»»

Quran ayələrinə görə şiələr münafiqdirlər? – şübhəyə cavab

Müəllif iddia edir: “Əbu Abdullahdan (r.a) rəvayət olunur: “Allah münafiqlər haqqında elə bir ayə nazil etməmişdir ki, şiəlik iddiasında olanlara şamil olmasın” (“Rical”, Kəşşi, səh.254, Əbu Xəttab).

 

Atam, anam Əbu Abdullaha fəda olsun, o, doğru söyləmişdir. Əgər münafiqlər barəsində nazil olan ayələr şiəlik iddiasında olan kəslərə aiddirsə, mənim necə onlarla bərabər qala bilərəm?!

 

Məgər bundan sonra onların Əhli-Beyt məzhəbində olduqlarını iddia etmələri düzgün sayıla bilərmi? Məgər onlar Əhli-Beyti sevdiklərini iddia edə bilərlərmi?”

 

Cavab: Bu rəvayətin sənədi belədir: Xalid ibn Həmmaddan, o da Həsən ibn Təlhədən, o da Muhəmməd ibn İsmailədək istinadla Əli ibn Yezid əş-Şamidən nəql edir.

 Sənəddən göründüyü kimi, rəvayətin istinadı qopuqdur (mərfudur). Belə ki, Həsən ibn Təlhə ilə Muhəmməd ibn İsmailin arasındakı şəxslərin adları naməlumdur. Bundan əlavə, hədis raviləri arasında bir neçə halı məchul şəxs də vardır. Xalid ibn Həmmad, Həsən ibn Təlhə və Əli ibn Yezid əş-Şami sözlərinə əhəmiyyət verilməyən ravilərdir. Onlar barəsində tərcümeyi-hal kitablarında heç bir qeyd yoxdur. Muhəmməd ibn İsmail də bu cəhətdən onlarla eynidir. Onun ümumiyyətlə kim olduğu məlum deyildir.

Nəticədə bu rəvayətin istinadı olduqca qaranlıqdır. Müəllif belə bir rəvayətə istinad etməyi necə özünə rəva bilmişdir?!

Bütün bunlardan əlavə, rəvayətdə şiə olmadığı halda şiəlik iddiası edənlərdən bəhs olunur, şiələrin özündən deyil.

Əllamə Məclisi (q.s) “Biharul-ənvar”da yazır:

“Açıqlaması: “Şiəlik iddiasında olanlara” – yəni şiə kimi vəsf olunmadığı halda şiəlik iddiasında olan şəxs. “əl-Kafi”də hədisdəki bu kəlmə keçmiş zaman formasında qeyd edilib. “əl-Qamus” lüğətində deyilir: “İntəhələhu, tənəhhələhu – başqasına aid olan bir şeyi özü üçün iddia etdi”. (“Biharul-ənvar”, 70/98)

Şiələr arasında münafiqin mövcudluğu onların hamısının münafiq olduğu demək deyildir. Belə ki, Peyğəmbərin (s) səhabələri arasında da münafiqlər var idi, lakin bu, bütün sahəbələrin münafiq olduqlarına hökm etmirdi. Bu, aydın məsələdir, daha artıq izaha ehtiyac duymur.

Qəribədir ki, müəllif Quranda münafiqlərlə bağlı bütün ayələrin şiələrə aid olduğunu iddia etmək və şiələri azdırmaq üçün bu cür həddən artıq zəif bir hədisə müraciət edir, lakin səhabələr arasında mövcud olan münafiqlər barədə nazil olmuş ayələrə göz yumur, bu faktda görə bütün səhəbələrə və ya onların bir hissəsinə heç bir eyib tutmur.

 

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе