Polşada İkinci Dünya Müharibəsindən qalma silah-sursat tapılıb

Ərazidəki uşaq bağçası və məktəbdəki şagirdlər evakuasiya edilib

Polşanın cənubundakı Krakov şəhərində İkinci dünya müharibəsindən (1941-1945-ci illər) qalma partlayıcı qurğu tapılıb. "CNN Türk"ün məlumatına görə, tapılan silahlar arasında 40 sm uzunluğunda 8 mərmi var. Partlayıcı qurğu tapılandan sonra ərazidəki uşaq bağçası və liseydəki 300-dən artıq uşaq evakuasiya edilib.

Mütəxəssislər partlayıcıları zərərsizləşdirmək üçün işlərə başlayıblar.
Qeyd edək ki, bu ərazidə müharibə dövründə almanlara məxsus hava hərbi bazası yerləşib. Ümumiyyətlə isə Polşa ərazisində müharibə dövründən qalma silah-sursatların tapılması hallarına tez- tez rast gəlinir. /ANS PRESS/


В этом разделе