»»

Niyə Peyğəmbərlər və imamlar ixtira və kəşflər etməyib?

Sual: Nə üçün peyğəmbərlər və imamlar ixtiraçılar və tədqiqatçılar kimi işlər etməmişlər? Bu sahədə onların heç bir nişanəsinə rast gəlmirik. Halbuki bu işi yerinə yetirsəydilər peyğəmbərlər və imamların ardıcılları olaraq bizim üçün böyük fəxr olardı. Nə üçün başqa dinlərin ardıcılları kimi belə işlər etməmişlər və nəticədə mədəni-elmi inkişafdan geri qalmışıq. Şiələri başqalarından fərqləndirən elmi inkişafa sahib olublarmı?

Müxtəsər cavab: Dinin vəzifəsi yaradıcılıq, texnoloji inkişaf, mexaniki və qeyri mexaniki ixtiralar deyil. Bu vəzifə bəşər övladının öhdəsindədir. Dindən belə bir şeyi gözləmək doğru deyil. Çünki din elektirik cihazlarının, nəqliyyat vasitələrinin və ya başqa sənaye cihazlarının ixtira olunması vəzifəsini daşımır. Dinin vəzifəsi insanın sonda əbədi xoşbəxtliyə çatması üçün insan həyatını nizama salmaq və həyata mənəvi dəyər qatmaqdır.

Müsəlmanların ixtiralarına və yaradıcılıqlarına gəlincə, müsəlmanlar içərisində böyük filosoflar, soxalistlər, astronomlar, həkimlər və şairlər olmuşdur. Onların elm və mədəniyyətin inkişafında bariz rolları olmuşdur. Şiə alimlərinin və mütəfəkkirlərinin bu sahədə rolu olduqca aşkardır. Fəlsəfə sahəsində görkəmli filosof İbn Sina və Farabi kimi şəxsiyyətlər öndə olmuşlar. Bu ki şəxsiyyət qərb təfəkkürünə özlərinəməxsus izlər qoymuşlar. Hətta on yeddinci əsrədək qərb universitetlərində İbn Sinanın əsərləri tədris olunurdu. Həmçinin müsəlman mütəfəkkirlər dinin ideoloji prinsiplərini müdafiə etmək üçün əqli metod ortaya qoya bilmişlər. Bu metod kəlam elmi adlanırdı. Şiələrin və mötəzilə məzhəbinin ardıcıllarının bu elmin əsas prinsiplərinin yaradılmasında böyük rolları olmuşdur. Bu elmi metod bir çox araşdırmalar və tədqiqatlarda öz təsirini aşkarcasına göstərmiş, alimlərin və tədqiqatçıların çoxunun təfəkkür tərzinə hakim olmuşdur. 1

Məlumdur ki, ağıla az əhmiyyət verən islam firqələri arasında şiə məzhəbi ağıla ən çox əhəmiyyət verən bir məzhəb olmuşdur. İndiyədək bu məzhəb ağıla böyük əhəmiyyət verir və bu böyük nemətdən (ağıldan) istifadə etməyi, insanlığa xidmət göstərən alimlərə, tədqiqatçılara və ixtiraçılara yüksək dəyər verməyi tövsiyə edir.

Ətraflı cavab: Qeyd olunan sula aşağıdakı məsələlərin izahı vasitəsilə cavab vermək olar.

1. Dinin vəzifəsi yaradıcılıq, texnoloji inkişaf, mexaniki və qeyri mexaniki ixtiralar deyil. Bu vəzifə bəşər övladının öhdəsindədir. Dindən belə bir şeyi gözləmək doğru deyil. Çünki din elektirik cihazlarının, nəqliyyat vasitələrinin və ya başqa sənaye cihazlarının ixtira olunması vəzifəsini daşımır. Dinin vəzifəsi insanın sonda əbədi xoşbəxtliyə çatması üçün insan həyatı nizama salmaq və həyata mənəvi dəyər qatmaqdır.

Aydındır ki, bu məsələ “Bəşəriyyətin dindən göslədiyi” mövzusuna qayıdır. Buna əsasən də bu mövzunu bir az işıqlandırmağımızın zəruri olmasını bildiririk. 2 Dindən gözlənilən nəticə budur ki, biz dinin və Allahın bizə təyin etdiyi yolun vasitəsilə xoşbəxt və əbədi həyatı əldə edə bilərik. Din bu sahədə qeyd olunan hədəfə çatmaq üçün bizə yardım edəcək zəruri məsələləri təmin edir. Bu sahədə lazımı prinsipləri izah edəcək, hədəfə çatmaq üçün qayda-qanunları önümüzə qoyacaq başqa yol yoxdur. Bu gün müşahidə etdiyimiz çoxlu sayda ixtiralara və elmi kəşflərə gəlincə, bütün bunlar həyatın ehtiyaclarını ödəməkdə yardımçı rolu daşıyır və insanın rifahının təmin olunmasında böyük əhəmiyyət daşıyır. Bütün bu texnoloji inkişafın faydası insanın maddi həyatında öz əksini tapır. İnsanın xoşbəxtliyə və nicata çatması üçün zəruri deyildir.

Qeyd etmək lazımdır ki, insanlar arasında məşhur olmaq məşhur şəxsin özünə mənəvi dəyər və meyarlıq kriteriyası vermir. Bu, dəyər üçün əsas meyar hesab olunmur. Məsələn, futbol oyunçusunun məşhur olması, gənc nəsil arasında tanınması onun qədər məşhur olmayan alimdən üstün olması anlamını daşımır. Ola bilər ki, insanlar bəzi şeylərə həddindən artıq dərəcədə böyük əhəmiyyət verisinlər, onun həqiqi dəyəri əks etdirməsinlər. Həmçinin ola bilər ki, elə şeylərə əhəmiyyət verməsinlər və ya həmin şeyləri ikinci dərəcəli hesab etsinlər, halbuki onun böyük əhəmiyyəti vardır və onların əhəmiyyət verdikləri şeylərdən qat-qat üstün və zəruridir. Bununla da başa düşürük ki, əhəmiyyətli elmi ixtiralar təqdim edən ixtiraçının məşhurluğu onun peyğəmbərlər və əməlisaleh insanlaradan üsütün olması anlamında deyil. Deməli, məşhurluq insanların qiymətini bilmək və onların bir-birindən üstün olması üçün ölçü deyildir.

2. Son dövrdə şiələrin elmi yaradıcılığı və elmi ixtiraları, bu məzhəbin mənsublarının elmi rolları barədə tədqiqatlar və araıdırmalr aparılmışdır.

Müsəlmanların ən çox iftixar etmələrinə səbəb olan inkişaf əsrlər boyu davam edəcək böyük bir sivlizasiya yaratdıqları dövrə qayıdır. Belə ki, İslam sivlizasiya yaradan, elm və bilginin intişar tapması üçün lazımı şərait yaradan, elmlərin inkişafı və elmi yüksəliş üçün tələb olunan bütün şərtləri təmin edən yeganə dindir. Müsəlman alimləri içərisində böyük filosoflar, soxalistlər, astronomlar, həkimlər və şairlər olmuşdur. Onların elm və mədəniyyətin inkişafında bariz rolları olmuşdur. Şiə alimlərinin və mütəfəkkirlərinin bu sahədə rolu olduqca aşkardır. Fəlsəfə sahəsində görkəmli filosof İbn Sina və Farabi kimi şəxsiyyətlər öndə olmuşlar. Bu iki şəxsiyyət qərb təfəkkürünə özlərinəməxsus izlər qoymuşlar. Hətta on yeddinci əsrədək qərb universitetlərində İbn Sinanın əsərləri tədris olunurdu. Həmçinin müsəlman mütəfəkkirlər dinin ideoloji prinsiplərini müdafiə etmək üçün əqli metod ortaya qoya bilmişlər. Bu metod kəlam elmi adlanırdı. Şiələrin və mötəzilə məzhəbinin ardıcıllarının bu elmin əsas prinsiplərinin yaradılmasında böyük rolları olmuşdur. Bu elmi metod bir çox araşdırmalar və tədqiqatlarda öz təsirini aşkarcasına göstərmiş, alimlərin və tədqiqatçıların çoxunun təfəkkür tərzinə hakim olmuşdur. 3

Sonda olduqca böyk əhəmiyyətə malik olan bir məsələyə işarə etmək istəyirik. Bu və ya başqa dindən qaynaqlanan hər hansı dünyəvi elm yoxdur. Dünyəvi elmlərdə bariz olan insanlar bütün dinlərdən çıxmışlar. Həmçinin hər hansı dinə mənsub olanların arasında çoxlu sayda alimlərin və tədqiqatçıların olması həmin dinin daha doğru olması anlamında deyil. Lakin bununla yanaşı müasir elmlərin inkişaf etdirilməsi üçün münasib şəraitin yaradılmasında şiə alimlərinin böyük roluna göz yummaq olmaz.  Təəssüflər olsun ki, həmin uğurlara lazımı əhəmiyyət verilməmiş, elmi və ictimai sahədə öz layiqli yerini almamışdır. Yalnız son zamanlarda bəzi tədqiqatçıların uğurları nəzərə alınmışdır. Məlumdur ki, ağıla az əhmiyyət verən islam firqələri arasında şiə məzhəbi ağıla ən çox əhəmiyyət verən bir məzhəb olmuşdur. İndiyədək bu məzhəb ağıla böyük əhəmiyyət verir və bu böyük nemətdən (ağıldan) istifadə etməyi, insanlığa xidmət göstərən alimlərə, tədqiqatçılara və ixtiraçılara yüksək dəyər verməyi tövsiyə edir. Əgər son dövrlərdə şiə və sünni müsəlmanların islami sahədə geriləmələrinə rast gəliriksə, bu, şiəlik və İslamın deyil, şiələrin və sünnilərin qüsuruna qayıdır.

 

Mənbələr:

1. Məhəmməd Məhdi, “Onuncu əsrdə mötəzilə təfəkkürünün yəhudi ilahiyyatçılarına təsiri”, Dinlər və təriqətlər Universiteti, Qum. 1390 h.ş.

2. Bu mövzuda daha ətraflı məlumat üçün bax; Doktor Abdullah Nəsri, “Din və ondan gözlənilən nəticə”, Muhəmməd Əmin Əhmədi , “Bəşəriyyətin dindən umduğu”. Qum. 1384 h.ş.

3. Məhəmməd Məhdi, “Onuncu əsrdə mötəzilə təfəkkürünün yəhudi ilahiyyatçılarına təsiri”, Dinlər və təriqətlər Universiteti, Qum. 1390 h.ş.

Рейтинг

В этом разделе