ABŞ Somalini silahlandırır

ABŞ Somalidəki müvəqqəti hökumətə hərbçilərə qarşı döyüşdə istifadə etmək üçün gizli silah göndərir.

SİA-nın məlumatına görə, bu barədə "BBC" xəbər dərc edib. Xəbərdə qeyd olunur ki, Amerikanın istəyi ilə BMT son 18 ildə vətəndaş müharibəsi yaşayan Somaliyə tətbiq etdiyi silah embarqosunu qaldırıb və bu ölkəyə silah göndərilməsinə icazə verib.

Qeyd edək ki, Somalidəki Müvəqqəti Federal Hökumətə 19 ton silah-sursat və pulemyot, həmçinin xeyli sayda top göndərilməsi nəzərdə tutulub. Göndərilən silahların isə Somaliyə çatıb-çatmadığı hələlik bilinmir.
musavat.com

В этом разделе