Amerika hakimiyyətinin İraq və Əfqanıstan müharibəsinə xərclədiyi pulların sayğacları

Bu yaxınlarda xəbər verdiyimiz kimi Obama Administrasiyası İraq və Əfqanıstandakı hərbicilərə 130 milyard dollar pul ayıracaqdı.

Belə ki, prezidentin konqresə göndərdiyi təlimatda maliyyə ili üçün hazırlanan büdcədən 664 milyard dollar müdafiə xərcləri üçün ayırmağı tapşırmışdı. Bu pulun 534 milyard dolları ümumi müdafiəyə xərclənəcəkdi. Qalan 130 milyard dollarlıq hissəsə isə Əfqanıstandakı və İraqdakı əsgərlərə göndəriləcək.

Xəbərə görə 130 milyard dolların 65 milyardı Əfqanıstan qalan 61 milyardı isə İraq üçün nəzərdə tutulmuşdu. Araşdırmalara görə bu pul ABŞ ordusu İraqa və Əfqanıstana hücum etməsindən bu günə kimi göndərilən ən yüksək məbləğ olacaqdı.

"Cost Of War" (müharibənin qiyməti) saytında Amerikanın İraq və Əfqanıstana xərclədiyi pullarının sayğaclarını yerləşdirilib.

Saytda üç sayğac var. Onlardan biri Amerikanın İraqa xərclədiyi pulların, biri Amerikanın Əfqanıstana xərclədiyi pulların, digəri isə hər iki müharibəyə xərclədiyi pulların ümumilikdə rəqəmlərini göstərir.

Bundan başqa saytda ştatlar üzrə də müharibələrə nə qədər pul xərcləndiyini öyrənmək olar.

Kiçik momitorinq apardıqdan sonra məlum oldu ki, müharibələrə ən az pul xərcləyən Şimali Dakota ştatıdır. Ştat müharibələrə indiyə qədər 1,037,878 min dollar göndərib. Ən çox pul ayıralar sırasında birinci yeri isə 108,958,533 min dollarla Kaliforniya ştatı tutur.

Saytda verilən məlumatlardan məlum olur ki, Amerika hökümət indiyə qədər İraq və Əfqanıstan müharibələrinə 830.2 milyard dollar xərcləyib. Belə ki, 2003-cu ildə İraqa soxulan Amerika ordusuna indiyə qədər 657.3 milyard dollar, 2001-ci ildən başlayan Əfqanıstan müharibəsinə isə 172.9 milyard dollar ayırılıb. 30 sentyabr 2009-cu ilin sonuna qədər isə İraqa ayrılan rəqəmin 710 milyard dollar, Əfqanıstana ayrılacaq pulların məbləğinin isə 197.3 milyon dollar olacağı gözlənilir.

Sayğaçlardan məlum olur ki, Amerika təxminən hər saniyədə İraq müharibəsinə 2300, Əfqanıstan müharibəsinə isə 1100 dollar xərcləyir. Bu da o deməkdir ki, ABŞ hər saniyədə təkcə İraq və Əfqanıstandakı ordunu saxlamaq üçün təxminən 3400 dolar büdcədən pul ayırır. "Dəyərlər"

В этом разделе