»»

“Səhabənin ədaləti” mövzusunda vəhhabi Osman əl-Xəmisə cavab (2-ci hissə)

Əziz oxucular, məqaləmizin 1-ci hissəsində Osman əl-Xəmisin səhabələrin hamısının ədalətli olmasını isbat etmək üçün gətirdiyi Quran ayələrini analiz etdik və onun iddialarının batil olduğunu, Osman əl-Xəmisin iddiasının əksinə olaraq, Quranın "səhabənin ədaləti" ideyasını inkar etdiyini gördük. İndi isə məşhur "hovuz hədisi" barədə ortaya atdığı iddiaları gözdən keçirəcək və Şeyx Həsən əl-Əcminin cavablarını sizə təqdim edəcəyik.

Osman əl-Xəmisin “hovzu hədisi”ni yozmağa çalışması

Osman əl-Xəmis deyir:

أول شبهة يطالعنا بها أهل البدع حديث النبي صلى الله عليه وسلم عن الحوض فقال : «يرد عليّ رجال أعرفهم ويعرفوني فيذادون عن الحوض فأقول أصحابي أصحابي فيقال : إنك لا تدري ماذا أحدثوا بعدك»، هذا الحديث له طرق كثيرة وروايات كثيرة ، منها: « إني على الحوض حتى أنظر من يرد عليّ منكم وسيؤخذ أناس دوني فأقول يا رب مني ومن أمتي فيقال: أما شعرت ما عملوا بعدك، والله ما برحوا بعدك يرجعون على أعقابهم» قال ابن أبي مليكة أحد رواة الحديث: اللهم إنا نعوذ بك أن نرجع على أعقابنا.

والروايةالثانية: «أنا فرطكم على الحوض» أي أسبقكم على الحوض «ولأنازعن أقواماً ثم لأغلبن فأقول يا رب أصحابي أصحابي فيقال: إنك لا تدري ما أحدثوا بعدك» وهذا الحديثان أخرجهما الإمام مسلم في صحيحه ولتوجيهه نقول: ...

Bidət əhlinin bizə ünvanladığı birinci şübhə Peyğəmbərin (sallallahu əleyhi və səlləm) hovuzla bağlı buyurduğu hədisidir. Peyğəmbər demişdir ki: “(Qiyamət günü mən Kövsər hovuzu kənarında olarkən) məni tanıyan və məni tanıdığım bir qrup şəxs mənim yanıma gələcəklər. Lakin, onları hovuzun kənarından uzaqlaşdıracaqlar. Bu zaman mən “səhabələrim, səhabələrim!” - deyəcəyəm. Deyiləcək ki: “Sən onların səndən sonra nələr etdiklərini bilmirsən”. Bu hədisin çoxlu təriqləri, çoxlu nəql formaları vardır. Onlardan biri belədir: “Mən hovuzun kənarında dayanıb sizlərdən kimin mənim yanıma gəldiyinə baxacağam. (O zaman) bir dəstə şəxsi mənim yanımdan uzaqlaşdıracaqlar. Mən “ey Rəbbim, (onlar) məndəndirlər, mənim ümmətimdəndirlər” deyəcəyəm. (Mənə) deyiləcək: “Məgər bilmirsən ki, onlar səndən sonra nə etdilər?! Allaha and olsun ki, səndən sonra çox keçmədən keçmişlərinə geriyə döndülər.1” Bu hədisin ravilərindən biri olan İbn Əbi Muleykə deyir: “İlahi, keçmişimizə geri dönməkdən Sənə sığınırıq”.

İkinci rəvayət isə belədir: “Mən sizdən qabaq hovuzun yanında olacağam. Bir çox şəxslər üçün (yanımdan uzaqlaşdırılmasınlar deyə) mücadilə edəcəyəm, lakin faydası olmayacaq. Bu zaman deyəcəyəm: “Ey Rəbbim, səhabələrim, səhabələrim!” (Mənə) deyiləcək: “Sən onların səndən sonra nələr etdiklərini bilmirsən.” Bu iki hədisi İmam Müslim öz “Səhih”ində nəql etmişdir. Hədisin izahında deyirik...2

Hovuz hədisi mütəvatir hədislərdəndir

Deyirəm:

Osman əl-Xəmisin də dediyi kimi hovuz hədisinin çoxlu təriqləri vardır. Bu hədis Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) nəql olunan mütəvatir hədislərdəndir. Mən bu rəvayəti nəql edən 14 səhabəyə rast gəldim. Onlar aşağıdakılardır:

1. Hüzeyfə ibn əl-Yəman:

Onun rəvayətini Əhməd ibn əl-Hənbəl “Müsnəd” kitabında nəql etmişdir. Hədis belədir:

حدثنا سريج بن النعمان، حدثنا هشيم،عن المغيرة، عن أبي وائل، عن ابن مسعود، وحصين، عن أبي وائل، عن حذيفة قالا: قال رسول الله صلى الله عليه وسلم: «أنا فرطكم على الحوض أنظركم ليرفع لي رجال منكم حتى إذا عرفتهم اختلجوا دوني فأقول رب أصحابي أصحابي فيقال إنك لا تدري ما أحدثوا بعدك»

Bizə Sureyc ibn ən-Numan nəql edib dedi: bizə Huşeym Muğeyrədən, o Əbu Vaildən, o İbn Məsud və Həsindən, onlar Vaildən, o da Hüzeyfədən nəql edib dedi: Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurdu:

“Mən hovuz başına sizdən tez çatacağam. Sizdən bəzi şəxslərinin mənim yanıma gətirilmələrini gözləyəcəyəm. Elə ki, mən onları (görüb) tanıyacağam, onları mənim ətrafımdan çəkib aparacaqlar. Bu zaman mən “ey Rəbbim, səhabələrim, səhabələrim!” deyəcəyəm. (Mənə) deyiləcək: “Sən bilmirsən onlar səndən sonra nələr etdilər.”3

2. Ənəs ibn Malik:

Onun rəvayətini Müslim ibn əl-Həccac öz “Səhih”ində nəql etmişdir:

وحدثني محمد بن حاتم، حدثنا عفان بن مسلم الصفار، حدثنا وهيب، قال: سمعت عبدالعزيز بن صهيب يحدث قال: حدثنا أنس بن مالك أن النبي صلى الله عليه وسلم قال: «ليردن عليّ الحوض رجال ممن صاحبني، حتى إذا رأيتهم ورفعوا إليّ اختلجوا دوني، فلأقـولن أي رب أصيحابي أصيحابي فليقـالن لـي إنك لا تدري ما أحدثوا بعدك»

Mənə Muhəmməd ibn Hatim nəql edib dedi: bizə Əffan ibn Müslim əs-Səffar nəql edib dedi: bizə Vuheyb nəql edib dedi: Əbdül-Əziz ibn Süheybin belə nəql etdiyini eşitdim: Ənəs ibn Malik bizə Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql etdi: “Mənə səhabə olmuş şəxslərdən bir dəstəsi hovuz kənarında mənim yanıma gələcəklər. Elə ki, onları mənə göstərəcəklər və mən onları görəcəyəm, bu zaman onları mənim yanımdan çəkib aparacaqlar. Bu zaman mən deyəcəyəm: “Ey Rəbbim, kiçik səhabələrim, kiçik səhabələrim!4”. Mənə deyiləcək ki: “Sən onların səndən sonra nələr etdiklərini bilmirsən.”5

3. Nufey` ibn əl-Haris (Əbu Bəkrə):

Onun rəvayətini Əhməd ibn Hənbəl “Müsnəd”də nəql etmişdir:

حدثنا عفان، حدثنا حماد بن سلمة، أنا علي بن زيد، عن الحسن، عن أبي بكرة أن رسول الله Iقال: «ليردن عليّ الحوضرجال ممن صحبني ورآني، حتى إذا رفعوا إليّ ورأيتهـم اختلجوا دونـي، فلأقـولن رب أصحابي أصحابي، فيقال إنك لا تدري ما أحدثوا بعدك»

Biz Əffan nəql edib dedi: bizə Həmmad ibn Sələmə nəql edib dedi: bizə Əli ibn Zeyd Həsəndən, o da Əbu Bəkrədən Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql etdi: “Mənə səhabəlik etmiş və məni görmüş şəxslərdən bir dəstəsi hovuz kənarında mənim yanıma gələcəklər. Onları mənə göstərəcəklər və mən onları görəcəyəm, lakin sonra onları mənim yanımdan çəkib aparacaqlar. Bu zaman mən deyəcəyəm: “Ey Rəbbim, səhabələrim, səhabələrim!”. Mənə deyiləcək ki: “Sən onların səndən sonra nələr etdiklərini bilmirsən.”6

4. Səmurə ibn Cunbəb:

Onun rəvayətini Təbərani “əl-Mucəmul-Əvsət”də nəql etmişdir:

حدثنا محمد بن جعفر، نا الحسن بن بشر، حدثنا الحكم بن عبدالملك، عن قتادة، عن الحسن، عن سمرة بن جندب قال: قال رسول الله صلى الله عليه وسلم : «يرد عليّ قوم ممن كانوا معي، فإذا رفعـوا إليّ ورأيتهـم اختلجوا دوني، فأقـول يا رب أصيحابي أصيحابي، فيقـال: إنك لا تدري ما أحدثوا بعدك»

Bizə Muhəmməd ibn Cəfər nəql edib dedi: bizə Həsən ibn Bişr nəql edib dedi: bizə Həkəm ibn Əbdül-Məlik Qətadədən, o Həsəndən, o da Səmurə ibn Cundəbdən Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) belə buyurduğunu nəql etdi:

“Mənimlə birgə olan şəxslərdən olan bir qövm (hovuz başında) mənim yanıma gələcəklər. Onları mənə göstərəcəklər və mən onları görəcəyəm, lakin sonra onları mənim yanımdan çəkib aparacaqlar. Mən “ey Rəbbim, kiçik əshabım, kiçik əshabım!” deyəcəyəm. Bu zaman (mənə) deyiləcək: “Sən onların səndən sonra nələr etdiklərini bilmirsən.”7

5. Ömər ibn əl-Xəttab:

Onun rəvayətini Bəzzar öz “Müsnəd”ində nəql etmişdir:

حدثنا الفضل بن سهل، قال: نا مالك بن إسماعيل، قال: نا يعقوب بن عبد الله العمي، عن حفص بن حميد، عن عكرمة، عن ابن عباس، عن عمر بن الخطاب قال: قال رسول الله صلى الله عليه وسلم: «إني ممسك بحجزكم هلمّ عن النار، وأنتم تهافتـون فيـها أو تقاحمـون تقاحم الفراش في النار والجنادب –يعني في النار– وأنا ممسك بحجزكم، وأنا فرط لكم على الحوض فتردون عليّ معاً وأشتاتاً فأعرفكم بسيماكم وأسمائكم كما يعرف الرجل الفرس» وقال غيره:«كما يعرف الرجل الغريبة من الإبل في إبله، فيؤخذ بكم ذات الشمال، فأقول إليّ يارب أمتي أمتي، فيقول أو يقال: يا محمد إنك لا تدري ما أحدثوا بعدك»

Bizə Fəzl ibn Səhl nəql edib dedi: bizə Malik ibn İsmayıl nəql edib dedi: bizə Yaqub ibn Abdullah əl-Umeyy Həfs ibn Humeyddən, o İkrimədən, o İbn Abbasdan, o da Ömər ibn əl-Xəttabdan Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) belə dediyini nəql etdi: “Mən Cəhənnəmə düşməyəsiniz deyə sizin kəmərlərinizdən tutacağam. Siz isə kəpənəklər və çəyirtkələr kimi oda tərəf uçuşacaqsınız – və ya – özünüzü oda atacaqsınız. Bu zaman mən sizin kəmərlərinizdən yapışacağam. Mən sizdən qabaq hovuz başına çatacağam. Siz bir yerdə və dağınıq halda mənim yanıma gələcəksiniz. Mən kişi (öz) atı(nı) tanıdığı kimi sizləri simanız və adlarınızla tanıyacağam.” Başqa yerdə deyilir: “Mən kişi öz dəvələri arasında olan yad dəvəni tanıdığı kimi sizi simanız və adlarınızla tanıyacağam. Bu vaxt sizi sol tərəfə aparacaqlar. Bu zaman mən deyəcəyəm: “Ey Rəbbim, ümmətim, ümmətim!” Allah deyəcək ki – yaxud: deyiləcək ki: – “Ey Muhəmməd, sən onların səndən sonra nələr etdiklərini bilmirsən.”8

6. Abdullah ibn Abbas:

Onun rəvayətini Buxari öz “Səhih”ində nəql etmişdir:

حدثنا محمد بن كثير، أخبرنا سفيان، حدثنا المغيرة بن النعمان، قال: حدثني سعيد بن جبير، عن ابن عباس رضي الله عنهما عـن النبيصلى الله عليه وسلم قـال:«إنكم محشورون حفاة عراة غرلا ثم قرأ: [كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ وَعْداً عَلَيْنَا إِنَّا كُنَّا فَاعِلِينَ]وأول من يكسى يوم القيامة إبراهيم، وإن أناساً من أصحابي يؤخذ بهم ذات الشمال فأقول أصحابي أصحابي، فيقول: إنهم لم يزالوا مرتدين على أعقابهم منذ فارقتهم، فأقول كما قال العبـد الصـالح: [وَكُنْتُ عَلَيْهِمْ شَهِيداً مَا دُمْتُ فِيهِمْ] إلى قوله: [الْحَكِيمُ]»

Bizə Muhəmməd ibn Kəsir nəql edib dedi: bizə Süfyan nəql edib dedi: bizə Müğeyrə ibn ən-Numan nəql edib dedi: mənə Səid ibn Cübeyr İbn Abbasdan nəql edib dedi ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurdu:

“Siz ayaqyalın, üryan və ğurəl9 halda həşr olunacaqsınız.” Sonra bu ayəni oxudu: “Məxluqatı birinci dəfə (zərrəciklərini su və torpaqdan toplayıb) vücuda gətirdiyimiz kimi yenidən qaytaracağıq (onun dağılmış və ya məhv olmuş zərrəciklərini toplayaraq əvvəlki vəziyyətinə salacağıq). (Bu iş) Bizim öhdəmizdə olan bir vəddir və Biz onu edəcəyik” (Ənbiya surəsi, 104). Qiyamət günü əyninə paltar geyindiriləcək ilk şəxs İbrahimdir. Mənim səhabələrimdən bir dəstə şəxsi sol tərəfə çəkib aparacaqlar. Bu zaman mən “səhabələrim, səhabələrim!” - deyəcəyəm. (Rəbbim) deyəcək: “Sən onlardan ayrılan kimi onlar (keçmişlərinə) geri dönüb mürtəd oldular.” Bu zaman mən saleh bəndənin dediyi kimi deyəcəyəm: “Mən onların arasında olduğum müddətcə onlara şahid idim... (Sən) hikmət sahibisən”.10

7. Əbu Səid əl-Xudri:

Onun rəvayətini Əbu Yəla əl-Mosuli öz “Müsnəd”ində nəql etmişdir:

حدثنا زهير، حدثنا أبو عامر، عن زهير، عن عبدالله بن محمد، عن عبدالرحمن بن أبي سعيد الخدري، عن أبيه، قال: سمعت I يقول على هذا المنبر: «ما بال رجال يقولون إن رحم رسول الله صلى الله عليه وسلم لا تنفع قومه، بلى والله إن رحمي موصولة في الدنيا والآخرة، وإني أيها الناس فرط لكم على الحوض فإذا جئتم قال رجل:يا رسول الله أنا فلان بن فلان، وقال آخر:أنا فــلان بن فلان، فأقول: أما النسب فقد عرفته، ولكنكم أحدثتم بعدي وارتددتم القهقرى»

Bizə Zuheyr nəql edib dedi: biz Amir Zuheyrdən, o Abdullah ibn Muhəmməddən, o Əbdür-Rəhman ibn Əbu Səid əl-Xudridən, o da atasından nəql edib dedi: Peyğəmbərin (sallallahu əleyhi və səlləm) bu minbər üzərində belə dediyini eşitdim: “Nə olub ki, bəzi şəxslər “Allah Rəsulunun qohumluğu onun tayfasına (qohumlarına) fayda verməyəcək” – deyirlər? Əksinə, Allaha and olsun ki, mənim qohumluğum dünyada və axirətdə bitişik olacaq (qırılmayacaq, fayda verəcək). Ey camaat, mən hovuz başına sizdən qabaq çatacağam. Siz (oraya) gəlincə sizdən bir nəfər “ey Allahın Rəsulu, mən filankəs ibn filankəsəm” deyəcək, başqa birisi də “mən filankəs ibn filankəsəm” deyəcək. Mən deyəcəyəm: “Nəsəbə gəlincə, onu tanıdım. Lakin, siz məndən sonra (pis işlər) gördünüz və geriyə (dönüb) mürtəd oldunuz”.11

8. Əbu Hüreyrə əd-Dəusi:

Onun rəvayətini Buxari “Səhih”də nəql etmişdir:

حدثني إبراهيم بن المنذر الحزامي، حدثنا محمد بن فليح، حدثنا أبي، قال: حدثني هلال، عن عطاء بن يسار، عن أبي هريرة عن النبي صلى الله عليه وسلم قال:«بينا أنا قائم إذا زمرة حتى إذا عرفتهم، خرج رجل من بيني وبينهم فقال: هلم، فقلت: أين ؟
قال: إلى النار والله!
قلت: وما شأنهم؟
قال: إنهم ارتدوا بعدك على أدبارهم القهقرى!
ثم إذا زمـرة حتى إذا عرفتهم خرج رجـل من بيني وبينهم فقـال: هلم، قلت: أين؟.
قال: إلى النار والله!
قلت: ما شأنهم؟
قال: إنـهم ارتدوا بعدك على أدبارهم القهقرى، فلا أراه يخلص منهم إلاّ مثل همل النعم»

Mənə İbrahim ibn əl-Munzir əl-Hizami nəql edib dedi: bizə Muhəmməd ibn Fuleyh nəql edib dedi: bizə atam nəql edib dedi: mənə Hilal Əta ibn Yəsardan, o Əbu Hüreyrədən, o da Allah Rəsulundan (sallallahu əleyhi və səlləm) belə nəql etdi:

“Mən (hovuzun) yanında ayaq üstə durduğum zaman bir dəstə şəxs görəcəyəm. Onları tanıdığım zaman mənimlə onların arasına bir şəxs girərək “bura gəlin” - deyəcək. Mən deyəcəyəm: “Hara?”

O deyəcək: “Allaha and olsun ki, Cəhənnəmə.”

Deyəcəyəm: “Onlar nə ediblər?”

Deyəcək: “Onlar səndən sonra (dinlərindən) geri dönüb mürtəd oldular.”

Sonra başqa bir dəstə görəcəyəm. Elə ki, onları tanıyacağam, mənimlə onların arasına bir şəxs girib “bura gəlin” - deyəcək. Deyəcəyəm: “Hara?”

Deyəcək: “Allaha and olsun ki, Cəhənnəmə.”

Deyəcəyəm: “Onlar nə ediblər?”

Deyəcək: “Onlar səndən sonra keçmişlərinə geri dönüb mürtəd oldular.” Mən onlardan yalnız başıboş (çobansız) dəvələr qədər şəxsin12 xilas olacağını görəcəyəm.13

9. Abdullah ibn Məsud:

Onun rəvayətini Buxari “Səhih”də nəql etmişdir:

وحـدثني عمرو بن علي، حدثنا محمد بن جعفر، حدثنا شعبة، عن المغيرة، قال: سمعت أبا وائل، عن عبدالله بن مسعود رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «أنا فرطكم على الحوض، ليرفعن إليّ رجال منكم ثم ليختلجن دوني، فأقول يارب أصحابي فيقال: إنك لا تدري ما أحدثوا بعدك»

Mənə Əmr ibn Əli nəql edib dedi: bizə Muhəmməd ibn Cəfər nəql edib dedi: bizə Şu`bə Müğeyrədən nəql edib dedi: Əbu Vailin Abdullah ibn Məsuddan belə nəql etdiyini eşitdim: Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurdu:

“Mən hovuz başına sizdən tez çatacağam. Sizlərdən bir sıra şəxslər mənə göstəriləcəklər, lakin ətrafımdan çəkilib aparılacaqlar. Mən “ey Rəbbim, səhabələrim, səhabələrim” - deyəcəyəm. Bu zaman (mənə) deyiləcək: “Sən onların səndən sonra nələr etdiklərini bilmirsən.”14

10.Cabir ibn Abdullah əl-Ənsari:

Onun rəvayətini Əhməd ibn Hənbəl “Müsnəd”də nəql etmişdir:

حدثنا زكريا بن إسحاق، حدثنا أبو الزبير، أنه سمع جابر بن عبدالله يقول: قال رسول الله صلى الله عليه وسلم:«أنا على الحوض أنظر من يرد عليّ، قال: فيؤخذ ناس دوني، فأقول: يا رب مني ومن أمتي، قال: فيقال وما يدريك ما عملوا بعدك ما برحوا بعدك يرجعون على أعقابهم»

“Bizə Zəkəriyya ibn İshaq nəql edib dedi: bizə Əbu-Zübeyr nəql edib dedi: Cabir ibn Abdullah əl-Ənsarinin belə dediyini eşitdim: Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurdu: “Mən hovuzun başında durub kimin mənim yanıma gələcəyinə baxacağam.” Sonra dedi: “Bir dəstə şəxsi mənim ətrafımdan götürüb (aparacaqlar). Mən deyəcəyəm: “Ey Rəbbim, məndəndirlər, mənim ümmətimdəndirlər.” Bu zaman deyiləcək: “Sən nə bilirsən ki, onlar səndən sonra nələr etdilər?! Səndən sonra çox keçmədi ki, keçmişlərinə geri döndülər.”15

11. Səhl ibn Səd:

Onun rəvayətini Buxari “Səhih”də nəql etmişdir:

حدثنا يحيى بن بكير، حدثنا يعقوب ابن عبد الرحمن، عن أبي حازم، قال: سمعت سهل بن سعد يقول: سمعت النبي صلى الله عليه وسلم يقول:«أنا فرطكم على الحوض من ورده شرب منه ومن شرب منه لم يظمأ بعده أبداً، ليردن عليّ أقوام أعرفهم ويعرفونني ثم يحال بيني وبينهم» قال أبو حازم: فسمعني النعمان بن أبي عياش وأنا أحدثهم هذا، فقال: هكذا سمعت سهلاً؟ فقلت: نعم .
قال:
وأنا أشهد على أبي سعيد الخدري لسمعته يزيد فيه قال : «إنهم مني فيقال: إنك لا تدري ما بدلوا بعدك، فأقول سحقاً سحقاً لمن بدل بعدي»

Bizə Yəhya ibn Bukeyr nəql edib dedi: bizə Yaqub ibn Əbdür-Rəhman Əbu Hazimdən nəql edib dedi: Səhl ibn Sədin belə dediyini eşitdim: Peyğəmbərin (sallallahu əleyhi və səlləm) belə dediyini eşitdim:

“Mən hovuz başına sizdən tez çatacağam. Kim onun başına gəlsə, hovuzun suyundan içəcək. Kim ondan içsə, bir daha əsla susamayacaq. Mənim yanıma bir neçə dəstə insan gələcək ki, mən onları tanıyacağam, onlar da məni tanıyacaqlar. Sonra onları mənim yanımdan ayıracaqlar.” Əbu Hazim deyir: “Mən bu hədisi nəql edərkən Numan ibn Əbi Əyyaş məni eşitdi və dedi: “Səhldən bu şəkildə eşitmisən?” Dedim: “Bəli.” Dedi: “Mən şəhadət verirəm ki, Əbu Səid əl-Xudrinin əlavə edərək belə dediyini eşitdim: “(Mən deyəcəyəm:) onlar məndəndirlər.” Deyiləcək ki: “Sən onların səndən sonra nələri dəyişdirdiklərini bilmirsən.16” Bu zaman mən deyəcəyəm: “Məndən sonra dəyişən şəxslər uzaq olsunlar, uzaq olsunlar!”17

12. Əbud-Dərda:

Onun rəvayətini Təbərani “Musnəduş-Şamiyyin” kitabında nəql etmişdir:

حدثنا أحمد بن خليد الحلبي، حدثنا أبو توبة الربيع بن نفاع، حدثنا محمد بن مهاجر، عن يزيد بن أبي مريم، عن أبي عبيدالله بن مسلم بن مشكم، عن أبي الدرداء قال: قال رسول الله صلى الله عليه وسلم : «لألفين ما نوزعت أحداً منكم على الحوض فأقول: هم أصحابي، فيقال: إنك لا تدري ما أحدثوا بعدك»!
قال أبو الدرداء: يا نبي الله ادع الله أن لا يجعلني منهم.
قال: لست منهم.

Bizə Əhməd ibn Xuleyd əl-Hələbi nəql edib dedi: bizə Əbu Taubə ər-Rəbi ibn Nafi nəql edib dedi: bizə Muhəmməd ibn Muhacir Yəzid ibn Əbu Məryəmdən, o Əbu Ubeydullah ibn Müslim ibn Mişkəmdən, o da Əbud-Dərdadan belə nəql etdi:

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) dedi: “Hovuz başında sizdən hansı biriniz barəsində mücadilə edib “onlar mənim əshabımdırlar” desəm, mənə “sən bilmirsən onlar səndən sonra nələr etdilər” deyiləcək.”

Əbud-Dərda deyir (mən dedim): “Ey Allahın peyğəmbəri, Allaha dua et ki, məni onlardan etməsin.”

Peyğəmbər buyurdu: “Sən onlardan deyilsən.”18

13. Əsma binti Umeys:

Onun rəvayətini Buxari “Səhih”də nəql etmişdir:

حدثنا سعيد بن أبي مريم، عن نافع ابن عمر قال: حدثني ابن أبي مليكة، عن أسماء بنت أبي بكر قالت: قال النبيصلى الله عليه وسلم :«إني على الحوض حتى أنظر من يرد عليّ منكم، وسيؤخذ ناس دوني فأقول: يا رب مني ومن أمتي، فيقال: هل شعرت ما عملوا بعدك؟! والله ما برحوا يرجعون على أعقابهم» .
فكان
ابن أبي مليكة يقول: اللهم إنا نعوذ بك أن نرجع على أعقابنا أو نفتن عنديننا

Bizə Səid ibn Əbu Məryəm Nafe ibn Ömərdən nəql edib dedi: mənə İbn Əbi Muleykə Əsma binti Əbu Bəkrdən nəql edib dedi: “Peyğəmbər (sallallahu əleyhi və səlləm) dedi: “Mən hovuzun başında dayanıb sizlərdən kimin mənim yanıma gələcəyinə baxacağam. (Həmin vaxt yanıma gələn şəxslərdən) bir dəstəsini yanımdan çəkib aparacaqlar. Bu zaman mən “ey Rəbbim, məndəndir, mənim ümmətimdəndir” - deyəcəyəm. Deyiləcək: “Bilirsənmi onlar səndən sonra nələr etdilər? Allaha and olsun, çox keçmədi ki, öz keçmişlərinə geri döndülər”.

İbn Əbi Muleykə deyərdi: “İlahi, keçmişimizə geri dönməkdən və ya dinimizdə fitnəyə düçar olmaqdan Sənə sığınırıq.”19

14. Aişə binti Əbu Bəkr:

Onun rəvayətini Müslim “Səhih” kitabında nəql etmişdir:

وحدثنا ابن أبي عمر، حدثنا يحيى بن سليم، عن أبي خثيم، عن عبدالله بن عبيدالله ابن أبي مليكة أنه سمع عائشة تقول: سمعت رسول اللهصلى الله عليه وسلم يقول - وهو بين ظهراني أصحابه - : «إني على الحوض أنتظر من يرد عليّ منكم، فوالله ليقتطعن دوني رجال فلأقولن أي رب مني ومن أمتي، فيقول: إنك لا تدري ما عملوا بعدك ما زالوا يرجعون على أعقابهم»

Bizə İbn Əbi Umeyr nəql edib dedi: bizə Yəhya ibn Süleym Əbu Xuseymdən, o da Abdullah ibn Ubeydullah ibn Əbi Muleykədən nəql edib dedi ki, Abdullah Aişənin belə dediyini eşidib: Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) öz səhabələri arasında olarkən belə dediyini eşitdim: “Mən hovuzun başında durub sizlərdən kimin mənim yanıma gələcəyini gözləyəcəyəm. Allaha and olsun ki, bəzi şəxsləri mənim ətrafımdan çəkib aparacaqlar. Bu zaman mən “ey Rəbbim, məndəndir, mənim ümmətimdəndir” - deyəcəyəm. Rəbbim isə deyəcək: “Sən onların səndən sonra nələr etdiklərini bilmirsən. (Sən vəfat edən kimi) keçmişlərinə dönməyə başladılar.”20

Osman əl-Xəmisin “hovuz hədisi”ni yozmağa çalışmasına cavab

Osman əl-Xəmis deyir:

أولاً: إن المراد بالصحابة هنا هم المنافقون، الذين كانوا يظهرون الإسلام في عهد النبي صلى الله عليه وسلم كما قال تبارك وتعالى: {إِذَا جَاءَكَ الْمُنَافِقُونَ قَالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللهِ وَاللهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُ وَاللهُ يَشْهَدُ إِنَّ الْمُنَافِقِينَ لَكَاذِبُونَ}وأولئك من المنافقين الذين لم يكن يعلمهم النبي صلى الله عليه وسلم كما قال جل وعلا: {وَمِمَّنْ حَوْلَكُمْ مِّنَ اْلأَعْرَابِ مُنَافِقُونَوَمِنْ أَهْلِ الْمَدِينَةِ مَرَدُوا عَلَى النِّفَاقِ لاَ تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ }، فهؤلاء من المنافقين الذين كان يظن النبي صلى الله عليه وسلم أنهم من الصحابة ولم يكونوا كذلك

Birinci (izah): buradakı səhabələr sözü ilə Peyğəmbərin (sallallahu əleyhi və səlləm) zamanında özlərini müsəlman kimi göstərən münafiqlər nəzərdə tutulur. Necə ki, Allahu-təala buyurur: “Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir” (Munafiqun surəsi, 1). Onlar Peyğəmbərin (sallallahu əleyhi və səlləm) tanımadığı münafiqlərdəndirlər, necə ki, Allahu-təala buyurur: “Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbir evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar” (Tövbə surəsi, 101). Bu şəxslər Peyğəmbərin (sallallahu əleyhi və səlləm) səhabə olduqlarını zənn etdiyi, lakin səhabə olmayan həmin münafiqlərdəndirlər.21

Deyirəm:

İrtidad22 rəvayətləri barəsində deyilən bu təvil batildir; ona görə ki, rəvayətlər bildirir ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) həmin şəxslərin hovuzun yanından qovulmalarının və Cəhənnəmə aparılmalarının səbəbini soruşduqda ona “sən onların səndən sonra nələr etdiklərini bilmirsən”, “sən onlardan ayrılan kimi onlar geriyə dönüb mürtəd oldular”, “onlar geriyə dönüb mürtəd oldular”, “onlar səndən sonra dəyişdilər”, “sən nə bilirsən onlar səndən sonra nə etdilər? Səndən sonra çox keçmədi ki, geriyə döndülər” – deyə cavab veriləcək. Bu rəvayətlərin birində deyilir ki, bu səhabələr Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) yanına gəldikdə özlərini şəxsən və nəsəbləri ilə ona tanıtdıraraq ondan şəfaət istəyəcəklər, lakin Peyğəmbər onlara “siz məndən sonra (pis işlər) gördünüz və geriyə dönüb mürtəd oldunuz” – deyəcək.

Bütün bunlar onu göstərir ki, bu səhabələr Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) sağlığında İslam dini üzərə olmuşlar və münafiq olmamışlar. Çünki, münafiqlər heç vaxt İslamı qəbul etməmişlər. Onlar sadəcə özlərini zahirdə müsəlman kimi göstərmiş, batində isə şirk və küfr gizləmişlər. Buna görə də onları “mürtəd” adlandırmaq və barələrində “dinlərindən geriyə dönmüşlər” demək düzgün deyildir. Bu sözü yalnız İslama iman gətirib ona etiqad edən, lakin sonradan kafir olub İslamdan üz döndərən şəxslər barəsində demək mümkündür. Yaxud, İslamın göstərişlərinə iman edən və işin əvvəlində İslam təlimlərinə sadiq qalan, lakin sonradan bu təlimlərə əməl etməkdən irtidad edib23 böyük günahlara bulaşan və şəriətə müxalif olan çox böyük əməllər görən şəxslər barəsində demək mümkündür. Osman əl-Xəmisin bu rəvayətlər barədə verdiyi “bu rəvayətlər Peyğəmbərin münafiqliklərindən xəbərdar olmadığı münafiqlər barəsindədir” izahı qeyd etdiyimiz bu səbəbdən dolayı tamamilə batil və əsassızdır.

Daha sonra Osman əl-Xəmis deyir:

ثانياً : المراد بهم الذين ارتدوا بعد وفاة النبي صلى الله عليه وسلم فبعد وفاة النبي صلى الله عليه وسلم ارتد أكثر العرب، حتى لم يبق على الإسلام إلاّ أهل مكة وأهل المدينة وأهل الطائف، وقيل أهل البحرين، أما بقية العرب فقـد ارتدوا على أدبارهم فأولئك الذيـن كان النبي صلى الله عليه وسلم يقول: أصحابي: فيقـال له: إنك لا تـدري ما أحدثوا بعـدك، وإنهم لم يزالوا مرتدين على أدبارهم منذ فارقتهم

İkinci (izah): rəvayətdə qeyd edilən insanlar Peyğəmbərin (sallallahu əleyhi və səlləm) vəfatından sonra mürtəd olan şəxslərdir. Belə ki, Peyğəmbərin (sallallahu əleyhi və səlləm) vəfatından sonra ərəblərin əksəriyyəti mürtəd oldular. Hətta, Məkkə, Mədinə və Taif camaatından başqa (həmçinin demişlər ki, Bəhreyn camaatından başqa) heç kəs İslam üzərə qalmadı (hamı mürtəd oldu). Bu yerlərin əhalisindən başqa, yerdə qalan bütün ərəblər mürtəd olub dindən geri döndülər. Onlar həmin şəxslərdirlər ki, Peyğəmbər (sallallahu əleyhi və səlləm) onlar üçün “səhabələrim”, – deyəcək, lakin ona “sən onların səndən sonra nələr etdiklərini bilmirsən; sən onlardan ayrılan kimi onlar geriyə dönüb mürtəd oldular”, – deyiləcək.24

Deyirəm:

Əvvəla: bu, dəlilsizcə deyilən bir sözdür. Osman əl-Xəmis dediyi sözü dəstəkləyəcək bir dəlil gətirməmişdir.

İkincisi: bu rəvayətlər görünən budur ki, hədisdəki “mürtədlik”dən məqsəd İslamdan mürtəd olmaq deyildir; İslamdan çıxıb küfrə, şirkə və dinsizliyə üz tutmaq, yaxud, nəsx olunmuş dinlərə üz tutmaq deyildir. Belə ki, bu rəvayətlərdən biri bu şəxslərdən “başıboş sahibsiz dəvələr qədəri”nin, yəni çox az şəxsin oddan qurtulacağını bildirir. İslamı inkar edib İslamdan üz döndərən mürtədlərdən heç birisi oddan qurtula bilməz, əksinə, onların hamısının gedəcəyi yer Cəhənnəmdir.

Sonra Osman əl-Xəmis deyir:

ثالثاً: المراد المعنى العام أي كل من صحب النبي صلى الله عليه وسلم ولو لم يتابعه فلا يدخلون تحت المعنى الإصطلاحي لكلمة صحابي، ويدل على هذا أن النبي صلى الله عليه وسلم لما قال عبدالله بن أبي بن سلول: لئن رجعنا إلى المدينة ليخرجن منها الأعز الأذل، وعبدالله بن أبي بن سلول كان رأس المنافقين في مدينة رسول الله صلى الله عليه وسلم فلما نقل لعمر هذا الكلام قالللنبي صلى الله عليه وسلم: يا رسول الله أضرب عنقه؟ فقـال النبي صلى الله عليه وسلم: «لا، لا يقال إن محمداً يقتل أصحابه» رواه البخاري .
فجعله النبيصلى الله عليه وسلم من أصحابه ولكن هذا على المعنى اللغوي لا على المعنى الإصطلاحي لأن عبدالله بن أبي بن سلول رأس المنافقين وكان ممن فضحه الله تبارك وتعالى وكان ممن أظهر نفاقه جهرة

Üçüncü (izah): hədisdə deyilən səhabə sözü, ümumi məna daşıyan bir ifadə kimi işlədilmişdir. Yəni, Peyğəmbərə (sallallahu əleyhi və səlləm) yoldaşlıq edən hər kəsə aiddir. Əgər (Peyğəmbərə yoldaş olmuş bir) kəs ona tabe olmazsa, o zaman “səhabə” sözünün istilahi (terminoloji) mənası altına daxil olmaz. Bunun dəlili aşağıdakı hadisədir: Abdullah ibn Ubey ibn Səlul “əgər Mədinəyə qayıtsaq, güclü olanlar zəif olanları oradan çıxaracaqlar” - dedi. Abdullah ibn Ubey Mədinədə münafiqlərinin başçısı idi. Bu söz Ömərə çatdıqda Ömər Peyğəmbərə (sallallahu əleyhi və səlləm) dedi: “Ey Allahın Rəsulu, onun boynunu vurum?” Peyğəmbər (sallallahu əleyhi və səlləm) dedi: “Xeyr. Qoy deməsinlər ki, Muhəmməd öz səhabələrini öldürür.” Bu hədisi Buxari nəql etmişdir.

Burada Peyğəmbər (sallallahu əleyhi və səlləm) Abdullahı öz səhabələrindən saymışdır. Lakin, burada "səhabə" sözü terminoloji mənada deyil, lüğəvi mənada işlədilmişdir.25 Çünki, Abdullah ibn Ubey ibn Səlul münafiqlərin başçısı idi, Allahın ifşa etdiyi şəxslərdən və münafiqliyini açıqca aşkar edən şəxslərdən idi.26

Deyirəm:

Bu izahın batilliyi də əvvəlki izahdakı kimi açıq-aşkar ortadadır; çünki, münafiq və ya müsəlman olmayan şəxs İslamdan və ya dindən dönməklə (mürtəd olmaqla) vəsf edilməz. Çünki, belə bir şəxs İslama daxil olmamış və ona iman gətirməmişdir.

Daha sonra Osman əl-Xəmis deyir:

رابعاً: قد يراد بكلمة أصحابي كل من صحب النبـي صلى الله عليه وسلم على الطريق ولو لم يـره ويدل علـى هـذه رواية "أمتي ، أمتي" أو "إنهم أمتي".
أما قول النبي صلى الله عليه وسلم أعرفهم، فالنبي صلى الله عليه وسلم قد بين أنه يعرف هذه الأمة، فقيل يا رسول الله كيف تعرفهم ولم ترهم؟ فيقول : «إني أعرفهم من آثار الوضوء»

Dördüncü (izah): “əshabım” sözü ilə Peyğəmbəri (sallallahu əleyhi və səlləm) görməsə belə (İslam) yolunda ona yoldaş olan şəxslər nəzərdə tutula bilər. Buna dəlil olaraq “ümmətim, ümmətim” və ya “onlar mənim ümmətimdirlər” rəvayətlərini göstərə bilərik.

Peyğəmbərin (sallallahu əleyhi və səlləm) “mən onları tanıyacağam” sözünə gəlincə isə, Peyğəmbər (sallallahu əleyhi və səlləm) (başqa bir hədisdə qiyamət günü) bu ümməti tanıyacağını bildirmişdir. Ondan “ey Allahın Rəsulu, sən onları görmədiyin halda onları necə tanıyacaqsan?” - deyə xəbər aldıqda, buyurmuşdur ki, “mən onları dəstəmazın izlərindən tanıyacağam.”27

Deyirəm:

Bu izahı bəzi rəvayətlərdə gələn aşağıdakı sözlər batil edirlər:

“Mənimlə birgə olanlardan olan bir dəstə şəxs mənim yanıma gələcəklər...”

“Mənə səhabə olmuş və məni görmüş şəxslərdən olan bir dəstə şəxs hovuz başında mənim yanıma gələcəklər...”

“Mənə səhabə olmuş şəxslərdən bir dəstə şəxs hovuz başında mənim yanıma gələcəklər...”

Bu, açıqca ona dəlalət edir ki, hovuzun kənarından qovulub uzaqlaşdırılan və Cəhənnəmə aparılan şəxslər o şəxslərdirlər ki, müsəlman olub Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) səhabə olmuşlar, Peyğəmbər onları tanımış, onlar da Peyğəmbəri tanımışlar, Peyğəmbər onları görmüş, onlar da Peyğəmbəri görmüşlər və Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) vəfat etdiyi zaman da İslam üzərə olmuşlar, lakin Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) rəfiqi-ə`laya köçməsindən sonra əqidələrini dəyişib dində olmayan şeyləri dinə gətirmişlər və keçmişlərinə geri dönmüşlər.

Bu hovuz hədisini; bəzi səhabələrin İslam dinindən dönüb mürtəd olmalarını, yaxud onları cəhənnəmlik edəcək böyük günahlara və böyük haramlara bulaşmış olmalarını (bundan Allaha sığınırıq) dəstəkləyən dəlillərdən biri də Əhməd ibn Hənbəlin öz “Müsnəd” kitabında nəql etdiyi bu hədisdir:

حدثنا عبد الرزاق قال: أخبرنا سفيان عن الأعمش عن أبي وائل قال: دخل عبد الرحمن بن عوف على أم سلمة, فقالت له: إني سمعت رسول الله صلى الله عليه وسلم يقول: إن من أصحابي من لا يراني بعد أن يفارقني... الرواية.

Bizə Əbdür-Rəzzaq nəql edib dedi: bizə Süfyan Ə`məşdən, da Əbu Vaildən nəql edib dedi: “Əbdür-Rəhman ibn Auf Ümmü-Sələmənin yanına daxil oldu. Ümmü-Sələmə ona dedi: “Mən Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) belə dediyini eşitdim: Səhabələrim arasında elələri vardır ki, məndən ayrıldıqdan sonra bir daha məni görməyəcəklər...”28

Həmçinin, Allahu-təalanın bu ayəsi də bəzi səhabələrin mürtəd ola bilmələrinin mümkünlüyünü təsdiqləyib gücləndirir: “Muhəmməd (sallallahu əleyhi və alihi və səlləm) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır” (Ali İmran surəsi, 144)

Hətta, səhabə Bəra ibn Azib bunun baş verdiyini təsdiq də etmişdir. Buxarinin öz sənədi ilə Əla ibn əl-Musəyyibdən, onun da atasından nəql etdiyi hədisdə deyilir:

لقيت البراء بن عازب رضي الله عنهما فقلت طوبى لك صحبت النبي صلى الله عليه وسلم وبايعته تحت الشجرة، فقال: يابن أخي إنك لاتدري ما أحدثنا بعده

Mən Bəra ibn Azib ilə qarşılaşdım və (ona) dedim. “Xoş halına! Peyğəmbərə (sallallahu əleyhi və səlləm) səhabə oldun və ağacın altında ona beyət etdin.” Bu zaman Bəra dedi: “Ey qardaşoğlu! Sən bilmirsən biz ondan sonra nələr etdik.”29

Budur, səhabələrdən biri olan Bəra ibn Azib təsdiq edib şahidlik edir ki, onlar Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) sonra (bidət və haram) işlər görmüşlər.30

Əgər səhabələr arasında Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) belə tanımadığı münafiqlər varsa, əgər Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) səhabələrin mürtəd olacaqlarını xəbər verirsə, əgər səhabələr özləri Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) sonra bidət işlər çıxardıqlarını xəbər verirlərsə, görəsən bütün bunlardan sonra “onların hamısı adildirlər, onların ədalətli olub olmamalarını araşdırmağa ehtiyac yoxdur” demək düzgün sayılarmı?!

Əhli-sünnənin iddia etdiyi səhabənin ədaləti məsələsi, habelə, onların Peyğəmbərin adından yalan danışmamaları məsələsi əhli-sünnənin özlərindən qondardıqları bir şeydir. Səhabələr özləri üçün belə bir şey iddia etməmişlər. Nə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) zamanında və nə də onun vəfatından sonrakı müəyyən bir dövr ərzində belə bir şey mövcud olmamışdır. Bu məsələ məhz bir sıra siyasi səbəblər üzündən daha sonradan qondarılmışdır. Buna dəlalət edən dəlillər çoxdur, misal üçün, Müslimin öz “Səhih”ində Əbu Hüreyrədən nəql etdiyi bu hədisi göstərə bilərik:

وأعطاني – أي رسول الله صلى الله عليه وآله – نعليه، قال اذهب بنعلي هاتين فمن لقيت من وراء هذا الحائط يشهد أن لا إله إلاّ الله مستيقناً بها قلبه فبشره بالجنة، فكان أول من لقيت عمر، فقال: ما هاتان النعلان يا أبا هريرة؟! فقلت: هاتان نعلارسول الله صلى الله عليه وسلم بعثني بهما من لقيت يشهد أن لا إله إلاّ الله مستيقناً بها قلبه بشرته بالجنة، فضرب عمر بيده بين ثديي فخررت لأستي، فقال: ارجع يا أبا هريرة فرجعت إلى رسول الله صلى الله عليه وسلم فأجهشت بكاءً وركبني عمر، فإذا هو على أثري فقال لي رسول الله صلى الله عليه وسلم: ما لك يا أبا هريرة؟ قلت:لقيت عمر فأخبرته بالذي بعثتني به، فضرب بين ثديي ضربة خررت لأستي، قال ارجع فقال له رسول الله صلى الله عليه وسلم : يا عمر ما حملك على ما فعلت؟ قال: يا رسول الله بأبي أنت وأمي أبعثت أبا هريرة بنعليك من لقي يشهد أن لا إله إلاّ الله مستيقناً بها قلبه بشره بالجنة ؟ قال : نعم .
قال:
فلا تفعل! فإني أخشى أن يتكل الناس عليها فخلهم يعملون، قال رسول الله: فخلهم

...(Peyğəmbər) öz başmaqlarını mənə verib dedi: “Bu iki başmağımı götür get. Bu divarın arxasında qəlbində yəqin ilə Allahdan başqa ilah olmadığına şəhadət verən bir şəxslə qarşılaşsan, ona Cənnət müjdəsi ver.” Mənim qarşıma çıxan ilk şəxs Ömər oldu. O dedi: “Bu başmaqlar nədir, ey Əbu Hüreyrə?” Mən dedim: “Bunlar Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) başmaqlarıdır. Onları mənə verib məni yolladı və dedi ki, qəlbində yəqin ilə Allahdan başqa ilah olmadığına şəhadət verən bir şəxslə qarşılaşsan, ona Cənnət müjdəsi ver.” Bu zaman Ömər əli ilə mənim sinəmə vurdu və mən ombam üstə yerə yıxıldım. Ömər dedi: “Qayıt ey Əbu Hüreyrə.” Mən Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) yanına qayıtdım və ağlamağa başladım. Bu zaman Ömər də mənim arxamca (Peyğəmbərin yanına) gəlmişdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) mənə dedi: “Nə olub sənə, ey Əbu Hüreyrə?” Dedim: “Ömərlə qarşılaşdım. Sənin mənə dediyini ona xəbər verdim. Lakin, o, mənim sinəmə elə bir zərbə vurdu ki, ombam üstə yerə oturdum. Sonra da geri qayıtmağımı söylədi.” Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Ömərə dedi: “Səni bunu etməyə nə vadar etdi, ey Ömər?” Ömər dedi: “Atam-anam sənə qurban olsun, ey Allahın Rəsulu, həqiqətən də Əbu Hüreyrəni öz başmaqlarınla göndərib qəlbində yəqin ilə Allahdan başqa ilah olmadığına şəhadət verən şəxsi Cənnətlə müjdələməsini tapşırmısınız?!”31

Peyğəmbər buyurdu: “Bəli.”

Ömər dedi: “Belə etmə! Mən qorxuram ki, camaat buna arxayın olub (xeyir əməldən əl götürələr). Burax qoy əməl etsinlər.”

Allah Rəsulu (mənə) dedi: “Burax onları!32

Budur, Ömər ibn əl-Xəttab Əbu Hüreyrənin sözünə inanmır! Əbu Hüreyrə ona məlum sözləri xəbər verdikdə Ömər Əbu Hüreyrəni təsdiq etmir, əksinə, onun üzərinə hücum edərək ona zərbə endirir. Ona elə bir zərbə vurur ki, Əbu Hüreyrə arxası üstə yerə oturur. Daha sonra Əbu Hüreyrə Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) yanına gedərək Ömərin ona etdiyi hücumdan duyduğu şiddətli narahatlıq səbəbindən ağlamağa başlayır. Hətta, görürük ki, Ömər ibn əl-Xəttab Əbu Hüreyrənin dediyi sözün doğru olub-olmadığını Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) özündən soruşur və deyir ki: “Atam-anam sənə qurban olsun, Ey Allahın Rəsulu, həqiqətən də Əbu Hüreyrəni öz başmaqlarınla göndərib qəlbində yəqin ilə Allahdan başqa ilah olmadığına şəhadət verən şəxsi Cənnətlə müjdələməsini tapşırmısınız?!” Əgər səhabələrin yanında səhabənin Allah Rəsulunun adından yalan danışmaması məlum olsaydı və bu həqiqət səhabələrin yanında sabit olsaydı, o zaman Ömər Əbu Hüreyrənin sözünə şəkk etməzdi və məsələni Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) özündən soruşmağa ehtiyac qalmazdı.

Daha sonra Osman əl-Xəmis deyir:

ثم بعد هذا كله الحديث لا يستدل به الخوارج ولا النواصب ولا المعتزلة، وإنما يستدل به الشيعة على ارتداد أصحاب النبي صلى الله عليه وسلم، فيقال لهم: وما الذي يخرج عليّاً والحسن والحسين وحمزة والعباس وغيرهم من أهل بيت النبي صلى الله عليه وسلم ما الذي يمنع أن يكونوا من الذين ارتدوا؟
نحن لا نقول بردتهم وحاشاهم، بل نحن نقول بإمامتهم ونقول بأنهم من أهل الجنة كما قال النبي صلى الله عليه وسلم عن علي رضي الله عنه لما كانوا على حراء أثبت حراء، فإنما عليك نبي أو صديق أو شهيد، وكان علي مع النبي صلى الله عليه وسلم وهو من أهل الجنة .
وثبت عن النبي صلى الله عليه وسلم أنّه قال عن الحسن والحسين:
«سيّدا شباب أهل الجنة»

Bütün bunlardan əlavə bu hədislə nə xəvariclər, nə nasibilər, nə də mötəzilələr dəlil gətirmirlər. Bu hədisi məhz şiələr Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) əshabının mürtəd olmalarına dəlil gətirirlər. Belə olduğu təqdirdə onlara deyilir: Əlini, Həsəni, Hüseyni, Həmzəni, Abbası və digər Peyğəmbər (sallallahu əleyhi və səlləm) Əhli-Beytindən olan şəxsləri (bu siyahından) çıxaran nədir? Onların mürtəd olmalarına mane olan nədir?

Biz onların mürtəd olduqlarını demirik! Onlar bundan uzaqdırlar. Əksinə, biz onların imam olduqlarını, onların Cənnət əhlindən olduqlarını deyirik. Necə ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) (bir neçə səhabə ilə birlikdə) bir qaya parçasının üzərində olduğu zaman qaya hərəkətə gəlmiş, bu zaman Peyğəmbər “sakit ol, sənin üzərində peyğəmbərdən, siddiqdən və şəhiddən başqa heç kəs yoxdur” – demişdi. Bu vaxt Əli də onunla birgə idi. Əli Cənnət əhlindəndir.

Peyğəmbərin (sallallahu əleyhi və səlləm) Həsən və Hüseyn barədə belə deməsi sübuta yetmişdir: “Onlar Cənnət cavanlarının ağalarıdırlar.”33

Deyirəm:

Əvvəla: şiələr Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) sonra bütün səhabələrin İslamdan döndüklərini və mürtəd olduqlarını demirlər. Kim belə bir şeyi şiəyə nisbət verərsə, yalançı fitnəkardır. Bu hədisi şiələr bütün səhabələrin ədalətli olmadıqlarına dəlil gətirirlər. Çünki, hədisdə açıqca deyilir ki, bəzi səhabələr Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) sonra əqidə və etiqadlarını dəyişib Cəhənnəmə daxil olmalarına səbəb olan əməllərə mürtəkib olacaqlar. Bu hədis əhli-sünnənin dediyi “bütün səhabələr ədalətlidirlər” iddiasını batil edir.

İkincisi: bizim Əlini, Həsəni və Hüseyni (əleyhimus-səlam) mürtədlərin cərgəsindən çıxarmağımıza səbəb xəbəri-vahidlər deyil, mütəvatir dəlillərdir. Əliyə (əleyhis-səlam) gəlincə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Qədir-Xum günündə onun barəsində “mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” demişdir. Bu hədis mütəvatir hədislərdəndir. Əgər İmam Əlinin (ə) Peyğəmbərdən sonra dindən dönmə ehtimalı olsaydı, o zaman Peyğəmbər (s) onun vilayətini camaata vacib etməzdi. Bu məqamda İmam Əlinin vilayətinin istər dini və dünyəvi rəhbərlik, istərsə də məhəbbət, məvəddət və yardım kimi kimi təfsir olunmasının bir fərqi yoxdur. Peyğəmbər (s) mürtəd olması ehtimal olunan bir şəxsin nə rəhbərliyinə, nə də sevilməsinə əmr etməz. Haşa ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) şəriətə müxalifət etməsi, batil və həva-həvəs yoluna baş vurması ehtimalı olunan bir şəxsin vilayətinə əmr etsin. Biz Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) onun vilayətinə əmr etməsindən onun heç vaxt dinini və etiqadını dəyişməyəcəyini və sona qədər haqq yolunda addımlayacağını bilmişik.

İki böyük imam – İmam Həsən və İmam Hüseyn (əleyhiməs-səlam)-a gəlincə isə, biz onları da mürtədlər cərgəsində mütəvatir bir hədisə görə çıxarırıq, daha Allah Rəsulundan sadir olması qəti şəkildə bilinməyən xəbəri-vahidə görə yox. Həmin hədis budur: “Həsən və Hüseyn Cənnət cavanlarının ağalarıdırlar”. Bu hədis mütəvatir hədislərdəndir. Bu hədisi Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) çoxlu sayda səhabə nəql etmişdir. Bu hədisin təriqlərinə (nəql yollarına) nəzər salan şəxs onun Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) tərəfindən deyilmiş olmasına qəti şəkildə əmin olur.

Onların, yəni üç imamın (əleyhimus-səlam) bütövlükdə mürtədlər cərgəsindən çıxarılmalarının dəlilinə gəlincə isə, bu dəlil “təthir ayəsi”dir. Hansı ki, Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) nəql olunan mütəvatir hədislər bu ayənin bu üç imam barəsində nazil olduğuna dəlalət edir. Bu ayə onların (əleyhimus-səlam) pak olduqlarını bildirir. Buna əsasən, bu ayəti-kərimə onların aqibətlərinin yaxşı olmasına dəlil olur.

Daha sonra Osman əl-Xəmis deyir:

فنقول للشيعة إن قلتم إن أبا بكر وعمر وأبا عبيدة وغيرهم من أصحاب النبي صلى الله عليه وسلم من الذين يذادون عن الحوض ما الذي يمنع غيركم كالنواصب مثلاً أن يقولوا لكم عليٌّ أيضاً ممن يذاد عن الحوض، وإن قلتم ثبتت فضائل لعلي فسيقولون لكم ثبتت فضائل أكثر منها لأبي بكر وعمر

Biz şiələrə deyirik: əgər siz Əbu Bəkr, Ömər, Əbu Ubeydə və digər Peyğəmbər (sallallahu əleyhi və səlləm) səhabələrinin hovuz kənarından uzaqlaşdırılacaq şəxslərdən olduqlarını deyirsinizsə, o zaman sizdən başqalarının də – məsələn, nasibilər də – “Əli də həmçinin, hovuz kənarından uzaqlaşdırılacaq”, – demələrinə nə mane ola bilər? Əgər desəniz ki, Əli üçün bir sıra fəzilətlər sübuta yetmişdir, onlar deyəcəklər ki, Əli üçün sübuta yetən fəzilətlərdən daha artığı Əbu Bəkr və Ömər üçün sübuta yetmişdir.34

Deyirəm:

Əvvəla: şiələr hovuz hədisinə səhabələrdən Zeyd və ya Əmrin35 mürtəd olmalarını isbat etmək üçün deyil, məhz “bütün səhabələr ədalətlidirlər” iddiasını batil etməkdən ötrü istinad edirlər. Osman əl-Xəmisin burada bəzi səhabələrin adlarını çəkməsi onun məsələni naqis anlamasından qaynaqlanır.

Bundan başqa, nasibi İmam Əlinin (əleyhis-səlam) hovuz kənarından uzaqlaşdırılıb Cəhənnəmə aparılacaq mürtədlərdən olduğunu isbat etmək üçün dəlil gətirməlidir. Görəsən, nasibilər – Allah onları zəlil etsin – bu məsələ barəsində mütəvatir və “qəti-südur”36 dəlilə malikdirlərmi?

Bizim Əli (əleyhis-səlam)-ın həmin qovulacaq şəxslərdən olmamasının isbatı barədə qəti dəlillərimiz var.

İkincisi: Osman əl-Xəmisin dediyi “Əbu Bəkr və Ömər barədə gələn fəzilətlər Əli barədə gələn fəzilətlərdən daha çoxdur” sözünü elə bəzi əhli-sünnə alimlərinin sözləri batil edir. Belə ki, bir sıra əhli-sünnə alimləri etiraf etmişlər ki, İmam Əli (əleyhis-səlam) barəsində gələn fəzilətlər qədər heç bir səhabə barəsində mötəbər sənədlərlə fəzilət gəlməmişdir. İbn Həcər “əs-Səvaiq” əsərində deyir:

وهي- أي فضائل علي - كثيرة عظيمة شهيرة حتى قال: أحمد ما جاء لأحد من الفضائل ما جاء لعلي.
وقال إسماعيل القاضي والنسائي وأبو علي النيسابوري: لم يرد في حق أحد من الصحابة بالأسانيد الحسان أكثر مما جاء في علي

Onlar [yəni, İmam Əlinin fəzilətləri] çoxdur, böyükdür və məşhurdur. Hətta Əhməd [ibn Hənbəl] demişdir ki, Əli barəsində gələn fəzilətlər heç kəs barəsində gəlməmişdir.

İsmayıl əl-Qadi, Nəsai və Əbu Əli ən-Nisaburi demişlər ki: “Heç bir səhabə barəsində həsən sənədlərlə Əli barəsində gələndən çox hədis gəlməmişdir.”37

Daha sonra Osman əl-Xəmis aşağıdakı ayəni dəlil gətirmişdir:

“Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların (Musanın) Tövrat(ın)dakı vəsfidir. Onların (İsanın) İncil(in)dəki vəsfi isə (Allahın,) pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət qalınlaşaraq möhkəmlənmiş və əkinçiləri təəccübə salan bir tərzdə öz gövdəsi üzərində dayanan əkin kimidir. (Allah,) onların vasitələri ilə kafirləri qəzəbləndirmək üçün (belə edib). Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir” (Fəth surəsi, 29).

Kitabının iki səhifəsindən çoxunda bu ayə barədə danışmış və iddia etmişdir ki, təfsirçilər “Allah onlardan...” (minhum) sözündəki “min” önqoşmasının “təb`izi” yox, “bəyani” olması38 barədə və ayənin Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bütün səhabələri üçün mədh olması barədə icma etmişlər.

Daha sonra, bir dəstə əhli-sünnə aliminin adlarını qeyd etdikdən sonra və onların ayədəki “min”-in cins və ya təkid bildirməsini demələrini qeyd etdikdən sonra deyir:

كل هؤلاء لما تكلموا عن هذه الآية قالوا إن "من" هنا مؤكدة أو مجنسة وليست من التبعيضية كما يدعي أعداء الله تبارك وتعالى

Bütün bu alimlər ayədən söz açdıqları zaman ayədəki “min”-in Allah düşmənlərinin iddia etdikləri kimi bəzilik (hissə) bildirən deyil, təkid və ya cins bildirən “min” olduğunu demişlər.39

O, bu ayə ilə bütün səhabələrin ədalətli olmalarını sübuta yetiməyə çalışmışdır, lakin, cavabında deyirik:

Əvvəla: şübhə yoxdur ki, “onunla birgə olanlar” sözü məkan və ya zaman cəhətdən deyil, iman cəhətdən birgə olmağı nəzərdə tutur. Biz iki ehtimal qarşısındayıq. Ya ayədə məqsədin bütün iman gətirib İslama daxil olan şəxslər olduğunu, ya da məqsədin bəzi şəxslər olduğunu (ayədə buyurulan xüsusiyyətlərin onlarda cəm olduğu şəxslər olduğunu) deməliyik.

Birinci ehtimal məqbul deyildir. Çünki, müsəlman olub İslama iman gətirənlər arasında elə şəxslər vardır ki, Qurani-Kərim onları “qəlblərində mərəz olanlar” (qəlblərində xəstəlik olanlar) adlandırmışdır. Allahu-təala buyurur: “O zaman münafiqlər və qəlblərində xəstəlik olanlar “bunları (Bədrə gedən İslam ordusunu) dinləri aldatmışdır!” deyirdilər, halbuki, kim Allaha təvəkkül etsə, şübhəsiz (qalibdir, çünki) Allah yenilməz qüdrət və hikmət sahibidir” (Ənfal surəsi, 49). Bəzi təfsirçilər bildirmişlər ki, ayədəki “qəlblərində xəstəlik olanlar”dan məqsəd imanı zəif olan şəxslərdir. İmanı zəif olan şəxslər də münafiqlərdən ayrı şəxslərdirlər (onlar münafiq deyillər). Şübhə yoxdur ki, ayəti-kərimədə (Fəth, 29) bu şəxslər nəzərdə tutulmamışdir. Buna əsasən, “onunla birgə olanlar” sözündən məqsədin bütün səhabələr olması ehtimalı batil olur, ayəti-kərimə bütün səhabələrin adil olduqlarına dəlalət etmir. Çünki, zəif imanlı şəxslər də səhabələrdəndirlər. Lakin, ayəti-kərimənin qeyd etdiyi xüsusiyyətlər onlarla uyğun gəlmir. Elə isə aydın olur ki, Allahu-təala bu ayəti-kərimə ilə bütün səhabələri yox, bir dəstə səhabəni nəzərdə tutmuşdur.

Bundan başqa, indi ki, qəlblərində xəstəlik olan şəxslər də səhabələrin cərgəsindədirlər, o zaman bu ayəni Peyğəmbərlə (sallallahu əleyhi və alihi və səlləm) birgə olan şəxslərdən hər hansı birinin ədalətini isbat etmək üçün dəlil gətirmək – başqa bir dəlillə ayədəki xüsusiyyətlərin həmin şəxsə uyğun gəldiyi sübuta yetmədiyi müddətcə – düzgün sayılmayacaq.

Üstəlik, münafiqlər də Peyğəmbərlə (sallallahu əleyhi və alihi və səlləm) birgə olan şəxslərdən idilər. Şübhəsiz ki, ayənin onlara aiddiyyatı yoxdur, lakin, bu münafiqlərdən bəzilərinin kimliyi Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) və möminlər üçün gizli qaldığına görə biz bu ayəyə əsaslanıb Peyğəmbərin yanında olan şəxslərdən hər hansısa birinin ədalətini – başqa bir dəlillə o şəxsin ayədəki sifətlərə sahib olması sübuta yetmədiyi müddətcə – isbat edə bilmərik.

İkincisi: Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) iman gətirən, onu görən və onun kəlamını eşidən şəxslərdən bir dəstəsi Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) vəfatından sonra mürtəd oldular. Bu şəxs Peyğəmbərin sağlığında onun səhabələrindən sayılırdılar. Əgər ayə nazil olduğu vaxtda onlar (İslama iman gətirdikləri üçün) ayənin şamil olduğu kəslərdən sayılmışlarsa, o zaman mürtəd olmaları ilə ayənin hökmündən xaric olurlar. Bu isə bir daha onu təsdiq edir ki, ayədəki “min” önqoşması “bəyani” deyil “təb`izi”dir. Yəni, bağışlanma və böyük savab vədəsi səhabələrdən imanından azıb pis və çirkin əməllərə bulaşanlara yox, imanında sabitqədəm qalıb saleh əməllər işləməkdə davam edən şəxslərə məxsusdur. Buna əsasən, ayənin bütün səhabələrin ədalətli olmalarına dəlalət etməməsi açıq-aşkar ortadadır.

Üçüncüsü: ayəti-kərimə Peyğəmbərlə (sallallahu əleyhi və alihi və səlləm) birgə olan şəxslər üçün bir sıra xüsusiyyətlər qeyd etmişdir. Onlardan biri bu şəxslərin “kafirlərə qarşı güclü və sərt” olmalarıdır. Lakin, biz bəzi səhabələrin keçdikləri həyat yoluna müraciət etdikdə onların bu sifətə sahib olmadıqlarını görürük. Bunun dəlillərindən biri onların Hüneyn döyüşündən qaçmalarıdır. Əbu Qətadədən nəql olunur ki:

لما كان يوم حنين نظرت إلى رجل من المسلمين يقاتل رجلاً من المشركين وآخر من المشركين يختله من ورائه ليقتله، فأسرعت إلى الذي يختله، فرفع يده ليضربني وأضرب يده فقطعتها، ثم أخذني فضمني ضماً شديداً حتى تخوفت، ثم ترك فتحلل ودفعته، ثم قتلته، وانهزم المسلمون وانهزمت معهم، فإذا بعمر بن الخطاب في الناس، فقلت له: ما شأن الناس؟ قال: أمر الله!!، ثم تراجع الناس إلى رسول الله صلى الله عليه وسلم...

Hüneyn günü müsəlmanlardan birinin müşriklərdən biri ilə döyüşdüyünü gördüm. Bu zaman başqa bir müşrik həmin müsəlmanın arxasına keçib onu (hiylə) qətlə yetirmək istədi. Mən cəld arxadan zərbə endirmək istəyən şəxsə tərəf şığıdım. O məni vurmaq üçün əlini qaldırdıqda mən onun əlinə zərbə endirib onun əlini kəsdim. Sonra o məni tutub elə möhkəm şəkildə sıxdı ki, (öləcəyimdən) qorxdum. Sonra əlini boşaltdı və mən onu itələdim. Bundan sonra onu öldürdüm. (O gün) müsəlmanlar döyüşdən qaçdılar, mən də qaçdım. Bu zaman (qaçan) camaatın arasında Ömər ibn əl-Xəttabı gördüm. Mən ona dedim: “Camaata nə olub?” Dedi: “Allahın işidir!!” Sonra camaat Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) yanına qayıtdı...40

Elə isə Hüneyn günündə döyüşdən qaçan bu səhabələri necə “kafirlərə qarşı güclü və sərt” adlandıra bilərik?!

Ayəti-kərimənin Peyğəmbərlə (sallallahu əleyhi və alihi və səlləm) birgə olan şəxslər üçün qeyd etdiyi xüsusiyyətlərdən biri də onların “öz aralarında mehriban və mülayim” olmalarıdır. Lakin, biz bu xüsusiyyətin də bəzi səhabələrdə olmadığını görürük. Bunun dəlilləri çoxdur. Onlardan biri budur ki, bir dəstə səhabə onlara yardım edən sair şəxslərlə birlikdə həddlərini aşıb Cəməl və Siffeyn döyüşlərində İmam Əli ibn Əbi Talibə (əleyhis-səlam) və onunla birgə olan səhabələrə və möminlərə qarşı qiyam etdilər. Şübhə yoxdur ki, bu bağilər (həddi aşan şəxslər – red.) İmam Əliyə (əleyhis-səlam) qarşı çıxıb onunla və onun yanında olan möminlərlə döyüşdükləri zaman İmam Əliyə (əleyhis-səlam) və ya onun yanında olan şəxslərə qarşı mehriban olmamışlar. Əksinə, bu döyüşlərdə minlərlə insan qətlə yetirmiş və minlərlə insan yaralamışlar.

Əgər bəzi səhabələrdə ayənin qeyd etdiyi bu xüsusiyyətlər və ya bu xüsusiyyətlərin bəziləri yoxdursa, o zaman ayənin bütün səhabələrin ədalətli olmalarına dəlalət etdiyini necə iddia etmək olar?!

Buna əsasən, hətta, ayədəki “min” önqoşmasının “təb`izi” deyil, “bəyani” olmasını qəbul etsək belə, yenə də deməliyik ki, ayə əsla bütün səhabələrə şamil olmur. Ayə məhz qeyd olunan xüsusiyyətlərə sahib şəxslərə şamil olur. İlahi vəd digər səhabələrə deyil məhz onlara aiddir.

Vəlhəmdulillahi-Rabbil-aləmin!

Və sallallahu alə seyyidinə Muhəmmədin və Alihit-tayyibinət-tahirin


1 Keçmişlərinə geri döndülər: yəni, İslamdan əl çəkib köhnə əqidələrinə geri döndülər, mürtəd oldular. (Müt.)

2 “Hiqbətun minət-tarix”, səh.150-151.

3 “Müsnədi-Əhməd”, 38/363, hədis 23337; kitabın mühəqqiqləri deyirlər: “Bu hədisin iki sənədi vardır. Birinci sənəd səhihdir, ikinci sənədin raviləri isə siqədirlər və “Səhih”in raviləridirlər.”

4 Hədisin orijinalında “useyhabi” sözü işlənmişdir ki, bu da “əshab” sözünün kiçiltmə formasıdır. Zahirən, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) səhabələrinə rəhm edilməsini dilədiyi üçün “kiçik səhabələrim” sözünü işlətmişdir. Necə ki, bir çox dualarda “kiçik bəndənə rəhm et” – deyə təbirlər işlədilmişdir. (“Abd” – qul, bəndə, “ubeyd” – kiçik qul, kiçik bəndə). Adətən rəhm diləmə, yaxud, zəlillik izhar etmə məqamında kiçiltmə formalı isimlər işlədilir. (Müt.)

5 “Səhihi-Müslim”, 4/188, hədis 2304.

6 “Müsnədi-Əhməd”, 15/230, hədis 20373, Şeyx Həmzə Əhməd əz-Zeyn deyir: “İsnadı həsəndir”. Əhməd ibn Hənbəl bu hədisi həmçinin eyni mənbədə 20387-ci hədisdə də nəql etmişdir. Şeyx Həmzə Əhməd əz-Zeyn həmin hədis üçün də “isnadı həsəndir” demişdir.

7 “əl-Mucəmul-Əvsət”, 6/351, hədis 6598.

8 “Müsnədi-Bəzzar”, 1/314, hədis 204.

9 Ğurəl: sünnət olunmamış şəxs; sünnət edilən üzvü öz yerində olan şəxs deməkdir. Bununla insanların dünyaya necə gəlmişlərsə elə o şəkildə həşr olunacaqları nəzərdə tutulur. Hətta, sünnət edilən üzvləri belə öz yerində olacaq. (Müt.)

10 “Səhihi-Buxari”, 3/1222, hədis 3171; həmçinin, eyni mənbə: 3/1272, hədis 3263; 4/1691, hədis 4349; 4/1766, hədis 4463.

11 “Müsnədi-Əbu Yəla”, 2/433, hədis 1238. Şeyx Hüseyn Səlim Əsəd deyir: “İsnadı həsəndir”. Bunu Heysəmi “Məcməuz-Zəvaid”də (10/364) nəql etmiş və demişdir: “Bunu Əbu Yəla nəql etmişdir. Raviləri “Səhih”in raviləridir. Bircə Abdullah ibn Muhəmməd ibn Əqildən başqa. Onu da siqə bilmişlər”.

12 Başıboş dəvələr digər dəvələrə nisbətdə daha az olurlar. Adətən dəvələrin sahibləri olduğundan onlardan çox azı başıboş və sahibsiz gəzir. Bununla çox az sayda şəxsin oddan qurtulacağı nəzərdə tutulur. (Müt.)

13 “Səhihi-Buxari”, 5/2407, hədis 6215.

14 “Səhihi-Buxari”, 5/2404, hədis 6205, həmçinin: 6/2587, hədis 6642.

15 “Müsnədi-Əhməd”, 12/77, hədis 15059. Şeyx Həmzə Əhməd əz-Zeyn demişdir: “İsnadı səhihdir.”

16 Cümləni: “..səndən sonra necə dəyişdilər” şəklində də başa düşmək olar. (Müt.)

17 “Səhihi-Buxari”, 6/2587, hədis 6643.

18 “Müsnəduş-Şamiyyin”, 2/317, hədis 1413, həmçinin: 2/311, hədis 1405.

19 “Səhihi-Buxari”, 5/2409, hədis 6220.

20 “Səhihi-Müslim”, 4/1794, hədis 2294.

21 “Hiqbətun minət-tarix”, səh.151.

22 İrtidad: dindən dönmək, mürtədlik. (Müt.)

23 Az əvvəl də qeyd etdiyimiz kimi, “irtidad” sözü lüğəvi mənada “geri dönmək”, “üz döndərmək” anlamı verir. Bu səbəbdən də “mürtəd” deyərkən “dindən üz döndərən şəxs” mənası başa düşüldüyü kimi, “dinin təlimlərindən üz döndərən şəxs” mənası da başa düşülə bilər. Birinci halda insan kafir sayılsa da, ikinci halda müsəlman sayılar. Lakin, ikinci halda müsəlman sayılsa belə Cəhənnəm əhlindən olar. (Müt.)

24 “Hiqbətun minət-tarix”, səh.151.

25 Lüğəvi mənada “sahib”, “səhabi” “yoldaş”, “yoldaşlıq edən” mənalarına gəlir. (Müt.)

26 “Hiqbətun minət-tarix”, səh.151-152

27 “Hiqbətun minət-tarix”, səh.152

28 “Müsnədi-Əhməd”, 44/237, hədis 26621, Şeyx Şüeyb əl-Arnaut deyir: “İsnadı səhihdir. Raviləri siqədilər, şeyxeynin (Buxari və Müslimin) raviləridirlər.” Eyni kitabda (44/92, hədis 26489) gələn başqa bir hədisdə isə deyilir:

إن من أصحابي من لا يراني بعد أن أفارقه

Əshabım arasında elələri vardır ki, mən onlardan ayrıldıqdan sonra bir daha məni görməyəcəklər”.

Şeyx Arnaut bu hədis üçün demişdir: “İsnadı səhihdir. Raviləri siqədilər, şeyxeynin (Buxari və Müslimin) raviləridirlər”.

29 “Səhihi-Buxari”, 4/1529, rəqəm 3937.

30 Qeyd edək ki, hədisin orijinalında “ma əhdəsna bə`dəhu” cümləsi işlənmişdir. Ərəb dilində “əhdəsə” feli “bidət çıxarmaq”, “dində olmayan şeyi dinə gətirmək” anlamlarında da işlədilir. Buna görə də cümlə həm “sən bilmirsən biz ondan sonra nələr etdik” şəklində, həm də “sən bilmirsən biz ondan sonra nə bidətlər çıxardıq” şəklində tərcümə oluna bilər. Hər iki tərcümə şəkli demək olar ki, eyni mənanı çatdırır. (Müt.)

31 Görəsən, Əbu Hüreyrə qeybi bilirdi? Və bunun vasitəsilə möminin qəlbində olan ilə münafiqin qəlbində olanı bir-birindən ayırd edə bilirdi?!

32 “Səhihi-Müslim”, 1/44.

33 “Hiqbətun minət-tarix”, səh.152.

34 “Hiqbətun minət-tarix”, səh.153.

35 Zeyd və Əmr şərti adlardır. (Müt.)

36 Qəti-südur: Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) sadir olması barədə arxayınlıq hasil olan dəlil. (Müt.)

37 “Əs-Səvaiqul-Muhriqə”, 2/353.

38 “Min ət-təb`iziyyə”: hissə, parça bildirən “min” önqoşması. “Min əl-bəyaniyyə”: bəyan, açıqlama bildirən “min” önqoşması. (Müt.)

39 “Hiqbətun minət-tarix”, səh.152.

40 “Səhihi-Buxari”, 4/1570, “kitab əl-məğazi”, hədis 4067.

Müəllif: Şeyx Həsən Abdullah əl-Əcmi

Рейтинг

В этом разделе