Suriyalı müxalif komandir Reuters xəbər agentliyinə Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) döyüşçülərinin İŞİD-in əlindəki Dabiqə hücuma başladığını açıqlayıb.
313news rus mətbuatına istinadən bildirir ki, Fərat Qalxanı Əməliyyatı çərçivəsində Türkiyənin dəstək verdiyi ASO-nun komandanı Dabiqə planlaşdırılan hücumun başladığını açıqlayıb. ASO-nun Əl-Ətaya doğru gedən yolu üzərindəki Əl-Babın İŞİD tərəfindən ən müqəddəs şəhərlərdən biri sayıldığı bildirilir.
Burada cəhənnəm döyüşü baş verəcək
Dabiq İŞİD baxımından həlledici əhəmiyyət daşıyır. İŞİD-in daha öncə yaydığı xəbərlərdə "Dabiqdə cəhənnəm döyüşü baş verəcək" demişdi. Təşkilatın bu şəhərdə 1200 silahlısı var. İŞİD, ən güclü muzdlulardan ibarət olan və Xilafət Ordusu adlandırdığı "cihadçı" silahılardan ibarət qrupun bir qismini bu regiona göndərmişdi. İŞİD-ə məxsus jurnalda "əsla Dabiqə gəlməyin" demişdi. Terror təşkilatının vaxtaşırı ərəbcə nəşr etdirdiyi "Dabiq" adlı jurnalda Dabiq şəhərinin İslam üçün müqəddəs şəhərlərdən biri olduğu və müqəddəs kitabda heç vaxt itirilməyəcək şəhərlərdən biri kimi göstərildiyini açıqlanmışdı. İŞİD: "əsla bura gəlməyin, cəhənnəm fitilinə od vurmuş olarsınız" deyə açıqlama vermişdi.