
"Nəbi" kəlməsi «النبأ» - "nəbəə" sözündən kök taparaq "önəmli xəbər" mənasını ifadə edir. Buna əsasən mənası: "Önəmli bir xəbəri daşıyan və ya ondan xəbər verən" olacaqdır.

Sual:
Hər il “vəhdət həftəsi” adlanan həftədə bütün dünya müsəlmanları: şiələr, sünnilər və müxtəlif islam məzhəbləri İslam Peyğəmbərinin (sallallahu əleyhi və alihi və səlləm) doğum gününü bayram edirlər. Həmçinin onun övladı İmam Sadiqin (əleyhissəlam) doğum günü də bu mübarək günə təsadüf edir. Bu iki doğum günü ilə əlaqədar müsəlmanlar mövlüd mərasimləri təşkil edir, mədhiyyələr söyləyir, çıxışlar edir, bayram keçirirlər. Bundan əlavə bir-birlərini təbrik edir, süfrə açırlar.

Danyal peyğəmbər adı Quranda gəlməyən, amma barəsində çoxlu rəvayətlər nəql edilən bir peyğəmbərdir. Əksər rəvayətlərə görə Babil hökmdarı Nevuxadnesarın müasiri olmuşdur. Danyal peyğəmbər ondan çoxlu zülm və əziyyət görmüşdür. Tarixdən məlum olduğu kimi (yeni) Babil imperiyası Əhəməni hökmdarı Kuruş (Kir) tərəfindən süquta uğradılmışdır.

Suаl: Еlmi mütаliәlәr insitutunun rәisi Sеyyid Әbdüllәtif öz mәqаlәsindә yаzır ki, İslаm Pеyğәmbәri (s) Pеyğәmbәrliyә çаtmаmışdаn qаbаq yаzıb охumаğı bаcаrırdı. О bunu müәyyәn dәlillәrlә dә әsаslаndırır. Аlim bildirir ki, Pеyğәmbәrin (s) sаvаdsız оlmаsı hаqqındа yаyılаn mәlumаtlаr оnun şәхsiyyәtinә qаrşı böyük bir zülmdür. Bәs hәqiqәt nеcәdir?