İsrail İrana Qarşı F-35 Təyyarələri Satın alır

İsrailin İrana qarşı F-35 təyyarələrini satın aldığı öyrənildi.

Jerusalem Post qəzetinin Cümə günkü xəbərinə görə İsrail, İran və Suriyanın Rus istehsalı inkişaf etmiş hava müdafiə etmə sistemləri satın almasının doğuracağı təhdid qarşısında ən az 25 ədəd Amerikan F-35 reaktiv təyyarəsinin sifarişini vermiş vəziyyətdədir.

Lockheed Martın şirkətinin məhsulu olan F-35 (JSF) reaktivləri, qəzetin yazdığına görə "dünyanın ən inkişaf etmiş döyüş reaktivləri arasında iştirak edirlər və İsrailə əlindəki köhnə model F-15 və F-16larını mərhələli olaraq əldən çıxarması imkanını təmin edəcəklər."

Jerusalem Post "rəsmi təklif məktubunun Pentaqona bu həftə göndərildiyini lakin 100 milyon dollar olması təxmin edilən qiyməti haqqında və bəzi texniki detallarla əlaqədar edilən görüşmələrin davam etdiyini" yazır.

Müqavilənin 2010-cu ilin başlarında imzalanması, teslimatın isə 2014-cü ildə edilməsi gözlənilir.

Qəzetə görə İsrail hava qüvvələri gələcəkdə bu ədədə əlavə olaraq 50 təyyarə daha satın almaq istəyir, bunlar arasında dikinə havalana bilən növdə reaktivlər də var.


İsrail və ABŞ bu inkişaf etmiş hava müdafiə etmə sisteminin İrana satılması vəziyyətində bölgədəki əsgəri tarazlığın tamamilə pozulacağı nöqtəsində israr edirlər. Rusiya indiyə qədər razılaşmanın tətbiq olunmasını təxirə salmışdır.

Rus səlahiyyətlilər Mart ayında etdikləri şərhdə İrana hələ hər hansı bir S-300 teslimatı edilmədiyini deməklərinə baxmayaraq, Moskva bu yaxınlarda razılaşmanın qüvvəyə minməsini təkrarladı. Satışın yüz milyonlarla dollar məbləğində olduğu ifadə edilir.

S-300lərin 195 km mənzili var və təyyarələri və mərmiləri 10 metrdən 27 km. ye uzanan bir məsafədən dayandırma tutumuna sahibdirlər.

В этом разделе