»»

Dəstəmaz alarkən ayağa məsh çəkmək əhli-sünnə mənbələrində

Əhli-sünnə dəstəmaz zamanı ayaqlarını yuyurlar. Quran isə ayaqlara məsh çəkilməsini əmr edir.

Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin. (Maidə, 6)

 

1. Fəxrəddin ər-Razi

فإذا عطفت الأرجل على الرءوس جاز في الأرجل النصب عطفا على محل الرءوس ، والجر عطفا على الظاهر ، وهذا مذهب مشهور للنحاة .

“Əgər dəstəmaz ayəsindəki “ərcul” (ayaqlar) sözü “ruus” (başlar) sözünə aid edilsə, onda “ərcul” sözü həm – “ruus” sözünün məhəllinə aid edildiyi təqdirdə – nəsb ilə (“ərculəkum”), həm də – “ruus” sözünün zahirinə aid edildiyi təqdirdə – cərr ilə (“ərculikum”) oxuna bilər. Bu, qrammatika alimləri arasında məşhur olan bir qaydadır...”.

Qeyd: Ərəb dilində “və” bağlayıcısından sonra gələn söz özündən əvvəl gələn sözün “məhəllinə” və ya “zahir”inə aid edilməsindən asılı olaraq, fərqli hərəkə ala bilər.

“Məhəll” dedikdə, sözün cümlədəki qrammatik yeri – sözün cümlədə mübtəda, xəbər və ya tamamlıq yerində olması nəzərdə tutulur. Sözün cümlədə mübtəda, xəbər və ya tamamlıq yerində olmasından asılı olaraq onun hərəkəsi dəyişə bilər. “Zahir” dedikdə isə, sözün özünün zahiri vəziyyəti nəzərdə tutulur.

Əgər “və”-dən sonrakı sözü “və”-dən öncəki sözün məhəllinə aid etsək, onda “və”-dən sonrakı söz “və”-dən öncəki sözün məhəllinə uyğun hərəkə alacaq.

Əgər “və”-dən sonrakı sözü “və”-dən öncəki sözün zahirinə aid etsək, onda da “və”-dən sonrakı söz “və”-dən öncəki sözün zahiri vəziyyətinə uyğun hərəkə alacaq.

Dəstəmaz ayəsində “vəmsəhu” (yuyun) felindən sonra “bi-ruusikum” (başlarınızı) sözü işlənmiş, ardınca bu sözə “və” bağlayıcısı ilə “ərcul*kum” sözü əlavə edilmişdir.

Əgər biz “ərcul” sözünü “ruus” sözünün məhəllinə aid etsək, onda “ərcul” sözünün hərəkəsi “ə” olacaq (“ərculƏkum”). Çünki, “ruus” sözünün “məhəll”i, yəni cümlədəki qrammatik yeri tamamlıqdır. Tamamlıq yerində olan sözün də son hərəkəsi “ə” (əgər samit qalın samitdirsə: “a”) olmalıdır.

Yox əgər “ərcul” sözünü “bi-ruus” sözünün zahirinə bağlasaq, onda da “ərcul*kum” sözünün hərəkəsi “i” olacaq (“ərculİkum”). Çünki “ruus” sözünün önündə “bi” önqoşması vardır və bu önqoşma səbəbindən “ruus” sözünün son hərəkəsi “i” olub (bi-ruusİkum). “Ərcul” sözünü də “bi-ruusikum” sözünün zahirinə bağladıqda, “bi” önqoşması “ərcul” sözünə təsir edərək onun sonunu da “i” edəcək (“ərculİkum”).

Deməli, Razinin də dediyi kimi, “ərcul” sözü “ruus” sözünün məhəllinə aid etdiyimiz təqdirdə nəsb ilə (“ərculəkum”), “ruus” sözünün zahirinə aid etdiyimiz təqdirdə isə cərr ilə (“ərculikum”) oxuya bilərik.

إذا ثبت هذا فنقول : ظهر أنه يجوز أن يكون عامل النصب في قوله : ( وأرجلكم ) هو قوله : ( وامسحوا ) ويجوز أن يكون هو قوله : ( فاغسلوا ) لكن العاملان إذا اجتمعا على معمول واحد كان إعمال الأقرب أولى ، فوجب أن يكون عامل النصب في قوله : ( وأرجلكم ) هو قوله : ( وامسحوا ) فثبت أن قراءة ( وأرجلكم ) [ ص: 128 ] بنصب اللام توجب المسح أيضا

“...Bu sübuta yetdikdən sonra deyirik: Bununla aydın olur ki, “ərculəkum” sözünün son hərəkəsini “ə” edən amil “vəmsəhu” (məsh edin) feli də ola bilər, “vəğsilu” (yuyun) feli də. Lakin, (ərəb qrammatikasına görə) bir sözün iki təsiredici amilinin olduğu fərz edildiyi halda, ən yaxın təsiredici amil əsas götürülər. Buna əsasən, “ərculəkum” sözünə təsir edib onun sonunu “ə” edən amilin “vəmsəhu” (məsh edin) feli olduğu qəbul edilməlidir (çünki bu fel “vəğsilu” felindən daha yaxında yerləşir). Bununla, “ərcul*kum” sözünün sonun “ə” ilə oxunmasının da həmçinin, ayaqlara məsh çəkməyin vacibliyini çatdırdığı aydın olur”.

 

 

 

Fotoşəkil: Fəxrəddin ər-Razi, “Təfsirul-Kəbir”, c.1&, səh. 165; “Darul-fikr”, Beyrut, 1401/1981

2. İbn Həzm

200 - مسألة : وأما قولنا في الرجلين فإن القرآن نزل بالمسح . قال الله تعالى : { وامسحوا برءوسكم وأرجلكم } وسواء قرئ بخفض اللام أو بفتحها هي على كل حال عطف على الرءوس : إما على اللفظ وإما على الموضع ، لا يجوز غير ذلك . لأنه لا يجوز أن يحال بين المعطوف والمعطوف عليه بقضية مبتدأة . وهكذا جاء عن ابن عباس : نزل القرآن بالمسح - يعني في الرجلين في الوضوء -

“200-cü məsələ. Ayaqlar məsələsi. Quran ayaqlara məsh çəkməyi əmr etmişdir. Allah-taala buyurmuşdur: “Vəmsəhu bi-ruusikum və ərcul*kum” (“Başlarınıza və ayaqlarınıza məsh çəkin”). İstər “ərcul*kum” sözü “i” ilə oxunsun, istərsə də “ə” ilə, fərq etməz; bu söz istənilən halda “ruus” sözünə aiddir; ya onun zahirinə aiddir, ya da məhəllinə (“i” ilə oxuduğumuz təqdirdə zahirinə, “ə” ilə oxuduğumuz təqdirdə məhəllinə aid olur; hər iki halda “ruus” sözünə aid olur). Bundan başqası düşünülə bilməz! Çünki, üzərinə aid edilən ilə aid edilən arasına müstəqil bir cümlə girə bilməz.* İbn Abbasdan da belə nəql olunmuşdur: “Quran məshi əmr etmişdir”, yəni, dəstəmazda ayaqlara məsh çəkməyi əmr etmişdir”.

________________________________________

* Amma müxaliflərə görə girə bilər... Belə ki, onlar “və ərcul*kum” sözün “vəğsilu vucuhəkum və əydiyəkum iləl-mərafiqi” (“üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun”) cümləsinə aid olduğunu deyirlər. Halbuki, belə olduğu təqdirdə üzərinə aid edilən (“vəğsilu vucuhəkum və əydiyəkum iləl-mərafiqi” cümləsi) ilə aid edilən (“və ərcul*kum” sözü) arasına müstəqil bir cümlə (“vəmsəhu bi-ruusikum” cümləsi) girir. Bu isə, İbn Həzmin də bildirdiyi kimi ərəb dilinin qrammatik qayda-qanunlarına ziddir.

 

 

 

Fotoşəkil: İbn Həzm, “Əl-Mühəlla”, səh. 165; “Beytül-Əfkar”, ər-Riyad, Səudiyyə Ərəbistanı; təhqiq: Həssan Əbdül-Mənnan

3. İbn Ərəbi

أن الفتح في اللام لا يخرجه عن الممسوح فإن هذه الواو قد تكون واو مع وواو المعية تنصب تقول قام زيد وعمرا واستوى الماء والخشبة وما أنت وقصعة من ثريد ومررت بزيد وعمرا تريد مع عمرو وكذلك من قرأ وامْسَحُوا بِرُؤُسِكُمْ وأَرْجُلَكُمْ بفتح اللام فحجة من يقول بالمسح في هذه الآية أقوى

“Bizim nəzərimizə görə, “və ərcul*kum” sözünün “ə” ilə oxunması ayənin məshə dəlalət etməsinə xələl gətirmir. Belə ki, buradakı “və” birgəlik bildirən “və” ola bilər. Birgəlik bildirən “və”-dən sonra gələn sözün hərəkəsi isə “ə” olar. Məsələn, deyirik: “Qamə Zeydun və ƏmrA”, yaxud, “istəval-mau vəl-xəşəbətƏ”, yaxud, “və ma əntə və qəsətƏ min sərid”, yaxud, “marartu bi-Zeydin və Əmra”. “Vəmsəhu bi-ruusikum və ərcul*kum” ayəsi də belədir. Bu ayədəki “ərcul*kum” sözün də “ə” ilə oxumaq olar. Buna əsasən, bu ayənin məshə dəlalət etdiyini deyənlərin dəlili daha güclüdür”.

 

 

 

Fotoşəkil: İbn Ərəbi, “Əl-füthuatul-məkkiyyə”, c.1, səh.518

4. Nasiruddin əl-Əlbani

عن رفاعة بن رافع أنه كان جالسا عند النبي صلى الله عليه وسلم فقال إنها لا تتم صلاة لأحد حتى يسبغ الوضوء كما أمره الله تعالى يغسل وجهه ويديه إلى المرفقين ويمسح برأسه ورجليه إلى الكعبين.

“Nəql olunur ki, Rufaə ibn Rafe Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) hüzurunda əyləşibmiş. Bu zaman Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurub: “Bir kəs Allah-taalanın ona əmr etdiyi şəkildə dəstəmaz almadıqca, namazı tamam olmaz. (Həmin dəstəmaz şəkli belədir:) üzünü yumalıdır, sonra əllərini dirsəklərə qədər yumalıdır, sonra başına məsh çəkməlidir, sonra ayaqlarına çıxıntı olan hissəyə qədər məsh çəkməlidir.”

صحيح ، صحيح الترغيب والترهيب ( 1 / 93 ) ، صحيح أبي داود ( 804 )

(Səhihdir).

“Səhihut-tərğib”: c.1, səh.93, “Səhihi-Əbu Davud”: səh.804.”

 

 

 

Fotoşəkil: Nasiruddin əl-Əlbani, “Səhihü-sünəni-İbn Macə”, c.1, səh.151; “Məktəbətül-məarif”, ər-Riyad, Səudiyyə Ərəbistanı

5. Əhməd ibn Hənbəl

حدثنا ابن الأشجعي، حدثنا أبي، عن سفيان، عن سالم أبي النضر، عن بسر بن سعيد، قال أتى عثمان المقاعد فدعا بوضوء فتمضمض واستنشق ثم غسل وجهه ثلاثا ويديه ثلاثا ثلاثا ثم مسح برأسه ورجليه ثلاثا ثلاثا ثم قال رأيت رسول الله صلى الله عليه وسلم هكذا يتوضأ يا هؤلاء أكذاك قالوا نعم لنفر من أصحاب رسول الله صلى الله عليه وسلم عنده‏.‏

Bizə əl-Əşcəi nəql edib dedi: mənə atam Süfyandan, o, Salim ibn Əbun-Nəzrdən, o da Busr ibn Səiddən belə nəql etdi:

Osman dəstəmazxanaya gəlib dəstəmaz (üçün su) istədi. Əvvəlcə ağzına su aldı, sonra isə burnuna su aldı. Sonra üç dəfə üzünü, üç dəfə də əllərini yudu, sonra üç dəfə başına, üç dəfə də ayaqlarına məsh çəkdi. Sonra dedi: “Allah Rəsulunun belə dəstəmaz aldığını görmüşəm.” Bunu deyib yanında olan bir neçə Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) səhabəsində dedi: “Elə deyil, ay camaat?”. Dedilər: “Elədir.”

Kitabın mühəqqiqi Şueyb əl-Ərnaut deyir:

إسناده حسن

“Sənədi həsəndir”.

 

 

 

Fotoşəkil: Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, c.1, səh.522-523, hədis 487; Müəssisətur-risalə, Beyrut, 1416/1996; təhqiq: Şueyb əl-Ərnaut

6. İbn Kəsir

İbn Teymiyyənin tələbələrindən olan İbn Kəsir yazır:

وحدثنا ابن المثنى ، حدثني وهب بن جرير ، أخبرنا شعبة عن عبد الملك بن ميسرة ، عن النزال بن سبرة قال : رأيت عليا صلى الظهر ، ثم قعد للناس في الرحبة ، ثم أتي بماء فغسل وجهه ويديه ، ثم مسح برأسه ورجليه ، وقال هذا وضوء من لم يحدث .

“Bizə İbn əl-Müsənna nəql edib dedi: mənə Vəhb ibn Cərir nəql edib dedi: bizə Şubə Əbdül-Məlik ibn Meysərədən, o da Nizal ibn Səbrədən xəbər verib dedi:

Əlinin zöhr namazı qılmasını gördüm. Namazdan sonra Rəhbədə camaat(a söz demək və ya camaatın sözlərini dinləmək) üçün oturdu. Sonra su istədi. Əvvəlcə üzünü, sonra əllərini yudu, sonra başına və ayaqlarına məsh çəkdi. Bundan sonra dedi: “Bu, “hədəs” etməyən şəxsin dəstəmazıdır.*”

___________________________________

* Ərəb dilində “hədəs etmək” (“əhdəsə”) dəstəmazı pozan bir iş görmək mənasına gələ bildiyi kimi, “bidət çıxarmaq” mənasına da gələ bilir. Buna əsasən, İmamın məqsədinin “bu, bidət çıxarmayan şəxslərin dəsətmazıdır” – kimi də başa düşmək olar. Əlbəttə, əhli-sünnə məzhəbi bu sözü birinci dediyimiz mənada qəbul edir.

Elə həmin səhifədə İbn Kəsir deyir:

وهذه طرق جيدة عن علي [ رضي الله عنه ] يقوي بعضها بعضا .

“Əli barəsində nəql olunan bu rəvayətlərin sənədləri ceyyiddir (çox yaxşıdır). Bu sənədlər bir-birlərini gücləndirirlər”.

 

 

 

Fotoşəkil: İbn Kəsir, “Təfsirül-Quranil-azim”, c.3, səh.45, “Darut-Taybə”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1420/1999; təhqiq: Sami ibn Muhəmməd əs-Saləmə

Səh.52-də deyir:

وقال ابن جرير : حدثنا علي بن سهل ، حدثنا مؤمل حدثنا حماد حدثنا عاصم الأحول ، عن أنس قال : نزل القرآن بالمسح ، والسنة الغسل . وهذا أيضا إسناد صحيح .
وقال ابن جرير : حدثنا أبو كريب ، حدثنا محمد بن قيس الخراساني ، عن ابن جريج ، عن عمرو بن دينار ، عن عكرمة عن ابن عباس قال : الوضوء غسلتان ومسحتان .
وكذا روى سعيد بن أبي عروبة ، عن قتادة .

“Bizə Əli ibn Səhl nəql edib dedi: bizə Müəmməl nəql edib dedi: bizə Həmmad nəql edib dedi: bizə Asim əl-Əhvəl Ənəsdən nəql edib dedi:

“Ənəs dedi: Quran məsh etməyi, sünnə isə yumağı əmr etmişdir.”

Bu, səhih sənəddir.

Bizə Əbu Küreyb nəql edib dedi: bizə Muhəmməd ibn Qeys əl-Xorasani İbn Cüreyhdən, o, Əmr ibn Dinardan, o, İkrimədən, o da İbn Abbasdan nəql edib dedi:

“İbn Abbas dedi: Dəstəmaz iki yumadan və iki məsh çəkmədən ibarətdir”.

Səid ibn Əbu Ərubə də Qətadədən belə nəql etmişdir.”

 

 

 

Fotoşəkil: İbn Kəsir, “Təfsirül-Quranil-azim”, c.3, səh.52; “Darut-Taybə”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1420/1999; təhqiq: Sami ibn Muhəmməd əs-Saləmə

Səh.53-də deyir:

وقال ابن أبي حاتم : حدثني أبي ، حدثنا أبو معمر المنقري ، حدثنا عبد الوهاب ، حدثنا علي بن زيد ، عن يوسف بن مهران ، عن ابن عباس : ( وامسحوا برءوسكم وأرجلكم إلى الكعبين ) قال : هو المسح . ثم قال : وروي عن ابن عمر وعلقمة وأبي جعفر ، [ و ] محمد بن علي والحسن - في إحدى الروايات - وجابر بن زيد ومجاهد - في إحدى الروايات - نحوه .
وقال ابن جرير : حدثنا يعقوب حدثنا ابن علية ، حدثنا أيوب قال : رأيت عكرمة يمسح على رجليه ، قال : وكان يقوله .
وقال ابن جرير : حدثني أبو السائب ، حدثنا ابن إدريس ، عن داود بن أبي هند ، عن الشعبي قال : نزل جبريل بالمسح . ثم قال الشعبي : ألا ترى أن " التيمم " أن يمسح ما كان غسلا ويلغي ما كان مسحا؟
وحدثنا ابن أبي زياد ، حدثنا يزيد أخبرنا إسماعيل قلت لعامر : إن ناسا يقولون : إن جبريل نزل بغسل الرجلين؟ فقال : نزل جبريل بالمسح .

“İbn Əbu Hatim demişdir: mənə atam nəql edib dedi: bizə Əbu Məmər əl-Mənqiri nəql edib dedi: bizə Əbdül-Vəhhab nəql edib dedi: bizə Əli ibn Zeyd Yusif ibn Mehrandan, o da İbn Abbasdan nəql edib dedi:

“İbn Abbas “Vəmsəhu bi-ruusikum və ərculəkum” ayəsi barədə belə dedi: Ayə ayağa məsh çəkməyi əmr edir.”

Bunun ardınca İbn Əbu Hatim demişdir:

İbn Ömər, Əlqəmə, Əbu Cəfər, Muhəmməd ibn Əli, Həsən (ondan nəql olunan rəvayətlərin birində), Cabir ibn Zeyd və Mücahid də (ondan nəql olunan rəvayətlərin birində) belə demişlər.

Bizə Yaqub nəql edib dedi: bizə İbn Ulyə nəql edib dedi: bizə Eyyub nəql edib dedi:

“İkrimənin ayağına məsh çəkdini gördüm. O, dəstəmazın belə olduğunu deyirdi (yaxud: ayağa məsh çəkməyin vacibliyinə inanırdı)”.

Mənə Əbus-Saib nəql edib dedi: bizə İbn İdris Davud ibn Əbu Hinddən, o da Şabidən belə nəql etmişdir:

“Cəbrail məsh əmrini gətirib”. Sonra dedi: “Məgər görmürsən ki, təyəmmüm yuyulan yerlərə məsh çəkməkdən, məsh çəkilən yerlərin isə ləğvindən ibarətdir?*”.

Bizə İbn Əbu Ziyad nəql edib dedi: bizə Yezid nəql edib dedi: bizə İsmayıl xəbər verib dedi:

Amirə dedim: “Bəzi şəxslər “Cəbrail ayaqların yuyulması əmrini gətirib”, - deyirlər”. Amir dedi: “[Xeyr]. Cəbrail məsh əmrini gətirib”.

_____________________________________

* Dəstəmazda yuyulan yerlər təyəmmümdə məsh ilə əvəz olunur; məsh çəkilən yerlər isə çıxarılır. Məhz bu səbəbdən təyəmmümdə üzümüzə və əllərimizə məsh çəkir, başımıza və ayaqlarımıza isə heç bir şey etmirik. Əgər ayaqları yumaq vacib olsaydı, onda təyəmmümdə ayaqlara da məsh çəkmək lazım gələrdi. [Tərc.]

 

 

 

Fotoşəkil: İbn Kəsir, “Təfsirül-Quranil-azim”, c.3, səh.53; “Darut-Taybə”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1420/1999; təhqiq: Sami ibn Muhəmməd əs-Saləmə

Ayaqlara məsh çəkilməsi Allah Rəsulunun (salllahu əleyhi və alihi və səlləm), İmam Əli (əleyhissəlam), İbn Abbas, Ənəs ibn Malik, Qətədə, Abdullah ibn Ömər, Əlqəmə, Həsən əl-Bəsri, Cabir ibn Zeyd, Mücahid, İkrimə, Şabi, Əmir və 5-ci Əhli-beyt imamı Əbu Cəfər Muhəmməd ibn Əli əl-Baqirin (əleyhissəlam) mövqeyi olmuşdur. Hər bir halda, əhli-sünnə vəl-cəmaat məsh mövzusunda da Əhli-beytə (əleyhimussəlam), o cümlədən bir çox səhabə və tabeinə zidd olmuşlar. Şiə isə Əhli-beytə (əleyhimussəlam) tabe olmuşdur.

 

313news.net

Рейтинг

В этом разделе