»»

“ər-Rövzə” “əl-Kafi” kitabının bir hissəsidir? – şübhəyə cavab

Müəllif iddia edir: “Gəl, mənimlə birlikdə bu cümlələri oxuyaq: Xunsari deyir: “Özündə bir neçə fəsli cəm edən “Rövzə” kitabının Kuleyninin qələmə aldığı “əl-Kafi” kitabının bir hissəsi olub-olmadığına, yoxsa ona sonradan əlavə edildiyinə dair ixtilaf etmişlər” (“Rəvəzatul-cənnat”, 6/118)”.

 

Cavab: Biz “Rəvəzatul-cənnat” kitabında Kuleynin (q.s) tərcümeyi-halı bölümündə nə qeyd edilən səhifələrdə, nə də ümumiyyətlə kitabın digər yerlərində bu sözlərə rast gəlmədik. Halbuki müəllifin irəlidə həmin kitabdan Seyid Hüseyn Kərəkidən nəql etdiyi sözlərin səhifəsini də əsas götürsək, Xunsarinin sözlərinin ondan 4 səhifə sonra gəlməli idi. Lakin buna rəğmən nə həmin sözlərə və nə də ona bənzər mənaları tapa bilmədik.

 

Bu sözlərin orada olduğunu fərz etsək, məna belə olar: bəziləri “Rövzə” kitabının “əl-Kafi”nin bir hissəsi olduğunu inkar edir və onun “əl-Kafi”yə əlavə olunduğunu iddia edirlər, halbuki o kitab Kuleynin (r.ə) qələmə aldığı ayrıca bir kitabdır. Belə də olsa, bu, “Rövzə” kitabının məzmununa heç bir xələl gətirmir, sadəcə onun “əl-Kafi”nin bir hissəsi və ya müstəqil kitab olduğu barədə şübhə yaradır.

 

Bəli, Xunsari “Rəvəzatul-cənnat” kitabında “ət-Tovzih” kitabının müəllifindən onun bu sözlərini nəql edir: “ər-Rövzə” kitabının Kuleyninin əsərlərindən olduğu bəzən inkar edilir. Səbəb kimi isə onun sənədinin Kuleyniyə yetişmədiyi və ya digər amillər göstərilir”. (“Rəvəzatul-cənnat”, 6/111)

 

Cavab isə budur: “ət-Tovzih” kitabının müəllifinin qeyd etdikləri sadəcə bir ehtimaldır. Çünki məsələ ilə bağlı mücərrəd bir fikirdən başqa bir şey deyildir.

 

Halbuki Nəcaşi və Şeyx Tusi “ər-Rövzə” kitabını Şeyx Kuleyninin qələmə aldığı əsərləri arasında qeyd etmiş və bütün kitablarının Kuleyniyə istinad yollarını sadalayıblar. (“Rical”, Nəcaşi, 2/291, 292; “əl-Fehrist”, Tusi, səh.210-211) Bu iki böyük alimin sözündən sonra digərlərinə etina olunmaz. Xüsusən, “ət-Tovzih” kitabının müəllifinin kim olduğunu da biz bilmirik. Belə ki, Xunsari onun adını qeyd etmir.

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе