Türkiyə ilə İsrail rejimi arasında bağlanan müqavilə pozula bilər

Məlumatlara görə "Heron" pilotsuz təyyarələrinin İsrail rejimi tərəfindən Türkiyəyə satılması ərəfəsində, Türkiyə tərəfindən yubanıldığı bildirilir.

2005-ci ildə "Heron" pilotsuz təyyarələrinin alınması üçün imzalanan 185 milyon dollarlıq müqaviləyə görə, sionist hərbi hava və kosmos sənaye qurumu "Elbit" sistemlərinin həmin təyyarələri bir il əvvəl Türkiyəyə təhvil verməsi gözlənilirdi. Bu barədə "haber7" informasiya saytı xəbər verir.

İsrail rejiminin hərbi hava və kosmos sənaye nümayəndələrinin "Haarets" qəzetinə verdiyi açıqlamasında təyyarələrlə bağlı mövcud olan problemlərin əsasən təyyarələrin üzərində quraşdırılacaq Türk firmalarının istehsalı olan kamera ilə bağlı olduğunu bildirmişlər. Beləki, kameranın çox ağır olduğu və təyyarələrin əvvəlcədən müəyyən edilən 12 280 metr yüksəkliyə qalxmasına maneə olduğu bildirilir.


Bəzi mənbələrə görə İsrail rejiminin şirkətləri texniki problemləri bəhanə edərək, əvvəlcədən müəyyən edilən məbləğin ödənilməsini tələb edirlər.

Deyerler.org

В этом разделе