»»

İmam Əlinin (ə.s) məziyyətləri (2-ci hissə)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

Şübhəsiz Hz. Əli (ə.s) Peyğəmbər (s) istisna olmaqla insanların ən üstünüdür. Həm Şiələr bu üstünlüyü isbatlayacaq iqtidara malikdir, həm sünnilərin əksəıriyyəti buna etiraf etmiş və Əlinin haqqında (fəzilətlərini çatdıran) hədisləri səhih və mötəbər bilməklə onun barəsində olan üstünlükləri inkar edə bilməmişdirlər. “Əl-Ğarat” kitabının müəllifi həzrət Əli (ə.s) barədə buyurur: “…Düşmənləri kin və həsəd üzündən Əlinin fəzilətləri barədə danışmadı, dostları və şiələr qorxudan (təqiyyə üzündən) onun fəzilətlərindən söz açmadılar.
Lakin bütün bunlara baxmayaraq Əlinin fəzilətləri məşriqə və məğribə yayıldı”

(“Rozətul-Muttəqin fi şərhi mən la yəhzuruhul fəqih”, 13-cü cild, səh: 266;

"...كتم أعاديه محاسنه‏ حسدا، و أحباؤه خوفا، و ما بين الكتمين ملأ الخافقين")
مَا أقُولُ فِى رَجُلٍ أسَرَّ أوْلِيَاؤُهُ مَنَاقِبَهُ تَقِيَّةً، وَ كَتَمَهُ أعْدَاؤُهُ حَنَقاً وَ عَدَاوَةً، وَ مَعَ ذَلِكَ قَدْ شَاعَ مِنْهُ مَا مَلَأتِ الْخَافِقَيْنِ‏.

Əli (ə.s) barədə saysız-hesabsız hədislər olmasına baxmayaraq bəzi vaxtlar düşmənlər Peyğəmbərin (s) yanına gəlib ona Əlidən (ə.s) şikayət edərdi. Təbii ki, Hz. Peyğəmbər (s) hər dəfə bu şikayətləri eşidəndə narahat olur, qəzəblənirdi. Hətta mübarək üzünün rəngi dəyişirdi. Sonda həzrət hiddətlə onlara deyərdi: “Əlidən nə istəyirsiz?!” “Əlidən nə istəyirsiz?!” “Əlidən nə istəyirsiz?!” (Bəzi rəvayətlərə əsasən həzrət dörd dəfə o sualı təkrar edərdi!)

…وَ الْغَضَبُ يُعْرَفُ فِي وَجْهِهِ فَقَالَ مَا تُرِيدُونَ‏ مِنْ‏ عَلِيٍ‏ مَا تُرِيدُونَ‏ مِنْ‏ عَلِيٍ‏ مَا تُرِيدُونَ‏ مِنْ‏ عَلِيٍ‏ إِنَّ عَلِيّاً مِنِّي وَ أَنَا مِنْهُ وَ هُوَ وَلِيُّ كُلِّ مُؤْمِنٍ بَعْدِي.

Əli məndəndir, mən də Əlidənəm! O məndən sonra hər bir möminin vəlisidir” Bəzən daha acıqla cavab verirdi həzrət, Əlidən şikayət edənlərə - “Əl çəkin Əlidən!” “Əlini rahat buraxın”- deyə acıqlanardı!

 دعوا عليّا، دعوا عليّا، دعوا عليّا، انّ عليّا منّى و أنا منه و هو ولىّ كلّ مؤمن بعدي

Bu iki “acıqlı söz” yəni "مَا تُرِيدُونَ‏ مِنْ‏ عَلِيٍ؟!" və ! دعوا عليّا Şiə və Sünninin hədis mənbələrinin çoxunda nəql olununmuşdur.  İbn Abbas nəql edir ki, Ömərin ətrafındakı səhabələr Əli (ə.s) barədə danışırdılar (onun qeybətini edirdilər). Ömər onlara dedi: “Əlidən əl çəkin!” (Onun qeybətini etməyin). Çünki, Peyğəmbərdən (s) Əli (ə) barədə üç xüsusiyyət eşitmişəm ki, onlardan biri mənim olsaydı (mənə aid olsaydı) günəş şüasının saçdığı bütün şeylərdən üstün (daha sevimli) olardı: Mən, Əbu Bəkr, Əbu Ubeydə bin Cərrah və başqa bir səhabə Peyğəmbərin (s) hüzurunda idik. Peyğəmbər (s) Əliyə söykənmiş vəziyyətdə idi. Ona dedi: Sən imangətirmək və müsəlman olmaq baxımından möminlərin birincisisən...və Məni sevib sənə düşmən kəsilən adam yalançıdır!

كفّوا عن‏ ذكر عليّ‏ بن أبي طالب، فإنّي سمعت رسول اللّه (ص) يقول في عليّ ثلاث خصال، لأن يكون لي واحدة منهنّ أحبّ إليّ ممّا طلعت عليه الشمس؛ كنت أنا و أبو بكر و أبو عبيدة و نفر من أصحاب رسول اللّه (ص)، و النبيّ متّكئ على عليّ حتّى ضرب على منكبه، ثمّ. قال: أنت يا عليّ أوّل المؤمنين إيمانا، و أوّلهم إسلاما.  ثمّ قال: أنت منّي بمنزلة هارون من موسى، و كذب [عليّ‏] من زعم أنّه يحبّني و يبغضك

Eyni adlı yazının 1-ci hissəsində Əbu Cəfər İskafi və onun kitabı barədə qısa məlumat vermişdik. Bu yazıda isə həzrət Əlinin (ə.s) üstünlüyünü isbat edən müddəalar və dəlillərlə mövzunu davam etdiririk kitabın bəzi mühüm bölmələrinin tərcüməsini təqdim edirik:


Əli (ə.s) ilə müxalifət edənlərin sifətləri:

Əli ilə müxalif olanlar üç dəstədən ibarətdir. Onların vəsfi (sifətləri) belədir: Bir dəstə müxaliflər şəhvət və nəfsani istəklərin mütiləri idilər. Onların məqsədi dünyəvi arzularına çatmaq idi. Əli (ə.s) isə belə buyurmurdu. Bu üzdən Əlinin beyətini sındırdılar və ondan üz döndərdilər. İkinci dəstə haqqa itaət edənlər idi. Amma mərifətsiz (cahil, elmsiz, və mədəniyyətsiz) insanlar idilər. Onlar şəkk-şübhə yaranan kimi (həll etməyə aciz olduqlarından) Əliyə beyət etməkdən boyun qaçırdılar. Zahirdə haqq əhli ilə olsalar da (haqq əhli kimi görünməklərinə baxmayaraq) haqqa kömək etmədilər. Zülm də etmədilər. Heç bir tərəfə meyl etməyən bitərəf adam idilər. Üçüncü dəstə dünya malını yığıb saxlayanlar və onların tabeçilərindən ibarət idi. Heyvan kimi idilər. Elm nurundan faydalanmırdılar və heç bir dinin möhkəm əsaslarına söykənmirdilər.  

و أمّا صفة من خالفه فعلى طبقات ثلاث: من منقاد للشهوة- و هم الذين بايعوه، فلمّا أملوا أن ينيلهم من الدنيا شيئا فلم يفعل، رجعوا إلى نكث البيعة، و طلب الدنيا، و تشتّت الكلمة- أو منقاد لأهل الحقّ لا بصيرة له و هم الذين تخلّفوا عن بيعته رضي اللّه عنه‏ قدح الشك في قلوبهم لأوّل عارض من شبهة، فلا هم نصروا الحق و كانوا مع أهله‏ و لا هم تعمّدوا الخطأ بالمعاندة، فهم في منزلة الوقف، أقعدهم الشكّ لأول عارض من شبهة. أو منهوم و حريص بالجمع و الادّخار و أتباعهم كالأنعام السائمة التابعة لكل ناعق، أتباع لم يستضيئوا بنور العلم، و لم يلجئوا إلى ركن وثيق.

Əli (ə.s) Hz. Peyğəmbəri (s) düşmənlərə təslim etmədi:   

İslam dini yenicə meydana çıxanda Əli (ə.s) xüsusi fəzilətlər əldə etdi. Belə ki, Bəni Haşim qəbiləsinin başına gələn böyük müsibətlərdən biri bu idi ki, bütün ərəblər onlarla (Bəni Haşimlə) heç bir müamilə (rəftar, münasibət, davranış) etməmələri üçün əhd etmiş və and içmişdilər. Onlara qarşı xüsusi amansızlıq edirdilər ki, Bəni Haşim Hz. Peyğəmbəri (s) onlara təslim etsinlər və onlar da o həzrəti öldürsünlər. Əli (ə.s) məxfi şəkildə və çətinliklə Bəni Haşim üçün buğda və yeyinti aparırdı. Bu Bəni Haşimin xüsusilə də Əlinin üstünlüyüdür. Halbuki, o vaxtlar Əbu Bəkr öz ailəsi ilə təhlükəsiz yerdə və rifah içində idi.

و له في بدء إسلامه فضيلة شريفة اكتسبها، و محن عظام اختصّ بها [و كان‏] أبو بكر منها بمعزل…و أبو بكر مع أهله في أمن وسعة. فهذه فضيلة في بدء إسلامهم، ليس لأبي بكر مثلها، و هي من اعظم المصائب كانت على بني هاشم، لأن العرب تعاقدت و تحالفت أن لا يبايعوهم، و لا يأمنوا فيهم حتى يدفعوا إليهم النبيّ (ص) ليقتلوه. و كان عليّ رضي اللّه عنه يحمل إليهم الطعام مسارقة [كانوا] يمنعون من المبايعة.

Cihad və döyüş meydanında Əli (ə.s) bütün möminlərin üstünü idi:

Cihadın fəziləti bir neçə sifətin cəmlənməsi, döyüş silahlarından istifadə, bədəncə (fiziki) gücə malik olmaq, şücaətli olmaq, döyüşə hazırlıq və döyüşü aparmaq üsullarını və qoşun hissələrini idarəetmə üsulunu bilmək (hərbi taktikanı mükəmməl şəkildə bilmək), hücumun vaxtlarını bilmək və hücuma məruz qalmamaq üçün qəflətdən uzaq olmaq və sair fəzilətlərdən ibarətdir. Cihadın şərəfi onu üsullarına düzgün riayət etməkdədir. Ölüm təhlükəsini gözə alaraq Allaha xatir düşmənə tərəf getmək, qılınc və digər silahlarla zərbə endirmək cihad kimi böyük bir ibadətin xüsusiyyətidir. Peyğəmbər (s) əshabı arasında öz şücaətilə tanınan şəxslər Əli İbn Əbi Talib, Həmzə İbn Əbi Talib, Zubeyr ibn Əvvam və sair səhabələr idi. Heç kəs Əbu Bəkr və Öməri Hz. Peyğəmbərin (s) şücaətli əshabından saymadı.

و فضيلة الجهاد تكون بآلات مجتمعة و أسباب معروفة، منها: الشدّة في البدن، و الشجاعة في النفس، و العلم بالثقافة، و الحذر و الفروسية. فالشرف في منزلة الجهاد يكون باستعمال الآلة، و لقاء الأبطال، و ضرب الأقران، و التغرير بالنفس، و إلقائها بين الأسنّة، و الأهوال و المخاطرة وفاء للّه بعهده، و استئناسا ببيعته‏. فالمذكور من أهل الشجاعة و النجدة عليّ بن أبي طالب، و حمزة بن عبد المطّلب و الزبير بن العوّام، و … ليس أحد يعدّ أبا بكر و لا عمر مع المذكورين بالحرب و الشجاعة،

Sonra müəllif Əlinin (ə.s) “Xəndək” döyüşündəki Əmr ibn Əbdəvidə endirdiyi zərbədən söz açır (Xəndək döyüşünün əhvalatlarını və hadisələrini əlavə edir).

و هذا يوم الخندق خرج عمرو بن عبد ودّ دعا إلى البراز فأحجم الناس عنه في كل ذلك يقوم إليه عليّ رضي اللّه عنه فيكفّه النبيّ ص. و ما كان ذلك من النبيّ ص إلّا دلالة على عليّ ليظهر و يكشف فضيلته على غيره للناس إذ لم يقدم عليه غيره…

Həmçinin müəllif “Bədr” döyüşünü xatırladır. Peyğəmbər (s) Bədr döyüşündə buyurdu: “Qalxın və öz dininizi müdafiə edin” Həzrət həmişə Bəni Haşimi camaatdan qabaq meydana göndərərdi. Amma “Xəndək” döyüşündə öncə Əliyə icazə vermədi. Amma heç kəs Əmr ibn Əbdəvidə döyüşməyə hazır olmadığından Peyğəmbər (s) Əlini (ə.s) döyüşə göndərdi.

فلما كان يوم الخندق فعل بعليّ ما رأيتم بكفّه عن المبادرة إلى عمرو، فلما بان إمساك الناس عنه، و تخلّفهم عن الإقدام عليه، قام عليّ بن أبي طالب صلوات اللّه عليه في المرة الثالثة، فقال له النبيّ ص: يا عليّ إنّه عمرو بن عبد ود تأكيدا لما قلنا و تنبيها لمن كان له قلب أنه أراد بذلك الدلالة على تقدّم عليّ و تفضيله- فقال له عليّ: و أنا عليّ بن أبي طالب يا رسول اللّه. فعمّمه بيده، و قلّده سيفه ذا الفقار، فخرج إليه و المسلمون مشفقون، قد اقشعرّت جلودهم، و زاغت أبصارهم، و بلغت الحناجر قلوبهم، و ظنّ قوم باللّه الظنون‏ و النبيّ ص يدعو له بالنصر… فهذه أحواله مكشوفة، و مناقبه في الحروب معروفة، و في الآثار مأثورة، و في السّير مذكورة، و في العامّة ظاهرة مشهورة. شهد [مع‏] النبيّ ص في جميع حروبه و مغازيه، فمرة يأخذ الراية قدّامه، و مرة يتمشّى بسيفه بين يديه، ينفّس الكرب عن وجه نبيّه ص و ينصر اللّه في قتل أعدائه .فكم من مبارز قد قتله‏…

Müəllif əlavə edir ki, Qureyş Əlinin (ə.s) tədbirinə və fikirlərinə tənə vursa da bu onların həzrətə qarşı təəssüb və ədavətlərindən qaynaqlanır və heç bir tutarlı sübutları yoxdur. Əlinin (ə.s) tədbirli insan olmasının ən mühüm əlamətlərindən biri budur ki, Peyğəmbər (s) döyüşlərdə heç kəsi Əliyə (ə.s) başçı təyin etmirdi.

و قد تعلمون أن قريشا طعنت عليه في رأيه، و ضعّفته في تدبيره!! قلنا لهم: أمّا تضعيف قريش له في تدبيره و رأيه، فبالعداوة و العصبيّة، لا بحقّ طعنوا، و لا حجّة [على دعواهم أقاموا] و إلا فليوقفونا من رأيه على غلط أو خطأ...و الدليل على فضل رأيه و رجاحة تدبيره أنّه لم يولىّ عليه [قط] أحد في جيش في حروب النبيّ ص

Qureyşin sözü Əliyə çatdı. Əli onların sözündən təəccüb etdi və onları təkzib edib buyurdu: “...Allaha and olsun (döyüş meydanında), qılıncdan daha tez qaçacaqsınız. Ey kişilikdən nişanəsi olmayan namərdlər! Ey ağlı uşaq və bəy otağına təzə girmiş qadın ağlı kimi olanlar! Ey kaş mən sizləri nə görə, nə də tanıyaydım. And olsun Allaha, sizi tanımağın nəticəsi peşmanlıq, qəm və qüssədir. Allah sizləri məhv etsin ki, mənim ürəyimi qan etdiniz, sinəmi qəzəblə doldurub-daşırdınız. Aldığım hər nəfəsdə mənə qəm və hüzn yedirtdiniz. Mənə itaətsizlik, etinasızlıq edərək tədbirimi pozub, puç etdiniz, bunun nəticəsində də Qüreyş “Əbu Talibin oğlu igiddir, ancaq müharibə aparmaq qaydasını bilmir” dedilər. Allah atalarına rəhmət etsin! (Öz dedikləri sözü fikirləşmirdilər.) Onlardan hansı biri döyüşdə mənim qədər çalışqan və ciddi idi, yoxsa öndə getməkdə və ya müqavimətdə məndən artıq idilər? Hələ iyirmi yaşıma çatmamış döyüşə hazır idim və indi də ömrümdən altmış ildən çox keçmişdir. (Mənim döyüşlərdəki fikrim və tədbirim həmişə düz olmuşdur.) Ancaq fərmanına itaət olunmayanın, hökmünə əməl edilməyinin əlacı yoxdur”. (Nəhcül-Bəlağə: 27-ci xütbə)

يَا أَشْبَاهَ الرِّجَالِ وَ لَا رِجَالَ حُلُومُ الْأَطْفَالِ وَ عُقُولُ رَبَّاتِ الْحِجَالِ‏ لَوَدِدْتُ أَنِّي لَمْ أَرَكُمْ وَ لَمْ أَعْرِفْكُمْ مَعْرِفَةً وَ اللَّهِ جَرَّتْ نَدَماً وَ أَعْقَبَتْ سَدَماً  قَاتَلَكُمُ اللَّهُ لَقَدْ مَلَأْتُمْ قَلْبِي قَيْحاً وَ شَحَنْتُمْ‏ صَدْرِي غَيْظاً وَ جَرَّعْتُمُونِي نُغَبَ‏ التَّهْمَامِ‏ أَنْفَاساً وَ أَفْسَدْتُمْ عَلَيَّ رَأْيِي بِالْعِصْيَانِ وَ الْخِذْلَانِ حَتَّى لَقَدْ قَالَتْ قُرَيْشٌ إِنَّ ابْنَ أَبِي‏ طَالِبٍ رَجُلٌ شُجَاعٌ وَ لَكِنْ لَا عِلْمَ لَهُ بِالْحَرْبِ لِلَّهِ‏ أَبُوهُمْ‏ وَ هَلْ أَحَدٌ مِنْهُمْ أَشَدُّ لَهَا مِرَاساً وَ أَقْدَمُ فِيهَا مَقَاماً مِنِّي لَقَدْ نَهَضْتُ فِيهَا وَ مَا بَلَغْتُ الْعِشْرِينَ وَ هَا أَنَا ذَا قَدْ ذَرَّفْتُ عَلَى السِّتِّينَ‏ وَ لَكِنْ لَا رَأْيَ لِمَنْ لَا يُطَاع‏

Əli (ə.s) lənətləmək (nifrin etmək, qarğımaq) və söyüş söyməkdən çəkindiriridi:

Əli (ə.s) haqqa dəvət edərkən ən bəyənilmiş davranışlar nümayiş etdirir, layiqli və ədəbli şəkildə Allahın qanunlarına əməl edirdi. Əmr edirdi ki, heç kəs söyüş və lənət əhli olmasın! Camaat soruşurdu ki, “biz haqq deyilikmi?” və “bizlərlə müharibə edənlər batil deillərmi?” imam buyurdu: “Bəli, amma mən sizin söyüş söyməyinizi bəyənmirəm” إِنِّي أَكْرَهُ لَكُمْ أَنْ تَكُونُوا سَبَّابِين‏“Amma əgər onların əməllərini açıqlasanız və vəziyyətlərini (zülm və sitəmlərini, şəhvət və nəfsi istəklərə tabe olmalarını, haqq yoldan çıxmalarını və bu kimi sözləri) xatırlatsanız, bu, danışarkən (söyməkdən) daha yaxşı və (etiraz edərək “onlarla nə üçün müharibə edir, vuruşursunuz?” deyən kəsə) dəlil gətirmək məqamında daha tutarlı və yetərli olar. Yaxşı olar ki, onları söyməyin əvəzinə belə deyəsiniz: Allahım! Bizim və onların qanlarını tökülməkdən qoru; bizimlə onların aralarını düzəlt!...” (Nəhcül-Bəlagə: 206-cı xütbə)

و كان رضي اللّه عنه من مبالغته في الدعاء و حسن سيرته في الكفّ عن الأذى، و دعائه بالتي هي أحسن- اقتداء بأدب اللّه و طلبا لما هو أصلح- أنه لما بلغه عن أصحابه أنهم يكثرون شتم مخالفيهم باللّعن و السّبّ، أرسل إليهم أن كفّوا عمّا بلغني [عنكم‏] من الشتم و الأذى. فلقوه، فقالوا: يا أمير المؤمنين ألسنا محقّين؟ قال: بلى. قالوا: و من خالفنا مبطلون؟ قال: بلى، قالوا: فلم منعتنا من شتمهم؟ فقال: كرهت أن تكونوا سبّابين و لكن لو وصفتم أعمالهم و ذكرتم حالهم كان أصوب في القول، و أبلغ في العذر، و [لو] قلتم مكان سبّكم إيّاهم: اللّهمّ احقن دماءنا و دماءهم، و أصلح ذات بيننا و بينهم، و اهدهم من ضلالتهم حتّى يعرف الحق من جهله، و يرعوي من الغيّ و العدوان من لهج به، فهذا من الكلام أحبّ إليّ لكم.

Müəllif hətta Əlinin (ə.s) Müaviyəyə yazdığı məktubda öncə onu salamladığını vurğulayır:

من أمير المؤمنين‏ عليّ بن أبي طالب إلى معاوية بن أبي سفيان سلام عليك

“Əmali” (səh: 184) kitabı da həzrət Əlinin (ə.s) Müaviyəyə və ətrafına toplaşan insanlara salam verməsini qeyd edir:

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ‏ مِنْ عَبْدِ اللَّهِ عَلِيٍّ أَمِيرِ الْمُؤْمِنِينَ إِلَى‏ مُعَاوِيَةَ بْنِ‏ أَبِي‏ سُفْيَانَ‏ وَ مَنْ قِبَلِهِ مِنَ النَّاسِ، سَلَامٌ عَلَيْكُم‏

Müəllif bütün bunlardan belə nəticə alır ki, Əli (ə.s) hətta düşmənlərilə nəzakətlə və vüqarlı davranmağı bilirdi. Əli (ə.s) heç vaxt düşmən döyüşə başlamadan müharibəyə başlamazdı. Döyüşdən öncə döyüşün səbəbini düşmənlərinə başa salardı. Düşmənlərə möhlət verirdi ki, bəlkə öz səhvlərini anlayıb müharibədən vaz keçsinlər. Bütün bunlardan sonra döyüşə başlayardı.

إنّه كان رضي اللّه عنه لا يبدأ عدوّه بقتال حتى يبدءوه، و لا يحاربهم حتّى ينابؤهم، فلمّا ناباهم يوم صفّين و أنظرهم فلم يدعوا و لم‏ يرجعوا أمر مناديه فنادى في أهل الشام. ألا إنّي قد استدمتكم و استأنيتكم لترجعوا إلى الحقّ و تنثنوا إليه، و احتججت عليكم‏ بكتاب اللّه و دعوتكم إليه فلم تناهوا عن طغيانكم، و لم تجيبوا إلى حقّ. ألا و إنّي قد نبذت إليكم على سواء إنّ اللّه لا يحبّ الخائنين‏.

Müəllif Əbu Süfyan xanədanının tabeçiləri tərəfindən Əbu Bəkr və Ömərin şəninə yazılmış saxta hədisləri təkzib edir və bu hədislərlə onların Əlidən (ə.s) üstün olmalarının mümkünsüz olduğunu bildirir və Sünni alimlərinə müraciətlə deyir ki, “siz deyirsiniz ki, Peyğəmbər (s) sünnəsi Əbu Bəkr və Ömərin üstünlüyünə dəlalət edir!!! Hansı sünnət (hədislər) onların Əlidən üstün olduğunu deyir?!”

قد قلتم: إنّ من السنّة تفضيل أبي بكر و عمر!!! فأيّ سنّة قامت بأنّهما عن عليّ ابن أبي طالب أفضل‏؟

Sonra müəllif onların əsaslandığı hədislərin qüsurlarını yazaraq hədislərin saxta olduğunu isbatlayır.

Müəllif sonra İslam tarixinin səhifələrində ən mühüm tədbirlərdən hesab olunan həm də Peyğəmbərin (s) təşəbbüsü ilə həyata keçən hadisələrdən birini qeyd edir. Hz. Peyğəmbər (s) Mədinədə Mühacir və Ənsarın arasında (səhabələrin arasında) qardaşlaşma günü məhz Əli ilə qardaş oldu. (Bu barədə “Hz. Əlinin (ə.s) yeddi xisləti” adlı məqaləyə müraciət edə bilərsiniz) Müəllif əlavə edir ki, Əbu Bəkrə fəzilətcə ən yaxın şəxs Ömər idi. Bu üzdən Peyğəmbər onları qardaş elan etdi. Təlhə ilə Zübeyri, Əbdür-rəhman ibn Ovf ilə Osmanı qardaş etdi. Amma Əliyə (ə.s) gəldikdə isə onu məhz özünə seçdi. Çünki, fəzilət baxımdan Peyğəmbərə (s) ən yaxın şəxs odur.

ثمّ فكّروا في حديث المؤاخات و ما فيه من الدلالة الواضحة، إذ ميّزهم على قدر منازلهم، ثمّ آخا بينهم على حسب مفاضلتهم‏ فلم يكن أحد أقرب من فضل أبي بكر من عمر فلذلك آخا بينهما، و أشبه طلحة الزبير و قربت منازلهما، لذلك فآخى بينهما، و كذلك فعل بعبد الرحمن بن عوف آخا بينه و بين عثمان. ثمّ قال لعليّ: إنّما أخّرتك لنفسي أنت أخي و صاحبي. فلم يكن فيهم أحد أشبه بالنبيّ عليه السلام من عليّ، و لا أولى بمواخات النبيّ منه، فاستحق بمواخات النبيّ عليه السلام لتقدمه على القوم، و كانت مؤاخاة علي أفضل من مؤاخاة غيره لفضله على غيره.  

Sonra müəllif “Qədir-Xum” hədisi və “Mənzilət” hədisinə istinadən bildirir ki, bu iki hədisə əsasən Əli (ə.s) Peyğəmbərdən (s) sonra ümmətin ən üstünü idi. Həmçinin Əbu Bəkr və Ömərin fəziləti barədə saxta hədisləri nəql və tənqid edir. Qeyd edir ki, bu hədislər Bəni Üməyyə tərəfindən saxta olaraq quraşdırılıb və heç bir məntiqlə uyğun deyil. Siz  Peyğəmbərdən (s) nəql edirsiniz ki, buyurub:

1 - “Məni tərəzinin bir tərəfinə və ümmətimi o biri tərəfinə qoydular. Mən agır gəldim. Sonra Əbu Bəkri tərəziyə qoydular, o ağır oldu. Sonra Öməri tərəziyə qoydular, daha ağır gəldi! Bu hədislə Ömərin Əbu Bəkrə üstünlüyünü və peyğəmbərdən (s) iki dəfə üstün olduğunu isbat etmək istədiniz??! Bu hədisi eşidən hər kəs onun batil olduğunu bilir.

 رويتم عن النبيّ عليه السلام أنّه قال: «وضعت في كفّة، و وضعت أمّتي في كفّة فرجحت، ثم وضع أبو بكر فرجح، ثمّ وضع عمر فرجح و رجح». فأوجبتم لعمر بهذا الحديث الرجحان على أبي بكر و محمد صلى اللّه عليه لأنّه رجح مرتين؟؟! فهذا من الحديث الذي يعلم باطله عند سماعه.

2 - “Əgər mən sizin aranızda peyğəmbərliyə seçilməsəydim Ömər seçiləcəkdi”. Halbuki, Allahin iradəsi belə deyil ki, kafir və müşriki peyğəmbər seçsin!

و رويتم عن النبيّ صلى اللّه عليه أنّه قال: «لو لم أبعث فيكم لبعث عمر». فليس من حكم اللّه أن يبعث نبيّا قد أشرك و كفر.

3 - “Əgər sizə əzab nazil olarsa Ömərdən başqa heç kəs o əzabdan qurtula bilməz!” Bu hədislə Ömərin Əliyə üstünlüyünü isbatlamaq istədiniz. Amma nəticədə Öməri Əbu Bəkr və Peyğəmbərdən (s) də üstün saydınız…!

و قلتم: «لو نزل فيكم عذاب لم ينج إلّا عمر» فأوجبتم له التقدمة على عليّ بأمر قد تقدّم فيه على أبي بكر و النبيّ عليه السلام…

4 - Peyğəmbərin (s) duasını nəql edirsiniz ki, “Ey Rəbbim! Əbu Cəhl ibn Heşam və Ömər ibn Xəttabın müsəlman olması ilə islama izzət ver!” İddia edirsiniz ki, peyğəmbərin (s) duası Ömər öçün müstəcab oldu! Halbuki, bu Allahın hökmü və məşiyyəti ilə uyğun gəlmir. Allahın iradəsi belədir ki, kafirdən kömək istəmir və müşrik üçün bağışlanma tələbi etmir.

و رويتم عن النبيّ عليه السلام أنّه قال: «اللّهمّ أعزّ الإسلام بأبي جهل بن هشام، أو بعمر بن الخطاب» فسبقت الدعوة لعمر!!! و هذا غير جائز كالأوّل لأنّه في العقول مستنكر، و في حكم اللّه باطل، لأنّ من حكم اللّه أن لا يستنصر كافرا و لا يستغفر لمشرك، لقوله: «إِنَّا لَنَنْصُرُ رُسُلَنا وَ الَّذِينَ آمَنُوا فِي الْحَياةِ الدُّنْيا» [Mumin surəsi, 51-ci ayə]. و قال: «ما كانَ لِلنَّبِيِّ وَ الَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ وَ لَوْ كانُوا أُولِي قُرْبى‏» [Tövbə surəsi, 113-cü ayə].


Biz Əbu Cəhl qədər Allaha və Rəsuluna qarşı kinli və ədavətli şəxs tanımırıq. O ölənə qədər bu vəziyyətdə qaldı. Belə olduqda necə mümkün ola bilər ki, Peyğəmbər (s) Əbu Cəhl üçün dua etsin və onu Ömərdən qabaq qeyd etsin, Halbuki, Əbu Cəhl lənətə layiq şəxs idi?!

و لا نعلم أحدا بلغ من عداوة اللّه و رسوله و الكفر باللّه ما بلغه أبو جهل، و تلك حاله كانت إلى أن مات، فكيف يدعو له النبيّ عليه السلام بهذه الدعوة، و يبدأ به قبل عمر؟! و هو ممن استحقّ من اللّه اللعنة و الخذلان؟!!

Bu hədislər həzrət Əlinin üstünlüyü barədə özünüzün nəql etdiyiniz hədislərlə necə müqayisə oluna bilər?! Əlinin şənində olan hədislər məşhurdur, ağılla uyğundur, üstünlüyə dəlalət etməsi də tamdır. Heç kəs o hədislərin düzlüyü və tutarlılığında tərəddüd etməmişdir.

فأين هذه الأحاديث من الأحاديث التي رويتم في عليّ بن أبي طالب صلوات اللّه عليه في الشهرة و الدلالة، و مضيّها عند النظر على الاستقامة و الصحّة؟!!.

Sonra müəllif Hz. Əlinin üstünlüyünə aid hədisləri qeyd edir: “Hər kəs Əlini incidərsə (əziyyət edərsə) məni incitmişdir, məni incidən hər kəs Allahı incitmişdir”, “Hər kəs məndən ayrı düşərsə Allahdan ayrılar, Əlidən ayrılan hər kəs məndən ayrılmışdır” Müəllif sonra “hədisut-tayr”-ı nəql edir. Əlinin fəzilətinə aid hədisləri yazmaq istəsək müfəssəl olacaq. Sizi öz səhvinizi anlamağınız üçün məhz bir neçə hədis təqdim etdik. Hidayət olmaq istəyirsinizsə yetər ki, Əlinin üstünlüyünə aid nəql etdiyiniz hədislər barədə düzgün düşünün, düzgün düşündüyünüz təqdirdə hədislərin biri kifayət edəcəkdir.

«من آذى عليّا فقد آذاني و من آذاني فقد آذى اللّه» «و من فارقني اللّه فقد فارق اللّه و من فارق عليّا فقد فارقني‏. و حديث الطير: «اللّهمّ جئني بأحبّ خلقك إليك يأكل معي من هذا الطائر» فجاء عليّ فأكل معه‏. و لو آثرنا أن نذكر جميع ما في الآثار من مناقبه و فضائله الدالّة على تقديمه لطال ذلك و كثر، و إنما ذكرنا من ذلك جملا، تنبيها لكم على خطائكم و اتّباعكم أهواءكم بغير علم و لا حجّة. فإن أردتم معرفة الهدى فيما قلنا- دون ما قلتم من الرواية- فالتمسوا ذلك بالتدبّر لما رويتم في شأن عليّ‏ و إن التمستم معرفة ذلك بالنظر و الجواب و المسألة كان في بعض ما ذكرناه كفاية و حجّة.

Əli (ə.s) təqva, səbr və ibadət baxımdan hamıdan üstün idi, bu dünyanın zivərindən hamıdan çox çəkinərdi, çətinliklərdə və döyüş meydanlarında hamıdan çox səbirli idi, minacat mehrablarında və ibadət məqamında hamıdan çox abidlik edərdi. Sonra müəllif sadaladığı sifətlərin hər biri üçün tarixi nümunələr təqdim edir.

 في أن الإمام أمير المؤمنين عليّ بن أبي طالب عليه السلام كان قد فاق العالمين زهدا و صبرا و عبادة؛ و كان أزهدهم في الزخارف الدنيوية و أصبرهم عند الهزاهز و الشدائد و أعبدهم في ساحاة المناجاة مع اللّه و مقام العبودية ثمّ ارجعوا إلى النظر في الزهد، و درجته لتعلموا أنّ عليّ بن أبي طالب قد برز على الزاهدين بزهده و صبره، و سبق العابدين بعبادته‏. فكان ممّن يطعم الطعام على حبّ اللّه مسكينا و يتيما و أسيرا و كان من المؤثرين على أنفسهم و إن كانت بهم خصاصة. و كان من الكاظمين الغيظ، و العافين عن الناس. و كان من الصابرين على البأساء و الضرّاء. و كان ممّن قسم بالسويّة، و عدل في الرعيّة، و لم يرزأ شيئا من مال اللّه‏ و لم تدع‏ عليه زلّة، و لا تهمة و لا تكبّر و لا حميّة…

Əlinin (ə.s) vəsiyyətinin mətni:

Sonra müəllif  Əlinin (ə.s) oğlu imam Həsənə (ə) etdiyi vəsiyyətdən söz açır. Əli (ə.s) vəsiyyətində dünyadan köçdükdən sonra öz qatili ilə necə rəftar olacağını vəsiyyət etdi. İmam Həsənə buyurdu ki, istəyirsənsə qatilimi bağışlaya bilərsən. Amma qisas almaq istəsən ona məhz bir zərbə vur. Sonra Allahın təkliyinə və Peyğəmbərin risalətinə şəhadət verərək vəsiyyətini davam etdirdi. Bildirdi ki, xalq arasında sülh yaratmaq müstəhəb namaz və orucdan daha yaxşıdır. Yetimlər, qonşular, fəqirlər, Quran, Allah yolunda cihad etmək, Peyğəmbərin zurriyyəti, iki zəif dəstə yəni qadınlar və kölələr, yaxşı işlərə əmr etmək və pis işlərdən çəkindirmək və sair mövzular barədə öz dəyərli sifarişlərini verdi.

Teologiya alimləri həzrət Əlinin (ə.s) “Tövhid” barədə buyurduqları xütbələrdən bəhrələnirdi, vaizlər isə məclislərdə öz moizələrini Əlinin xütbələri ilə bəzəyərdi. Amma dedikləri sözləri Əliyə istinad etməzdilər. Sanki, özününküdür kimi çıxış edərdilər!!

و أعجب من هذا! أنّ عامّة ما ذكرنا من كلامه- و ما لم نذكره من خطبه في التوحيد و الثناء على اللّه و تذكيره و مواعظه- قد تحلّى بها أكثر المتكلّمين و تزيّن بها الواعظون و تكسّب بها القصّاص و تكثّر بها في مجالسهم أهل الذكر و أوهموكم أن ذلك من كلامهم فنسبتم ما سمع من ذلك إليهم

1-ci hissə bu linkdə: http://az.313news.net/article/14-mesum/imam-elinin-es-meziyyetleri

 

Hazırladı: Ə. Şəhriyar.

Рейтинг

В этом разделе