Rusiya ikinci raketini sınaqdan keçirdi

İslam-Azerinin Ria Novostiyə istinadlı xəbərinə görə, dünən Rusiya daha bir dənizlatı raket sınaqdan keçirib.
Rus xəbər agentlikləri, sınağın müvəffəqiyyət ilə hədəfə çatdığını açıqlayıb.

Rusiya Baş qərargah başçısı Nikolay Makarov, dənizaltından atılan raketin Sineva modelindən olduğunu, gələn günlərdə də Buluva SLBM modelli nüvə raketinin sınanacağını bildirib.

Rusiya dəniz qüvvətlərindən 2007-ci ilin İyunundan bu yana istifadə edilən RSM-54 Sineva modelli qitələrarası nüvə raketlər, NATO-da SS-N-23 modeli olaraq bilinir.

Sineva raketləri 4 ilə 10 arasında nüvə başlıq daşıya bilir.

İslam-Azeri.az


В этом разделе