Son 6 il ərzində dünyada yüngül və atıcı silahların leqal satışı təxminən 3 milyard dollar artıb. BMT-nın rəsmi hesabatına istinadən SİA xəbər verir ki, bu halda bazarın real həcmi 4 milyard dolları keçir. Bu nəticəyə 53 ölkənin gömrük xidmətlərinin verdiyi məlumatlar əsasında gəlinib.
Strateji Hücum Silahları haqda yeni müqaviləni müzakirə etmək üçün Moskvaya Amerika dövlət katibinin müavini Rouz Getemüllerin başçılıq etdiyi ABŞ nümayəndə heyyəti gəlib.
ABŞ Konqresinin Nümayəndələr palatasının maliyyə komitəsi bu il üçün Əfqanıstan və İraqdakı əməliyyatlara daha 96,7 milyard dollar ayırmaq haqqında qərar qəbul edib, - İslam.ru xəbər verir.
İqtisadi böhrana baxmayaraq ABŞ Nümayəndələr Məclisi, sentyabr ayının sonuna qədərki müddətdə istifadə edilmək üzrə 95,6 milyard dollarlıq döyüş büdcəsini təsdiq etdi.
Bu günlərdə ABŞ dövlət katibinin müavini Rouz Qotmüller bildirib ki, İsrail rejimi, Hindistan, Pakistan və Şimali Koreya nüvə silahının yayılmaması barədə razılaşmaya qoşulmalıdır, - “Nyusru.co.il” xəbər verir.