»»

Oruc tutmaq haqqında 40 hədis

1. İmam Baqir (əleyhissalam) buyurmuşdur:

بنى الاسلام على خمسة اشياء، على الصلوة و الزكاة و الحج و الصوم و الولايه.

İslam 5 şey üzərində qurulmuşdur: namaz, zəkat, həcc, oruc və vilayət.

Füruul-kafi, c.4, s.61, h.1

2. İmam Sadiq (əleyhissalam) buyurmuşdur:

انما فرض الله الصيام ليستوى به الغنى و الفقير.

Allah məhz varlı və kasıb bir (vəziyyətdə) olsun deyə orucu vacib etmişdir.

Mən lə yahduruhul-fəqih, c.2, s.43, h.1

3. İmam Əli (əleyhissalam) buyurmuşdur:

فرض الله ... الصيام ابتلاء لاخلاص الخلق

Allah insanların ixlasını yoxlamaq üçün orucu vacib etmişdir.

Nəhcül-bəlağə, 252-ci hikmət

4. İmam Rza (əleyhissalam) buyurmuşdur:

انما امروا بالصوم لكى يعرفوا الم الجوع و العطش فيستدلوا على فقر الاخر.

Oruc ona görə vacib edilmişdir ki, insanlar aclıq və susuzluq çətinliyini başa düşsünlər və bununla axirət fəqirliyini dərk etsinlər.

Vəsailuş-şiə, c.4, s.4, h.5; İləluş-şərai, s.10

5. Hz.Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

لكل شيئى زكاة و زكاة الابدان الصيام.

Hər şeyin zəkatı var. Bədənin zəkatı da orucdur.

Əl-Kafi, c.4, s.62, h.3

6. Hz.Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

الصوم جنة من النار.

Oruc Cəhənnəm odundan qoruyan qalxandır.

Əl-Kafi, c.4, s.162.

7. Hz.Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

الصوم فى الحر جهاد.

İsti havada oruc tutmaq cihaddır.

Biharul-ənvar, c.96, s.257

8. İmam Əli (əleyhissalam) buyurmuşdur:

صوم النفس عن لذات الدنيا انفع الصيام.

Nəfsi dünya ləzzətlərindən ayırmaq orucların ən faydalısıdır.

Ğurərul-hikəm, c.1, s.416, h.64

9. İmam Əli (əleyhissalam) buyurmuşdur:

الصيام اجتناب المحارم كما يمتنع الرجل من الطعام و الشراب.

İnsan oruc tutarkən yemək və içməkdən uzaq durduğu kimi, haram işlərdən də uzaq durmalıdır.

Biharul-ənvar, c.93, s.249

10. İmam Əli (əleyhissalam) buyurmuşdur:

صوم القلب خير من صيام اللسان و صوم اللسان خير من صيام البطن.

Qəlbin orucu dilin orucundan, dilin orucu da qarının orucundan üstündür.

Ğurərul-hikəm, c.1. s.417, h.80

11. İmam Sadiq (əleyhissalam) buyurmuşdur:

اذا صمت فليصم سمعك و بصرك و شعرك و جلدك.

Oruc tutarkən qulaq, göz, saç və dərin də oruc tutsun.

Əl-Kafi, c.4, s.87, h.1

12. Hz. Fatimə (salamullahi-əleyha) buyurmuşdur:

ما يصنع الصائم بصيامه اذا لم يصن لسانه و سمعه و بصره و جوارحه.

Oruc tutan adamın dili, qulağı, gözü və digər bədən üzvləri də oruc tutmursa, o oruc nəyə yarayar?

Biharul-ənvar, c.93, s.295

13. İmam Baqir (əleyhissalam) buyurmuşdur:

لا صيام لمن عصى الامام و لا صيام لعبد ابق حتى يرجع و لا صيام لامرأة ناشزة حتى تتوب و لاصيام لولد عاق حتى يبر.

İmama üsyan edən şəxsin, geri dönənə qədər (sahibindən) qaçan qulun, tövbə edənə qədər itaətsiz qadının və ata-anasına yaxşılıq edənə qədər valideynlərinin üzünə aq olan övladın orucu oruc deyil.

Biharul-ənvar, c.93, s.295

14. İmam Əli (əleyhissalam) buyurmuşdur:

كم من صائم ليس له من صيامه الا الجوع و الظمأ و كم من قائم ليس له من قيامه الا السهر و العناء.

Nə çox oruc tutan var ki, ona orucdan ancaq aclıq və susuzluq qalır. Nə çox gecəni (ibadət məqsədi ilə) oyaq qalan var ki, ona bu işdən ona ancaq səhərə qədər oyaqlıq və yorğunluq qalır.

Nəhcül-bəlağə, s.145

15. İmam Sadiq (əleyhissalam) "واستعينوا بالصبر و الصلوة" - "Səbr və namazdan kömək alın" ayəsi barədə belə buyurmuşdur:

الصبر الصوم.

“Səbr” orucdur.

Vəsailuş-şiə, c.7, s.298, h.6

16. İmam Sadiq (əleyhissalam) buyurmuşdur:

صدقه درهم افضل من صيام يوم.

Bir dirhəm sədəqə vermək bir gün oruc tutmaqdan daha üstündür.

Vəsailuş-şiə, c.7, s.218, h.6

17. Hz.Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

قال الله تعالى :الصوم لى و انا اجزى به

Allah buyurur: Oruc Mənim üçündür və onun mükafatını (şəxsən) Mən verirəm.

Vəsailuş-şiə, c.7, s.294, h.15

18. Hz.Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

من منعه الصوم من طعام يشتهيه كان حقا على الله ان يطعمه من طعام الجنة و يسقيه من شرابها .

Kimin bir yeməyi iştahı çəksə və oruc olduğu üçün onu yeyə bilməsə, Allah o adama Cənnət yeməyindən yedirib Cənnət suyundan içirər.

Biharul-ənvar, c.93, s.331

19. Hz.Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

طوبى لمن ظمأ او جاع لله اولئك الذين يشبعون يوم القيامة

Allah yolunda susuzluq və aclıq çəkən şəxslərin xoş halına! Onlar Qiyamət günü doyacaq şəxslərdirlər.

Vəsailuş-şiə, c.7, s.299, h.2

20. İmam Sadiq (əleyhissalam) buyurmuşdur:

من صام لله عزوجل يوما فى شدة الحر فاصابه ظمأ و كل الله به الف ملك يمسحون وجهه و يبشرونه حتى اذا افطر.

Kim çox isti bir gündə Allah üçün oruc tutsa və susuzluq çəksə, Allah iftar edənədək onun üzünə əl çəkib ona (Cənnət və ya savab) müjdəsi verən min mələyi onun üçün göndərər.

əl-Kafi, c.4, s.64, h.8; Biharul-ənvar, c.93, s.247

21. İmam Sadiq (əleyhissalam) buyurmuşdur:

للصائم فرحتان فرحة عند افطاره و فرحة عند لقاء ربه

Oruc tutanın iki sevinci olar: biri iftar vaxtı, biri də Rəbbi ilə görüşən vaxt.

Vəsailuş-şiə, c.7, s.290, h.6.

22. Hz. Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

ان للجنة بابا يدعى الريان لا يدخل منه الا الصائمون.

Cənnətin “Rəyyan” adlanan bir qapısı var. O qapıdan ancaq oruc tutanlar keçə biləcək.

Vəsailuş-şiə, c.7, s.295, h.31

23. İmam Kazım (əleyhissalam) buyurmuşdur:

دعوة الصائم تستجاب عند افطاره

Oruc olan adamın duası iftar vaxtı müstəcab olar.

Biharul-ənvar, c.92, s.255

24. Hz.Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

الشتاء ربيع المومن يطول فيه ليله فيستعين به على قيامه و يقصر فيه نهاره فيستعين به على صيامه.

Qış möminin baharıdır. Qışda gecələr uzanır və bu, möminin gecə ibadətini asanlaşdırır; onda gündüzlər qısalır və bu mömin orucunu asanlaşdırır.

Vəsailuş-şiə, c.7, s.302, h.3

25. İmam Sadiq (əleyhissalam) buyurmuşdur:

من جاء بالحسنة فله عشر امثالها من ذلك صيام ثلاثة ايام من كل شهر.

Kim bir yaxşı iş görsə, on misli qədər savab qazanar. Belə yaxşı işlərdən biri də hər ayda 3 gün oruc tutmaqdır.

Vəsailuş-şiə, c.7, s.313, h.33

26. İmam Kazım (əleyhissalam) buyurmuşdur:

رجب نهر فى الجنه اشد بياضا من اللبن و احلى من العسل فمن صام يوما من رجب سقاه الله من ذلك النهر.

“Rəcəb” Cənnətdə bir çaydır. Onun suyu süddən daha ağ, baldan daha şirindir. Kim rəcəb ayında bir gün oruc tutsa, Allah ona həmin çayın suyundan içirər.

Mən lə yahduruhul-fəqih, c.2, s.56, h.2

27. İmam Sadiq (əleyhissalam) buyurmuşdur:

من صام ثلاثة ايام من اخر شعبان و وصلها بشهر رمضان كتب الله له صوم شهرين متتابعين .

Kim şaban ayının sonuncu üç gününü oruc tutub, orucunu ramazana birləşdirsə, Allah ona dalbadal (tutulan) iki ay orucun savabını yazar.

Vəsailuş-şiə, c.7, s.375, h.22

28. İmam Sadiq (əleyhissalam) buyurmuşdur:

من فطر صائما فله مثل اجره

Kim oruc tutan bir adama iftar versə, həmin oruc tutanın savabı qədər savab qazanar.

Əl-Kafi, c.4, s.68, h.1

29. İmam Kazım (əleyhissalam) buyurmuşdur:

فطرك اخاك الصائم خير من صيامك.

Oruc tutan qardaşına iftar verməyin, oruc tutmağından daha xeyirlidir.

Əl-Kafi, c.4, s.68, h.2

30. İmam Sadiq (əleyhissalam) buyurmuşdur:

من افطر يوما من شهر رمضان خرج روح الايمان منه

Kim ramazan ayında bir gün qəsdən orucunu pozsa, iman ruhu ondan çıxar.

Vəsailuş-şiə, c.7, s.181, h.4

31. İmam Əli (əleyhissalam) buyurmuşdur:

شهر رمضان شهر الله و شعبان شهر رسول الله و رجب شهرى

Ramazan Allahın, şaban Allah elçisinin, rəcəb isə mənim ayımdır.

Vəsailuş-şiə, c.7, s.266, h.23

32. Hz.Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

... و هو شهر اوله رحمة و اوسطه مغفرة و اخره عتق من النار.

Ramazan ayının əvvəli rəhmət, ortası məğfirət, sonu Cəhənnəm odundan qurtuluşdur.

Biharul-ənvar, c.93, s.342

33. Hz.Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

ان ابواب السماء تفتح فى اول ليلة من شهر رمضان و لا تغلق الى اخر ليلة منه

Ramazan ayının birinci gecəsində səmanın qapıları açılır və onun sonuncu gecəsinədək bağlanmır.

Biharul-ənvar, c.93, s.344

34. Hz.Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:

لو يعلم العبد ما فى رمضان لود ان يكون رمضان السنة

Əgər bəndə ramazan ayında nə olduğunu bilsəydi, bütün ilin ramazan olmasını istəyərdi.

Biharul-ənvar, c.93, s.346

35. İmam Rza (əleyhissalam) buyurmuşdur:

من قرأ فى شهر رمضان اية من كتاب الله كان كمن ختم القران فى غيره من الشهور.

Kim ramazan ayında Allahın kitabından bir ayə oxusa, başqa aylarda Quranı xətm edən şəxs kimi olar.

Biharul-ənvar, c.93, s.346

36. İmam Sadiq (əleyhissalam) buyurmuşdur:

رأس السنة ليلة القدر يكتب فيها ما يكون من السنة الى السنة.

İlin başı qədr gecəsidir. O gecədə həmin ildən növbəti ilədək baş verəcəklər yazılır.

Vəsailuş-şiə, c.7, s.258, h.8

37. İmam Sadiq (əleyhissalam) ona verilmiş, “Qədr gecəsi necə min aydan daha xeyirli olur?” sualına cavab verərkən belə buyurmuşdur:

العمل الصالح فيها خير من العمل فى الف شهر ليس فيها ليلة القدر.

Bu gecədə görülən yaxşı əməl, içində qədr gecəsi olmayan min ayda görülmüş yaxşı əməldən daha xeyirlidir.

Vəsailuş-şiə, c.7, s.256, h.2

38. İmam Sadiq (əleyhissalam) buyurmuşdur:

التقدير فى ليلة تسعة عشر و الابرام فى ليلة احدى و عشرين و الامضاء فى ليلة ثلاث و عشرين.

Ramazan ayının 19-cu gecəsində (hadisələr) təqdir edilir, 21-ci gecəsində təsdiq edilir, 23-cü gecəsində isə imzalanır.

Vəsailuş-şiə, c.7, s.259

39. Füzeyl ibn Yəsar nəql edir ki:

كان ابو جعفر (عليه السلام) اذا كان ليلة احدى و عشرين و ليلة ثلاث و عشرين اخذ فى الدعا حتى يزول الليل فاذا زال الليل صلى.

Ramazan ayının 21 və 23-cü gecələri gələndə İmam Baqir (əleyhissalam) gecə bitənədək dua edər, gecə bitəndən sonra isə namaz qılardı.

Vəsailuş-şiə, c.7, s.260, h.4

40. İmam Sadiq (əleyhissalam) buyurmuşdur:

ان من تمام الصوم اعطاء الزكاة يعنى الفطرة كما ان الصلوة على النبى (صلى الله عليه و آله) من تمام الصلوة.

Hz.Peyğəmbərə (səllallahu əleyhi və alih) salavat göndərmək namazın tamamlanmasının şərtlərindən biri olduğu kimi, fitrə zəkatı vermək də orucun tamamlanmasının şərtlərindəndir.

Vəsailuş-şiə, c.6, s.221, h.5

 

313news.net

Рейтинг

В этом разделе