»»

Əhli-sünnənin dörd məzhəbi haqdırmı?

Quranı Kərim buyurur ki: "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." (İsra, 36) Bu ayədən aydın olur ki, insanın məlumatı olmadığı və bilmədiyi bir şey haqqında mühakimə yürütməyi və ona bağlı olmağı caiz deyil. Və Allah qarşısında belə bir mövqeyinə görə insan mütləq sorğu-sual olunacaqdır. İndi "Dörd məzhəb haqdır" fikrini və bu fikrin sağlam bir dəlilinin olub olmadığını araşdıraq.

1-Dört məzhəbin qurucuları bunlardan ibarətdir:

1-Əbu Hənifə, Numan b. Sabit əl-Kufi, Hicri 80-də doğulmuş və Hicri 150-də vəfat etmişdir.

2-Malik b. Ənəs, Hicri 93-də doğulmuş və Hicri 179-da vəfat etmişdir.

3-Muhəmməd b. İdris Şafii, Hicri 105-də doğulmuş və Hicri 204-də vəfat etmişdir.

4-Əhmed b. Hənbəl, Hicri 164-də doğulmuş və Hicri 241-də vəfat etmişdir.

Göründüyü kimi, bu dörd məzhəbin hamısının təməlləri Peyğəmbərdən (s.a.a) ən azı yüz il sonra atılmağa başlanmışdır. Hicrinin birinci və ikinci əsrində Əhli Beyti elmi mərci olaraq bilənlər, bu məzhəblərdən heç birinə bağlı olmadan yaşayıb dünyadan köçüblər. Məzhəblərin sayı dördlə məhdudlaşdırılması hər hansı bir şəri dəlilə əsaslanmır. Hicrinin ikinci əsrindən başlayaraq Əhli Beyti elmi mərci olaraq qəbul etməyən müsəlmanlar, müxtəlif məzhəblərə bölünməyə başladılar. Beləcə onlarla fiqhi məzhəb ortaya çıxdı. Ancaq Abbasi xəlifələrinin və onlardan sonra bəzi idarəçilərin təzyiqləri nəticəsində bu dörd məzhəb rəsmi məzhəb olaraq yayılmış və məzhəblər dördlə məhdudlaşdırılmağa çalışılmışdır.

Məşhur və mötəbər tarixçi Məkrizi "əl-Hutat" adlı əsərində bu barədə belə yazır:

"Qazı Əbu Yusif Hicri 170-də Abbasi Xəlifəsi Harun Rəşid tərəfindən qazi təyin edildi; o işini davam etdirərək baş qaziyə qədər yüksəldi. O, bu vəzifədə Xorasandan Şama qədər bütün diyarlarda xüsusilə Əbu Hənifəni təqlid edənləri bu vəzifəyə təyin olunmalarına diqqət yetirirdi. Beləcə Hənəfi məzhəbinin yayılmasında Əbu Yusif ən böyük rol oynadı." Şərqdə Hənəfi məzhəbinin yayılmasıyla birlikdə Qərbdə (Afrıkada) Ziyad b. Əbdürrəhman vasitəsi ilə Maliki məzhəbi yayılmaqda idi. Məkrizi digər məzhəblərin yayılmasına işarə edərək  belə deyir: "Daha sonra Misir sultanı Baybaros, Misirə Şafii, Maliki, Hənəfi və Hənbəli olaraq dörd qazı təyin etdi. Baybaros Hicri 658-də səltənəti ələ keçirmiş və Hicri 676-da vəfat etmişdir." Məkrizi belə davam edir: "Hicrinin 665 ilində Misirdə dörd məzhəbə bağlı dörd qazının (hakimin) təyin edilməsi və bu işin israrla davam etdirilməsi müqabilində bütün İslam diyarlarında dörd məzhəbin xaricində rəsmi tanınan başqa bir məzhəb qalmadı. Bu məzhəblərdən başqasına bağlı olanlarla düşmənçilik edildi; onlara qarşı çıxıldı, bu məzhəblərdən birinə bağlı olmayanlar qazı olaraq təyin edilmədi; natiqlik, camaat imamlığı və tədris kürsüsü ona verilmədi. Bu müddət ərzində müxtəlif fəqihlər də bu məzhəblərə riayət etməyin fərz və digər məzhəblərə riayət etməyin haram olduğuna dair fətvalar verdilər..."

İbni Futidə əl-Yenilik-ül İctimaiyyət adlı əsərində 631 ilin hadisələrini izah edərkən məzhəblərin dördlə məhdudlandırılmasını Abbasi Xəlifəsi Müstansirubillahın əmriylə Bağdaddakı "Müstansariyye" Mədrəsəsində bu məzhəblərdən hər birinə bir tədris kürsüsü verilərək reallaşdırıldığını açıqca vurğulamışdır. Bu mövzuda tarixi nümunələri çoxaltmaq mümkündür.

Ümumiyyətlə, bu dörd məzhəbin haqq olub digər məzhəblərin haqq olmadığı fikri, hər hansı bir şəri dəlilə əsaslanmır. Bu məzhəblərin dördlə məhdudlaşdırılmasında ən əhəmiyyətli rolu zalım sultanlar oynamışdır. Qısası, təhqiq əhlinə görə, dörd məzhəbin haqq və digər məzhəblərin batil olduğuna dair hər hansı bir dəlil ortada yoxdur. Hətta bu məzhəblərin qurucuları olan məzhəb imamları belə ortaya qoyduqları fikirlərin (hansı ki, sonradan bir fiqhi məzhəb halına gəlmişdir) bir ictihaddan ibarət olduğunu açıqlamışlar. Bunlar öz ictihadlarının haqq və digərlərinin etibarsız olduğunu iddia etməyiblər. Məsələn Hatib Bağdadi məşhur Tarix kitabında (13-cü cildində) Məzahim b. Zəfrdən nəql edir ki: Əbu Hənifəyə "Bu verdiyin fətvalar və kitablarında yazdığın bu mövzular, şübhəsi olmayan haqdırmı?" deyə soruşdum. Əbu Hənifə: "Allaha and olsun ki, bilmirəm. (Mənim bu fətvalarım) şübhəsi olmayan bir batil də ola bilər" dedi.

Əhli Beyt İmamlarının Əbu Hənifənin ictihadının batil təmələ əsaslandığını açıqca ifadə etdikləri şəksizdir. Əbu Nuaym, məşhur Hilyət-ül Övliya kitabında (c. 3, səh. 196) Əmr b. Cəmidən belə nəql edər:

"Mən və İbni Əbi Leyla və Əbu Hənifə, İmam Cəfər Sadiqin hüzuruna getdik. İmam, İbni Əbi Leyladan "Bu şəxs kimdir? deyə soruşdu. İbni Əbi Leyla din barəsində bilikli bir şəxsdir deyə cavab verdi. İmam: "Lakin o dini öz fikriylə qiyas edir? (Müqayisə yolu ilə hökmləri çıxarmağa çalışır) dedi. O "Bəli" dedi. Sonra İmam müqayisənin batil olduğunu isbat etmək üçün ondan bəzi suallar soruşdu. Əbu Hənifə İmamın suallarını cavablandıra bilmədi. İmam, o sualların cavabını verdikdən sonra belə buyurdu: "Ey Numan (Əbu Hənifənin adı Numandır) atam, babamdan nəql etmişdir ki, Peyğəmbər (s) belə buyurdu: "Din işlərində ilk qiyas (müqayisə və bənzətmə) yoluna gedən İblisdir (Şeytandır). Allah Təala ona: "Adəmə səcdə et", dedi. O isə "Mən ondan daha üstünəm; məni atəşdən və onu torpaqdan yaratmısan" (yəni Şeytan odla torpağı bir-birinə müqayisə edərək öz üstünlüyünü ortaya qoymağa çalışmışdır) dedi. Hər kim dində öz fikrinə görə qiyas etsə Allah Təala onu qiyamət günü İblislə birlikdə edər. Çünki o, müqayisədə ona (İblisə) uyğun gəlmişdir."

Bu hədisi Əbu Nuaym başqa bir sənədlə də nəql edir; bu ikinci nəqldə belə deyir:

İmam Cəfər Sadiq Əbu Hənifədən soruşdu ki: "Adam öldürmək daha böyük günahdır, yoxsa zina? Əbu Hənifə, adam öldürmək, deyə cavab verdi. İmam dedi ki (elə isə nə səbəbə) Allah Təala adam öldürmədə (adam öldürmənin isbatında) iki şahidi kafi bilmişdir; amma zinada dörd şahid istəmişdir. Yenə İmam Cəfər Sadiq soruşdu ki, "Namazmı daha əhəmiyyətlidir, yoxsa oruc? O, namaz deyə cavab verdi. Bunun üzərinə İmam belə dedi: "Elə isə niyə qadın aybaşı (adət) olduğu zamandakı orucunu qəza etməsi lazımdır, amma namazını qəza etməsi lazım deyil? Təəssüflər olsun sənə, qiyas necə doğru ola bilər? Allahdan qorx və dini öz fikrinlə qiyas etmə."

 

İbni Halliqan Ka'nəbi'dən nəql edir ki: "Malikin (Maliki məzhəbinin imamı) ölüm xəstəliyində ikən yanına getdim; salam verərək oturdum. Malikin ağladığını gördüm. "Niyə ağlayırsan?" dedim. O, "Necə ağlamayım? Ağlamaya məndən daha layiq kim ola bilər? Allaha and içirim ki, öz rəyimə görə fətva verdiyim hər mövzuda mənə bir qırmanc vurulmasını və mənim o fətvanı verməmiş olmamı istəyərdim. Kaş ki, öz rəyimlə heç fətvam olmasaydı..." dedi."

Digər iki məzhəblər üçün də eyni sözlər keçərlidir. Öz ictihadı və rəyiylə fətva verən və müqayisənin təməlini atan İkinci Xəlifə Ömər b. Xəttabın belə "Din haqqındakı rəylərdə və fikirlərdə bədbin olun; bizim rəylərimiz zənnə və təkəllüfə əsaslanır" dediyini, İbni Həzm əl-Muhəlla kitabında nəql edir. Əbu Davud Səcistani də öz "Sünən"ində Ömərin, "Haqq olan Peyğəmbərin sözüdür, bizim rəy və sözlərimiz belə deyil; bizim sözlərimizi buraxın" mənasını ifadə edən bir sözünü nəql edir. (Halbuki Ömərin şəxsən özü müqayisə yolu ilə hökm çıxarmanın təməlini atan şəxslərdən sayılır. Ömərin öz valisi olan Əbu Musa Əşəriyə belə yazdığı nəql edilmişdir: "Quran və sünnədə ola bilməyən və sənin yadında olmayan mövzularda tez fətva vermə; çox düşün və oxşar mövzuları öyrən və onları bir-biriylə müqayisə et və haqqa daha yaxın olanı ilə qiyas et" (Əbu İshak Şirazi, Təbəqatu'l-fuqaha; İbni Sürüşüm, A'lam'ul Mukiin)
 
Yekunda  yuxarıda qeyd olunanlardan Əhli Beyt İmamlarının bu məzhəblərin əsaslandığı təməlin batil olduğunu açıqladıqlarını və şəxsən məzhəb İmamlarının belə, öz rəylərinin haqq olmayacağını etiraf etmələrini nəzərə alaraq belə deyirik: Dörd məzhəb haqdır demək din adına deyilən böyük bir məntiqsizlikdir. Allah bizləri böyük yanılmalardan qorusun.

Amma Cəfəri məzhəbinə gəlincə məsələ tamamilə fərqlidir; çünki bu məzhəb Peyğəmbərin (s.a.a.s.) Quran və Əhli Beytə itaət etməyi əmrini rəhbər tutaraq, şəri hökmlərdə Əhli-Beytə itaət etməyin vacibliyi üzərində qurulub. Bu məzhəbdə hər hansı bir qiyas və buna bənzər  batil üsullara müraciət edilməz. Əhli-Beyt İmamları (12 məsum imam) yalnız Allahın onlara verdiyi vəhbi elmlə Allahın dinini hər hansı bir zənn, ictihad və rəyə müraciət etmədən təqdim ediblər. Cəfərilik və ya başqa bir adı ilə Şiə (Əhli Beyt məktəbi) Peyğəmbərin, elminin qapısı olaraq tanıtdığı Hz. Əli və onun nəslindən olan günahsız İmamlara itaət etmək təməli üzərində  qurulmuşdur. Bu məzhəbin Cəfəri olaraq adlandırılması, İmam Cəfər Sadiqin bu məzhəbin tək İmamı olmasından deyil; Əməvilərin süqutu və Abbasilərin hakimiyyətə keçməsi dövründə meydana gələn boşluğun İmam Cəfər Sadiqin dövrünə təsadüf etməsi və bu iki qrupun (Abbasilərlə Əməvilərin) bir-biriylə munasibətlərin ayırd etməsi səbəbindən meydana gələn nisbi rahatlıqdan faydalanaraq İmam Cəfər Sadiqin, Şiənin inancları və fiqhi məsələlərini bəyan etməsindən irəli gəlir. Ondan sonrakı dövrlərdə şiələr, şəri mövzularda Əhli Beytə bağlı qalmışlar.

Рейтинг

В этом разделе