin iftiraya görə Allah qatında tövbə edib Allaha tərəf qayıt!

ÜÇÜNCÜ MƏQAM:

Yaşar Süleymanlı adlı müddəi Yer kürəsinin hərəkətdə olmasına dair Quran və sünnədən dəlil gətirməyimizi tələb etmişdir. Biz onun bu iddiasına aşağıdakı kimi cavab verəcəyik.

Qurana gəlincə:

Yaşar Süleymanlı şiə alimlərinin yerin hərəkətdə olmasını Qurani-Kərimdən necə isbat etdiklərini bilmək istəyirsə, zəhmət çəkib “Mədxəlut-Təfsir”, “Minyətut-Talibin”, “Təfsirul-Əmsəl”, “Təfsirul-Bəyan” və s. kimi kitablara müraciət etsin. Bu kitablarda Yaşar üçün könlü istədiyi qədər dəlil vardır. Əslində, nasibi forumlarından oğurluq edən Yaşar Süleymanlı bu mənbələri araşdırdıqdan sonra şiəyə nəsə nisbət verməyə çalışmalıydı. Lakin, onun məqsədi ilahi deyil, şeytani olduğu üçün heç bir araşdırma etmədən ərəb nasibilərinin cızma-qaralarından oğurladığı yalan-palanı “youtube”-də camaata sırımağa çalışmışdır. Əlqərəz, biz uzunçuluq olmasın deyə bu dəlilləri tək-tək qeyd etməyəcəyik. Zatən, o qədər məlumatı burada qeyd etməyə imkan da yoxdur. Biz belə dəlillərdən sadəcə birini “Mədxəlut-Təfsir” kitabından nəql etməklə kifayətlənirik. Ayətullahul-Üzma mərhum Fazil Lənkərani “Mədxəlut-Təfsir” kitabında yerin hərəkətdə olmasına dair üç ayəni misal göstərmişdir. Biz bunlardan Taha surəsi, 53-cü ayəni qeyd edirik: “(Allah) O kəsdir ki, Yeri sizin üçün beşik etmişdir”. Mərhum Fazil Lənkərani deyir ki, Allahu-təala Yer üçün “beşik” sözünü işlətmişdir. Məlumdur ki, uşaq üçün hazırlanan və onun üçün düzəldilən bu beşiyin yerə nisbət verilməsi, yerin beşik şəklində olmasına görə deyildir. Əksinə, yerin beşiyə bənzədilməsi beşiyin hərəkətinə görə, onun bir haldan başqa bir hala keçməsinə görədir. Ayədə yerin hərəkətinə gözəl və lətif şəkildə işarə edilmişdir. Belə ki, necə ki, beşik uşağın yetişdirilməsi və istirahət etməsi üçündür, eləcə də yerin hərəkəti insanın və sair mövcudatların yetişdirilməsi və istirahət etməsi üçündür.” (Bax: “Mədxəlut-Təfsir”, səh.78-80.) Başqa sözlə desək, Allahu-təala Yeri öz qüdrəti ilə bir beşik kimi qərar vermişdir; insan sürətlə hərkətdə olan Yerin hərəkətdə olmasını hiss etmir, beşikdə olan körpə kimi aram və rahat olur. Həmçinin, mərhum Fazil Lənkərani Mülk surəsi, 15 (“Yeri (Yer kürəsini) sizə ram edən Odur”) və Nəml surəsi 88-ci ayələrin də (“Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər”) yerin hərəkətinə dəlalət etməsini isbat etmişdir.

Sünnəyə gəlincə:

Yaşar Süleymanlı sünnə məsələsini də araşdırmayıb nasibiləri təqlidi etdiyi üçün bu məsələdən də bixəbər qalmışdır. Biz Yaşar Süleymanlıya növbəti dərsi keçərək onu hədis və rəvayətlərlə də tanış edirik.

Yer kürəsinin hərəkətdə olması məsələsi pak Əhli-Beyt İmamlarının (əleyhimus-səlam) kəlamlarında və hədislərində sübuta yetmişdir. Bu barədə az sonra siz möhtərəm oxuculara İmam Sadiq (əleyhis-səlam)-ın kəlamından dəlil göstərəcəyik. Lakin, dəlili göstərməzdən qabaq bir məsələni vurğulamaq istəyirik və o da budur ki, Yer kürəsinin hərəkətdə olub olmaması məsələsi nə əqidəvi və nə də fiqhi məsələ deyildir. Buna görə də bu barədə hətta, məsum İmamlardan (əleyhimus-səlam) və ya Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) hədis sadir olmasaydı belə, yaxud Qurani-Kərimdə bu heç barədə bir məlumat verilməsəydi belə, yenə də bir müşkülü olmayacaqdı. Çünki, bu məsələ dini məsələ yox, astronomik bir məsələdir. Bu cür məsələləri araşdırıb üstünü açmaq dinin yox, astronomiya elminin işidir. Ona görə də Yaşar Süleymanlı kimi şəxslərin bu məsələ ilə bağlı Quran və sünnədən dəlil istəmələrinin heç bir əsası yoxdur. (Ona qalsa, atomun kəşfindən tutmuş elektronların kəşfinə qədər də Quran və sünnədən dəlil istəməlidir. Görəsən, belə bir şeyi edərlərmi?) Lakin, Allahın bir lütfüdür ki, Səqəleyn – Quran və Əhli-Beyt bu xilqət sirrinin üstünü 1400 il bundan qabaq açmışdır, beləcə, bununla Quran və Əhli-Beytin ilahi möcüzə və haqq olmalarını sübuta yetirmişdir.

Gəlin, İmam Sadiq (əleyhis-səlam)-dan nəql edilən aşağıdakı hədisə diqqət yetirək. Biz öncə hədisin tərcüməsini qeyd edəcək, ardınca isə hədisin şərhini verəcəyik. Hörmətli oxucu diqqət edib baxsın ki, pak Əhli-Beyt imamı İmam Sadiq (əleyhis-səlam) 1200 il bundan qabaq Yerin özü oxu və Günəş ətrafında dönməsi məsələsini necə isbat etmiş və Günəşin Yer ətrafında dönməsi fikrini necə rədd etmişdir. Şeyx Kuleyni (quddisə sirruh) “əl-Kafi” kitabında belə nəql edir:

عن أحمد بن محمد وعلي بن محمد جميعاً عن علي ابن الحسن التيمي عن محمد بن الخطاب الواسطي عن يونس بن عبد الرحمن عن أحمد بن عمر الحلبي عن حماد والأزدي عن هشام الخفاف، قال: قال لي أبو عبد الله (جعفر الصادق) (عليه السلام): كيف بصرك بالنجوم؟ قال، قلت: ما خلفت بالعراق أبصر بالنجوم مني. فقال: كيف دوران الفلك عندكم؟ قال: فأخذت قلنسوتي عن رأسي فأدرتها. فقال: فإن كان الأمر على ما تقول، فما بال بنات نعش والجدي والفرقدين لا يرون يدورون يوماً من الدهر في القبلة؟ قال، قلت: والله هذا شيء لا أعرفه، ولا سمعت أحداً من أهل الحساب يذكره...


“Hişam əl-Xəffaf deyir: Əba Əbdillah (əleyhis-səlam) mənə dedi: “Ulduzlara nə həddə agahsan?” Dedim: “İraqda ulduzlara məndən daha agah olan birisi yoxdur.” Dedi: “Sizin nəzərinizdə fələkin dövr etməsi hansı şəkildədir?” Hişam deyir: Mən başımdakı çalmanı götürüb fırlatdım. Əba Əbdillah dedi: “Əgər məsələ sənin dediyin kimi olsa, o zaman nə üçün “Bənatu-Nə`ş”, “Cədy” və “Fərqədeyn” ulduzları bircə gün belə olsun qiblə tərəfdə görünmürlər?” Mən dedim: “Vallahi, bu elə bir şeydir ki, bilmirəm. Hesab əhlindən bir kimsənin də bunu dediyini eşitməmişəm.”

 

Fotoşəkil: Şeyx Kuleyni, əl-Kafi, c.8, səh.351, hədis 549

Hədisin şərhi:

Birinci:

Öncəliklə “Bənatu-Nə`ş”, “Cədy” və “Fərqədeyn” ulduzlarının mənalarını qeyd edək:

1. “Bənatu-Nə`ş”: daim şimal qütbü tərəfdə görünən yeddi ulduza deyilir. Latınca adı “Ursa Major”-dur.

2. “Cədy”: o da daim şimal qütbündə olan ulduzun adıdır. Onunla qibləni təyin edirlər. Latınca adı “Polaris”-dir

3. “Fərqədeyn”: o da şimal qütbündə olan iki ulduzun adıdır. Latınca adı: “Pherkad”-dır.

Bu üç ulduzun hər üçü şimal qütbündə yerləşir və bunlarla qibləni təyin edirlər.

İkinci:

İmam Sadiq (əleyhis-səlam) mahir astronom olan Hişam əl-Xəffafa “sizin nəzərinizdə fələkin dövr etməsi hansı şəkildədir” deyə sual verir. İmam bunu nəzərdə tutur ki, yəni, siz astronomların hesablarına əsasən, göy cisimlərinin hərəkəti hansı formadadır; Yer kürəsi bu göy cisimləri arasında hərəkət edir, yoxsa, o cismlər Yerin ətrafında dövr edir? Bunun ardınca Hişam başındakı sarığı çıxararaq onu başının üzərində dövr etdirir. Bununla onu nəzərdə tutur ki, başım Yerdir, çalmam isə göy cisimləri. Yəni, fələk – göy cisimləri eyniylə bu çalmamın başımın ətrafına dövr etdiyi kimi yerin ətrafına dövr edirlər. Lakin, Ali-Muhəmmədin alimi əs-Sadiqul-Musəddəq (əleyhi və əla abahis-səlam) buyurur ki, xeyr elə deyildir! Əgər elə olsa, o zaman gərək “Bənatu-Nə`ş”, “Cədy” və “Fərqədeyn” öz yerlərini dəyişələr. Halbuki, ilk boyu bu ulduzlar öz yerlərində qalırlar; yerlərini dəyişmirlər və daim şimal tərəfdədirlər! Deməli, bundan belə başa düşürük ki, dövr edən ulduzlar və göy cismləri deyil, məhz yer kürəsinin özüdür; yer öz oxu ətrafında və günəş ətrafında dövr edir. İmamın Hişam əl-Xəffafın “göy cimsləri yerin ətrafına dönür” nəzəriyyəsini rədd etməsi və bu rəddini çox gözəl bir misalla əsaslandırması, onu göstərir ki, hələ 1200 il bundan qabaq İmam Sadiq (əleyhis-səlam) yer kürəsinin öz oxu və günəş ətrafında hərəkətdə olmasını söyləmişdir. Görəsən, bundan daha açıq və daha aydın bəyan ola bilərmi? Görəsən, bundan sonra bəhanə üçün yer qalırmı? Bu dəlilləri inkar etmək üçün insan imanını itirməli və inad əhli olmalıdır. Biz bu müddəiyə bu növdən olan daha çox dəlillə tanış olmaq üçün “əl-İmamus-Sadiq kəmə arafəhu uləməul-Ğarb” (İmam Sadiq: qərb alimlərinin tanıdığı şəkildə) adlı kitaba müraciət etməsini məsləhət görürük. Bu kitab 1968-ci ildə Fransanın Strasburq Universitetində qərb alimləri və şərqşünasları tərəfindən “imamiyyə şiələri və onların elmi-mədəni tarixi” mövzusunda keçirilən konfransda səsləndirilən çıxışların toplusudur. Kitab fransız dilində çap olunmuş, daha sonra isə doktor Nurəddin Ali-Əli onu ərəb dilinə çevirmişdir. Əlbəttə, əgər müddəi ərəbcə kitab oxuya bilirsə bu kitaba müraciət etsin, əgər oxuya bilmirsə (ki, oxuya bilmədiyinə qəti şəkildə əminik) o zaman başqa birisinə müraciət etsin, onlar onun üçün oxusunlar. Bundan sonra İmam Sadiq (əleyhis-səlam)-ın hansı elmi məqama və möcüzələrə malik olduğuna şahid olsun, beləcə, bir daha burnunun girmədiyi yerə başını soxmasın.

DÖRDÜNCÜ MƏQAM:

Yaşar Süleymanlı adlı bu şəxs videosunun 2-ci hissəsində şiə məzhəbində yerin hərəkətsiz olmasına dair nasibi səhifələrindən oğurladığı növbəti puç iddiaları qeyd etmişdir. Bu iddialar üç iddiadan ibarətdirlər:

1) Movla Muhəmməd Saleh Mazandarani ilə bağlı iddia;

2) Sultan Əli şah əl-Cənabizi ilə bağlı iddia;

3) Nəhl surəsinin 15-ci ayəsinin təfsiri ilə bağlı iddia.

İddialara cavab:

1)Mazandarani ilə bağlı iddia və cavabı:

Movla Muhəmməd Saleh Mazandarani ilə (quddisə sirruh) bağlı iddiaya keçməzdən qabaq qeyd edək ki, biz bu cahil müddənin oxuduğu ərəbcə mətnlərdə etdiyi dəhşətli xətaları qeyd etmədən keçirik. Çünki, xətaların sayı o qədər çoxdur ki, məqalənin iki qat uzanmasından qorxuruq. Biz bir başa iddialara keçir və ittihamları cavablandırırıq.

Molla Saleh Mazandarani (quddisə sirruh) “Üsuli-Kafi” kitabına verdiyi şərhinin müqəddiməsində deyir:

ونصلي على سيد أنبيائك وأشرف أوليائك صلاة دائمة ما دامت الأرض ساكنة والفلك دوارا


(İlahi) yer sakit, fələk isə dönən halda olduğu müddətcə Sənin peyğəmbərlərinin ağasına və Sənin vəlilərinin ən üstününə daimi salavat göndəririk.”

 

Fotoşəkil: Molla Saleh Mazandarani, Şərhu-Usulil-Kafi, c.1, səh.1

Deyirik:

Keçən yazımızda Şeyx Müfid (quddisə sirruh) üçün qeyd etdiyimiz nüanslar Şeyx Muhəmməd üçün də keçərlidir. Məlumdur ki, mərhum Mazandarani hicri 1086-cı ildə, Səfəvilər dövründə, yəni, təxminən 400 il bundan öncə vəfat etmişdir. Təxminən 400 il bundan öncə “yer hərəkət edir” dediyi üçün Qalileyi inkvizasiya məhkəməsinə çəkmişdilər. Belə bir dövrdə Movla Muhəmməd Saleh Mazandaraninin (quddisə sirruh) bu cür xəta etməsi qəribə deyildir. Daha öncə də qeyd etdiyimiz kimi, elm və astronomiyanın inkişaf etmədiyi bir mühitdə bu cür din və əqidə ilə bağlılığı olmayan məsələlərdə səhv etmək alim və ya məzhəb üçün heç bir vaxt nöqsan sayılmaz. Xüsusən də nəzər almaq lazımdır ki, elə Mazandaraninin sözünə Mirzə Əbul-Həsən əş-Şerani kitabın haşiyəsində cavab vermiş və demişdir:

هذا على اعتقاد أن الأرض ساكنة وعليه جل القدماء، لكن في عصرنا هذا لا نعرف من جزم بسكون الأرض بل أثبتوا لها حركة محورية تدور حول نفسها، تحدث منها الليل تسمى بالحركة الوضعية، وحركة انتقالية تدور حول مركز الشمس تحصل منها الفصول الأربعة.


“Bu deyilənlər yerin sükunətdə olması etiqadına əsasən (belə deyilib). Qədim alimlərin əksəriyyəti bu fikirdə olmuşlar.
Lakin, hazırkı dövrümüzdə yerin sükunətdə olduğunu deyən bir şəxs tanımırıq. Əksinə, alimlər yerin mehvəri hərəkətə malik olub öz ətrafında döndüyünü sübut etmişlər. Bu növ hərəkətin nəticəsində gecə-gündüz yaranır, belə hərəkət “vəz`i hərəkət” deyilir. Həmçinin alimlər yerin intiqali hərəkətə malik olub günəş ətrafında döndüyünü sübut etmişlər. Bu növ hərəkətin nəticəsində də dörd fəsil yaranır.

 

Fotoşəkil: Molla Saleh Mazandarani, Şərhu-Usulil-Kafi, c.1, səh.1

Düşünürük ki, daha öncə Quran və sünnədən qeyd edilən dəlillərdən sonra, habelə, nəhəng şiə alimlərindən bu məsələni rədd ilə bağlı gətirilən sözlərdən sonra və eləcə də bu qeyd etdiyimiz şərhdən sonra ağıl sahibi kəslər nəzərində bu məsələ barədə zərrəcə şübhə qalmır. Məsələ o qədər aşkar və bəyandır ki, əlavə sözə ehtiyac duymuruq. Dediyimiz kimi: qədim alimlərdən kimlərinsə öz sahələri olmayan astronomiya elmində səhv etmələri, onların bu səhvlərinin şiə məzhəbinin rəyi olduğu anlamına gəlmir. Əksinə, bir məzhəbin rəyi və əqidəsi, o məzhəbin böyük alimlərinin icması və ittifaqı ilə sübuta yetər. Necə ki, yazımızın əvvəlində şiənin siması olan alimlərin sözlərini qeyd etdik. Onların yerin hərəkətdə olmasına etiqad etdiklərini və hətta, bunu Qurani-Kərim ayələri ilə isbat etdiklərini göstərdik! Elə isə, haqqı aşkara çıxardığı üçün şəni uca olan Allaha həmd olsun.

2)Sultan Muhəmməd əl-Cənabizi ilə bağlı iddia və cavabı:

Deyirik:

Cənabizinin rəyi barədə deyəcəyimiz söz bəllidir. Seyyid Xoi, Əllamə Təbatəbai, Cəfər Sübhani, Məkarim Şirazi, Fazil Lənkərani və s. kimi nəhəng alimlərin ittifaqının yanında bu cür şazz fikirlərin olması heç bir zərər gətirməz. Bu cür şazz fikirləri qəbul olunmuş əqidə və nəzər kimi götürmək istəsək, ötən yazımızda da qeyd etdiyimiz kimi, əhli-sünnə məzhəbində daş-daş üstə qalmaz! Buna əsasən, təfsiri sufi-şiə qarışığı bir təfsir olan Cənabizinin sözü bizim üçün höccət ola bilməz. (Onun təfsirinin sufi-şiə qarışığı təfsir olduğunu bilmək üçün bu kitabla bağlı yazılan rəylərə və kitabın özünə baxın). Xüsusən də Quran və sünnədən qeyd olunan dəlillərdən, alimlərin sözlərindən qeyd edilən rəy və nəzərlərdən sonra.

3)Nəhl surəsinin 15-ci ayəsinin təfsiri ilə bağlı iddia və cavabı:

Yaşar Süleymanlı adlı bu müddəi mübarək Nəhl surəsinin 15-ci ayəsinin təfsirinə girişməklə necə deyərlər, özünü başdan-ayağa yandırmışdır. Çünki, az sonra hörmətli oxucunun da görəcəyi kimi, əslində şiə təfsir kitablarında Nəhl surəsinin 15-ci ayəsi ilə bağlı qeyd olunan təfsirlər Yaşar Süleymanlının əqidəsini tamamilə alt-üst edir. Bu təfsirlər nəinki Yaşarın gülünc səsyazmasında qeyd etdiyi “dəlil”i darmadağın edir, eləcə də , bizim keçən məqaləmizdə “Nəhcül-Bəlağə” kitabındakı xütbələr barədə qeyd etdiyimiz məqamların səhih olduğunu bir daha möhkəm şəkildə təsdiq edir. Biz ilk öncə Yaşarın özü kimi avam nasibilərdən qamarladığı “dəlili” qeyd edir, ardınca Yaşarın öz əqli səviyyəsində bu hədisdən başa düşdüyü mənanı təfsir kitabları ilə alt-üst edirik, biiznillah.

Yaşar Süleymanlı adlı bu müddəi şiə kitablarında gələn aşağıdakı hədisi öz “elmi səviyyəsi” səbəbindən yerin hərəkətsiz olmasına dəlil gətirmişdir:

وبهذا الاسناد قال: قال النبي (صلى الله عليه وآله): ما خلق الله جل وعز خلقا إلا وقد أمر عليه آخر يغلبه فيه وذلك أن الله تبارك وتعالى لما خلق البحار السفلى فخرت وزخرت وقالت: أي شيء يغلبني فخلق الأرض فسطحها على ظهرها فذلت ثم قال: إن الأرض فخرت وقالت: أى شيء يغلبني؟ فخلق الجبال فأثبتها على ظهرها أوتادا من أن تميد بما عليها فذلت الأرض واستقرت


“Bu isnadla Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:
“Allah (cəllə və azzə) hansı bir məxluqu yaratmışdırsa, başqa bir məxluqa ona qələbə çalmağı əmr etmişdir. Belə ki, Allah təbarək və təala ən aşağı dənizləri yaradanda dənizlər fəxr edib dedilər: “Mənə nə qələbə çala bilər?” Bu zaman Allah fələyi yaratdı və dənizləri onunla əhatələndirdi. Beləcə onu zəlil etdi. Sonra yer fəxr etdi və dedi: “Mənə nə qələbə çala bilər?” Allah da dağları yaradıb onları mıxlar şəklində yerin belinə batırdı və dağlar yerin öz üzərindəkiləri atıb-tutmasına mane oldu. Beləcə yer alçalıb aram oldu.”

 

Fotoşəkil: Şeyx Kuleyni, Raudatul-Kafi, c.8, səh.86, h.149

Deyirik:

Mətni üzündən oxuya bilməyən bu savadsız insan “əl-Kafi”də gələn bu hədisin yerin hərəkətsiz olmasına dəlalət etdiyini iddia etmişdir. Həqiqətən də, insan bilmir bu sözlərə gülsün, yoxsa, ağlasın? Belə ki, bu hədisdə və eləcə də Nəhl surəsinin 15-ci ayəsində yer kürəsinin hərəkətsiz olmasına qətiyyən işarə edilməmişdir. Əksinə, istər Nəhl surəsinin 15-ci ayəsində, istərsə də bu hədisdə Yer kürəsinin dağlar səbəbilə silkələnmə və yırğalanmadan amanda qaldığı bəyan olunmuşdur. Biz az sonra tək-tək təfsir kitablarından bu ayənin izahını siz hörmətli oxuculara təqdim edəcəyik və göstərəcəyik ki, ayənin yerin hərəkətsiz olması ilə heç bir əlaqəsi yoxdur. Lakin, elm və maarifdən uzaq olan Yaşar Süleymanlı kimi şəxslər əllərində heç bir dəlil olmadığı üçün növbəti dəfə əyri və çirkin yollara baş vurmuş, bununla növbəti dəfə Qəhhar olan Allahın qəzəbini haqq etmişlər.

Hörmətli oxuculardan xahişimiz budur ki, qeyd edəcəyimiz məqamları və sitatları diqqətlə oxusunlar. Qeyd edəcəyimiz bu məqamlardan sonra keçən yazımızda “Nəhcül-Bəlağə” kitabında gələn xütbələrlə bağlı dediyimiz sözlər bir daha sübuta yetəcək, inşəAllah.

Öncəliklə bunu qeyd edək ki, müddəi bu hədisin zəif olduğunu etiraf etmişdir. Lakin, bu etirafın ardınca elə bir söz işlətmişdir ki, bu sözlə öz elmi kimliyinin üzərində tamamilə xətt çəkmişdir. Biz bəhsimizin sonunda bu məsələyə toxunacağıq. Hələlik isə, öz bəhsimizə qayıdırıq.

Əgər diqqət edirsinizsə, hədisdə deyilir: “Fə-xaləqal-cibələ fə-əsbətəhə alə zahrihə autədən min ən təmidə bimə aleyhə, fə-zəllətil-ardu vas-təqarrat.

Tərcüməsi: “Allah da dağları yaradıb onları mıxlar şəklində yerin belinə batırdı və dağlar yerin öz üzərindəkiləri atıb-tutmasına mane oldu. Beləcə yer alçalıb aram oldu.”

Müddəi bu cümlədə işlədilən “təmidə bimə aleyhə” (dağlar yerin öz üzərindəkiləri atıb-tutmalasına mane oldu), habelə, “vas-təqarrat” (aram oldu) sözlərindən yerin hərəkətsiz olmasını başa düşüb. Onu qınamırıq.. Onun elmi səviyyəsi və ərəb dili anlayışı olmadığından bu cür cəhalətlərə düçar olması normaldır.

Halbuki, bu iki cümlə tam ayrı bir həqiqətə işarə edir, onların yerin hərəkətsiz olması ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Bu cümlələr, keçən yazımızda da işarə etdiyimiz kimi, buna dəlalət edir ki, Allahın uca və kökləri yerin çox dərinliklərinə gedən möhkəm dağları yaratması, yer kürəsindəki hərəkət, titrəyiş və silkələnmənin qarşısını almışdır. Yer üzündəki möhkəm dağlar Yeri öz əhlini yırğalamaqdan saxlamışdır. Görəsən, bunun izahı üçün “onları mıxlar şəklində yerin belinə batırdı və dağlar yerin öz üzərindəkiləri atıb-tutmasına mane oldu” cümləsindən daha münasib nə cümlə deyilə bilər? Görəsən, bu müddəi bu hədisdəki “öz üzərindəkiləri atıb-tutmasına” cümləsini oxumurmu? Görəsən, bu insanların gözləri kordur, ya qəlbləri?! Axı bu cümlədən bu mənadan başqa fərqli məna necə əldə etmək olar?!

Bu dediklərimiz müasir elmin təsdiq etdiyi və təfsir kitablarında (Nəhl, 15 və s. ayələrin təfsirində) gələn bir şeydir. Müasir elm sübuta yetirmişdir ki, əgər yer kürəsində kökləri dərinlərə uzanan uca dağlar olmasaydı yer qabığı hərəkət edib sürüşmələrə məruz qalar, yer üzündə tez-tez zəlzələr baş verərdi. Yuxarıda qeyd olunan sözlərdən məqsəd məhz budur. Az sonra göstərəcəyimiz dəlillərdən əlavə bu dəlili qeyd etməyimiz kifayət edər ki, hətta, yerin hərəkətsiz olduğunu deyən Movla Muhəmməd Saleh Mazandarani (quddisə sirruh) belə bu cümlənin şərhini verərkən məhz bizim dediyimiz mənada şərh vermişdir. Belə ki, deyir:

(أوتادا من أن تميد بما عليها) ماد يميد ميدا إذا تحرك واضطرب ومال كالسفينة الخالية على وجه الماء.


“Autədən min ən
təmidə bimə aleyhə”: mədə, yəmidu, meydən. Bir şey hərəkət edib titrəyər və suyun üzərində olan içi boş gəmi kimi yırğalanarsa onun üçün (mədə) sözü işlənər.”

 

Fotoşəkil: Molla Saleh Mazandarani, Şərhu-Usulil-Kafi, c.12, səh.151

Gördüyünüz kimi, Şeyx Mazandarani bu cümləni yerin hərəkətsiz olmasına və s.-yə təfsir etməmişdir, əksinə, bununla yerin öz üzərindəkiləri yırğalamasına, atıb-tutmasına, habelə, yerin titrəməsinə işarə edildiyini bildirmişdir. Məlumdur ki, ərəb dilində “mədə” (ماد) feli təsirsiz feldir (yırğalanmaq), lakin bu fel “təsirsiz feldən təsirli fel düzəldən” “bi” önqoşması ilə işləndiyi zaman təsirli hala düşür (yırğalamaq). Belə olunca, bir daha sübuta yetir ki, hədisdə “ən təmidə bima əleyha” sözündən məqsəd “öz üzərində olanları yırğalamasın” mənasıdır. Belə olunca isə, “vas-təqarrat” (aramlaşdı, yerində durdu) sözünün mənası da aydın olur; belə ki, içi boş gəmi kimi yırğalanıb hərəkət edən Yer qabığı onun üzərinə dağların batırılması ilə aramlaşıb sakitləşir. Nəticədə, üzərində olan şəxsləri və əşyaları atıb tutmur, titrəmir, yırğalanmır. Görəsən, bütün bunların harasından yerin hərəkətsiz olması nəticəsi əldə edilir? Yəni, siz bu qədər düşüncəsiz ola bilirsiniz, ey müdəllislər?!

Hörmətli oxucular bu hədisin mənasının bizim dediyimiz şəkildə olduğuna daha çox əmin olmaqdan ötrü Nəhl surəsinin 15-ci ayəsinin təfsiri ilə bağlı şiə təfsir kitablarından qeyd etdiyimiz bu nümunələrə diqqət etsinlər.

Qeyd edək ki, Nəhl surəsi 15-ci ayənin tərcüməsi belədir:

“O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar...yaratdı”

Bu tərcümə sələfi-vəhhabi Əlixan Musayevin tərcüməsidir. Gördüyünüz kimi, ayənin orijinalında gələn “ən təmidə bikum” cümləsi “sizi silkələməsin deyə” şəklində tərcümə olunmuşdur. “əl-Kafi” kitabında qeyd olunan hədisdə də eyni söz işlənmişdir. Gəlin, bizim dediyimiz mənanın səhihliyinə dəlil olaraq aşağıdakı təfsirlərə nəzər salaq:

1) Şeyx Təbərsinin (quddisə sirruh) “Məcməul-Bəyan” təfsirində deyilir:

﴿وألقى في الأرض رواسي﴾ أي جبالا عالية ثابتة... ﴿أن تميد بكم﴾الأرض أي كراهة أن تميد بكم أو لئلا تميد بكم أي تتحرك وتضطرب


“O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar...yaratdı”:
yəni, uca və möhkəm dağlar yaratdı... “Ən təmidə bikum” yəni, yer sizi yırğalamasın deyə. Yəni, sizi atıb-tutmasın, sağa-sola atmasın deyə, başqa sözlə, hərəkət edib titrəməsin deyə.”

 

Fotoşəkil: Şeyx Təbərsi, Məcməul-Bəyan, c.6, s.111

Hörmətli oxucu bu cümlələrə diqqət etsin: “Yəni, sizi atıb-tutmasın, sağa-sola atmasın deyə, başqa sözlə, hərəkət edib titrəməsin deyə.” Görəsən, bu cümlə yerin hərəkət etməyib öz yerində dayandığına işarə edir, yoxsa, silkələnib öz üzərindəkiləri sağa-sola atmasın deyə dağlarla möhkəmlədildiyinə işarə edir? “Nə olub sizə necə mühakimə yürüdürsünüz?”

2) Əllamə Təbatəbainin (quddisə sirruh) “əl-Mizan” əsərində deyilir:

قوله تعالى: ﴿وألقى في الأرض رواسي أن تميد بكم وأنهارا وسبلا لعلكم تهتدون﴾ قال في المجمع: الميد الميل يمينا وشمالا وهو الاضطراب ماد يميد ميدا.
وقوله: ﴿أن تميد بكم﴾ أي كراهة أن تميد بكم أو أن لا تميد بكم والمراد أنه طرح على الأرض جبالا ثوابت لئلا تضطرب وتميل يمينا وشمالا فيختل بذلك نظام معاشكم.


“O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar...yaratdı”: “Məcməul-Bəyan”da deyilmişdir: “əl-meyd”, yəni, sağa-sola əyilmə. Bu, titrəmə deməkdir. “Mədə”, “yəmidu”, “meydən”.

“Ən təmidə bikum”: yəni, sizi sağa-sola yırğalamasın deyə. Bu nəzərdə tutulub ki, Allah, titrəməsin, sağa-sola yırğalanmasın və bunun nəticəsində də sizin həyat nizamınız pozulmasın deyə yer üzündə möhkəm dağlar yaratmışdır.

 

Fotoşəkil: Əllamə Təbatəbai, əl-Mizan, c.12, s.216

Görəsən, bundan daha açıq bir bəyan ola bilərmi? Görəsən, bundan artıq nə deyilə bilər?

3) Şeyx Məkarim Şirazinin (muddə zilluhul-vafir) “Təfsirul-Əmsəl” əsərində deyilir:

ثمّ يأتي الحديث عن الجبال بعد عرض فوائد البحار: (وألقى في الأرض رواسي أن تميد بكم).
كما قلنا سابقاً فإِنّ الجبال متصلة من جذورها وتقوم بتثبيت الإرض ممّا يجعلها مانعاً حصيناً من الزلازل الأرضية الشديدة الناشئة من الغازات الكامنة في باطن الأرض والمهددة بالخروج في أية لحظة على شكل زلزال.


“Dənizlərin faydalarını qeyd etdikdən sonra, dağlardan söhbət açılır və deyilir:
“Allah, sizi yırğalamasın deyə yer üzündə möhkəm dağlar yaratdı”. Daha öncə də qeyd etdiyimiz kimi, dağların kökləri (yerin altında) bir-birlərinə bitişikdir və onlar yeri möhkəm saxlayırlar. Bu isə yerin daxilində yığılıb qalan və hər an zəlzələ şəklində yerin üzünə çıxmağa hazır olan qazlardan əmələ gələn şiddətli zəlzələlərin qarşısını alır.”

 

Fotoşəkil: Şeyx Məkarim Şirazi, Təfsirul-Əmsəl, c.12, s.216

Hörmətli oxucular, diqqət edirsinizsə, bütün bu sözlər bizim istər keçən məqalədə, istərsə də bu məqalədə dediyimiz sözləri bir daha təsdiqləyir. Yerin aramlaşmasından məqsədin nə olduğunu bir daha gözəl şəkildə açıqlayır.

4) Şeyx Muhsin Feyz Kaşaninin (quddisə sirruh) “Təfsirus-Safi” əsərində deyilir:

وألقى في الأرض رواسي جبالا ثوابت أن تميد بكم كراهة أن تميل بكم وتضطرب.
في الخصال عن الصادق عن أبيه عن جده عليهم السلام أن النبي صلى الله عليه وآله وسلم قال إن الله تبارك وتعالى لما خلق البحار فخرت وزخرت وقالت أي شئ يغلبني فخلق الله الفلك فأدارها به وذللها ثم إن الأرض فخرت وقالت أي شئ يغلبني فخلق الله الجبال فاثبتها في ظهرها أوتادا منعها من أن تميد بما عليها فذلت الأرض واستقرت.
وفي الكافي عن الصادق عليه السلام إن الله جعل الأئمة عليهم السلام أركان الأرض أن تميد بأهلها.
وفي الإكمال عن الباقر عليه السلام لو أن الأمام رفع من الأرض ساعة لماجت بأهلها كما يموج البحر بأهله


“Yer üzündə “ravasi” yaratdı”:
yəni, möhkəm dağlar yaratdı ki, “sizi yırğalamasın”: yəni, sizi atıb-tutmasın və silkələnməsin.

“əl-Xisal” kitabında Sadiq (əleyhis-səlam)-dan nəql olunur və o həzrət də öz atasından, o da öz babasından (əleyhimus-səlam) belə nəql edir ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

“Allah təbarək və təala dənizləri yaradanda dənizlər fəxr edib dedilər: “Mənə nə qələbə çala bilər?” Bu zaman Allah fələyi yaratdı və dənizləri onunla əhatələndirdi. Beləcə onu zəlil etdi. Sonra yer fəxr etdi və dedi: “Mənə nə qələbə çala bilər?” Allah da dağları yaradıb onları mıxlar şəklində yerin belinə sabit etdi (vurdu) və bu dağlar yerin öz üzərindəkiləri atıb-tutmasına mane oldu. Beləcə yer alçalıb sakit oldu.”

“əl-Kafi” kitabında Sadiq (əleyhis-səlam)-dan belə nəql olunur: “Allah İmamları (əleyhimus-səlam) yerin dirəkləri etmişdir ki, yer öz əhlini atıb-tutmasın.”

“İkmalud-din” kitabında Baqir (əleyhis-səlam)-dan beə nəql olunur: “Əgər bir anlıq imam yer üzündən götürülsə, dəniz öz əhlini qamarladığı kimi yer də öz əhlini qamarlayıb (udar).”

 

Fotoşəkil: Şeyx Muhsin Feyz Kaşani, Təfsirus-Safi, c.3, s.129

Düşünürük ki, əlavə bəyana ehtiyac yoxdur. Burada “İmamlar olmadığı zaman Yerin öz əhlini udması” rəvayətlərinin Yerin aramlaşması rəvayətinin ardınca qeyd edilməsi bir daha onu göstərir ki, Yerin aramlaşmasından məqsəd Yer kürəsinin yırğalanmaqdan, sağa-sola hərəkət etməkdən və zəlzələlərə məruz qalmaqdan qorunmuş olmasıdır. Daha onun hərəkətsiz olub fırlanmaması deyil! İmamlar (əleyhimus-səlam) dağlar kimidirlər; əgər onlar olmasa, Yer təlatümə gəlib öz əhlini udar. Bundan daha gözəl və daha aydın bəyan ola bilərmi?

5) Şeyx Tusinin (quddisə sirruh) “ət-Tibyan fi təfsiril-Quran” əsərində deyilir:

"ان تميد بكم " اي لئلا تميد بكم الأرض. وقال الزجاج:... والميد الميل يمينا وشمالا، وهو الاضطراب: ماد يميد ميدا، وهو مائد


Deyir:
“Ən təmidə bikum”, yəni, yer sizi yırğalamasın deyə. Əz-Zəccac demişdir: “...”əl-meyd”: yəni, sağa sola əyilmə. Bu, titrəmə və silkələnmədir. “Mədə”, “yəmidu”, “meydən”, belə iş görən şeyə “maid” deyilər.”

 

Fotoşəkil: Şeyx Tusi, ət-Tibyan fi təfsiril-Quran, c.6, s.367

6) Seyyid Abdullah Şübbərin (quddisə sirruh) “Təfsir” əsərində deyilir:

﴿وَأَلْقَى فِي الأَرْضِ رَوَاسِيَ﴾ جبالا ثوابت ﴿أَن تَمِيدَ بِكُمْ﴾ كراهة أن تضطرب


“Yer üzündə ravasi yaratdı”:
möhkəm, sabit dağlar yaratdı “ki, yer sizi yırğalamasın”: titrəyib silkələnməsin.”

 

Fotoşəkil: Seyyid Abdullah Şübbər, Təfsir Quran əl-Kərim, səh.341

Habelə eyni mənaya dəlalət edən, yəni, dağların yeri yırğalanmaqdan qoruduğuna dəlalət edən aşağıdakı sözləri misal göstərə bilərik:

7) “əl-Mizan” təfsirində Hicr surəsi, 19-cu ayənin təfsirində deyir:

قوله تعالى: ﴿والأرض مددناها وألقينا فيها رواسي وأنبتنا فيها من كل شيء موزون﴾
والرواسي صفة محذوفة الموصوف والتقدير وألقينا فيها جبالا رواسي وهو جمع راسية بمعنى الثابتة إشارة إلى ما وقع في غير هذا الموضع أنها تمنع الأرض من الميدان كما قال: ﴿وألقى في الأرض رواسي أن تميد بكم﴾ النحل: 15.


“Ayədəki
“ravasi” (möhkəmlər) sözü məvsufu silinmiş sifətdir, təqdiri belədir: “və əlqaynə fihə cibələn ravasiyə” (yer üzündə möhkəm dağlar yaratdıq). “Ravasi” sözü “rasiyətun” sözünün cəmidir. Mənası, “möhkəm” deməkdir. Bu sözlə buna işarə edilmişdir ki, bu dağlar yer üzünü yırğalanmaqdan qoruyurlar. Necə ki, Nəhl surəsi, 15-ci ayədə belə deyilir.”

 

Fotoşəkil: Əllamə Təbatəbai, əl-Mizan, c.12, s.137

8) Həmçinin, “Təfsirul-Əmsəl” əsərində Hicr surəsinin 19-cu ayəsinin təfsirində deyilir:

ثمّ يتطرق إِلى خلق الجبال بما تحمله من منافع جمّة كآية من آيات التوحيد (وألقينا فيها رواسي)
ومن بديع خلق الجبال إِضافةً إِلى كونها أوتاداً لتثبيت الأرض وحفظها من التزلزل نتيجة الضغط الداخلي، فإِنّها تقف كالدرع الحصين في مواجهة قوّة العواصف...
واستعمال كلمة "رواسي" جمع (راسية) بمعنى الثابت والراسخ، إِشارة لطيفة لما ذكرناه
.
فهي: ثابتة بنفسها، وسبب لثبات قشرة الأرض وثبات الحياة الإِنسانية عليها.


“Daha sonra tövhidin bir ayəsi kimi dağların yaradılışına və onların daşıdığı faydalara toxunur:
“Yer üzündə “ravasi” yaratdıq”...

Yer üzünün sabitliyi üçün mismarlar olmalarından, yeri daxili təzyiq səbəbindən əmələ gələn zəlzələlərdən qorumalarından əlavə, dağların yaradılışlarının gözəlliklərindən biri də budur ki, onlar güclü küləklərin qarşısında möhkəm bir qalxan kimi dururlar.

Ayədə “ravasi” sözünün işlənməsi ilə (“rasiyətun” sözünün cəmidir və mənası, sabit və möhkəm deməkdir) bizim dediyimizə incə bir işarə edilmişdir.

Dağlar öz-özlüklərində sabitdirlər. Həmçinin, Yerin qabığının sabit (titrəyişsiz və hərkətsiz) qalması üçün, eləcə də yer üzündə insan həyatının sabit qalması üçün də bir səbəbdirlər.”

 

Fotoşəkil: Şeyx Məkarim Şirazi, Təfsirul-Əmsəl, c.8, s.49-50

9) Habelə, Rəd surəsinin 3-cü ayəsinin təfsirində “Təfsirul-Əmsəl” kitabında deyilir:

ثمّ يشير القرآن الكريم إلى ظهور الجبال (وجعل فيها رواسي) فهي تلك الجبال التي عبّرت عنها في آيات أُخرى بـ(الأوتاد) ولعلّ ذلك إشارة إلى أنّها متشابكة فيما بينها من الأسفل مثلها مثل الدرع الواقي وتغطّي سطح الأرض، فهي تبطل الضغوط الداخلية في الأسفل والضغط الخارجي المتمثّل بجاذبية القمر والمدّ والجزر.
وكذلك تقضي على الإضطرابات والزلازل، وتجعل الأرض مستقرّة وساكنة وصالحة لحياة الإنسان.


“Daha sonra Qurani-Kərim dağların meydana gəlməsinə işarə edərək deyir:
“Yer üzündə “ravasi” yaratdı”. Ayədəki “ravasi” digər ayələrdə “mismarlar” deyə təbir edilən həmin dağlardır. Bəlkə də bununla ona işarə edilmişdir ki, bu dağlar yerin altında bir-birlərinə keçmişlər və onların məsəli qoruyucu zirehin məsəli kimidir; yerin səthini örtürlər. Onlar yerin daxilində olan daxili təziyiqi və ayın cazibəsi nəticəsində əmələ gələk xarici təzyiqi yox edirlər. Habelə, silkələnmələrin və zəlzələlərin qarşısını alırlar, yeri aram, sakit və insanın yaşaması üçün əlverişli edirlər.”

 

Fotoşəkil: Şeyx Məkarim Şirazi, Təfsirul-Əmsəl, c.7, s.331

Diqqət edin, ey müsəlmanlar! Bütün bu deyilənlər ap-açıq şəkildə onu göstərir ki, Yaşar Süleymanlı adlı bu müddənin dərk etmədən gətirdiyi bu dəlil onun iddiasına yaxından-uzaqdan heç bir vəchlə dəlalət etmir. Əksinə, istər onun gətirdiyi rəvayət, istər Nəhl surəsinin 15-ci ayəsi, istərsə də qeyd etdiyimiz eyni məzmunda olan digər ayəti-kərimələr açıq-aşkar şəkildə bizim söylədiyimiz mənaya dəlalət edir. Bu həmin mənadır ki, danışan Quran olan İmam Əli (əleyhis-səlam) ona öz xütbələrində toxunmuşdur. Lakin, bu cəhli-mürəkkəb müddəi və onun təqlid etdiyi nasibilər elmdən bir nəsibləri olmadığına görə bunun fərqinə varmamışlar.

Bəli, möhtərəm müsəlmanlar, istər rəvayətlər, istərsə də ayələr yerin sabit edilməsindən məqsədin yerin öz əhlini silkələməməsi, onları atıb-tutmaması və ya suya qərq etməməsi olduğunu, habelə, yer qabığının öz yerindən digər yerə sürüşməməsi olduğunu vurğulayır. Nəinki, yerin öz oxu ətrafında fırlanmasının inkar edilməsi. “İbrət alın, ey bəsirət sahibləri!” Görəsən, bütün bunlardan sonra günəşi inkar edən yarasalardan başqa kimsə bunun əksini iddia edə bilərmi?!

Bəli, Nəhcül-Bəlağə kitabında qeyd olunan xütbələr də eyniylə bu mənada işlənmişdir. Həmin xütbələrdə də Yer səthinin hərəkətinin dağlarla durdurulduğu bildirilmişdir. Lakin, elmdən və düşüncədən məhrum olan bir dəstə nasibi yığını, İmam Əli (əleyhis-səlam)-a və şiə alimlərinə iftira ataraq onların yerin hərəkətsiz olduğunu dediklərini iddia etmişlər. Gəlin, “Nəhcül-Bəlağə”dəki həmin xütbəyə bir daha nəzərə salaq. İmam Əmirəl-möminin (əleyhis-səlam) buyurur (diqqət edin):

وَجَعَلَهَا لِلأَرْضِ عِمَاداً، وَأَرَّزَهَا فِيهَا أَوْتَاداً، فَسَكَنَتْ عَلَى حَرَكَتِهَا مِن أَنْ تَمِيدَ بِأَهْلِهَا، أَوْ تَسِيخَ بِحِمْلِهَا، أَوْ تَزُولَ عَنْ مَواضِعِهَا


“Onları yerin sütunu və dirəyi etdi, yerin mıxları kimi onları ona (yerə) batırdı. Beləliklə hərəkətdə olan
yer öz əhlini silkələməkdən, yaxud, onları suda batırmaqdan və ya öz yerlərindən sürüşməkdən durdu.”

Eyni məzmuna diqqət yetirirsinizmi? Buradakı “min ən təmidə” sözünə diqqət edin. Eyni məzmun və eyni məna. Görəsən, bütün bunlardan sonra Yaşar adlı bu şəxs daha nəyi inkar edəcək?

Həmçinin, buyrur:

فسكنت من الميدان لرسوب الجبال في قطع أديمها ، و تغلغلها متسرّبة في جوبات خياشيمها


“Yer də dağların onun səthinin kənarlarına batması, dərinliklərinə sancılması...
nəticəsində silkələnmədən aramlıq tapdı.

Buradakı eyni məzmuna da diqqət yetirin..

Düşünürük ki, daha artıq izaha ehtiyac yoxdur. Allahu-təalaya həmd və sənalar olsun ki, haqqı öz gözəlliyi və mətanəti ilə növbəti dəfə aşkar etdi. Allaha həmd olsun ki, həqiqət ən bariz şəkildə bəyan oldu.

BEŞİNCİ MƏQAM:

Yaşar Süleymanlı adlı müddəinin iddiaları barədə toxunacağımız son məqam, olduqca əcaib və bir o qədər də tükürpədici bir məqamdır. Bu, onun şiə hədis elmi ilə bağlı etdiyi iddiadır. Bəli, Yaşar “əl-Kafi” kitabında gələn rəvayətin Əllamə Məclisi (rəhmətullahi əleyh) və Behbudi (rəhmətullahi əleyh) kimi alimlər tərəfindən zəif hesab edildiyini vurğuladıqdan sonra, özünü sudan quru çıxartmaqdan ötrü şeytanın ağlına gəlməyəcək bir iftira uydurmuşdur. Yaşar növbəti dəfə vəhhabi xislətini ortaya qoyaraq demişdir ki, “Bu heç nəyi dəyişmir. Ümumən, yəni, rafizilərin nəzdində səhih-zəif məsələsi önəmli olan məsələ deyil. O qədər də dərinə gedilərsə, onların bütün rəvayətləri zəifdir, səhih rəvayət tapılması ya müşküldür, ya da ümumiyyətlə mümkün deyil. “Filan hədis zəifdir” deyilməsi, heç nəyi dəyişmir”.

Deyirik:

Yaşar Süleymanlı, sən bu cür sözlər danışmaqla nəinki şiələrin, hətta, sünnilərin belə gülüş obyektinə çevrilmisən. Sənin ortaya atdığın bu iş məzhəkədən başqa bir şey deyildir; bu işinlə özünü insanların nəzərində ola biləcək ən aşağı səviyyəyə salmısan. Səninlə danışıq leksikonumuzu hər nə qədər mülayim sözlər üzərində qurmağa çalışsaq da etdiyin bu son iddia ilə bu leksikona layiq olmadığını bir daha sübut etdin.

Əlində heç bir dəlil-sübut olmadığını bilirik. Etdiyin iftira dolu iddianın altından çıxa bilmədiyini də bilirik. Kin və qəzəbdən az qala partlayacağını da bilirik. Lakin, heç olmazsa məğlub olanda mərd kimi məğlub ol.

Danışdığın bu həzəyanlar o qədər ucuz və səxifdir ki, yerin-göyün Rəbbi olan Allaha and olsun ki, cavab verilməyə belə layiq deyil. Bu səbədən də cavab verməyəcəyik.

Şiə nəzərində səhih və zəif hədisin önəmi olmadığını deyən, “dərinə getdikdə” şiə mənbələrində səhih rəvayət tapmağın mümkün olmadığını deyən bir şəxsə nə cavab verək? Sənə veriləcək ən böyük cavab susmaqdır.

Təkcə bunu deməklə, sözümüzü tamamlayırıq: görəsən, bu sözü deyəndə düşünmədinmi ki, az əvvəl “sünnədən dəlil gətir” deyə yaxanı yırtıb dağıdan sən Yaşar idin? Görəsən, bu sözü deyəndə düşünmədin ki, yerin hərəkətsiz olmasına dair şiə rəvayətlərindən dəlil gətirmək istəyən sən idin? Bütün rəvayətləri batil olan bir məzhəbin hansı rəvayətlərini dəlil gətirmək istəyirdin, şizofren Yaşar Süleymanlı? Bir halda ki, hamısı batildir. İndi özün de, sənsən şizofren, yoxsa, biz?

SONLUQ:

Hörmətli müsəlmanlar!

Yazdığımız bu iki yazı ilə tam və qəti şəkildə aydın olur ki, Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin “şiə mənbələrində yer kürəsi sabitdir, fırlanmır” adlı iftira dolu səsyazısı tamamilə batildir. Onun ərəb dilinin ən bəsit qaydalarından bixəbər olmasından tutumuş, şiə alimlərinin adlarını belə bilməməsinədək bütün rüsvayçılıqları gözlər önündədir. Bu şəxsin, gətirdiyi iddiaların batilliyi və əsassızlığı bəzən elə həddə çatmışdır ki, cavab verməyə belə lüzum olmamışdır. Lakin, biz yenə də höccət tamam olsun deyə, məsələni ətraflı şəkildə izah etmişik.

Bütün bunlardan sonra aydın olur ki, şiə əqidəsinə və şiə alimlərinin rəyinə əsasən Yer planeti:

1)Kürə şəklindədir;

2)Öz oxu və Günəş ətrafında hərəkət edir;

3)Yer planetinin hərəkətdə olmasına və kürəviliyinə Qurani-Kərimdə dəlillər vardır, şiə alimləri bu məsələnin isbatı üçün həmin ayələrdən dəlil gətirmişlər;

4)Pak Əhli-Beyt İmamları (əleyhimus-səlam) təxminən 1200 il bundan qabaq öz sözlərində Yerin hərəkətdə olmasını isbat etmişlər.

Habelə, biz bu yazılarımızla aşağıdakı iddiaların batilliyini isbat etdik:

1)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin savadsızlığı;

2)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin Seyyid Mustafa Xomeyni barədə iftirasının batilliyi;

3)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin “İləluş-Şərai” kitabı barədə etdiyi iddiasının batilliyi;

4)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin “şiə mənbələrində Yer kürəsi öküzün buynuzundadır” iddiasının batilliyi;

5)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin “Nəhcül-Bəlağə” kitabı barədə etdiyi iddiaların batilliyi;

6)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin Şeyx Müfid barədə iddiasının əsassızlığı;

7)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin Şeyx Mazandarani barədə iddiasının əsassızlığı;

8)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin Şeyx Cənabizi barədə iddiasının əsassızlığı;

9)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin “əl-Kafi” kitabındakı rəvayət və Nəhl surəsi 15-ci ayənin təfsiri barədə iddiasının batilliyi;

10)Yaşar Süleymanlı adlı nasibi təqlidçisinin şiə hədis elmi barədə iddialarının batilliyi.

Elə isə bizlərə lütf edib haqqı tam tam aşkarlığı ilə üzə çıxaran Allaha həmd olsun. Allahın salavatı və salamı olsun əziz Peyğəmbərimiz Muhəmmədə və onun pak və mütəhhər Əhli-Beytinə!

Hazırladı: Abu Ali

Vəhhabi / sələfi fətvaları:

Günəş sabit deyil, sabit olmasına etiqad bəsləyən kafirdi
Фетва Ибн Усеймина о том, что Солнце вертится вокруг Земли, а не наоборот!

Рейтинг

В этом разделе