»»

Hz Məryəm (s.ə) bakirə halda doğuş edib?

Sual: Hәyat vahidi hücеyrәsinin tәrkibi iki şeydәn – spermatozoid vә ovuldan ibarәtdir. Dişi hücеyrә, qamet tәklikdә hәyat prosesini tәmin etmәyә qadir olmadığından belә bir tәrkib zәruridir. Ciddi elmi әsasa malik bu şәrt ödәnmәdiyi halda hәzrәt Mәryәm kimsә ilә tәmasda olmadan necә hamilә ola bilәrdi? Hansı ki, dişi hücеyrә, qamet tәklikdә hәyatın davamını tәmin etmәyә qadir deyil.

Cavab: Hәzrәt Mәryәmin hamilәlik mәsәlәsini araşdırmazdan qabaq diqqәtinizi belә bir mәsәlәyә yönәldirik ki, hәyat vahidinin yaranması üçün hәm spermatozoid, hәm dә ovulun olması mütlәq şәrt deyil. Hәyat vahidi, adәtәn, erkәk vә dişi qametlәrdәn tәşkil olunsa da, tәcrübәdә sübut olmuşdur ki, dişi toxumu parçalamağa qadir olan başqa mühәrriklәr dә vardır. Yәni ovulun mayalanması üçün spermatozoidin olması mütlәq şәrt deyil. Bu hәqiqәti bir çox canlıların hәyatında müşahidә edә bilәrik.

Tәbiәtşünas alimlәr bildirirlәr ki, bәzi canlıların toxumları qamet olmadan da hәyat fәaliyyәtinә başlaya bilirlәr. Mәsәlәn, mәnәnә adlı hәşәrat yumurta qoyaraq erkәk qametsiz çoxala bilir. Tәcrübәlәrdә mәlum olmuşdur ki, bu hәşәrat münasib mühitdә tәkbaşına arta bilir. Qeyri-münasib şәraitdә, yumurta qoyan mәnәnәdәn törәyәn hәşәratların böyük yumurtalarından dişi hәşәratlar vücuda gәlir. Bu proses başqa canlılarda da müşahidә olunur. Mәsәlәn, ipәk qurdu bәzәn kәnar tәsir olmadan öz toxumlarını canlandıra bilir.

Bal arısının hәyatına nәzәr salaq. Bal arısı bütün ömrü boyu bircә dәfә kәnardan mayalanır. Onun erkәk hücеyrәlәrlә mayalanan yumurtalarından dişi işçi arılar, mayalanmamış yumurtalardan isә erkәk arılar yaranır. Bir qrup alim yumurtaların artımında spermatozoiddәn әlavә başqa bir mühәrrikin olduğunu iddia edirlәr. Bunu da nәzәrdәn qaçırmayaq ki, mikrob, bakteriya, virus kimi mikroskopik canlılar mayalanmasız artırlar. Mәsәlәn, amöb ilkin hücеyrәlәrin parçalanması ilә artır.

Bәzi alimlәr müәyyәn qadınların kişi ilә tәmasda olmadan hamilә olmasını mümkün sayırlar. Bәzi qadınlarda mayalanma olmadan hamilә qalmaq qabiliyyәti vardır. Demәk, bakirә qadının mayalanma olmadan hamilә qalması qeyri-mümkün sayılmır.

Belәcә, hәzrәt Mәryәmin kimsә ilә tәmasda olmadan hamilә qalması imkandan xaric bir iş deyil. Qurani-kәrimdә onun ilkin hamilәlik dövrü haqqında belә buyurulur: “(Mәryәm) ailә üzvlәrindәn gizlәnmәk üçün pәrdә tutmuşdu. Biz ruhumuzu Mәryәmin yanına göndәrdik. O, Mәryәmә kamil bir insan qiyafәsindә göründü; Mәryәm dedi: Mәn sәndәn Rәhmana pәnah aparıram. Әgәr qorxursansa, mәnә toxunma.” Mәlәk dedi: “Mәn sәnә yalnız tәmiz, mәsum bir oğlan bağışlamaq üçün Rәbbinin elçisiyәm.” Mәryәm dedi: “Mәnim necә oğlum ola bilәr ki, indiyәdәk mәnә bir insan әli toxunmamışdır? Mәn zinakar da deyilәm.” Mәlәk dedi: “Elәdir. Lakin Rәbbin buyurdu ki, bu Onun üçün asandır...”1 Bәli, hәzrәt Mәryәmin qeyri-mәlum amildәn hamilә olması mümkünsüz bir iş deyil. Әtrafımızda bu sayaq mayalanmanı müşahidә etdiyimiz halda, Mәryәmin hamilә olmasını nә üçün şübhә altına almalıyıq?!

Hәzrәt Mәsihin doğulması әhvalatını nәzәrdәn keçirәk. Allah bu yaranışla öz qüdrәtini nümayişә qoymuşdur. İsanın yaranışı doğuş baxımından möcüzәli olmuşdur. Bu yolla inadkar Bәni-İsrail qövmünә İsanın, doğrudan da, Allah tәrәfindәn göndәrilmiş Peyğәmbәr olduğu sübuta yetirilmişdir.

İlk hәyat cövhәrini, ilk diri hücеyrәsi vә ilk insanı heç bir mayalanma olmadan yaratmış Allah növbәti dәfә belә bir iş görmüş vә kamil bir insan, böyük Peyğәmbәr vücuda gәtirmişdir. Onun bu sayaq doğuluşu inadkar müxaliflәr üçün aşkar bir dәlil olmuşdur.
Başqa sözlә, dişi hücеyrәnin ana bәtnindә inkişaf etmәsi spermatozoidsiz dә mümkündür. Bәli, adәtәn, artım mayalanma yolu ilә baş tutur. Amma istisna halların mövcudluğuna qarşı heç bir dәlilimiz yoxdur.

Dişi hücеyrәni canlandıran müxtәlif mühәrriklәr ola bilәr vә bu mühәrriklәr mayalanma olmadan dişi qametә hәyat verәr. Әgәr bu sayaq sәbәblәr bizim üçün qaranlıqsa da, böyük alim, qadir Allah üçün aşkar vә mümkündür.

 

1 Məryəm surəsi, 17-21

 

“Dini suаllаrа cаvаblаr”, Аyәtullаh-üzmа Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni,  səh. 101-103

Рейтинг

В этом разделе