Böyük Britaniya tank istehsalını dayandırdı

Nyukasl yaxınlığında Challenger 2 tankının istehsal olunduğu zavod bağlanıb

100 il əvvəl tankın icad edildiyi Böyük Britaniyada bu hərbi texnikanın istehsalı dayandırılır. ANS PRESS, “The Mail on Sunday” qəzetinə istoinadən xəbər verir ki, silah istehsalı ilə məşğul olan “BAE Systems” şirkəti Nyukasl yaxınlığında Challenger 2 tankının istehsal olunduğu zavodun bağlandığını elan edib. 
Böyük Britaniya ordusu İraqdakı hərbi əməliyyatlar zamanı məhz bu tanklardan istifadə ediğ. 2003-cü ildə İraqda Britaniyanın da iştirakı ilə İkinci Dünyva Müharibəsindən sonra ən böyük tank döyüşü baş vermişdi. O zaman Challenger 2 tipli 14 tank İraqa məxsus eyni sayda T-55 tankını məhv etmişdi. /ANS PRESS/

В этом разделе