Qara və Xəzər dəniz donanmaları “Qafqaz-2009” təlimlərinə cəlb edilib

Hərbi dəniz qüvvələri təlimlər zamanı müdafiənin bütün növlərinin təşkili prosesini həyata keçirirlər

Qara və Xəzər Dəniz Donanması qüvvələri Rusiyada keçirilən “Qafqaz-2009” operativ-strateji təlimləri çərçivəsində şərti terrorçuların zərərsizləşdirilməsi prosesinə qoşulublar. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Şimali Qafqaz Hərbi Dairəsinin İnformasiya və İctimai Əlaqələr Xidmətinin müdiri Andrey Bobrun məlumat verib.

Onun sözlərinə görə, hərbi dəniz qüvvələri təlimlər zamanı taktiki qruplar tərkibində müdafiənin bütün növlərinin təşkili prosesini həyata keçirirlər. 

Eyni zamanda Qara və Xəzər dəniz qüvvələri adı çəkilən dənizlərin hövzələrində antiterror fəaliyyəti ilə yanaşı dəniz quldurluğu və brokonyerliklə mübarizə tədbirlərini də məşq edirlər. /ANS PRESS/


В этом разделе