KXDR iki kiçik məsafəli raket buraxıb

Kiçik məsafəli raketin şərq bölgəsindən buraxıldığı bildirilir
KXDR iki kiçik məsafəli raket buraxıb. Renxap agentliyinin hökümətdəki mənbəyə istinadən verdiyi məlumata görə, kiçik məsafəli raket KXDR–nın şərq bölgəsindən buraxılıb. Qeyd edək ki, şərti KN-01 adlı raketin uçuş məsafəsi 160 kilometrdir.
Əvvəl verilən məlumata görə, KXDR çərşənbə axşamı qərb bölgəsindən raket buraxmaq niyyətində olduğu bildirmişdi.

Xatırladaq ki, dünən Koreya Xalq Demokratik Respublikası yeraltı nüvə silahı sınağı həyata keçirib. /ANS PRESS/

В этом разделе